Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-965/2022 18.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Yevlax rayon Təhsil şöbəsinə qarşı “Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası”nın müdiri vəzifəsindən azad edilməyinə dair Cavabdeh2 başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 nümayəndələri X2 (sonuncu prosesdə iştirak etmir) və X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2nə və Yevlax rayon Təhsil şöbəsinə qarşı “Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi - uşaq bağcası”nın müdiri vəzifəsindən azad edilməyinə dair Cavabdeh2 başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməyi və məcburi iş buraxma günləri üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(039)-443/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. AT-lV ******* saylı əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 16 fevral 2015- ci il tarixli 21 saylı əmrlə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir. 28 sentyabr 2021-ci il tarixli 132 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müvafiq tutduğu vəzifədən azad edilmişdir.
2. 16 dekabr 2021-ci il tarixli 2021-007489 saylı arayışından məlum olur ki, İddiaçı işə bərpa edilməsi ilə bağlı mediatora müraciət etmişdir.
3. 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti araşdırılarkən Aynur Əmirova, Gülnar Şirinova və Gülbahar Cəmilova işdə olmaması müəyyən edilmişdir. Nihad Əliyev adlı azyaşlının adı jurnalda olmadığı halda bağçada olduğu aşkar edilmişdir.
4. 30 iyun 2021-ci il tarixli protokolun surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məqsədə müvafiq hesab edilməsi; iclas protokolu qanunvericiliyə əsasən müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh2 Başçısına göndərilməsi qərara alınmışdır.
5. 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 30 iyun 2021-ci il tarixində 03 may 2021-ci il tarixli akt ilə "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq bağçasına 726.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması heç bir sənəddə qeyd edilməmişdir.
6. 27 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir.
7. Yevlax rayon İHB-nın 30 avqust 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı töhmət verilmişdir.
8. 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti araşdırılarkən X5 işdə olmaması müəyyən edilmişdir.
9. 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 31 avqust 2021-ci il tarixdə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında uşaqların davamiyyətinin çox zəif olduğu müəyyən edilmişdir.
10. 31 avqust 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 3 avqust 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq bağçasına 506.11 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması rəsmiləşdirilməmişdir.
11. 3 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 3 sentyabr 2021-ci il tarixində "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq baxçasına 503.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Anbara baxış keçirilən zaman 12 kq un, 200 qr. çay, 2 litr süd əskik olduğu aşkarlanmışdır. Bundan əlavə olaraq menyu tələbnaməsi tələb olunsa da, olmadığı müəyyən edilmiş və menyu tələbnaməsi olmadan ambardan ərzaq çıxarılmışdır. Həmçinin ərzaq sənədləşdirilmədən istifadə olunmuşdur.
12. 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X21 körpələr evinin tərbiyəçisi X4 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir.
13. 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X15 körpələr evinin tərbiyəçisi X4 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir.
14. 06 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti araşdırılarkən X5 və İddiaçı işdə olmaması müəyyən edilmişdir.
15. 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X19 körpələr evinin tərbiyəçisi X4 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir.
16. 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X20 körpələr evinin tərbiyəçisi X4 25 avqust 2021-ci il tarixindən heç bir icazəsi olmadan işə gəlməsi barədə izahat vermişdir.
17. 06 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 06 sentyabr 2021-ci il tarixdə Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında uşaqların davamiyyətinin çox zəif olduğu, iki uşaq olması müəyyən edilmişdir.
18. 06 sentyabr 2021-ci il tarixli izahatın surətindən məlum olur ki, X18 körpələr evinin müdiri İddiaçı baxçaya təhvil verilmiş ərzaqlardan 12 kq un, 2 litr süd, 200 qram çay götürməsi barədə izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 sentyabr 2021-ci il tarixli aktın surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı izahat verilməsi tələb olunarkən izahat verməkdən imtina etmişdir.
19. Yevlax rayon İHB-nın 08 sentyabr 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı şiddətli töhmət verilmişdir. Aran qəsəbəsində yerləşən 2 saylı körpələr evi-uşaq baxçasında yaranmış vəziyyətlə əlaqədar məsələ Pedoqoji şuranın müzakirəsinə çıxarılması qərara alınmışdır.
20. Yevlax rayon İHB-nın 28 sentyabr 2021-ci il tarixli əmrinin surətindən məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
21. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar Təşkilatının 24 sentyabr 2021-ci il tarixli iclas protokolundan məlum olur ki, kollektivin təşəbbüsü ilə Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, əmək intizamı və əmək funksiyalarının kobud şəkildə pozduğuna görə səs çoxluğunu nəzərə alaraq tutduğu vəzifədən azad edilməsi; həmkarlar təşkilatı protokolu, tədbir görülməsi üçün Cavabdeh2nə göndərilməsi qərara alınmışdır.
22. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Pedoqoji Şurasının 22 sentyabr 2021-ci il tarixli iclas protokolundan məlum olur ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr eviuşaq baxçasının müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yaratmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi; Cavabdeh2 rəhbərliyindən Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı baxçaya yarıtmaz fəaliyyəti ilə əlaqədar lizimi tədbirlərin görülməsinin xahiş olunması; Pedoqoji Şuranın protokolu tədbir görülməsi üçün Cavabdeh2nə göndərilməsi qərara alınmışdır.
23. Apellyasiya icraatı zamanı təqdim edilmiş;
24. Yevlax şəhər İHB-in xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı vəzifədə qalıb-qalmamasına münasibət bildirmək üçün X1 sədri Natella Məmmədovaya məktub ünvanlanmışdır.
25. ünvan 1 Gülnarə Şirinovanın Cavabdeh2nə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan görünür ki, sonuncu uşağının səhhəti ilə bağlı işə çıxamamq üçün bağça müdirinin ondan pul tələb etməsini bildirmişdir.
26. xx.xx.2021-ci il tarixli “AKT” məzmunundan görünür ki, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı yarıtmaz fəaliyyəti ilə bağlı akt tərtib olunaraq beş nəfər şəxs tərəfindən imzalanmışdır.
27. xx.xx-2021-ci il tarixli AKT-ın məzmunundan görünür ki, bağçasının müdiri İddiaçı işdən azad edildiyi üçün bağçaya məxsus olan dairəvi möhür, künc ştampı, əmrlər kitabı təhvil-təslim edilmiş, sonuncu akta imza etməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon Təhsil şöbəsinə qarşı məhkəməyə müraciət edərək, «onun Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyəti Başçısının 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yevlax Şəhər İcra Hakimiyəti Başçısının 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə müvafiq olaraq 28 sentyabr 2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir.
30. Məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi İcra Hakimiyyətlərinin balansından çıxarılaraq Təhsil nazirliyinin tabeliyinə verildiyindən o ikinci cavabdeh olaraq Yevlax Rayon Təhsil Şöbəsinin işə cəlb edilməsini məqsədə müvafiq hesab etmişdir. 28 sentybr 2021-ci il tarixdə iddiaçı cavabdehin əmri ilə işdən azad edilmişdir. 19 oktyabr 2021-ci il tarixdə cavabdehə əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün Təklif göndərmişdir. 22 oktyabr 2021-ci il tarixdə cavabdehə poçt bildirişinin verilməsi haqqında xəbərnaməni almışdır. Təklifinə cavabdehin münasibət bildirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddəti gözlədikdən sonra 01 noyabr 2021-ci il tarixdə Mediasiya Şurasına müraciət edərək mediatr təyin edilməsini xahiş etmişdir. 16 dekabr 2021-ci il tarixdə ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayış əldə etmişdir.
31. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 16 may 2022-ci il tarixli, 2(039)- 443/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyətinin Başçısı Anar Tağıyevin 28 sentyabr 2021-ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir.
32. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmkarlar təşkilatının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməmiş, X6 şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişlər. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Həmçinin iddiaçı işində olan nöqsanlara görə 08 sentyabr 2021-ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçı intizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdi.
33. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70, 71.2, 72, 74, 80.1, 80.2, 83.2, 84.2, 187.2, 189.1, 296.2, və 300.1-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli və “X16rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
34. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş əmək vəzifələrini kobud şəkildə pozduğu üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Həmin pozuntular isə iş materiallarına əlavə edilmiş və yuxarıda sadalanan çoxsaylı sənədlər ilə sübut edilir. Lakin məhkəmə maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq iddia tələbinin təmin edilməsi barədə nəticəyə gəlmişdir.
36. Ümumiyyətlə məhkəmə iddia tələbini təmin edərkən nə üçün bu nəticəyə gəlməsini əsaslandırmamışdır. Məhkəmənin əsaslandırma hissəsi yalnız aşağıdakılardan ibarətdir: “Məhkəmə qeyd edir ki, İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Həmkarlar Təşkilatının iclasının keçirilməsi barədə İddiaçı məlumat verilməmiş, Həmkarlar Təşkilatına Cavabdeh2 Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişdir. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir. Həmçinin iddiaçıya işində olan nöqsanlara görə 08 sentyabr 2021ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçıintizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdir.” Həmkarlar Təşkilatının iclasının keçirilməsi barədə İddiaçı məlumat verilsə də, o, iclasda iştirak etməmişdir. Həmçinin İddiaçı tərəfindən törədilən pozuntu 1 və ya 2 olmamış, o, ardıcıl olaraq pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir. Belə ki, ona 08 sentyabr 2021-ci il tarixli 122 saylı Əmrlə şiddətli töhmət verilsə də o, işində dönüş yaratmamış, verilən inzibati cəzadan nəticə çıxarmamış və əvvəlki yarıtmaz fəaliyyətini davam etmişdir. Bununla bağlı olaraq müvafiq sənədləşmə aparılmışdır.
37. Qeyd edilənlərə əsasən apellyаsiyа şikаyətinin təmin edilməsini, Yevlax Rаyоn Məhkəməsinin 16 may 2022-ci il tаrixli 2(039)-443/2022 nömrəli qətnаməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə tam və ətraflı araşdırma aparmamış, sonda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya şikayətində də göstərdikləri kimi iddiaçının fəaliyyəti bir neçə dəfə yoxlanılmış, lakin işində ciddi nöqsanlara yol verdiyi üçün sonuncuya şiddətli töhmət verilmiş, lakin iddiaçı bundan da ciddi nəticə çıxarmadığından işdən azad olunması barədə əmr verilmişdir. İddiaçıya töhmət veriləndən sonra da işində dönüş yaratmamış, əksinə analoji nöqsanlar davam etmişdir. İddiaçının fəaliyyəti yoxlanılan zaman bağçanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilmiş, bu barədə müvafiq şəxslərin izahatı alınmış, müvafiq aktlar tərtib olunmuşdur. İddiaçının işdən azad olunması barədə əmr verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Belə ki, məsələ ilə bağlı Pedaqoji Şuranın iclası keçirilmiş, bundan sonra həm işə götürən, həm də Pedaqoji Şura tərəfindən Həmkarlar Təşkilatına müraciət edilmişdir. Həmkarlar Təşkilatı da məsələyə öz münasibətini bildirdikdən sonra iddiaçının işdən azad olunması barədə əmr verilmişdir. Lakin birinci instansiya məhkəməsi bütün bunlara qiymət verməmiş, yalnız iddiaçının izahatına istinad edərək qətnamə qəbul etmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır, ona görə də şikayətin təmin olunmasını xahiş edir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o fəaliyyəti dövründə heç bir pozuntuya yol verməmiş, əksinə bu illər ərzində daim nizam-intizamla işləmiş, işinə ciddi yanaşmışdır. Yoxlama zamanı da bağçanın nə anbarında, nə də ki, digər fəaliyyətində hər hansı qüsur, nöqsan aşkar olunmamışdır. Sadəcə, Yevlax rayonuna təyin olunmuş yeni İcra Başçısı və onun müavini ona qarşı şəxsi qərəzlidirlər. Çünki o, əvvəlki rayon rəhbərliyi ilə bağlı yığılan pulu çatdıra bilməmişdir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv araşdırma apararaq yekun qərar qəbul etmişdir. İddiaçının fəaliyyətində heç bir nöqsan olmadığı halda ona töhmət verilmiş, bundan sonra da işdən azad edilmişdir. Hətta fəaliyyətində nöqsan olsa da belə sonuncuya artıq töhmət verilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
42. Məhkəməmin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək sonda şikayətin təmin olunmasını xahiş etmişdir.
43. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Təhsil Nazirliyinin Yevlax şəhər şöbəsinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddənin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır 72-ci maddəyə görə -e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 288-ci maddəsinin “h” bəndinə görə fərdi əmək mübahiələrinin həlli zamanı həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi məsələləri nizama salınır. 290-cı mаddəsinin 3-cü bəndinə əsаsən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər
Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun Maddə 8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
46. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(039)-443/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
47. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(039)-443/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
49. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla üç hissədən, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən ibarətdir. Tələbin ikinci və üçüncü hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.
50. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun azad edilməsi barədə verilmiş əmr. Belə ki, o fəaliyyəti dövründə heç bir pozuntuya yol verməmiş, əksinə bu illər ərzində daim nizam-intizamla işləmiş, işinə ciddi yanaşmışdır. Aparılmış yoxlama zamanı nə bağçanın anbarında, nə də ki, digər fəaliyyətində hər hansı nöqsan və ya çatışmazlıq aşkar olunmamışdır. Rayon İcra Başçısı və müavini ona qarşı qərəzli olduqlarından işdən azad etmişlər.
51. Cavabdeh tərəf isə iddia tələbinə qarşı etiraz edərək bildirir ki, əksinə, aparılmış yoxlama və manitorinqlər zamanı iddiaçının rəhbərlik etdiyi Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətində ciddi qüsur və çatışmazlıqlar aşkar edilmiş, iddiaçı dəfələrlə məlumatlandırılmasına, barəsində intizam tənbeh növü tətbiq edilməsinə baxmayaraq, sonuncu verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işində dönüş etməmiş, altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur.
52. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
53. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, iddianı təmin edən birinci instansiya məhkəməsi mövqeyini əsasən iki halla əsaslandırmışdır:
54. Birinci, “İddiaçı işdən azad edilməsinə dair əmr verilərkən əmək qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, həmkarlar təşkilatının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməmiş, X6 şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirmişlər. Yəni iclaslar Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun keçirilməmişdir”.
55. İkinci, iddiaçıya işində olan nöqsanlara görə 08 sentyabr 2021-ci il tarixdə şiddətli töhmət verilmişdir. Həmin tarixdən sonra İddiaçı intizam xətası törətməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189-cu maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilə biləcəyi halda, eyni intizam xətasına görə əmək müqaviləsinə xitam verlməsi intizam tənbehi tətbiq edilə bilməzdi.
56. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır.
57. Beləı ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının rəhbəri olduğu Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında yoxlama aparılmış və yoxlama nəticəsində həm bağçanın işinin təşkilində, həmçinin iddiaçının özünün rəhbər kimi fəaliyyətində ciddi nöqsanlar aşkar edilmiş, bu barədə çoxsaylı izahat və aktlar tərtib edilmişdir (aktlar yoxlama aparmağa səlahiyyətli olan şəxslər – ŞİH Başçısının müavini Nümayəndə, ŞİH Başçısı Aparatının baş məsləhətçisi Nərmin Fərzəliyeva və bağçanın aidiyyəti üzrə səlahiyyətli şəxsləri tərəfindən imzalanmışdır) .
58. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, nöqsanlar əsasən həmin bağçanın işinin təşkilinin düzgün qurulmaması, nizam-intizamın aşağı olması, o cümlədən də rəhbərin (iddiaçının) özünün şəxsiyyəti ilə bağlı olmuşdur.
59. Belə ki, işin təhlili nəticəsində müəyyən edilmişdir ki, (işə əlavə edilmiş sənədlərdən (sənədlərin xronoloji ardıcıllığı qətnamənin 1-27-ci bəndlərində qeyd edilmişdir) Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasında işçilərin işə davamiyyəti yerində olmamış, tərbiyəçilərdən Aynur Əmirova, Gülnar Şirinova və Gülbahar Cəmilovanın işdə olmaması müəyyən edilmiş, Nihad Əliyev adlı azyaşlının adı jurnalda olmadığı halda bağçada olduğu aşkar edilmişdir. 30 iyun 2021-ci il tarixli aktın surətindən məlum olur ki, 30 iyun 2021-ci il tarixində 03 may 2021-ci il tarixli akt ilə "xxxx" MMC Yevlax regional idarəsi tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı uşaq bağçasına ayrı-ayrı vaxtlarda 726.02 manat dəyərində, 506.11 manat və 503.02 manat dəyərində ərzaq təhvil verilmişdir. Bu ərzağın istifadə olunması heç bir sənəddə qeyd edilməmişdir. Bu barədə iddiaçıdan izahat verilməsi tələb olunsa da sonuncunun imtina etməsi müəyyən edilmişdir (iş mat. 1-ci cild, səh. 50-57).
60. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, bağçada monitorinq keçirilən zaman həm işçilərin, həm də uşaqların davamiyyətinin çox zəif olduğu müəyyən edilmişdir. Anbara baxış keçirilən zaman 12 kq un, 200 qr. çay, 2 litr süd əskik olduğu aşkarlanmışdır. Bundan əlavə olaraq menyu tələbnaməsi tələb olunsa da, olmadığı müəyyən edilmiş və menyu tələbnaməsi olmadan ambardan ərzaq çıxarılmışdır. Həmçinin ərzaq sənədləşdirilmədən istifadə olunmuşdur.
61. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlər araşdırılarkən yuxarıda sadalanan nöqsan və çatışmazlıqların mütəmadi olaraq davam etməsi, iddiaçı tərəfindən heç bir tədbir görülməyərək, işində müsbət dönüş yaratmaması müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırmasının birinci hissəsi, yəni “ həmkarlar təşkilatının iclasının keçrilməsi barədə İddiaçı məlumat verilməməsi, X6 şəhər İcra Başçısı təqdimatla müraciət etməli olduğu halda Həmkarlar təşkilatı iclası kollektivin təşəbbüsü ilə keçirməsi” dəlili ilə razılaşmır.
63. Birinci ona görə ki, mülki işin 1-ci cildinin 127-ci səhifəsindəki 20 sentyabr 2021-ci il tarixli, 2064 nömrəli məktubun məzmunundan görünür ki, Yevlax şəhər İHB-in müavini Nümayəndə tərəfindən Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar Təşkilatına təqdimat ünvanlanmışdır. Təqdimatda bağçanın müdiri İddiaçı vəzifədə qalıb-qalmamasına münasibət bildirilməsi xahiş olunmuşdur. (i/m 1-ci cild səh. 127).
64. Həmin məktubun əsli, həmçinin Həmkarlar Təşkilatına göndərilməsini təsdiq edən poçt reyestri apellyasiya instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmişdir (i/m 2ci cild səh. 20-21).
65. İkincisi, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Pedoqoji Şurasının 22 sentyabr 2021-ci il tarixli iclası keçirilmiş və bağçanın müdiri İddiaçı yarıtmaz fəaliyyəti məsələsinə baxılmışdır. İclasda İddiaçı müdir olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, yarıtmaz rəhbərliyinə görə tutduğu vəzifədə qalması məqsədəmüvafiq hesab edilməməsi, Cavabdeh2 rəhbərliyindən sonuncunun yarıtmaz fəaliyyəti ilə əlaqədar lazimi tədbirlərin görülməsinin xahiş olunması və Pedoqoji Şuranın protokolunun tədbir görülməsi üçün Cavabdeh2nə göndərilməsi qərara alınmışdır (i/m 1-ci cild, səh. 87).
66. Üçüncüsü, Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının Həmkarlar Təşkilatının 24 sentyabr 2021-ci il tarixli iclas protokolundan məlum olur ki, kollektivin təşəbbüsü ilə Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq baxçasının müdiri İddiaçı tutduğu vəzifədən azad edilməsi məsələsinə baxılmışdır. Yevlax rayon Aran qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasının müdiri İddiaçı olduğu müəssisədə yol verdiyi ciddi nöqsanlara, əmək intizamı və əmək funksiyalarının kobud şəkildə pozduğuna görə səs çoxluğunu nəzərə alaraq tutduğu vəzifədən azad edilməsi; həmkarlar təşkilatı protokolunun, tədbir görülməsi üçün Cavabdeh2nə göndərilməsi qərara alınmışdır. i/m 1-ci cild, səh. 122).
67. Göründüyü kimi birinci instansiya məhkəməsi iş materiallarında olan bu sənədləri (1-27-ci bəndlərdə qeyd edilmiş) ardıcıl olaraq qiymətləndirməmiş, iş materiallarının 127-ci səhifəsində olan təqdimata isə (onun əslini tələb etməklə) ümumiyyətlə əhəmiyyət verməmişdir.
68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin digər əsaslanması, yəni “İddiaçı eyni intizam xətasına görə həm töhmət, həm də əmək müqaviləsinə xitam verlməsi” mövqeyi ilə də razılaşmır.
69. Kollegiya tərəfindən bu istiqamətdə araşdırma aparılarkən müəyyən edilmişdir ki, işində yol verdiyi çoxsaylı nöqsanlara görə iddiaçıya xx.xx.2021-ci il tarixli əmrlə töhmət, bundan sonra nöqsanlar davam etdiyinə görə xx.xx.2021-ci il tarixli əmrlə şiddətli töhmət verilmişdir.
70. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmr heç də əvvəlki nöqsanlara görə deyil, sonuncu intizam tənbehindən sonra işində dönüş yaratmadığına və qeyd olunmuş nöqasanlar aradan qaldırılmadığına görə əmək müqaviləsinə xitam verilmişdir. Çünki iş materialları ilə təsdiq olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixli əmrlə şiddətli töhmət verildikdən sonra, iddiaçının fəaliyyətində yenə də həmin nöqsan və çatışmazlığın olması müəyyən edilmiş, bu barədə də eyni xarakterli izahat və aktlar tərtib edilmişdir (i/m 2-ci cil səh. 28-42).
71. Məhkəmə sonuncu “Akt”ların əvvəlki “Akt”larla müqayisəli təhlilini aparmış, bu zaman həmin Aktları da yoxlama aparmağa səlahiyyətli olan şəxslər – ŞİH Başçısının müavini Nümayəndə, ŞİH Başçısı Aparatının baş məsləhətçisi Nərmin Fərzəliyeva və bağçanın aidiyyəti üzrə səlahiyyətli şəxsləri tərəfindən imzalandığı müəyyən edilmişdir.
72. Buradan da göründüyü kimi iddiaçı barəsində intizam tənbeh növlərinin tətbiq edilməsinə baxmayaraq, sonuncu verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işində dönüş etməmiş, altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur.
73. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma apararaq, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürərək, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Əsək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində sadalanan hallara qəsdən və ya səhlənkarlıq nəticəsində yol verməsi öz təsdiqini tapır. Belə olan halda isə, işçinin əmək funksiyasına daxil olan işi tələb edilən səviyyədə davamlı olaraq yerinə yetirməməyə görə onun işdən azad edilməsi qanunamüvafiq olmuşdur.
74. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Mübahisənin konkret halında işəgötürən olmaqla cavabdeh Əmək qanunvericiliyinin tələbindən irəli gələn bütün prosedur qaydalarına əməl etməklə qanunvericiliyin verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, yalnız sonda işçi ilə əmək müqaviləsinə xitam vermişdir.
75. Kollegiya sonda iddiaçı tərəfin apellyasiya şikayətinə qarşı qeyd etdiyi dəlillərə, yəni həmkarların “saxta” olmasına və “cavabdeh tərəfin onunla qərəzli olmasını” da aydınlaşdırmağa çalışmış və bunu iddiaçı tərəfin sübut etməli olmasını onun diqqətinə çatdırmışdır. Lakin sonuncu bununla bağlı hər hansı mötəbər sübut və ya tutarlı arqument gətirə bilməmiş, bunu öz formal mülahizəsi ilə əsaslandırmağa çalışmışdır.
76. Bu halda nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Mülki işin materialları əlaqəli şəkildə təhlil edilərkən iddiaçı tərəfin iddia tələbini dəstəkləyən hər hansı sübutu məhkəməyə təqdim etməsi iş materialları ilə sübut olunmur, əksinə cavabdeh tərəfindən təqdim edimiş coxsaylı sənədlər iddia tələbini təkzib edir.
78. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmamış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilməmişdir.
79. Ona görə də kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından və maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(039)-443/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon Təhsil şöbəsinə qarşı «onun Yevlax rayon “Aran qəsəbə 2 saylı Körpələr evi – Uşaq bağçası”nın müdiri vəzifəsindən azad edilməsinə dair Yevlax Şəhər İcra Hakimiyəti Başçısının 28 sentyabr 2021- ci il tarixli 132 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün orta əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov