Məhkəmə qərarları › İş №2(107)-935/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-935/2023

03.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-935/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X11 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsindən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 mart 1998-ci ildə mərhum qardaşı X4 ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etdi. O da öz növbəsində ona həmin dövrdə 15000000 manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmadığı üçün onlar, yəni o, həyat yoldaşı X5, mərhum qardaşı X4, onun həyat yoldaşı Cavabdeh5 və X6 şahidliyi ilə aralarında alqı-satqı müqaviləsi bağlamış və imzalamışdırlar. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014- cü ildə ona verərək yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edilməsini biraz da gözləməyini xahiş etdi. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etdi. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırdılar. Həmin alqısatqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsində olmuşdur. Həmin torpağın vergilərini o ödəmişdir. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün o məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqı-satqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2(107)-210/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2480/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-210/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında baş vermiş alqı-satqı müqaviləsi 1998-ci ildə baş tutduğuna görə həmin dövrdə qüvvədə olmuş MM-in 43-cü maddəsinə əsasən mübahisə həll edilməli idi. Məhkəmə qətnamədə həmin Məcəllənin 43-cü maddəsini qeyd etsə də, maddəni izah etsə də düzgün tətbiq etməmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən müqaviləni imzalayan şəxslər Ramazan Mustafayev və Cavabdeh5 özlərinə məxsus torpaq sahəsinin alqı-satqısına imza atmışlar. Belə ki, aqrar islahat zamanı Yuxarı Çardaxlar kəndində adam başına 0,25 ha torpaq sahəsi pay olaraq verilmişdir. Bundan başqa məhkəmə iclası zamanı müəyyən olmuşdur ki, mübahisəli torpaq sahəsi 1998-ci ildən bu günədək onun istifadəsindədir. Onun tərəfindən həmin torpaq sahəsinə ağaclar əkilmiş, torpaq sahəsi münbitləşdirilmiş, darvaza qoyulmuş, altıaçıq tikilmiş, bir sözlə torpaq sahəsi yaxşılaşdırılmışdır. Bütün bu faktları məhkəmə iclasında qeyd etmişdir. Lakin məhkəmə qarşı tərəfin bu halların əksinə dair hər hansı bir sübut təqdim etməmələrinə baxmayaraq, nə özü yerində araşdırmamış (baxış keçirməmiş), nə də ki, düzgün qiymət verməmişdir. Mübahisə predmeti olan xx.xx.1998-ci il tarixli alqısatqı müqaviləsi bağlanan dövrdə qüvvədə olan MM-in 228-ci maddəsində qeyd olunur ki, alqısatqı müqaviləsi üzrə satıcı əmlakı satıcının mülkiyyətinə verməli, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu maddədə qeyd olunan bütün şərtlər həyata keçirilməsinə baxmayaraq, məhkəmə qərarında ümumiyyətlə bu maddəyə tövsif etməmişdir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, xx.xx.1998-ci il tarixli müqavilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməz. Əks yanaşma isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərinin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə bu fikrini maddi hüquq normasına əsasən əsaslandırmamışdır və əsaslandıra bilməmişdir. Bunun əksi olaraq bildirmək istəyirəm ki, MM-in 222.3-cü maddəsində qeyd olunmuşdur ki, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qaydada irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Qeyd olunan maddədən görünür ki, Ramazan və Ümüküs Mustafayevlər özlərinə və ailə üzvlərinə məxsus torpaq sahəsinə dair sərəncam vermək hüquqları vardır. Cavabdehlərin mülkiyyətində təkcə 0,6464 ha torpaq sahəsi deyil, ümumilikdə 1,5 ha torpaq sahələri vardır. İddiaçının tələb etdiyi torpaq sahəsi isə 0,6464 ha torpaq sahəsinin daxilində olan 0,47 ha torpaq sahəsindən ibarətdir. Məhkəmənin “zəbt” adlandırdığı torpaq sahəsi isə üçüncü şəxsə aiddir ki, həmin şəxslərlə iddiaçı arasında torpaq mübahisəsi yoxdur. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 (altı) nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X14 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşım Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, 20 mart 1998-ci ildə mərhum qardaşı X4 ailə vəziyyətinin ağır olduğunu əsas gətirərək 0,47 ha torpaq sahəsini ondan satın almağını xahiş etdi. O da öz növbəsində ona həmin dövrdə ******* manat pul ödəyərək həmin torpaq sahəsini qardaşından satın almışdır. Lakin torpaq sahəsinin hüquq müəyyənedici sənədləri olmadığı üçün onlar, yəni o, həyat yoldaşı X5, mərhum qardaşı X4, onun həyat yoldaşı Cavabdeh5 və X6 şahidliyi ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və imzalanmışdır. Daha sonra Dövlət tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədini qardaşı 2014-cü ildə ona verərək yenə də maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək alqı-satqı müqaviləsini notarial qaydada təsdiq edilməsini bir az da gözləməyini xahiş etmişdir. Lakin 2014-cü ildə qardaşı avtomobil qəzasına düşərək vəfat etdi. Qardaşının vəfatından sonra cavabdehlər 2021-ci ildə həmin torpaq sahəsinə çıxarış alsalar da torpaq sahəsini notarial qaydada təsdiqləməkdən boyun qaçırdılar. Həmin alqı-satqı onların arasında 1998-ci ildə baş tutmuşdur. Həmin vaxtdan torpaq onun istifadəsində olmuşdur. Həmin torpağın vergilərini o ödəmişdir. Cavabdehlər torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada təsdiqləməkdən imtina etdikləri üçün o məhkəməyə müraciət etməli olmuşdur. Torpaq alqı-satqı əməliyyatı cavabdehlərlə aralarında 1998-ci ildə həyata keçdiyindən onun iddiası həmin dövrdə, yəni 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin maddələrinə uyğun həll edilməlidir. 1998-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin 43-cü maddəsində qeyd olunmuşdur ki, əgər tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. O qardaşının və onun həyat yoldaşının pay torpağını almışdır. Zaqatala rayonu Yuxarı Çardaxlar kənd Aqrar İslahat Komissiyası Yuxarı Çardaxlar kənd sakinlərinin hər birinə 0,25 ha torpaq payı verilməsi haqqında qərar qəbul etmişdir. Onun və mərhum qardaşı Mustafayev Ramazanın ailə tərkibi 6 nəfərdən ibarət olduğundan onların hər birinə 1,5 ha torpaq payı verilmişdir. X14 kəndin 200 ha əkin torpaqlar kənddən 40 km aralıda olan Aşağı Çardaxlar kəndinin yanında olduğundan Yuxarı Çardaxlar kənd Aqrar Komissiyası kənd sakinlərinə veriləcək torpağın müəyyən hissəsini Aşağı Çardaxlarda olan torpaq sahəsindən verilməsi haqqında qərar vermişdir. Yuxarı Çardaxlar kənd Aqrar Komissiyasının qərarı ilə mərhum qardaşı Ramazan Mustafayev 0,64 ha torpaq payı Yuxarı Çardaxlar kəndindən, qalan 0,90 ha torpaq payı Aşağı Çardaxlar kəndindən verilmişdir. Odur ki,göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, 2001-ci ildə qardaşı yenə də ona yaxınlaşaraq 0.42 ha torpaq sahəsini ona satıb. O 1200 ABŞ dollarına həmin torpaq sahəsini almışdır. Qardaşı Torpaq sahəsinin planı və ölçüsü sənədini ona verəndə 0.64 ha torpaq sahəsi olduğu ona məlum oldu. O həmin torpaq sənədində nə üçün 0.89 ha torpaq sahəsinin olmadığını soruşanda qardaşı sənədi düzəldəcəyini bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)- 810/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddiaçı bundan əvvəl məhkəmədə 2001-ci ilin aktına əsasən iddia qaldırıb. Həmin iddia da 0.64 ha torpaq sahəsi qeyd edilib. İddiaçı yenidən 1998-ci ilin torpaq sahəsinə iddia qaldırıb ki, burdada 0.64 ha torpaq sahəsi qeyd edilib. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində 0.64 ha torpaq sahəsinin 0.42 ha sahəsini tələb edir. İddiaçı hər iki tələbdə bələdiyyənin verdiyi qəbzləri, 1998-ci ilin aktını iş materiallarına əlavə etmişdir. 1998-ci ilin aktında 0.47 ha fındıq bağı, 2020-ci ilin aktında isə 0.42 ha boş torpaq sahəsi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, 1998-ci ildə verilən torpaq sahəsini o artıq öz adına keçirmişdir. 0.64 ha torpaq sahəsinin daxilində 0.47 ha və 0.42 ha torpaq sahəsi yerləşir.0.64 ha torpaq sahəsinin mübahisə predmeti eynidir. 0.47 ha torpaq sahəsinin harda olduğunu iddiaçı onlara göstərə bilmir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq digər cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüququ məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2480/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-210/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2023-cü il tarixli 2(102)-2480/2023 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə hər hansı araşdırma aparmadan iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab edilə bilməməsi, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd edən birinci instansiya məhkəməsi ilə razılaşmışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il və 17 yanvar 2022-ci il tarixli qətnamələrinə istinad edərək, həmin qətnamələrlə hazırki iş üzrə cavabdehlərin mülkiyyətlərindəki 0,6464 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,42 ha hissəsinin taleyinin həll edilməsini də qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsini gəldiyi həmin nəticə də düz deyil. Belə ki, hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir və həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0.42 ha hissəsi ilə bağlı iddiaçının Cavabdeh5 Kərım qızına qarşı iddiasının təmin edilməməsi, iddiaçının hazırda 0.47 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmış hesab olunmasını xahiş etməklə, alqı-satqı müqaviləsi əsasında tələb etdiyi torpaq sahələrinin cəmləşdirildiyi halda bunun 0.97 ha torpaq sahəsi olması barədə gəldiyi nəticə düz deyil. Əvvəla, cəmləşdirildiyi halda, torpaq sahələri 0,97 ha yox, 0,89 ha təşkil edir. Bundan başqa, belə olan halda, ən azı iddiaçının 0,6464 ha torpağın qalan hissəsi ilə bağlı iddia tələbinin əsaslı olub-olmamasına yuxarıda şərh edilənlər baxımından qiymət verilməli idi. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir. Belə ki, təhlil olunan iş materiallarından görünür ki, Zaqatala rayonu Yuxarı Çardaxlar kənd sakini X2 mülkiyyətinə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə 6464 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın Dövlət Reyestrində ümumi birgə mülkiyyət kimi Cavabdeh1, X4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 adına qeydiyyata alınmışdır. 20 mart 1998-ci il tarixdə İddiaçı həyat yoldaşı X5 ilə X4 onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı arasında X2 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin alqı satqısına dair sadə yazılı formada müqavilə tərtib edilmişdir. Müqavilənin şərtlərinə görə X4, onun həyat yoldaşı Cavabdeh5 Qədir qızı 0,47 ha torpaq sahəsini 15000000 manat müqabilində İddiaçı və onun həyat yoldaşı X1. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır . Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Maddə 147.1. Torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur. Maddə 147.2. Təminat qeydinin aparılması üçün torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxs arasında notarial formada bağlanılmış müqavilə tələb olunur. Müqavilədə digər müddəalarla yanaşı, torpaq sahəsinin mülkiyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi barədə təminat qeydinin aparılmasına və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin həmin torpaq sahəsi barədə öz xeyrinə təminat qeydinin aparılmasına dair razılıqları, habelə müvafiq tələblər yerinə yetirildikdən sonra müqavilədən irəli gələn hüquqların xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı aydın şəkildə ifadə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Maddə 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 646.2. Bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (1964) 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Maddə 228. Alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən digər təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdən görünür ki, iddiaçı cavabdehlərin mülkiyyətində olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbinin faktiki əsası kimi 20 mart 1998-ci ildə qardaşı X4 və hazırki iş üzrə cavabdeh olan qardaşı arvadı X9 ilə bağladığı sadə yazılı əqdə və hazırki vaxta qədər də torpaqdan istifadə etməsinə, torpaq sahəsini əkib-becərməsinə, hüquqi əsası kimi isə həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 43-cü maddəsinə istinad etmişdir. Mülki Məcəllənin (1964-cü il) 43-cü maddəsinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən təqdim edilmiş 20 mart 1998-ci il tarixli sadə yazılı müqavilənin özü-özlüyündə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi üçün tələb edilən etibarlı əqd hesab olunmaması, bu müqaviləyə əks yanaşmanın isə həmin torpaq sahəsinin digər mülkiyyətçilərin mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməsi əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki vaxta qədər torpaq sahəsindən mübahisəsiz qaydada istifadə etməsi, cavabdehlərin, o cümlədən sadə yazılı müqavilə bağlanarkən yetkinlik yaşına çatmamaları qeyd edilən Nərmin və Cavabdeh3lərin yetkinlik yaşına çatdıqdan sonra da buna etiraz etməmələri barədə dəlillərinə lazımi qiymət verməmişdir. Qeyd edilən hallar əqd bağlanan zaman yetkinlik yaşına çatan və çatmayan şəxslərlə bağlı əqdin bəyənilməsini nizama salan müvafiq qanunvericiliyin tətbiqini zəruri edir. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 59-cu maddəsinə görə əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifləri yalnız o halda əmələ gətirə, dəyişdirə və onlara xitam verə bilər ki, o, bu əqdi bəyənmiş olsun. Əqd təmsil edilənin bəyəndiyi vaxtdan etibarlı hesab edilir. Hazırda qüvvədə olan Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə – sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə kollegiyası hazırki işin halları baxımından diqqəti Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar”. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır. Cavabdeh tərəfin iddia edilən olan 0,6464 ha torpaq sahəsinin 0,47 ha hissəsinin və bundan əvvəl tələb edilmiş 0.42 ha torpaq sahəsinnin eyni torpaq sahəsi olmasına münasibətdə isə kollegiya xatırlatmağı zəruri bilir ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(033)-625/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh5 qarşı Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0,42 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsədə, iddiaçı X7 ilə Cavabdeh5 Kərım qızı arasında Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində yerləşən 0.42 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin, Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2 (033)- 12/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində qeydiyyatda olan Cavabdeh5 55 manat torpağa ödənilmiş vergi, suvarma üçün su idarəsinə ödənilmiş 60 manat, torpaq sahəsinin qorunması və çəpərlənməsi üçün 4400 manat, torpaq sahəsinin kol-kosdan təmizlənməsi, suvarma arxlarının çəkilməsi, boruların qoyulması üçün çəkilmiş xərclər 1900 manat, qoyulmuş 3 ədəd borunun dəyəri 450 manat, bağın salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərc 3423 manat, bağda əkilmiş 20 ədəd alma ağacının dəyəri 400 manat və torpaq sahəsi alınarkən ödənilmiş 1200 ABŞ dolları olmaqla, cəmi 10688 (on min altı yüz səksən səkkiz) manat, 1200 (bir min iki yüz) ABŞ dolları və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2 (033)-12/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 torpaq sahəsinin alqısatqısı zamanı ödənilmiş 1200 (bir min iki yüz) ABŞ dollarının indeksasiyası olan 3596,85 (üç min beş yüz doxsan altı manat səksən beş qəpik) manat, fındıq bağının salınması və aqrotexniki qulluq üçün çəkilmiş xərclər 2990 (iki min doqquz yüz doxsan) manat, 20 ədəd alma ağacının dəyəri olan 400 (dörd) manat və su kanalının (arxın) çəkilməsi üçün sərf edilən vəsait 1600 (bir min altı yüz) manat ümumilikdə 8586,85 (səkkiz min beş yüz səksən altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməsi, ilkin iddia ərizəsi üzrə iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi 0,42 ha torpaq sahəsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edilmiş və bu iş yekunlaşmışdır. Digər tərəfdən hazırki işdə mübahisə 0,42 ha torpaqla yox, 0,47 ha torpaqla bağlı mübahisədir. Bundan əlavə əvvəllər tələb edilmiş 0,42 ha torpaq sahəsi əkin sahəsi olduğu qeyd edilsədə, hazırkı tələb olunan torpaq sahəsi fındıq bağı olduğu göstərilir. həmin işdən fərqli olaraq bu işdə iddiaçı 20 mart 1998-ci il tarixli sadə yazılı əqdə istinad etmişdir. Bundan əlavə Zaqatala Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli, 2(033)- 625/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçının məhkəməyə təqdim etdiyi digər 20 mart 1998-ci il tarixli müqavilə ilə mərhum qardaşı ilə aralarında 0,47 ha torpaq sahəsinin satılması təsdiqlənmiş, lakin həmin ərazi 0,42 ha deyil, 0,47 ha olmaqla digər torpaq sahəsidir, hansı ki, iddiaçı həmin torpaq sahəsini artıq öz adına rəsmiləşdirdiyini bildirmişdir (mülki iş materialları v 44-46). Həmçinin iddia olunan torpaq sahələrinin alqısatqısı zaman baxımdan da üst-üstə düşmür. Çünki, iddiaçı 0,42 ha tprpaq sahəsini 2001ci ildə 1200 ABŞ dollara əldə etdiyini bildirsə də, hazırkı torpaq sahəsini isə 20 mart 1998ci il tarixdə 15 000 000 (köhnə azərbaycan manatı ilə) əldə etdiyini göstərmiş, hansıkı sözügedən torpaq sahəsi həmin vaxtdanda iddiaçının mülkiyyətində olmuşdur. Bu baxımdan da, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qətetdi: Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi, həmçinin vəkili Nümayəndə verdiyi apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2(033)-810/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “cavabdehlərə məxsus Yuxarı Çardaxlar kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli Çıxarışda qeyd olunan 0,6464 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin 0,47 ha hissəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddiası təmin edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar