Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-937/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X2 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair (Açar sözlər: əqdin etibarlı hesab edilməsi –şikayətin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X2 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X1 JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqısatqısına dair cavabdehlər X4 və X5 ilə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 03 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə X4 arasında Yevlax rayonu Tanrı qulular kəndində JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqısatqısı ilə bağlı aralarında olan əqd bağlanmış hesab edilməsi, JN 608 (KOD********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmiş Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun tanınması, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 nömrəli qətnaməsindən cavabdeh X5 və maraqlarına toxunan şəxs X7, X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından hüquqlarına toxunan şəxs İddiaçı Şabəddin qızı tərəfindən şikayət verildiyi qeyd edilmiş və hazırki mülki işin Yevlax rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(107)-530/2022 nömrəli qərardadı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(107)-530/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilərək, Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 nömrəli qətnaməsindən cavabdehlər X5, X7, X6 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmışdır. Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından İddiaçı Şabəddin qızı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı Şabəddin qızı şikayət vermişdir. Həmin məhkəmənin 14 iyun 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki-prosessual qanunvericilikdə qeyd edilən qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığına görə İddiaçı Şavəddin qızı tərəfindən Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli, qərardadından vermiş olduğu şikayət geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadı ilə razı deyildir. əvvəlcə qeyd edir ki, şəxs apellyasiya şikayətini 15 il sonra vermişdir. Məhkəmə müddəti əsassız olaraq bərpa edib. Məhkəmə araşdırma apararkən onun işdə nümayəndəsinin olduğunu, onun məlumatlandırıldığını, evinə qətnamənin göndərildiyini nəzərə almadan, müddəti bərpa edərək apellyasiya şikayətini göndərmişdir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadının ləğv edilməsini, Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından vermiş olduğu şikayətin aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)- 321/2007 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə mübahisələndirilən qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığına görə İddiaçı Şavəddin qızı tərəfindən Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadından vermiş olduğu şikayəti geri qaytarmaqda birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 402-ci apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Kollegiyanın qənaətinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(039)-321/2007 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-937/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-937/2022
18.07.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver