Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-959/2025 18.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh1 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: İpoteka predmetinə tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X20 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X21 ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Cavabdeh1, Cavabdeh1 vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5, X10, X6 və X7 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(037)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən istehsalın genişləndirilməsi üçün "xxxx" MMC 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280 000 (iki yüz səksən min) manat məbləğində kredit verilmişdir.Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 06 iyun 2008- ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 iyun 2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X22 məxsus İsmayıllı rayonu, Qalagah kəndində 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 62.3 kv.m yaşayış, 55.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X22, X16, X33 və X29 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 15 ha torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriaylı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X22, X16, X33 və X29 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 1.935123 torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 09 oktyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə X22, X23, X33 və X29 məxsus İsmayıllı rayonu, Qalagah kəndində yerləşən 2.569835 torpaq sahəsi ipotekaya qoyulmuşdur. Cavabdeh2 məxsus fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 30 iyul 2008-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə İsmayıllı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmişdir. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcalan "xxxx" MMC müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə,yazılı bildirişlərin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən kredit borcunun Banka qaytarılması təmin edilməmişdir. Borc vaxtında ödənilmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin ipoteka ilə yüklü edilmiş mənzillərdən biri, İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən 41 saylı evə dair tələblərə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş, lakin həmin bildiriş müvafiq qaydada daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd olunan iş üzrə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin tələbi qismən təmin edilmiş, Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində təmin etməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş təqdim olunmadığı halda iddia tələbi həmin baxılmamış saxlanılır, bununla bağlı ayrıca qərardad qəbul edilir. Lakin məhkəmə isə iddiaçı tərəfin hüquqlarını pozaraq belə bir qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə həmin hissədə qərardad qəbul etməmiş, yəni X26 məxsus mənzilə dair hissədə iddianın təmin olunmaması barədə qətnamə qəbul etmişdir. Məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, qətnamə qismən ləğv olunaraq Cavabdeh2 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadından cavabdeh kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-3893/2014 saylı, 24 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı 25 iyul 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iş məhkəmənin icraatında olan zaman Cavabdeh2 01 fevral 2015-ci il tarixdə öldüyünə görə 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadla Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən 09 oktyabr 2024-cü il tarixdə müki iş üzrə icraatın təzələnməsi barədə İsmayıllı Rayon Məhkəməsinə ərizə ünvanlanmış və iş üzrə icraat təzələnməklə işin məhkəmə baxışı 06 noyabr 2024-cü il tarixə, saat 11:50-ə təyin edilmişdir. İddiaçı ASC-yə elektron kabinet vasitəsilə göndərilən bildirişlərin sayının çox olması səbəbindən 2(037)-1/2024 saylı iş üzrə məhkəmə iclasına dair bildirişdən məlumatları olmamış və nəticədə işin baxılmamış saxlanılması barədə 2(037)-1/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərardad qəbul edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Hazırda isə ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evində yaşayan və miras əmlakına faktiki sahiblik edən şəxslərin dairəsi müəyyən edilmişdir. Elektron sistem vasitəsi ilə əldə edilmiş sorğuya əsasən Cavabdeh1 ipoteka ilə yüklü edilmiş mənzildə qeydiyyatda olduğu və əmlaka faktiki sahiblik etdiyi aşkar edilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir.
6. Cavabdeh1 iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhərində yaşayır. Cavabdeh2 anasıdır və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddia tələbinə münasibət bildirərək qeyd edir ki, o, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 41 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq başqa ünvanda özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Qeydiyyatda olduğu ünvan onun ata ocağıdır. O, İsmayıllı şəhəri, Cavanşir küçəsi ev 41 ünvanında qeydiyyatda olsa da, hazırda həmin ünvanda yaşamır və həmin evdən istifadə etmir. Eyni zamanda 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X11 qalan irs payından ibarət olan əmlakdan, o cümlədən İsmayıllı şəhəri, Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası Cavabdeh2 adına keçməsinə etiraz etməmişdir. Bundan əlavə onun anası tərəfindən kredit götürülməsi və həmin kreditin təminatı kimi anasına məxsus mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatı olmamışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir.
7. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) xx.xx.2025-ci il tarixli, e- 2(037)-308/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, qiymətləndirmə hesabatının dəyəri olan 472 (dörd yüz yetmiş iki) manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin “İnşaatçılar” filialında olan hesabına keçirilməsi, (VÖEN **********,Bank rekvizitləri:İddiaçı ASC-nin “İnşaatçılar filialı,H/h AZ53AİİB400600C**********226,M/hAZ37NABZ********************,kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********) qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən istehsalın genişləndirilməsi üçün "xxxx" MMC 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280 000 (iki yüz səksən min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı olaraq girov qoyulmuş əmlaklardan biri kimi Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 06 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Cavabdeh2 məxsus fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 30 iyul 2008-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Borc vaxtında ödənilmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evlərindən biri, İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən 41 saylı evə dair tələblərə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş, lakin həmin bildiriş müvafiq qaydada daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd olunan iş üzrə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş,Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində isə təmin edilməmişdir.Məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Cavabdeh2 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin 2(102)-3893/2014 saylı, 24 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 620/2014 saylı 25 iyul 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bank tərəfindən yenidən iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin iş məhkəmənin icraatında olan zaman Cavabdeh2 01 fevral 2015-ci il tarixdə öldüyünə görə 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadla Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC tərəfindən 09 oktyabr 2024- cü il tarixdə müki işin icraatının təzələnməsi barədə İsmayıllı Rayon Məhkəməsinə ərizə göndərildikdən sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 06 noyabr 2024-cü il tarixli, 2(037)-1/2024 saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 manat kredit borcu və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatına münasibətdə qeyd edir ki, Cavabdeh1 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X11 qalan irs payından ibarət olan əmlakdan,o cümlədən İsmayıllı şəhəri,Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası Cavabdeh2 adına keçməsinə etiraz etmədiyini qeyd etsə də, ancaq mərhum anası Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalan əmlaklardan imtina etməsi barədə notariat ofisinə müraciət etməmişdir.
10. Məhkəmə qərara gəlmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 (üç yüz otuz doqquz min doqquz yüz əlli yeddi manat) manat kredit borcu və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği ipoteka ilə yüklü edilmiş Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməli, Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait İddiaçı ASC-yə ödənilməlidir.
11. Məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 anasından miras qalmış və faktiki sahibliyində olan İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında 90000 manat məbləğində qiymətləndirilməsinə münasibət bildirərək qeyd etmişdir ki, ipoteka predmetinin hazırkı bazar qiymətləri ilə real dəyəri də rəydə qeyd edilən məbləğə uyğundur.Ona görə də məhkəmə ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 14 iyul 2025-ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında qeyd edilən məbləğə uyğun olmaqla 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 1165.1, 1243.2, 1306.1, 1309-cu maddələrinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 9, 36.1, 36.2, 36.3, 36.4, 39.1, 39.3.3, 47.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.2, 217.3, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı təzələyərək işə baxaraq hazırkı qanunsuz qətnaməni qəbul etmişdir. Hazırkı mübahisə üzrə də məhkəmə iddiaçının 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi.
15. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 vəfatından 10 ilə yaxın müddət ötüb. Lakin iddiaçı keçən dövr ərzində iddiasının marağında olmayaraq hüququndan sui-istifadə etmişdir. O, öldükdən sonra hazırki iş üzrə cavabdeh X17 mirası qəbul etməmişdir.
16. Cavabdehin anasının vəfatından sonra bank məlumatlı olmuşdur. Bu isə ona dəlalət edir ki, iddiaçı artıq hüququnun pozulduğunu bilirdi. Tələb irəli sürə bilmək üçün vərəsənin müəyyən edilməsi vəzifəsini də məhz iddiaçı özü daşıyırdı. Yəni bank hüququnun pozulduğunu bilirdi və bilməli olduğu tarix də məhz xx.xx.2015-ci il tarixdən hesablanmalı idi.
17. Məhkəmənin yanaşması tamamilə absurddur. Belə ki, müqavilənin qüvvədə olma müddəti iddia müddətinin tətbiqini o vaxt istisna edərdi ki, öhdəlik daşıyan şəxs sağ olsun. Cavabdehin mərhum anası 2015-ci ildə vəfat etməsi müqavilə öhdəliyinin onun tərəfindən müqavilənin bitdiyi tarixədək icrasını mümkünsüz edirdi. İş üzrə icraatın dayandırılması və 10 il ərzində iddiaçının hərəkətsiz qalması iddia müddətinin axımı iddiaçı üçün başlanmış hesab edilir.
18. Belə ki, cavabdehin mərhum anası xx.xx.2015-ci il tarixdə vəfat etmiş və banka bu barədə məlumat verilmişdir. Həmin müddətdən 10 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı məhkəmədə işin icraatının təzələnməsi barədə vəsatət verməyərək hüquqdan sui istifadə etmişdir. Nəzərə alınsa ki, mirasın onun qəbul edildiyi tarixdən götürülsə də iddiaçı iddia müddətini ötürmüşdür.
19. Eyni zamanda cavabdeh 21 yanvar 2003-cü il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda ərizə yazaraq 15 mart 1999-cu il tarixdə vəfat etmiş mərhum atası X11 qalan irs payından ibarət olan əmlakdan, o cümlədən İsmayıllı şəhəri, Cavanşir küçəsi 41 saylı ünvanda yerləşən yaşayış evindən əl çəkdiyini və həmin evin anası Cavabdeh2 adına keçməsinə etiraz etməmişdir. Bundan əlavə onun anası tərəfindən kredit götürülməsi və həmin kreditin təminatı kimi anasına məxsus mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatı olmamışdır.
20. MPM-nin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu görsənir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra edərək əsassız qətnamə qəbul etmişdir. İşin hallarına obyektiv qiymət verilməmiş, cavabdehin iştirakının təmin olunmasında maraqlı olmamış, formal mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir. MPM-nin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
21. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-308/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)-308/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X30, X34, X27, X28 və X25 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs X30 məhkəmə kollegiyasına göndərdiyi teleqramında ağır xəstə olduğu üçün xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmədə iştirak edə bilməyəcəyini göstərsə də, iddiaçının nümayəndəsi və digər üçüncü şəxslər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsində müəyyən edilmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinin tələbinə görə də öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmənin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsi ilə də müəyyən edilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun; 1.0 və 1.0.6-cı maddələrinə görə ipoteka hüququ dedikdə, bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun olması nəzərdə tutulur. 10.2-ci maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1 -ci maddəsinə görə daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə görə ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir; müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsinin ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallar istisna olmaqla, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi barədə təklif və ya ipoteka predmetinə notariusun icra qeydi və ya məhkəmə qaydasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3.3-cü maddələrində müəyyən edilmişdir ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini də göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Qərar
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarına əsasən, ipoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Cavabdeh Əhmədov X19 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(037)-308/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 iyul 2008-ci il tarixli 16 nömrəli kredit müqaviləsinə əsasən istehsalın genişləndirilməsi üçün "xxxx" MMC-nə 60 ay müddətinə illik 7% dərəcəsi ilə 280 000 (iki yüz səksən min) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər əmlaklarla yanaşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 06 iyun 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evi də ipotekaya qoyulmuş, buna dair Cavabdeh2 ilə İddiaçı ASC arasında 30 iyul 2008-ci il tarixli 289 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Borc vaxtında ödənilmədiyindən bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İpoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən 41 saylı evə dair ipoteka qoyana bildiriş göndərilmiş, lakin həmin bildiriş müvafiq qaydada daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməmişdir. Qeyd olunan iş üzrə İsmayıllı Rayon Məhkəməsində iddia qaldırılmış, məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində isə iddia tələbi təmin edilməmişdir. Məhkəmənin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək Cavabdeh2 məxsus İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 82.47 kv.m yaşayış, 77.13 kv.m köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddia tələbi baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı, 25 iyul 2014-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3893/2014 saylı, 24 oktyabr 2014-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-620/2014 saylı 25 iyul 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bank tərəfindən yenidən iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edilmiş, lakin Cavabdeh2 iş məhkəmənin icraatında olan zaman, yəni 01 fevral 2015-ci il tarixdə öldüyünə görə 2(037)-186/2015 saylı, 20 may 2015-ci il tarixli qərardadla Cavabdeh2 hüquqi varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İddiaçı ASC tərəfindən 09 oktyabr 2024- cü il tarixdə müki işin icraatının təzələnməsi barədə İsmayıllı Rayon Məhkəməsinə ərizə göndərildikdən sonra iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 06 noyabr 2024-cü il tarixli, 2(037)-1/2024 saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. "xxxx" MMC-nin 14 iyul 2025ci il tarixli, № QXM470M nömrəli Qiymətləndirmə hesabatında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə ilkin satış (likvid) qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 2(037)-07/2014 saylı, 17 yanvar 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 262 567 manat əsas, 77.390 manat faiz borcu olmaqla cəmi 339.957 manat kredit borcu və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 faktiki sahibliyində olan İsmayıllı şəhəri,Cavanşir küçəsində 0.2 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı 82.47 kv.metr yaşayış, 77.13 kv.metr köməkçi sahədən ibarət 41 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsaitin İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin cavabdehin iştirakının təmin olunmasında maraqlı olmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin 24 fevral 2025-ci il tarixdə məhkəmə hazırlıq iclasının keçirilməsinə dair hüquq və vəzifələrinin də əksini tapdığı məhkəmə bildirişi 25 yanvar 2025-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə Cavabdeh1 təqdim edilmişdir. Həmçinin həm 24 fevral 2025-ci il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclasının, həmçinin də bundan sonrakı, yəni 17 mart 2025-ci il, 16 aprel 2025-ci il tarixdə keçiriləcək məhkəmə hazırlıq iclaslarının, həm də 04 iyun 2025-ci il, 14 iyul 2025-ci il tarixlərində keçiriləcək məhkəmə baxışı iclaslarının vaxtı və yeri barəsində əvvəlcədən Cavabdeh1 məxsus ***-***-**-** mbil nömrəsinə SMS bildirişlər göndərilmişdir. Bundan əlavə 16 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh1 şəxsən iştirak etmiş, 12 may 2025-ci il tarixdə keçiriləcək birinci məhkəmə baxışı iclasının vaxtı və yerinə dair məhkəmə bildirişini də imzalamışdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia müddətini ötürməsi, 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq məhkəmənin iddia tələbini rədd etməli olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
45. Kollegiya qeyd etməyi vacib hesab edir ki, iddia müddətinin tətbiq edilməsi üçün əsasların olub-olmaması məsələsinin buna dair ərizənin birinci instansiya məhkəməsinə təqdim edildiyi halda müzakirə edilməsinin mümkün olması, hazırkı halda isə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair birinci instansiya məhkəməsinə ərizə təqdim edilməməsi diqqətə alınaraq, məhkəmənin mübahisə üzrə iddia müddətinin ötürülüb-ötülməməsi məsələsini müzakirə etmək vəzifəsi olmamışdır.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin atası X11 qalan evin anası Cavabdeh2 adına keçməsinə etiraz etməməsi, onun anası tərəfindən kredit götürülməsi və həmin kreditin təminatı kimi anasına məxsus mübahisəli əmlakın ipoteka ilə yüklü edilməsindən məlumatının olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin hallar İddiaçı ASC-nin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsini və ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsini istisna etmir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının hüququndan suiistifadə etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından İddiaçı ASC-nin hazırkı iddia tələbi üzrə hüququndan sui istifadə etməsi halı müəyyən edilməmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.
50. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(037)-308/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(037)-308/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.