Məhkəmə qərarları › İş №2(107)-969/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-969/2020

18.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-969/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı iddiaçının özünə aid edilməsi, artıq ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-117/2020 saylı qərardadı nəzərə alınması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən iş üzrə iddiaçı X3 tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. İddiaçı apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki halları lazımi qaydada araşdırılmadan, müvafıq maddi və prosesual hüquq normalarının tələblərinə riayət edilmədən çıxarılmışdır. Belə ki, cavabdeh onun qardaşı Şahin Xasıyevin arvadı olmuşdur. Qardaşı Şahin vaxtilə Ukraynaya getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Şahin Ukrayna Respublikasında 1 otaqlı deyil, 2 otaqlı ev alması məqsədi ilə Cavabdeh ilə xx xxxxxx 1999-cu ildə rəsmi qaydada nikahlarını qeyd etdirmiş, lakin onların toyu olmamışdır. X11 arasında xx xxxxxx 1999-cu ildə rəsmi nikah bağlansa da onlar ər-arvad kimi xx xxxxxxx 2000-ci il tarixdən etibarən bir yerdə yaşamağa başlamışlar. Bundan sonra X9 şəhərində 2 otaqlı mənzil almışdır. 2000-ci ilin oktyabr ayının 7-8-də Elzanəyə məxsus cehiz əşyaları mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə gətirilmiş, Cavabdeh özü isə xx xxxxxxx 2000-ci il tarixdə həmin evə gəlin köçmüşdür. Elzanə həmin fərdi yaşayış evində 7 ay yaşamış, bundan sonra Xarkov şəhərinə getmişdir. Elzanə arada-bir uşaqları ilə birlikdə Şəki şəhərinə gəlmiş, mübahisəli mənzildə 1-2 gecə qaldıqdan sonra atası evinə getmişdir. Elzanə ilə Şahinin birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X4 və xx xxxxxx 2012- ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Qardaşı ilə Elzanə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən, Ukrayna Kominternov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(641)-2573/2015 saylı qətnaməsi ilə onlar arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar Elzanənin himayəsində saxlanılmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi atası Əlibala Xasiyevin mülkiyyətində olsa da, Elzanə onların evinə gəlin köçən zaman fərdi yaşayış evinin mülkiyyət sənədi olmamış, atası vəfat etdikdən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə həmin fərdi yaşayış evinin atasının adına olmasına dair mülkiyyət sənədi alınmş, xx xxxxx 2017-ci il tarixdə vərəsəlik qaydasında həmin fərdi yaşayı evini öz adına rəsmiləşdirmişdir. Hal-hazırda qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. Bildirdi ki, Elzanənin 2000-ci ilin oktyabr ayında gətirdiyi cehiz əşyaları hələ də ona məxsus evdə qalmaqdadır. Elzanə və uşaqları Azərbaycana gəldikdə 1-2 gün onlarda qalsa da ona məxsus evdə daimi yaşamayıb, atasıgildə qalmışdır. Göstərmişdir ki, iş üzrə cavabdehin Şəki rayon məhkəməsində ona qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair xx xxxx 2018-ci il tarixli, 2(075)- 1149/2018 saylı mülki iş, həmçinin qardaşı Şahinə qarşı “atanın razılığı olmadan uşaqların xarici ölkəyə sərbəst çıxarılmasına” dair xx xxxxx 2018-ci il tarixli mülki işləri olmuşdur. Artıq cavabdeh 2018-ci ilin yaz aylarında uşaqlarını da götürərək Ukraynaya getmiş və halhazırda da həmin ölkədə daimi olaraq yaşayırlar. Bundan əlavə göstərmişdir ki, cavabdeh X2 və iki uşağının daimi yaşayış yeri Xarkov şəhəridir. Belə ki, cavabdeh hal-hazırda Xarkov şəhəri, Qeroi Stalinqrad prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmçinin göstərmişdir ki, cavabdeh Ukraina vətəndaşıdır. Bildirmişdir ki, hal-hazırda qardaşı Şahin Xarkov şəhərindəki evi cavabdeh və uşaqlara görə tərk etmiş, başqa ünvanda yaşayır. Göründüyü kimi cavabdeh hazırda mübahisəli ünvanda yaşamır. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair xx xxxx 2018ci il tarixli, 2(075)-1149/2018 saylı qətnaməsi ilə cavabdehin mübahisəli evə istifadə hüququ tanınmamış, evə köçürülmə tələbi təmin edilmişdir. Cavabdehin həmin evdən istifadə hüququ olmadığından iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, cavabdehin mübahisəli evə istifadə hüququ olmasaydı, onun evə köçürülmə tələbi təmin edilə bilməzdi. Nə qədər ki, cavabdehin mübahisəli evdə yaşamaq hüququ olmuşdur, onun həmin evdən istifadə hüququ da olmuşdur. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qardaşı Şahin Xasıyevin arvadı olmuşdur. Qardaşı Şahin vaxtilə Ukraynaya getmiş və həmin ölkənin vətəndaşlığını qəbul etmişdir. Şahinlə Elzanə arasında xx xxxxxx 1999-cu ildə rəsmi nikah bağlansa da onlar ər-arvad kimi xx xxxxxxx 2000-ci il tarixdən etibarən bir yerdə yaşamağa başlamışlar. Bundan sonra X9 şəhərində 2 otaqlı mənzil almışdır. 2000-ci ilin oktyabr ayının 7-8-də Elzanəyə məxsus cehiz əşyaları mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə gətirilmiş, Cavabdeh özü isə xx xxxxxxx 2000-ci il tarixdə həmin evə gəlin köçmüşdür. Elzanə həmin fərdi yaşayış evində 7 ay yaşamış, bundan sonra Xarkov şəhərinə getmişdir. Elzanə ilə Şahinin birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə X4 və xx xxxxxx 2012- ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Qardaşı ilə Elzanə ailə qurduqdan sonra Ukrayna Kominternov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(641)- 2573/2015 saylı qətnaməsi ilə onlar arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar Elzanənin himayəsində saxlanılmışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ataları Əlibala Xasiyevin mülkiyyətində olsa da, Elzanə onların evinə gəlin köçən zaman fərdi yaşayış evinin mülkiyyət sənədi olmamış, iddiaçının atası vəfat etdikdən sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə həmin fərdi yaşayış evinin atasının adına olmasına dair mülkiyyət sənədi alınmş, xx xxxxx 2017-ci il tarixdə vərəsəlik qaydasında həmin fərdi yaşayı evi iddiaçının adına rəsmiləşdirmişdir. Hal-hazırda qeyd olunan fərdi yaşayış evi onun mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair xx xxxx 2018-ci il tarixli, 2(075)- 1149/2018 saylı qətnaməsi ilə cavabdeh mübahisəli evə köçürülmüşdür. Cavabdeh halhazırda Xarkov şəhəri, Qeroi Stalinqrad prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, tərəflər arasında mübahisəli evlə bağlı münasibət 2000-ci il oktyabr ayında yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları) Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə də, müəyyən olunur ki, iddiaçı Xarkov şəhəri, Qeroi Stalinqrad prospekti, ev 41, mənzil 70 ünvanında qeydiyyatda olmaqla davmlı olaraq yaşayır. Belə olan halda isə cavbdehin iddiaçının xüsusi mülkiyətindəki evə dair hazırkı iddiasının təmin edilməməsi hüquqdan sui-istfadə olmaqla yanaşı, həm də mülkiyyətə əsassız müdaxiləni təşkil etmiş olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X1 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-117/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar