Məhkəmə qərarları › İş №2(107)-94/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-94/2025

14.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-94/2025 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş daşınmaz əmlakın (0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin) əvəzi olaraq 30 000 manat pul vəsaitinin və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Çəkilmiş xərclərin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş daşınmaz əmlakın (0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin) əvəzi olaraq 30 000 manat pul vəsaitinin və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları

2. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 onun doğma bacısı oğludur və son vaxtlaradək onunla onunla münasibəti tam səmimi olmuş və cavabdehin ona münasibətdə hər hansı haramçılığa yol vermək fikri olmamışdır. Hazırda isə cavabdeh faktiki olaraq ona məxsus olan, lakin Yevlax rayonu Malbinəsi kəndində onun adına sənədləşdirilmiş, 0.05 ha həyətyanı torpaq sahəsində yerləşməklə, 30 000 manat dəyəri olan iki yarımçıq tikilini (mişar daşından tikilmiş) mənimsəmək istəyir və ona bildirir ki, onun maddi vəsaitin hesabına inşa edilməsinə baxmayaraq həmin tikililəri ona verməyəcəyini bildirir. Yevlax rayonu Malbinəsi kəndində 0.05 ha yaşayış məntəqələrinin torpaqlarında o, 2013-cü ildə kürsülü 2 otaq, 1 zal, mətbəxt və hamamdan ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Fərdi yaşayış evinin bütöv hörgü və beton işləri tamamilə hazırdır, həmin işlər görülüb başa çatmışdır. Yalnız evin dam örtüyünün vurulması qalmışdır. Eyni zamanda, qeyd edilən 0.05 ha həyətyanı torpaq sahəsinin içərisində 12 mişar daşı ilə hörülmüş 3 otaq (mağaza binası üçün nəzərdə tutulmuşdur) tikili də tikdirmişdir. 0.05 ha yaşayış məntəqələrinin torpaqlarını o satın almış və bütün xərclər tərəfindən ödənilmişdir. Lakin həmin torpaq sahəsi cavabdeh cavabdeh2 adına sənədləşdirilmiş və ##.##.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə cavabdehin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Yaşadığı ərazi üzrə bütün kənd camaatı bilir ki, hazırda mübahisə edilən 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş iki tikili onun maddi vəsaiti hesabına başa gəlmiş və bu işin mübahisə edilməyən halıdır və son günlərədək cavabdeh özü də ona sifariş göndərirdi ki, istənilən an qeyd edilən daşınmaz əmlakı onun adına keçirməyə hazırdır. Insafən desək, son vaxtlaradək, cavabdehin özünün adına olmasına baxmayaraq onun haqqı olan halal malını mənimsəmək fikri yox idi. Hazırda isə, o, təsir və hədə altında olan ona qarşı yuxarıda təsvir edilən qaydada haqsızlıq və ədalətsizlik edir. Behbudov Elşən, Yusifov Azər, Yusifov Famil, Şükürov Nurəddin adlı ümumi qohumları ona mənfi mənada təsir edirlər. Famil Yusifov onun qardaşı, o cümlədən qızı Türkanın sabiq qaynatasıdır. X1 Abdulladan boşanmış və qızı Türkanın hər iki sonuncu şəxsə qarşı mənzilə köçürülmə tələbinə dair Yevlax Rayon Məhkəməsində mübahisə açmışdır. Yuxarıda adları çəkilən hər dörd şəxsin Behbudov Elşən, Yusifov Azər , Yusifov Famil və Şükürov Nurəddinin təsirləri və planları ilə cavabdeh ona qarşı qeyd edilən ədalətsizliyi həyata keçirmişdir. O, Məhkəməyə müraciət etməmişdən öncə, yenə də cavabdehə müraciət edərək haqqı olanı, yəni mübahisə predmeti olan, Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilini rəsmi müqavilə əsasında ona bağışlanmasını təklif etmişdir. Hansıki son vaxtlaradək cavabdeh özü bunu ona təklif edir. Lakin o, və digər ailə üzvləri Ukraynada yaşadığı üçün, cavabdehə bildirmişdir ki, arxayın vaxtda bağışlama ilə bağlı müqaviləni rəsmiləşdirilər. Onun və ailə üzvlərinin Yevlax rayonu Malbinəsi kəndində geniş, rahat və tam hazır evi vardır. Hazırda mübahisə edilən 0.05 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş iki yarımçıq tikili də onların öz evinə yanaşı qonşudur. Hazırda həmin tikilidə yaşamaq və oradan istifadə etmək mümkün olmadığına görə (tikilib tam başa çatmadığı üçün) istifadəsizdir. Mübahisə predmeti olan daşınmaz əmlakın – Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən iki ədəd yarımçıq tikilinin cavabdeh tərəfindən ona bağışlanması ilə bağlı heç bir təsir tədbiri görə bilmədiyi, o cümlədən hüquqi cəhətdən iddia tələbi irəli sürə bilmədiyi (əqdlərin bağlanması tərəflərin iradə ifadəsi əsasında həyata keçirilməlidir) üçün hazırkı iddia tələbini irəli sürərək, cavabdehin əsassız varlanmaqla əldə etdiyi 30 000 manat pul vəsaitini cavabdehdən tələb edir. Cavabdehin əsassız varlanmaqla əldə etdiyi 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş iki yarımçıq tikilinin dəyərini 30 000 manat pul vəsaitni cavabdeh cavabdeh2 tələb edir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun vəkili vəkil2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili vəkil1 iddia tələbini qəbul etmədini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) ## #### 2024-cü il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh cavabdeh2 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulu və ödənilmiş 125 manat dövlət rüsumun iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:1401555071, Hesab: AZ 41 NABZ 01360100000000003944) köçürülməsi qət edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlak – Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə cavabdeh cavabdeh2 məxsusdur, lakin həmin torpaq sahəsinin üzərində inşa edilmiş yarım tikililər (fərdi yaşayış evi və mağaza) Iddiaçı İddiaçı vəsaiti hesabına tiklilmiş, habelə həmin yarım tikililərin tikintisinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 11488 manat məbləğindədir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

8. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab etmişdir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 125 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6, 157.7, 560.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 157.5, 1092.1.2, 1092.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermişdir.

11. Cavabdeh cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, əsassız bir tələbi təmin etmişdir.

12. Məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, ona aid torpaq sahəsi üzərində ona aid olan əmlakının üzərinə hazırki uydurma ekspert rəyindəki uydurma rəqəmi gələrək öz əmlakının üzərində olan əmlakına əsassız qiymət verərək onun hüquqlarını açıq-aşkar pozmuşdur. Iddiaçının 2023-cü ilin əvvəllərindədə işdə anoloji iddiası vardır. O, məhkəmədən xahiş edir ki, həmin iddianın məzmunu, habelə şəxsin öz tələbini geri götürməsi ilə bağlı mülki işin materialları məhkəməyə gətirilsin. Iddiaçının bütün məhkəmə prosesinin videogörüntülərinə diqqət yetirilməsini xahiş edir. Prosesin 2/3 hissəsi ancaq hədə-qorxu, məhkəmənin qorxudulması, vəkilin qorxudulması, təkrar-təkrar əgər iddia təmin olunmazsa, dövlət orqanlarının ən mötəbər yerinə şikayət ediləcəyi ilə bağlı ciddi təsirləri və şikayətləri mövcuddur. Sual olunur? “Sənin mənim torpağımda nə işin vardır. Mən bu torpağı səndən almamışam ki, bu torpağa iddia edəsən”. Biraz keçmişə gedək. Məhkəmə öz qərarında bu barədə qeyd aparıb.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəxsinin Hüquqları dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli çıxarış Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları mülkiyyət hüququ ilə o, cavabdeh2 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Bu prosesə qədər isə o, qanuni əsaslarla Malbinəsi Bələdiyyəsinə müraciət edərək bələdiyyə qərarı əsasında 0.05 ha torpaq sahəsini əldə etmişdir. Onunla paralel qaydada iddiaçı da onunla qonşuluqda yerləşən özünün torpaq sahəsini almışdır. Onun həyətindəki evi ilə onun torpaq sahəsi arasındakı xeyli məsafə var. Bu şəxs onun aldığı torpaq sahəsində nə üçün tikili tikməlidir. Bu torpaq onun olduğu halda hasarları bəlli olduğu halda onun onun torpağı ilə bağlı nə aidiyyatı vardır ki, o, onun mülkiyyətinə aid olan əmlakını yalançı şahidləri ilə guya orada tikinti işləri aparması və başqa cür bəhanələrlə torpağını ələ keçirmək üçün, ucuz qiymətə almaq üçün, hazırki şou oyununu məhkəmə üzərində tətbiq edərək heç bir əsas olmadan üzərinə 11488 manat pul kəsmişdir. Iddiaçı onun həyat yoldaşıdır? qaynanasıdır? ailə üzvüdür? bu kimdir ki, axı ona qarşı əsassız varlanma adı ilə tələb qoysun. Bu nə məntiqdir, bu nə əsaslanmadır. O, dərk edə bilmir ki, başqasının əmlakı üzərində bu adam tikili aparması, tikilinin pulunu istəməsi gələcəkdə nə yaradar? Istənilən adam belə bir iddia ilə çıxış edib bütün qohuməqrabasını ortaya şahid kimi ataraq iddiasını təmin etdirə.

14. Işdə hansı arqument mövcuddur ki, şəxs ona məxsus əmlakı üzərində bu tikilini aparsın. Iki-üç qohum-əqrabanıın fikirləri bu həddə məbləği adamın üzərinə atarlarmı? Iddiaçı 30000 manat pul yazıb. Məhkəmə bu şəxsdən nə üçün soruşmur ki, o, onunla heç bir əlaqəsi olmayan şəxsin torpağında kimə deyib, nəyi edib tikili aparmışdır? Nə üçün yalan danışaraq niyyətini gizlədərək hansı əsassız varlanma adı altında onun əmlakı üzərində iddia qaldırır?

15. Iddianın əsassızlılığını ortaya qoymaq üçün aşağıdakı halların mütləq mənada araşdırılması üçün təxirəsalınmaz məhkəmə sorğusunun edilməsini xahiş edir. Birinci: Bu torpağın ilkin bələdiyyə sənədləri, ilkin müraciətin, bələdiyyə qərarı, habelə iddiaçının da özünə məxsus torpaq sahəsinə dair bələdiyyəyə müraciəti, bələdiyyə qərarı əsasında hər birinə ayrıayrılıqda torpaq sahələrinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə sorğu edilməsini, mülkiyyətinin ilkin sənədlərinin məhkəməyə təqdim edilməsini istəyir. Iddiaçı onunla bərabər müddətdə yəni əvvəl o, torpaq sahəsi almışdır, ondan sonra isə o adam torpaq sahəsi almışdır. Sonra isə özünün aid torpaq sahəsində ev tikdirib. Həyətini hasarlayıb. Bunun hansı xəstəliyi mövcuddur ki, öz torpaq sahəsini qoyub, gəlib onun yerində “30000”manat dəyərində ev tikdirsin? Bu nağıla, bu gülünc komediyaya onun özündən başqa kimsə inanarmı? O, barəsində verilən iddianı mülkiyyət əleyhinə olan, əmlakının əlindən almağa yönələn bir dramlaşdırılmış, öyrədilmiş, istiqamətalmış bir tələb hesab edir. O, təkrarən məhkəməyə bildirir ki, iddiaçının Yevlax rayon Məhkəməsinə oxşar formalı iddia tələbi ilə müraciəti əsasında toplanmış mülki sənədlərlə birlikdə bütün işin materialı məhkəməyə təqdim edilsin. Mülki işin tam həcimdə materialı 2023-cü ilin işlər qovluğunda Yevlax rayon Məhkəməsindədir. Düşünür ki, tələb əsassız olmaqla bərabər maddi hüquq normaları pozulmuşdur. Iddiaçı bildirir ki, 0.05 ha yaşayış məntəqəsi torpağını o guya satın almış, bütün xərclər tərəfindən ödənilmişdir. Guya sənədləşmə onun adına sənədləşmişdir. Sual olunur? Sən özünə aid torpaq sahəsini öz adına, ərinin adına, yaxınlarının adına niyə almırdın ki, guya 2013-cü il tarixində onun adına bu torpağı almağı nəyə xidmət edir? Malbinəsi bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edərək, torpağın pulunu ödəyərək, o, bu torpaq sahəsini öz adına almışdır. Eyni müraciətlə iddiaçıda edərək özünə torpaq sahəsi alıb. 11 ildən sonra iddia edir ki, guya bu torpaq sahəsindəki tikili onundur. Yaxşı torpaq sahəsini o, almısdırsa, nə yaxşı hazırki iddiasında torpağın da pulunu tələb etmir? Görünür yadından çıxıb bu hal. O, məhkəmə ədalətinə sığınaraq ədalətli bir qərarın çıxarılmasını, tələbin rədd edilməsini xahiş edir.

16. Məhkəmə Prosessual hüquq normalarını pozmuşdur. Ən öncə işin halları tam və hərətərəfli araşdırılmamış, başqasının mülkiyyətinin üzərində olan tikilinin iddiaçının əmlakı kimi qiymətləndirərək üzərinə yazmaq tələbə qərəzli bir mövqedir. O, düşünür ki, məhkəmə iddiaçının yalanları üzərində qurulan tələbi araşdırarkən onu ifşa edən ilkin sənədləri, habelə iddiaçının bu tələbdən əvvəl vermiş olduğu iddiasının bütün materialları ilə tanış olaraq öz qərarını çıxarmalı idi. Tələb hansı halda əsaslı idiki başqasının əmlakı üzərində aidiyyatı ekspertizanı apararaq bu iddianı tam əsassız olaraq qismən təmin etmişdir. Bununlada prosessual hüquq normalarını açıq şəkildə pozmuşdur.

17. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli qaydada araşdırmadan qərar qəbul etmişdir. Işin faktiki halı odur ki, iddiaçının başqasının mülkiyyəti üzərində olan əşyaya dair iddia qaldırarkən məhkəmə onun mülkiyyət sənədlərini ilkin mülkiyyət sənədlərini ön plana çəkərək iddiaçının xəyali, qohumlardan ibarət heyətinin sözü ilə qərar qəbul edib. Bu torpaq onundur, onu o, almışdır. Orada tikilini o, aparmışdır. Bu adam kimdi ki, gəlib başqasının torpağı üzərində tikili aparsın. Sonrada iddia etsin ki, guya bu torpağın pulunu o verib, bu torpaq onundur və onun üzərində bu tikilini bu tikib? Bu onun şəxsi, xəyali mövqeyi, onun isə qanuni əsaslarla Malbinəsi bələdiyyəsinə ərizəsi onun nəticəsində bələdiyyənin qərarı, sonra isə tərəfindən qanuni əsaslarla bələdiyyə ilə alqı-satqı müqavilə sonda isə çıxarışıdır. Qeyd etdiyi bu hallar rəsmi dövlət sənədləridir. Məhkəmə bütün bunları kənara qoyub, İddiaçı əsassız tələbini təmin etmişdir. Bu hal isə tam əsassızdır.

18. Iş üçün hallardan ən əhəmiyyətlisi odur ki, mülkiyyətçi olmayan bir şəxs iddia edir ki, bu torpağı o alıb, üzərində guya tikili işləri aparıb. 11 il keçəndən sonar isə aralarında yəni digər cavabdehlə aralarında olan münaqişədən sonra yəni digər cavabdehin oğlundan, onun qızının boşanmasından sonra bu iddia ilə çıxış etməsi, həmin torpağın onun qızının uşaqlarına verilməsi hədəsi ilə hazırki tələb üzrə iddia formalaşıb. Yəni, işin əsil həqiqi dayağı budur. Bütün bunların ona nə aidiyyatı var. Məhkəmə nə üçün işi tam obyektiv və hərtərəfli araşdırmadı.

19. Məhkəmə tələbi rədd etməli olduğu halda əsassız olaraq təmin etdi. Ona görə ki, əsası olmayan bir iddia rədd edilməli halda ekspertizanın keçirilməsi zərurətinə ehtiyac olmadığı halda məhkəmənin bu qənaətə gəlməsi hətta iki dəfə ekspertizanın keçirilməsi hesab edir ki, ədalətli deyildir. Eyni məhkəmə prosesi olaraq iddiaçı eyni şikayətləri Apellyasiya Məhkəməsinədə qarşı edəcəkdir. Eyni hədələrlə və təsir mexanizmi ilə çıxış edəcəkdir.

20. Onun nümayəndəsi tərəfindən bir neçə dəfə ilkin sənədlərin məhkəməyə gətirilməsi xahiş edilib. Həmin ilkin iddianın hakim Ruslan Əlizadənin icraatında olması, hazırki iddiaçı tərəfindən isə iddianın geri götürülməsi və baxılmamış saxlanılması ilə bağlı ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin mülki işin tam qovluğu ilə məhkəmə baxışına gətirilməsi istənilmişdir. Bu barədə videogörüntülərə diqqət yetirilsə, dediyi hal öz əksini tapar. Ancaq onlar üçün önəmli olan bu hallar araşdırılmadığından və şifahi vəsatətləri təmin olunmadığından əsaslı və əhəmiyyətli sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinin əsassız olduğundan ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Iddiaçının nümayəndəsi Nümayəndə Zeynalabdin oğlu, iddiaçının vəkili vəkil2, cavabdehlər cavabdeh2 və cavabdeh1, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh cavabdeh2 məhkəmə kollegiyasına göndərdiyi teleqramında, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi müraciətində xəstə olduqlarından məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını xahiş etsələr də, gəlməyən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

32. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Apellyator şikayətində Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- **/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

34. Ona görə də məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun olmamış, iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

36. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 həyətyanı torpaq sahəsinin satılmasına dair Yevlax rayonu Malbinəsi Bələdiyyəsi tərəfindən ## ###### 2007-ci il tarixdə qəbul edilmiş qərar əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ###### 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsi cavabdeh2 mülkiyyətinə rəsmiləşdirilmişdir. Cavabdeh cavabdeh2 iddiaçı İddiaçı bacısı oğludur. Iddiaçı İddiaçı həmin 0.05 ha torpaq sahəsinin onun tərəfindən alındığını, lakin cavabdeh cavabdeh2 adına sənədləşdirildiyini, həmin torpaq sahəsinin üzərində onun tərəfindən bir yarımçıq evin, həmçinin mağaza üçün nəzərdə tutulmuş yarımçıq tikilinin inşa etdirildiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia tələbi qəbul edilməmişdir.

38. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.

39. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin ona aid torpaq sahəsi üzərində ona aid olan əmlakının üzərinə hazırki uydurma ekspert rəyindəki uydurma rəqəmi gələrək öz əmlakının üzərində olan əmlakına əsassız qiymət verərək onun hüquqlarının açıq-aşkar pozulmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının cavabdeh cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində özü tərəfindən inşa edildiyini bildirdiyi tikililərin məhz həmin torpaq sahəsinin üzərində yerləşib yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Yevlax ərazi idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, alınmış mütəxəssis və ekspertiza rəyləri iş materiallarına əlavə edilmişdir.

40. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli rəydə göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

41. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmiş, həmçinin onun naturada ölçüləri müəyyən edilmişdir.

42. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsində inşa etdiyini iddia etdiyi tikililərin koordinatları və naturada ölçüləri müəyyən edilmiş və rəyə əlavə edilmiş sxemdə planında göstərilmişdir.

43. Cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 0.17 kv/m hissəsi, yarımçıq tikilinin 14.29 kv/m hissəsi Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin hüdudları xaricində yerləşir. Tikililərin 0.05 ha torpaq sahəsi hüdudları xaricində yerləşən hissəsinin ölçüləri rəyə əlavə edilmiş sxemdə planında göstərilmişdir.

44. Qeyd: Iddiaçı İddiaçı mülkiyyətinə ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 0.37 ha torpaq sahəsi verilsə də, faktiki çəpəri daxilində istifadəsində 0.73 ha torpaq sahəsi vardır.

45. Işdə olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Ucar Ərazi Idarəsinin mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

46. Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmiş, həmçinin onun naturada ölçüləri müəyyən edilmişdir.

47. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsində inşa etdiyini iddia etdiyi tikililərin koordinatları və naturada ölçüləri müəyyən edilmiş və rəyə əlavə edilmiş sxemdə planında göstərilmişdir.

48. Cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 0.17 kv/m hissəsi, yarımçıq tikilinin 14.29 kv/m hissəsi Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsinin hüdudları xaricində yerləşir. Tikililərin 0.05 ha torpaq sahəsi hüdudları xaricində yerləşən hissəsinin ölçüləri rəyə əlavə edilmiş sxemdə planında göstərilmişdir.

49. Iddiaçı İddiaçı mülkiyyətinə ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Malbinəsi kəndi ərazisində 0.37 ha torpaq sahəsi verilsə də, faktiki çəpəri daxilində istifadəsində 0.73 ha torpaq sahəsi vardır.

50. Kollegiya qeyd edir ki, təqdim edilmiş mütəxəssis və ekspertiza rəylərindən müəyyən edildiyi kimi mübahisəli fərdi yaşayış evinin 0.17 kv/m, digər yarımçıq tikilinin 14.29 kv/m hissələri istisna olmaqla inşa edilmiş tikililərin digər hissələri məhz cavabdeh cavabdeh2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza tədqiqatlarının aparılması üçün ekspertə yalnız məhkəmə qərardadının nüsxəsi deyil, hər iki tərəfin mülkiyyətlərində olan torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin də əlavə edildiyi mülki iş materialları təqdim edilmiş, ekspertiza tədqiqatı zamanı hüquqların dövlət qeydiyyatını həyata keçirən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinin mütəxəssis rəyinə də istinad edilmişdir.

52. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinin mütəxəssis rəyi ilə ekspertiza tədqiqatının nəticəsi əsasında verilmiş ekspertiza rəyi arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Yevlax Ərazi Idarəsinin ## ### 2025-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspertiza rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, həmin rəylər digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasalar da, məhkəmənin qərardadı əsasında keçirilmiş mütəxəssis və ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin hallarının tam və hərətərəfli araşdırılmaması, bu torpağın onun olması, onu onun alması, orada tikilini onun aparması, başqasının mülkiyyətinin üzərində olan tikilinin iddiaçının əmlakı kimi qiymətləndirilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində gəldiyi nəticəni məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X16, X3, X7 və X9 ifadələrinə istinadla əsaslandırmışdır.

55. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, 2013-cü ildə kürsülü fərdi yaşayış evinin hörgü və beton işlərini usta kimi o görmüş, işin pulunu isə Mənsurə və Arzumandan almışdır, təkcə hörgü işi üçün 2000 manat zəhmət haqqı almışdır, cavabdeh2 həmin evlə bir əlaqəsinin olduğundan məlumatı yoxdur.

56. Kollegiya qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş ##.##.2012-ci il tarixli alqı satqı müqaviləsindən görünür ki, satıcılar X5, X10 və X6 mülkiyyətlərində olan və Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahəsini 1500 manata İddiaçı satmışlar.

57. Iddiaçı İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilməklə iş materiallarına əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.37 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə rəsmiləşdirilmişdir.

58. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı cavabdeh2 mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha torpaq sahəsi ilə özünün mülkiyyətində olan Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.37 ha həyətyanı torpaq sahələrinin qonşuluqda yerləşdiklərini və onun tərəfindən həm 0.37 ha, həm də 0.05 ha torpaq sahələrində eyni vaxtda, 2013-cü ildə tikinti işlərinə başlanıldığını, hər iki evin və mağazanın tikinti işlərinin eyni vaxtda eyni usta tərəfindən, yəni X13 tərəfindən aparıldığını göstərsə də, birinci instansiya məhkəməsində dindirilən şahid X13 ifadəsində yalnız bir fərdi yaşayış evinin inşası barədə fikir ifadə etmişdir. Hansı ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından müəyyən edildiyi kimi həmin vaxt o, öz mülkiyyətində olan 0.37 ha torpaq sahəsində də tikinti işlərinin aparılmasını məhz usta X13 həvalə etmişdir.

59. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X16 ifadəsində hər iki tərəf ilə qohumluq münasibətlərində olduğunu, mübahisəli torpaq sahəsinin Umudun adına olduğunu və həmin torpaq sahəsində isə 2013-cü ildə hörülmüş yarımçıq tikili olan ev və digər tikilinin Mənsurə tərəfindən tikildiyini bildirmişdir.

60. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı İddiaçı X16 onun baldızının əri olduğunu və Famil Allahverdiyevin hazırda mübahisəli tikililərlə qonşuluqda yerləşən və əri Nümayəndə Zeynalabdin oğlunun mülkiyyətində olan 0.12 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşadığını göstərmişdir.

61. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X3, X7 və X9 iddiaçı ilə qonşuluqda yaşadıqlarını, mübahisəli torpaq sahəsi xalası Mənsurə tərəfindən Umudun adına alınsa da, yarımçıq tikili olan ev və digər tikilinin Mənsurə tərəfindən inşa etdirildiyini bildirmişlər.

62. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı İddiaçı şahidlərdən X9 atasının bacısı nəvəsi, X3, X7 isə qonşuları olduqlarını göstərmişdir.

63. Kollegiya qeyd edir ki, mübahisəli tikililərin kim tərəfindən inşa edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən həmin tikililərin yerləşdiyi Yevlax rayon Icra Hakimiyyəti Başçısının Malbinəsi kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Yevlax rayon Malbinəsi Bələdiyyəsinə sorğular göndərilmiş, sorğulara verilmiş cavablar iş materiallarına əlavə edilmişdir.

64. Işdə olan Yevlax rayon Malbinəsi Bələdiyyəsinin məhkəmə kollegiyasının sorğusuna verdiyi ## ###### 2024-cü il tarixli *** nömrəli cavab məktubunda göstərilmişdir ki, mişar daşından inşa edilmiş iki ədəd tikili təxminən bir neçə il bundan qabaq yarımçıq tikili kimi inşa olunmuş hal-hazırda yaxın vaxtlarda dam örtüyü vurulmuş və kimlər tərəfindən tikildiyi barədə məlumatları yoxdur.

65. Məhkəmə kollegiyasının ## ###### 2024-cü il tarixdə keçirilən iclasında verdiyi izahatında iddiaçı İddiaçı 0.05 ha torpaq sahəsində inşa edilmiş yarımçıq vəziyyətdə olan evin dam örtüyünü sonradan cavabdeh tərəfin inşa etdirdiyini göstərmişdir.

66. Işdə olan Yevlax rayon Icra Hakimiyyəti Başçısının Malbinəsi kənd Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəmə kollegiyasının sorğusuna verdiyi ## ###### 2024-cü il tarixli ** nömrəli cavab məktubunda göstərilmişdir ki, Yevlax rayon Malbinəsi kənd sakini cavabdeh2 məxsus olan 0,005 hektar həyətyanı torpaq sahəsində yarımçıq tikilmiş tikililərin kim tərəfindən və hansı tarixdə tikildiyi barədə heç bir məlumatları yoxdur.

67. Kollegiya qeyd edir ki, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarına əsasən mülki prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

69. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

70. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Iş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.

71. Kollegiya birinci instansiya məhkəməsinin istinad etdiyi şahid ifadələrinə münasibətdə qeyd edir ki, şahid ifadələrinin digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi zamanı iddiaçının təqdim etdiyi həmin şahidlərdən iki nəfərinin iddiaçı ilə qohumluq münasibətində olmaları, iki nəfərinin iddiaçı ilə qonşuluqda yaşamaları, iddiaçı eyni vaxtda üç tikili inşa etdirdiyini bildirdiyi halda, şahid qismində dindirilən bir nəfər ustanın ifadəsindən isə onun bir tikilinin inşasında iştirak etməsi müəyyən edilmişdir.

72. Həmçinin iddiaçı mübahisəli tikililəri 2013-cü ildə inşa etdirdiyini bildirdiyi halda, məhkəmə kollegiyasının sorğusuna 2024-cü ilin dekabr ayında cavab verən Yevlax rayonu Malbinəsi Bələdiyyəsi həmin tikililərin 10 il əvvəl deyil, bir neçə il əvvəl inşa edildiyini göstərmişdir.

73. Bundan əlavə iddiaçı mübahisəli yarımçıq tikilərin onun tərəfindən inşa etdirildiyini göstərsə də, həmin yarımçıq tikililərin inşası üçün onun tərəfindən hansı tarixdə, haradan, hansı dəyərdə, hansı növdən olan tikinti materiallarının alınması barədə heç bir fikir ifadə edilməməklə yanaşı, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

74. Kollegiya qeyd edir ki, işdə olan sübutların qiymətləndirilməsi zamanı şərh edilənlər diqqətə alınaraq iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi şahidlərin ifadələrinə mübahisənin həllində mötəbər sübutlar qismində istinad edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

75. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarına əsasən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

76. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

77. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il ## #### tarixli Qərarları).

78. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab verməməklə, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, həmin hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmamaqla, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirməmişdir.

79. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh cavabdeh2 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:1401555071, Hesab: AZ 41 NABZ 01360100000000003944) köçürülməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdeh cavabdeh2 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi rədd edilməli, birinci instansiya məhkəməsinin və məhkəmə kollegiyasının qərardadlarının icrası üzrə aparılmış ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 250 manat məbləğində pul iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN 1700326621, X24, Kod 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BIK CTREAZ22 hesaba), müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən aparılmış tədqiqat üzrə 300 manat qiymətləndirmə haqqı iddiaçı İddiaçı tutularaq, “xxxx” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218,VÖEN9900003611, SWIFT kod AIIBAZ2X, M/h AZ37NABZ01350100000000001944, VÖEN 1405366621, Hesab AZ64AIIB400900C9443414466208) ödənilməli, Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh cavabdeh2 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumun iddiaçı İddiaçı xeyrinə tutulması, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdeh cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:1401555071, Hesab: AZ 41 NABZ 01360100000000003944) köçürülməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh cavabdeh2 Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş yarımçıq tikilinin dəyəri 11488 manat pulun və ödənilmiş 125 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 250 manat məbləğində pul iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə (Az.MEM VÖEN 1700326621, X24, Kod 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ013601000000000039 44 SWIFT BIK CTREAZ22 hesaba), müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən aparılmış tədqiqat üzrə 300 manat qiymətləndirmə haqqı iddiaçı İddiaçı tutularaq, “xxxx” MMC-nin Kapital Bank ASC-nin Sahil filialındakı hesabına (Kod 201218, VÖEN9900003611, SWIFT kod AIIBAZ2X, M/h AZ37NABZ01350100000000001944, VÖEN 1405366621, Hesab AZ64AIIB400900C9443414466208) ödənilsin. Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar