Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-96/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı hüquqi varisi X18, onun vəkili X35, cavabdehlər X5 və X6 iştirakları ilə, İddiaçı cavabdehlər X13 və X7 qarşı “onun mirasın ¼ hissəsinin qəbulu faktının müəyyən edilməsinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsindən cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X14 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu faktı müəyyən edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X14 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər X13 və X15, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şəki rayon 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, MA seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1-də 0,06 ha torpaq sahəsində yerləşən 2 saylı fərdi yaşayış evinin ¾ hissəsi X18 adına qeydiyyata alınmış, ¼ hissəsi isə mərhum atası X19 adına açıq saxlanılmışdır. O, xx xxxxx 1936-cı ildə Şəki şəhərində anadan olmuş, onun anadan olmasından bir il müddət keçdikdən sonra, yəni 16 aprel 1937-ci il tarixdə atası X28 vəfat etmişdir. Atasının vəfatından sonra ondan başqa X11, X20, X21, X22, X2 İsmayıl Qurban oğlu adlı vərəsələri qalmışdır. Həmin şəxslərdən X11 anası, X20, X22, X2 İsmayıl Qurban oğlu onun qardaşları X21 isə bacısıdır. Qardaşları Süleyman və İsmayıl hələ uşaqlıq yaşlarında, yəni 1947-ci ildə Şəki şəhərində vəfat etmişlər. Anası X11 1981-ci ildə qardaşı Əsabəli 1990-cı ildə, Məmməd 2007-ci ildə, bacısı Səyyarə isə 2011-ci ildə Şəki şəhərində vəfat etmişlər. Atası Qurbanın sağ qalan yeganə vərəsəsi odur. O, ünvan 3 ünvanında anadan olmuş, anadan olduğu gündən halhazıradək həmin ünvanda yaşayır. O, atasından mirası faktiki olaraq qəbul etməsinə, onu idarə etməsinə baxmayaraq hüquqi baxımdan savadsızlığı ilə əlaqədar miras əmlaka vaxtında şəhadətnamə ala bilməmişdir. X29 onun qardaşı Məmmədin qızıdır. Bacısı Səyyarə də sağlığında öz miras payından qardaşı Məmmədin qızı Kəmalənin xeyrinə imtina etmişdir. Bu məsələ ilə əlaqədar 12 fevral 2009-cu il tarixdə Şəki Rayon Məhkəməsində işə baxılmış, qəbul edilmiş qətnamə əsasında miras əmlakın 3/4 hissəsi X18 adına qeydiyyata alınmış, ¼ hissəsi isə atası Qurbanın adına açıq saxlanılmışdır. O, atasından miras qarmış əmlakın ¼ hissəsinə şəhadətnamə almaq məqsədi ilə Şəki rayon 1 saylı Dövlət Notariat Kontoruna müraciət etsə də 1990-cı ildə vəfat etmiş qardaşı Əsabəlinin qızları Şərafət və Məlahət bunu mübahisələndirdiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki o, atasının yeganə birinci dərəcəli vərəsəsi olmaqla mübahisə predmeti olan evdə anadan olmaqla orada yaşayır. Lakin cavabdehlərin özlərinin ayrıca yaşayış ünvanları vardır və öz evlərində yaşayırlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasnda iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 izahatında göstərmişdir ki, iddiaçı İddiaçı onun əmisidir. Əmisi həqiqətən də hazırda mübahisə predmeti olan evdə anadan olmuş və orada yaşayır. Atası Məmmədin vəfatından sonra o, da mirasın qəbulu faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, bibisi Səyyarənin də öz payından onun xeyrinə imtina etməsi nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə onun tərəfindən mirasın qəbulu faktı müəyyən edilmiş və Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ¾ hissəsi onun mülkiyyətinə rəsmiləşdirilmiş, 1 /4 hissəsi isə babasının adına açıq buraxılmışdır. İddiaçı isə babası Qurbanın sağ qalan yeganə birinci dərəcəli vərəsəsidir. Cavabdehlər X13 və X15 isə mübahisə predmeti olan evdə yaşamırlar. Ona görə də iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, İddiaçı onun uzaq qohumudur. İddiaçı 1936-cı ildə Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuş və hal-hazıradək fasiləsiz olaraq həmin evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, İddiaçı onun uzaq qohumudur. İddiaçı 1936-cı ildə Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuş və hal-hazıradək fasiləsiz olaraq həmin evdə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ¾ hissəsi X18 adına qeydiyyata alınmış, ¼ hissəsi isə X19 adına açıq buraxılmışdır. Halbuki, Şəki Kayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 fevral 2009-cu il tarixli, 2(075)-92/2009 saylı qətnaməsi ilə X18 iddiası təmin edilmiş, X8 və X12 1947-ci ildə Şəki şəhərində vəfat etmələri, X18 atasından miras qalmış əmlakı qəbul etməsi faktlarının təsdiq edilməsi, Şəki şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, döngə 1-də mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ikimərtəbəli, iki otaqlı 39 kv m yaşayış, 28,4 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evi Qurban Xəlilovun vərəsləri arasında qanun üzrə vərəslik qaydasında bölünmüş, evin və torpaq sahəsinin 1/2 hissəsinə X18 mülkiyyət hüququ tanınmış, həmin hissənin onun adına qeydə alınması DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsinə tapşırılmış, miras əmlakın qalan hissəsi Qurban Xəlilovun adma açıq buraxılmışdır. Belə olduqda Səki səhəri. C.Məmmədquluzadə küçəsi, döngə 1 ünvanında yeləsən 2 saylı yaşayış evinin 3/4 hissəsi X18 adına necə qeydiyyata alına bilərdi? X28 onların babasıdır. Babaları 16 aprel 1937-ci ildə Şəki şəhərində ölmüşdür. Babalarının vəfatından sonra onun X11, X20, X21, X22, X26 və X23 adlı vərəsələri qalmışdır. X4 və X23 1947-ci ildə vəfat ediblər. X1 1981-ci ildə, ataları X22 1990-cı ildə, əmiləri X26 2007-ci ildə, bibiləri X21 isə 2011-ci ildə vəfat etmişlər. Babaları miras qoyan X28 1937-ci ildə vəfat etmiş və miras 1937-ci ildən açılmışdır. Buna görə də hazırkı mübahisəyə mirasın açıldığı zaman qüvvədə olan 1923-cü ildən 1964-cü ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər X13 və X15 ayrı-ayrlıqda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X29 və onun vəkili X45 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan, Şəki rayon 1 saylı X34 dövlət notariusu X17 22 aprel 2013-cü il tarixdə ünvan 5 ünvanda yaşayan İddiaçı göndərdiyi məktubdan görünür ki, İddiaçı mərhum atası X19 vəfatından sonra miras qalmış ünvan 3 saylı evə vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işinin həll edilməsinin mümkün olmadığını göstərmişdir. İşdə olan Nuxa ZAQS bürosu tərəfindən 1943-cü ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 2 aprel 1936-cı il tarixdə anadan olmuş İddiaçı atası Qurban İsmayıl oğlu anası isə Mədinə Abdulcabbar qızıdır. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 yanvar 2012-ci il tarixdə verilmiş arayışdan görünür ki, X28 16 aprel 1937-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki Rayon Məhkəməsinin 2 (075)-92/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X18 iddiası təmin eilərək X20 və X12 1947-ci ildə Şəki şəhərində vəfat etmələri, X18 atasından miras qalmış əmlakı qəbul etməsi faktları təsdiq edilmiş, Şəki şəhəri Cəlil Məmmədquluzadə küçəsi döngə 1-də mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2 mərtəbəli, 2 otaqlı, 39 kv/m yaşayış, 28,4 kv/m köməkçi sahədən ibarət fərdi yaşayış evi Qurban Xəlilovun vərəsələri arasında qanun üzrə vərəsəlik qaydasında bölünmüş, evin və torpaq sahəsinin ½ hissəsinə X18 mülkiyyət hüququ tanınmış, həmin hissənin onun adına qeydiyyata alınması DƏDRX-nin Şəki şəhər ərazi idarəsinə tapşırılmış, miras əmlakın qalan hissəsi Qurban Xəlilovun adına açıq buraxılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ¾ hissəsi X18 adına qeydiyyata alınmış, ¼ hissəsi isə X19 adına açıq buraxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan SSR Mülki Məcəlləsinin 488 və 499-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan SSR Mülki Məcəlləsinin 488-ci maddəsinə əsasən mirasqoyanın uşaqları, (o cümlədən övladları), əri (arvadı) və əmək qabiliyyəti olmayan valideynləri, eyni zamanda miras qoyanın ölümündən əvvəl ən azı bir il müddətində onun himayəsində olmuş əmək qabiliyyəti olmayan digər şəxslər onun qanun üzrə vərəsələri hesab olunurlar. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən mirasın açıldığı yerdə olan mirasçı miras açıldığı gündən etibarən 3 ay içində müvafiq notarial orqana özünün mirasdan imtinası barədə məlumat verməmişsə, mirası qəbul etmiş sayılır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinin ¾ hissəsi X18 adına qeydiyyata alınmış, ¼ hissəsi isə X19 adına açıq buraxılmışdır. İddiaçı 2 aprel 1936-cı il tarixdə mübahisə predmeti olan evdə anadan olmuşdur. Onun anadan olmasından 1 il sonra, yəni 16 aprel 1937-ci il tarixdə X10 şəhərində ölmüşdür. İddiaçı anadan olduğu gündən mübahisə predmeti olan evdə yaşamaqla atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməsinə baxmayaraq buna dair notariat kontorundan şəhadətnamə almamışdır. Miras əmlakın ¼ hissəsi hazırda da miras qoyanın adına açıq saxlanıldığından İddiaçı atasından miras qalmış evdən və torpaq sahəsindən mirasın qəbulu faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı atası, yəni miras qoyan 1937-ci ildə vəfat etmiş və miras 1937-ci ildən açılmışdır. Buna görə də hazırki mübahisəyə mirasın açıldığı zaman qüvvədə olan 1923-cü ildən 1964cü ilədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. İddiaçı atası vəfat edərkən onunla birlikdə yaşamış, atası vəfat etdikdən sonra mirası qəbul etmiş, atasının vəfatından sonra mirasdan imtina etməsi ilə bağlı hər hansı bir orqana rəsmi qayda məlumat verməmişdir. Bununla da həmin mirası qəbul etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mirası faktiki olaraq qəbul etməsi və mirasdan imtina etməməsi nəzərə alınmalı, İddiaçı ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X14 miras qalmış ¼ hissə miras evdən və torpaq sahəsindən mirasın qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdehlərin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 26 aprel 2011-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən mərhum atası X14 miras qalmış ¼ hissəni miras kimi qəbul etmişdir. Onun adına həmin əmlakın ½-in 1/2-nə 17 may 2011-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı həmin çıxarış əsasında ½-in ½ olan payını 25 may 2011-ci il tarixli müqavilə ilə X24 bağışlamışdır. X9 qeyd olunan mirasın ¾ hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Hacıyeva (İsmayılova) Şərafət Əsabəli qızı və Qədirova (İsmayılova) Məlahət Əsabəli qızı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 iyul 2013-cü il tarixli, 2(075)-855/2013 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-96/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-96/2022
02.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver