Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-956/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, İddiaçı nümayəndəsi X6, cavabdehlər Cavabdeh1 və X7 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X4 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Kebeloba kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,1138 ha torpaq sahəsi və AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vəkilə ödənilmiş 100 manat xidmət haqqının, notariat xidməti üçün ödənilmiş 10 manat rüsumun və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Kebeloba kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,1138 ha torpaq sahəsinin və AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,10 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlər Cavabdeh1 və X3 çıxarılmasına, həmin torpaq sahəsinin ona təhvil verilməsinə, vəkilə ödənilmiş 100 manat xidmət haqqının, notariat xidməti üçün ödənilmiş 10 manat rüsumun və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X1 rayonu Kebeloba kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdikləri 250 kv.m hissəsindən çıxarılması, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməsi, cavabdeh X3 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən üzərində ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evinin olduğu 0,10 ha kənd yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdiyi 40 kv.m hissəsindən çıxarılması, həmin torpaq sahəsi iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş xidmət haqqının əvəzi olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, X9 və X2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu və notariat xidməti üçün ödənilmiş 10 (on) manat cavabdehlər Cavabdeh1, X9 və X2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, X9 və X2 müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************. nömrəli hesabına köçürülməsi qət Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və X9 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0.1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,10 ha yaşayış məntəqələrinin torpaqları vardır. 0.1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan və 0,10 ha yaşayış məntəqələrinin torpaqları Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarışlar verilmişdir. Həmin torpaq sahələrinin qonşuluğunda yaşayan cavabdeh X5 iddiaçının mülkiyyətində olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, cavabdehlər Cavabdeh1 və X9 isə iddiaçının mülkiyyətində olan 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsini zəbt edərək öz məqsədləri üçün istifadə edir və iddiaçını öz torpağından istifadə etməyə qoymur. Beləliklə də, İddiaçı mülkiyyət hüququ cavabdehlər tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehlərdən zəbt etdiyi torpaq sahəsindən çıxmalarını tələb etsə də, heç bir müsbət nəticə almamışdır. Cavabdehlər könüllü olaraq torpaqdan çıxmadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktı ərizəyə əlavə edilmiş sənədlər bir daha təsdiq edir. Bundan başqa torpağın zəbt olunmasını həmin torpaq sahəsinə yerində baxış keçirməklə də subuta yetirmək mümkündür. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 saylı qətnaməsi ilə cavabdehlər X7 və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn hüquqları pozulmuşdur. Belə ki, 15 oktyabr 2020-ci il tarixində Zaqatala rayonunun 2 saylı Notariat ofisində 0,11 ha kənd təsərrüfatı torpaq sahəsinin alqı-satqısı müqaviləsi qeydiyyata alınmışdır. Həmin alqı-satqı müqaviləsi ƏMDKYDƏDR Xidmətinə verilərək Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alınmış, AA№ 545631 nömrəli torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, onların sənəd üzrə 0,11 ha torpaq sahəsi, faktiki sahə isə 0,11 ha torpaq sahəsidir. Əgər onların zəbt olunmuş torpaq sahəsi olsaydı mütləq faktiki sahədə göstərilərdi. Burdan da görünür ki, onların zəbt edilmiş torpaq sahəsi yoxdur. Azərbaycan Respublikası Müstəqil Ekspertizası MMC onların torpağına baxış keçirməmişdir. Bu səbəbdən onların verdikləri rəylə razı deyillər. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdehlər Cavabdeh1 və X1 rayonu Kebeloba kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsinin verdiyi 14.09.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışda göstərilən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ekspert rəyinə əlavə edilmiş ortofotoplana uyğun olaraq zəbt etdikləri 250 kv.m hissəsindən çıxarılmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onlar iddiaçının torpaq sahəsini zəbt etməmiş, özlərinə məxsus olan 0.11 ha torpaq sahəsinidən istifadə edirlər. Ekspertlər gələndə onun torpaq sahəsini ölçməmişlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, həmin torpaq sahəsindən neçə illərdir ki, onlar istifadə edir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə düzgün araşdırma aparmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o həmin torpaq sahəsini alarkən cavabdehə bu barədə xəbərdarlıq olunmuşdur. Cavabdehlər də söz vermişdir ki, əgər doğrudan da zəbt olunduğu müəyyən edilərsə həmin hissədən çıxacaqlar. Lakin bu müddət ərzində cavabdeh tərəf zəbt etdikləri hissədən çıxamadıqlarından məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdehlər neçə illərdir ki, onlara məxsus olan torpaq sahəsini zəbt etməklə onların mülkiyyət hüququnu pozurlar. Onlar bir mülkiyyətçi kimi özlərinə məxsus olan əmlakdan istifadə edə bilmir. Ona görə də iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X5 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 5 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında 14.09.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, 98 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində aparılmış qeydiyyata əsasən Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında 14.09.2020-ci il tarixdə ********** nömrə ilə İddiaçı adına qeydiyyata alınmışdır. 15323 nömrəli 05.1.2020-ci il tarixli qəbzdən görünür ki, X10 tərəfindən notariat haqqı olaraq 10 manat ödəniş edilmişdir. 05.10.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, X10 tərəfindən 100 manat xidmət pulu ödənilmişdir. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 653 nömrəli, 08 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Zaqatala rayonu, Kebeloba kəndində yerləşən üzərində İddiaçı məxsus ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsi cavabdeh X5 tərəfindən istifadə olunan torpaq sahəsi daxilində olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və X7 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşir. Rəyə ortofotoplan və baxış aktı əlavə olunur. Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iddiaçı Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdehlər Cavabdeh1 və X9 iddiaçıya məxsus Zaqatala rayonu Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsini, cavabdeh X5 iddiaçıya məxsus 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsini zəbt etmişlər. Cavabdehlərin torpaq sahələrinin həmin hissələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdehlər apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiklərini bildirsələrdə bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişlər, əksinə iş materiallarında olan ekpsert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Zaqatala rayonu, Kebeloba kəndində yerləşən üzərində İddiaçı məxsus ümumi sahəsi 36,35 kv.m olan fərdi yaşayış evi olan 0,10 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 40 kv.m hissəsi cavabdeh X5 tərəfindən istifadə olunan torpaq sahəsi daxilində olması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 14.09.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Kebeloba kəndində yerləşən 0,1138 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 250 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və X7 faktiki istifadə etdikləri torpaq sahəsinin daxilində yerləşir. Göründüyü kimi cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsini zəbt etmələri tam sübuta yetirilir. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-114/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-956/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-956/2021
01.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver