Məhkəmə qərarları › İş №2(107)-961/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-961/2022

04.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-961/2022 04.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X17 cavabdehlər X8 və X12 qarşı “birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünərək payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehlərin çıxarılması” tələbinə dair tələbinə dair mülki iş üzrə (Açar sözlər: payların naturada müəyyən edilməsi, torpaq sahəsindən çıxarılma) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlundan və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21, iddiaçılar İddiaçı və X17, cavabdeh X8 və onun vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı və X17 cavabdehlər X8 və X12 qarşı “birgə mülkiyyətdə olan torpaq sahələrinin bölünərək payların naturada müəyyən edilməsi və onlara aid hissədən cavabdehlərin çıxarılması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 nömrəli qətnaməsindən cavabdehlər X8 və X18 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179946 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179951 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179950 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179952 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. A seriyalı 179947 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək çıxarışa əlavə edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı 3/8 payı, X2 2/8 payı, X10 2/8 payı və X17 1/8 payı olmaqla, ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X6 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”-nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mülki işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçının və cavabdehin iştirakı ilə həmin torpaq sahələrinin istifadə vəziyyəti GPS aləti vasitəsi ilə ölçüldü və torpaq sahələrinin faktiki yerləşmə vəziyyəti Sxem (1 2 3 4 5 6) öz əksini tapmışdır.

9. Mülkı işə əlavə edilmiş RX seriyalı ******* ******* ******* ******* ******* ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölündüyü halda bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada bölgüsü mümkün deyildir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2019-cu il tarixli 13447 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” nin Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən, RX seriyalı 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* nömrəli Dövlət Reyestrindən Çıxarışlar əsasında tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçılara düşən hər sahə üzrə 4/8 hissədən ibarət payın naturada bölünməsi mümkün deyildir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 09 avqust 2020-ci il tarixli **********72 saylı mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahələrinin hər biri üzrə yerləşmə sxemi və koordinatlar tərtib edilmiş sxemlərdə əksini tapmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 1078102, 1078092, 1078103, 1078103. 1078091, 1078026, ******* və ******* saylı çıxarışlara əsasən tərəflərin paylı mülkiyyətində olan torpaq sahələrindən 4/8 payın naturada ayrılması texniki cəhətdən mümkündür. Bunun üçün 0,2524 ha torpaq sahəsi orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 1 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,2666 ha torpaq sahəsi tən orta hissədən uzununa doğru iki sahəyə ayrılaraq, tərəflərin hər birinin istifadəsinə boş torpaq sahəsi verilə bilər. 0,1227 ha torpaq sahəsində 1 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən, yəni başlanğıc sərhəddən təqribən 89 metr aralı hissədən eninə istiqamətdə iki sahəyə (hər iki tərəfə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,3816 ha torpaq sahəsində 6 cərgə fındıq ağacları əkildiyini nəzərə alaraq, həmin sahə orta hissədən uzununa doğru iki sahəyə (hər iki tərəfə 3 cərgə fındıq ağacları düşmək şərtilə) ayrılaraq, tərəflərin istifadəsinə verilə bilər. 0,1016 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 508 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2718 ha torpaq sahəsinin boş sahədən ibarət olduğunu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1359,0 kv.metr sahə ayrılaraq 4/8 payın mülkiyyətçisinə verilə bilər. 0,2340 ha torpaq sahəsinin iki tərəfindən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin sahədən 1170,0 kv. metr sahə ayrılaraq 4/8 paylı mülkiyyətçisinə verilə bilər.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

15. X23 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payı naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatları naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə). Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir. Rəyə bölgü planları və baxış aktı əlavə olunur.

16. X23 Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 500 manat təşkil edir.

17. Azərbaycan Respublikası Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 avqust 2021-ci il tarixdə verilmiş 972 nömrəli arayışdan görünür ki, X2 Zaqatala rayonu Yuxarı Tala kəndində özünə məxsus 2016-cı ildə tikilmiş ümumi sahəsi 120 kv.m olan fərdi yaşayış evi var.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçılar İddiaçı və X27 (sonradan iddia həcminin artırılmasına dair) ərizə ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsi tərəfindən Zaqatala rayonunun Yuxarı Tala kəndində yaşayan cavabdeh X3 adına 01 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2666 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2524 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1016 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,3816 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2340 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,2718 ha torpaq sahəsinin, RX seriyalı ******* saylı çıxarışda qeyd edilmiş paylı mülkiyyətdə olan 0,1227 ha torpaq sahəsinin onların birgə mülkiyyətlərinə aid olan 4/8 hissəsinin, cavabdehə məxsus 4/8 hissəsindən naturada ayrılmasına və onlara aid (məxsus) hissəsindən cavabdehlərin çıxarılmasına dair dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 03 dekabr 1997-ci il tarixdə Zaqatala rayonun Yuxarı Tala kənd sakini X11 ərə getmişdir. Həmin vaxt onlar mərhum qaynatası X6 təsərrüfatına daxil olmuşlar. Əri ilə birlikdə yaşadıqları müddətdə qızları X27 anadan olmuşdur və qızı hal hazırda iddiaçı ilə birlikdə yaşayır. Ailələri mərhum qaynatasının təsərrüfatında olmaqla təsərrüfatda cəmi beş nəfər olmuşdur. Təsərrüfatda o, əri, qaynatası, qaynanası X29 və qızları X27 olmuşdur. Kənddə torpaq islahatı həyata keçirilərkən təsərrüfatda olan dörd nəfər ailə üzvlərinin mülkiyyətinə cəmi 1,56 ha torpaq sahəsi verilmişdir. Qızlarının torpaq almaq hüququ olmadığı üçün ona torpaq payı verilməmişdir. X7 03 dekabr 1997-ci il tarixdə, qaynatası X13 08 mart 1999-cu il tarixdə, qaynanası X29 isə 04 fevral 2013-cü il tarixdə vəfat etmişlər və bundan sonra təsərrüfatda o və qızı X27 qalmışdır. Onların təsərrüfatlarında 0.20 ha həyətyani torpaq sahəsi olmuşdur. Hal hazıradək həmin təsərrüfatda o və qızı vardır. Lakin buna baxmayaraq cavabdeh qaynı X1 RİHB-nin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi ilə əlaqəyə girərək saxtakarlıq edərək mövcud vəziyyəti gizlətmək yolu ilə sənədləri saxtalaşdırmış və təsərrüfatlarına məxsus torpağı ələ keçirilmişdir. Bu İddiaçı 2018-ci ilin mart ayında məlum olmuşdur. Mərhum əri vəfat etdikdən iki il sonra həmin təsərrüfatda olmağına baxmayaraq o qızını da götürərək həmin evdən müvəqqəti olaraq başqa evə köçmüş və hal hazırda da orada yaşayır. Lakin cavabdeh kənd ərazi nümayəndəliyi ilə əlaqə yaratmış və saxta sənədlərlə qanun üzrə vərəsəlik alaraq qanuni onların mülkiyyətlərində olan əmlakı ələ keçirmişdir. Belə ki, Zaqatala RİHBnin Yuxarı Tala kəndi üzrə ərazi nümayəndəliyi guya ki, qaynanasının ölümündən sonra təsərrüfatın bağlanmasını bəhanə edərək, qaynananın təsərrüfatında X3 və X10 olması da göstərilmişdir. Halbuki onların hər ikisinin ayrıca təsərrüfatları mövcud olmuşdur. Bu saxta sənədlərlə Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunda qanun üzrə vərəsəlik açılmış və təsərrüfatları kənar şəxslər tərəfindən ələ keçirilmişdir və həmin şəxslər də bununla əlaqədar qeydiyyat vəsiqəsi də almışlar.

20. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ntərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018- ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (coxillik əkmələr) təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; - ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı və X22 aid ümumilikdə 4/8 hissəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun vəziyyətdə, mütəxəssis və ekspert rəyində qeyd edildiyi qaydada digər paylardan naturada ayrılması; cavabdehlər X8 və X10 həmin torpaq sahələrinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci qeydiyyat tarixli çıxarışda qeyd edilmiş 0,2666 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018- ci il tarixli çıxarışda qeyd edilmiş 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018ci il tarixli çıxarışda qeyd edilmiş 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışda qeyd edilmiş 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı və X22 naturada ayrılmış 4/8 hissəsindən çıxarılmaları; iddiaçılar İddiaçı və X15 müştərək qaydada 50 (əlli) manat, cavabdehlər X8 və X9 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X16 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. İddiaçılar İddiaçı və X15 müştərək qaydada 500 (beş yüz) manat mütəxəssis xərci isə alınaraq "xxxx" Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 köçürülməsi, İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, müvafiq olaraq iddiaçılar İddiaçı və X17 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı və X4 rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin onlara məxsus 4/8 hissəsinin naturada ayrılmasını tələb edirlər. Cavabdeh X8 iddianın 6 ədəd torpaq sahəsinə aid hissədə təmin edilməsinə etiraz etmir. Lakin Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində fərdi yaşayış evindən əlavə yardımçı sahələr inşa edildiyindən həmin torpaq sahəsinin ayrılmasının qeyri mümkün olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/8 hissəsi olan 1170 kv.m torpaq sahəsinin iddiaçıların razılığı ilə digər çoxillik əkmələr üçün nəzərdə tutulmuş sahələrlə əvəzləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir. Məhkəmə X23 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mehkeme Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli, 10/1718 nömrəli rəyində göstərilənlərə uyğun olaraq iddiaçıların və cavabdehlərin payı naturada ayrılmış, ölçüləri, sərhədləri ve bölgü koordinatları naturada müəyyən edilmişdir (bölgü sxemləri əlavə edilməklə). Tədqiqatı aparılan torpaq sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan bölgü planlarında aydın şəkildə göstərilmişdir. Rəyə bölgü planları və baxış aktı əlavə edilmişdir. Məhkəmə X23 Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 aprel 2022-ci il tarixli 618 nömrəli mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyini sübut növü kimi qiymətləndirir. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə cavabdehin iddiaçının iddia tələbində qeyd etdiyi torpaq sahələrinin başqa torpaq sahələri ilə əvəzləşdirilməsi, eyni zamanda naturada ayrılmalı olan torpaq sahəsində tikilinin olması və yenidən ekspertiza təyin olunması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki vəziyyətdə iddiaçının öz mülkiyyətində olan torpaq payının naturada ayrılmasına mane olan qanunsuz tikililərin olması və iddiaçıya aid hissənin müəyyən edilməməsi əsası ilə iddia rədd edilməklə, iddiaçını çıxılmaz vəziyyətə salmış olar, onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqla, bu hüququ “xəyali” hüquqa çevirmiş olar. Bundan başqa, torpaq sahələrinin naturada ayrılması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan başqa torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Eyni zamanda cavabdeh tərəfin 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ayrılması əvəzinə ona başqa torpaq sahəsi verilməklə qətnamə çıxarılması barədə dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bununla bağlı iddiaçı tərəfin razılığı yoxdur və onun razılığı olmadan torpaq sahələrinin əvəzləşdirilməsi onun mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına əsas verir. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin bu hissədə rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyində göstərilən qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq digər paylardan ayrılması təmin edilməli, həmin torpaq sahəsi iddiaçıların faktiki sahibliyinə və istifadəsinə verilməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsinin iddiaçılara məxsus hissəsindən cavabdehlərin çıxarılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsi iddiaçıların mülkiyyətində olduğundan iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəkləri cavabdehlərə münasibətdə qanunidir. Cavabdehlərin torpaq sahələrinin iddiaçılara məxsus hissəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçılarının mülkiyyətində olan torpaq sahələrinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçılar mülkiyyətçi kimi mülkiyyətlərinə qəsd edən cavabdehlərin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətlərində olan torpaq sahələrinin onlara aid hissələrindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdırlar.

22. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsi 140, 152.1, 152.5, 157.1, 157.2, 157.4, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 220.1, 220.2 və 220.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsi 65-ci maddəsinin 3-cü hissəsinə, 65-ci maddəsinin 5-ci hissəsinə, 65-ci maddəsinin 7-ci hissəsinə, 65-ci maddəsinin 9-cu hissəsinə, 111.1 və 111.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1-64.2, 76.1, 76.2, 77.1, 107, 115.0 və 115.0.1-ci, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

23. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdehlər X8 və X18 tərəfindən apellyasiya şikаyəti verilmişdir.

24. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, mübahisəli həyətyanı torpaq sahəsində iki fərdi yaşayış evi yerləşir. Həmin evlərdən digəri 2016-cı ildə cavabdeh X8 tərəfindən onun öz şəxsi vəsaiti hesabına inşa edilmiş, yaşayış üçün tam yararlı hala gətirilmişdir. X31rşı 18 iyun 2002-ci il tarixli qərarında Avropa məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət hüququnu təsdiq edən sənədlərin olmaması vurulmuş ziyanı qiymətləndirməkdə həlledici amil deyil.” Göründüyü kimi, Avropa Məhkəməsi Önər Yıldızın bələdiyyə ərazisində inşa etdiyi gecəkondunu onun mülkiyyəti kimi qəbul etmişdir. Sözügedən fərdi yaşayış evi paylımülkiyyətçi Şabanov AbdulbağıƏfsələddin oğlunun payına münasib hissədə şəxsi vəsaiti hesabına inşa edildiyindən onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququ yaranmışdır. Torpaq sahələri naturada bölündükdən sonra onun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınmasınıməhkəmədən tələb etmək hüquna malikdir. İşə baxan birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, həmin fərdi yaşayış evinin taleyi məhkəmə tərəfindən həll edilməmiş, ümumiyyətlə torpaq sahələri naturada ayrılarkən fərdi yaşayış evlərinin birinin cavabdehlərə, digərinin isə iddiaçılara veriləcəyi nəzərə alınmamış, nəticədə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan RespublikasıMülki Məcəlləsinin 180.1-180.4-cü maddələrinin tələbləri pozulmuşdur .

25. Birinci instansiya məhkəməsi sübutların əldə olunmasını təmin etmədiyindən və işin hallarının araşdırılması üçün təkrar ekspertiza təyin etmədiyindən Məhkəmə Ekspertiza Xidmətlər Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 iyun 2022-ci il tarixli xx-xx/2022 nömrəli mütəxəssis rəyi apellyasiya instansiyası məhkəməsinə hazırda təqdim edilmişdir. Belə ki, sonuncu mütəxəssis rəyi təqdim edilərkən cavabdeh tərəf əlavə rəyin əldə edilməsinə kifayət qədər vaxtı olmamış, birinci instansiyası məhkəməsi tərəfindən rəyin təqdim edilməsinə şərait yaradılmamış, vaxt verilməmişdir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

27.Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak etmiş cavabdeh X8 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə tam razı deyil. O, mübahisənin həlli ilə bağlı qarşı tərəflə qarşılıqlı razılığa gəlməyə çalışsa da, qarşı tərəf heç cür onunla razılığa gəlmək istəmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X3 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşılıqlı razılığa gələ bilməməklərinin əsas səbəbi ondan ibarətdir ki, iddiaçı tərəf ona əlverişsiz bir sahə təklif edir, onun təklif etdiyi məbləği isə ödəmək istəmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş X27 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, əvvəlki məhkəmə iclasından sonra qarşı tərəflə razılığa gəlmək istəsələr də, sonda nəticə əldə olunmamışdır. Bunun da əsas səbəbi odur ki, qarşı tərəf onlara «Г» formalı bir sahə təklif edir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir

29. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin;

140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2.-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (MMnin 213.3). 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (MM-nin 215.6.-cı maddəsi). 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi;

65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəlsə də, şikayətin dəlillərindən görünür ki, apellyator iddianın təmin olunmuş RX ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan 0.2340 ha həyətyanı və RX seriyalı ******* nömrəli Çıxarışa əsasən paylı mülkiyyətdə olan 0.1227 ha torpaq sahələrindən iddiaçıların və cavabdehlərin paylarının rəyə uyğun bölünməsi və “torpaq sahəsindən çıxarılma” hissələrini mübahisələndirmişdir.

33. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .

35. İddia tələbinin dəlillərindən görünür ki, iddiaçılar paylı mülkiyyət hüququ ilə onlara məxsus olan payın naturada bölünməsini, cavabdehlərin özlərinə məxsus pay hissəsindən çıxarılmasını xahiş etmişlər.

36. Cavabdeh tərəf iddianın 6 ədəd torpaq sahəsinə aid hissədə təmin edilməsinə etiraz etmir. Lakin Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən üzərində yerləşən ümumi sahəsi 48,70 kv.m olan fərdi yaşayış evi olan 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində fərdi yaşayış evindən əlavə yardımçı sahələr inşa edildiyindən həmin torpaq sahəsinin ayrılmasının qeyri mümkün olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 4/8 hissəsi olan 1170 kv.m torpaq sahəsinin iddiaçıların razılığı ilə digər çoxillik əkmələr üçün nəzərdə tutulmuş sahələrlə əvəzləşdirilməsini xahiş edir.

37. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,2666 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,3816 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahəsinin 3/8 hissəsi və 1/8 hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, müvafiq olaraq iddiaçılar İddiaçı və X17 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2021-ci il tarixli 10/1718 nömrəli rəyinə əsasən Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən iddiaçıların paylı mülkiyyətində olan 0,2666 ha, 0,3816 ha və 0,1227 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (Çoxillik əkmələr) təyinatlı torpaq sahələrinin, 0,2524 ha kənd təsərrüfatı təyinatlı torpaqlar (əkin) təyinatlı torpaq sahəsinin, 0,1016 ha və 0,2718 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, 0,2340 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahələrinin 4/8 hissəsinin paylara münasib şəkildə naturada bölünməsi mümkün hesab edilmişdir.

39. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.

40. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətində olan dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli daşınmaz əmlak payları bəlli olan mülkiyyət hüquq əsasında tərəflərə məxsusdur. Məhkəmə payın naturada bölünməsini təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq mümkün olması nəticəsinə gəlmişdir.

41. Apellyasiya kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

42. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

43. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir

44. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir

45. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin mübahisələndirilən hissələr üzrə ləğv edilməsinə əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdehlər X8 və X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(033)-2/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar