Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-935/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi ahıl anasına qulluq etmə faktının məyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: ahıllara qulluq etmə faktının məyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Ərizəçi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X10 iştirakları ilə, Ərizəçi ahıl anasına qulluq etmə faktının məyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Ərizəçi xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum X1nа qulluq etməsi şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt mövcud olmadığından ərizəçinin sığorta stajına əlavə edilməmişdir. Ərizəçi həmin qulluq etmə faktının məhkəmə qaydasında tanınmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixdən xx.xx.2022ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum X1nа bir mənzildə yаşаyаrаq qulluq еtməyi hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. 1984- 1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “Şəki-İpək” şirkətində baramadöyən (barama buğaverən) peşəsində işləmişdir. Həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum X1nа bir mənzildə yаşаyаrаq qulluq еtmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və 52 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müracətdən əvvəlki 3 ilin, xx.xx.2019-cu il tariхdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-381/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-839/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin qismən təmin edilməsinin əsas səbəbi 20 il ümumi sığorta stajının təsdiq edilməməsi olmuşdur. Belə ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan X1nа bir mənzildə yаşаyаrаq qulluq еtmişdir. Bu bаrədə həm xx.xx.2021-cu il tаriхli müаyinə акtı qonşuların iştirakı ilə tərtib olunmuş, həm də onun və anasının qulluqolunma və qulluq etmə barədə ərizələri notariat tərəfindən təsdiq olunmuşdur. Ali Məhkəmə tərəfindən bu müddətin sosial sığorta stajına daxil edilməməsinin səbəbi Azərbaycan Rеspubliкası Əməк və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Кollеgiyasının 2017-ci il tariхli 11 dекabr tariхli 17 №li Qərarı ilə təsdiq olunmuş «Əməк pеnsiyaları haqqında» Azərbaycan Rеspubliкası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.9 bəndinə əsasən ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilməməsi olmuşdur. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lakin onun ona qulluq etməyi barədə yazılı ərizəsi xx.xx.2022-ci il tarixdə notarius tərəfindən təsdiqlənmişdir. Yuxarıda qeyd etdiyi qaydalara əsasən müayinə aktının bağlanması üçün yalnız icra hakimiyyəti orqanının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin iştirakı vacib olmuşdur. Belə ki, sözügedən akt qulluqedənin, qulluqolunanın və qonşuların ifadələrinə əsasən tərtib edilir. Bildirdiyi kimi qonşular və anası yazılı ifadə vermiş və notarial qaydada təsdiq edilmişdir. Onun anasına quluq etməyi hüquqi faktı anası tərəfindən sağlığında təsdiq edilmişdir. DSMF nümayəndəsinin, icra hakimiyyəti orqanı nümayəndəsinin iştitrakı ilə onun, qonşuların və mərhum anasın ərizəsinə akt tərtib olunmalı idi. Onun xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan X1nа bir mənzildə yаşаyаrаq qulluq еtməyi barədə rayon icra hakimyyəti orqanlarının, DSMF-nin yerli idarələrinin (və ya cavabdehin) nümayəndələrindən ibarət komissiya tərəfindən qonşuların ifadələrinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib olunması üçün Dövlət Sosial Müdafiə Fondundan nümayəndə verilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 direktoruna poçt vasitəsilə ərizə ilə müraciət edilmişdir. Lakin bu müraciətlərə cavab verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmişdir. DSMF 2 saylı Şəki X9 direktorunun imzası ilə xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, aidiyyəti üzrə Fondun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə məktubun alınmasına baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Nəticədə həm “Vətəndaşların müraciətləri haqqında” Azərbayan Respublikası Qanununun maddələri, həm də mənim konstitsion hüququm olan əmək pensiyası amaq hüququm kobud şəkildə pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X6 direktorununun imzasıyla xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z271459/2023 saylı məktubla ərizəsinə cavab verilmişdir. Məktubda göstərilmişdir ki, anası vəfat etdiyi üçün akt tərtib etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ərizəçi X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi anası Firozə Zəkəryəyeva ilə birlikdə yaşamalarını bildirsələr də, Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi iş materialları ilə təsdiq olunmamaqla sübuta yetirilməmişdir.
5. X2 və Ərizəçi xx.xx.2022-ci il tarixli ərizələri ilə Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi barədə ərizələrindən müəyyən olunur ki, 12 may 2022-ci il tarixdən Ərizəçi anası Firozə Zəkəryəyevaya öldüyü günə kimi 22 sentyabr 2022-ci il tarixədək qulluq etmişdir. Həmin ərizənin tərtib edilmə tarixindən əvvəlki dövr üzrə isə Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi barədə sübutları məhkəməyə təqdim edilməmişdir.
6. Beləliklə məhkəmə Ərizəçi 2000-ci ildən, xx.xx.2022-ci ilədək eyni ünvanda yaşamış X1na baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir.
7. Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) Ərizəçi 01 iyul 1930-ci ildə anadan olmuş və xx.xx.2022-ci ildə vəfat etmiş X1na 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 21-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4-cü bnədinə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13-cü bəndinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 11 iyul 1964-cü il tarixli AZ № 669849 nömrəli doğum haqqında şəhadətnamə Şəki Rayon Qeydiyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, AZ – İİ № 317848 nömrəli ölüm haqqında akt qeydi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X6 Ərizəçi oğluna ünvanlanmış 21 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Z-271459/2023 saylı məktub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X6 Ərizəçi oğluna ünvanlanmış 18 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Z-297483/2023 nömrəli məktub X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi notarial qaydada təsdiq edilmiş 12 may 2022-ci il tarixli ərizəsi
10. Qətnаmədən nаrаzı qаlаn Ərizəçi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Ərizəçi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilməmişdir. Belə ki, onun anasına qulluq etməyi barədə mərhum anasının 12 may 2022-ci il tarixdə notarius tərəfindən təsdiqlənmiş ərizəsi vardır. Bu sənəddən daha etibarlı və əsaslı sübut ola bilərmi? Qulluq olunanın özü sağlığında ona qulluq edilməsini notarial qaydada təsdiqləmişdir. Dəyəri milyonlarla olan müqavilələr, etibarnamələr, vəsiyyətnamələr notarius tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir və əmliyyatlar aparılır. Çox təzadlı haldır ki, məhkəmə belə bir ərizəni sübut kimi qiymətləndirməmişdir.
12. Məhkəmə prosesi zamanı 3 nəfər qonşu onun anasına qulluq etdiyi barədə izahat vermişlər və bu fakt məhkəmə Qətnaməsində öz əksini tapır. Bu fakt da daha bir sübut. Lakin məhkəmə bu faktı da sübut kimi qiymətləndirməmişdir.
13. Ona görə də, Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası: 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən; 2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Ərizəçi Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Belə ki, hazırki işin halları bu qətnamənin 1-ci bəndində göstərilmişdir. Ərizəçi qulluq etmə faktının təsdiq olunması üçün iki sübuta əsaslanmışdır: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi notarial qaydada təsdiq edilmiş 12 may 2022-ci il tarixli ərizəsi və şahidlərin ifadələri.
26. Apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndində göstərilən dəlillərində birinci instansiya məhkəməsinin X2 ərizəsini sübut qismində qəbul etmədiyi göstərilir. Halbuki, işdən görünür ki, birinci instansiya məhkəməsi həmin ərizəni ərizənin verildiyi 12 may 2022-ci ildən sonrakı müddət üçün sübut qismində qəbul etmişdir. Həmin tarixdən əvvəlki müddətin sübut edilmədiyi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən müəyyən edilir. Ona görə də, qulluqetmə faktı ərizə verildikdən sonrakı müddət üçün təsdiq edilmiş hesab olunur.
27. Apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilən şahid ifadələri ilə bağlı dəlillərinə gəldikdə kolelgiya qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, şahid ifadələri yalnız ərizəçi və onun mərhum anasının birlikdə yaşadıqlarını təsdiq etmişdir. Həmin ifadələr qulluqetmə faktının təsdiqi kimi qəbul oluna bilməz. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 1 may 2024-cü il tarixli 2(075)-494/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev