Məhkəmə qərarları › İş №2(107)-97/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-97/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-97/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan «xxxx» ASCnin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin edilmiş, Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olanavtomobil ipotekaya yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min)manata açıq hərracda satılması, Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobil açıq hərracda satışından əldə edilən vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 11026 (on bir min iyirini altı) ABŞ dolları məbləğində əsas borc, 1614,97 (bir min altı yüz on dörd ABŞ dolları doxsan yeddi sent) manat məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 12690,97 (on iki min altı yüz doxsan ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat rüsum məbləğinin tutulub iddiaçıl əğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza xərci olan 50 manatın ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “X9" MMC-nin hesabına ödənilməsi, həmçinin, mülki iş üzrə keçirilmiş 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, cavabdehlər Cavabdeh1 və X1 11026 (on bir min iyirmi altı) ABŞ dolları əsas borc, 8792.30 (səkkiz min yedd yüz doxsan iki dollar otuz sent) ABŞ dolları faiz borcu, 230.92 (iki yüz otuz dollar doxsan iki sent) ABŞ dolları cərimə borcu ümumilikdə 20048.36 (iyirmi min qırx səkkiz dollar otuz altı) ABŞ dolları məbləğində kredit borcunun, «Kredit müqaviləsi»nin 5.4-cü bəndinə əsasən 200 (iki yüz) manat məbləğində cərimənin, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanı Cavabdeh1 məxsus, HYUNDAİ AZERA - minik markalı avtomaşına (qeydiyyat nömrəsi: ** EB ***: tip: SEDAN, KMHFH41B8DA184285 ban №- li, buraxılış ili 2012. rəngi: Ağ mirvari) yönəldərək, avtomaşının açıq hərracdan satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASCyə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 və X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-184/2020 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin xx xxxx 2020-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamenti məhkəməyə ərizə ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, mülki iş üzrə icraatın təzələnməsi və icraata qəbul edərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-184/2020 saylı qərardadı ilə mülki işin icraatı təzələnərək, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni xx xxxx 2020-ci il tarixə, saat 11:30-a təyin olunmuşdur. İddiaçı ləğv prosesüisndə olan «xxxx» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Yeni Həyat” Filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 127YHAK nömrəİi «Kredit müqaviləsinə əsasən, cavabdehə Hyundai Azera minik markalı avtomaşının alınması üçün 48 (qırx səkkiz) ay müddətinə 23100 (iyirmi üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinə HYUNDAİ AZERA - minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN. KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari) alınmış və həmin avtomobil cavabdehin bankla bağladığı xx.xx.2013-cü il tarixli, 127 YHAK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən xx.xx.2013-cü il tarixli, AA seriyalı, 078649 nömrəli «ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən» Çıxarış verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, cavabdehin halhazırda banka borcu 11026 (on bir min iyirmi altı)ABŞ dolları əsas borc, 8792.30 (səkkiz min yeddi yüz doxsan iki dollar otuz sent) ABŞ dolları faiz borcu, 230.92 (iki yüz otuz dollar doxsan iki sent) ABŞ dolları cərimə borcu ümumilikdə20048.36 (iyirmi min qırx səkkiz dollar otuz altı) ABŞ dollarıtəşkil edir.xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit alan Cavabdeh1 zamin durmuşdur. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Belə ki, cavabdehin banka xx xxxxxx 2019-cu il tarixə 11026 ABŞ dolları məbləğində əsas borc, 8792,30 ABŞ dolları məbləğində faiz borcu, 230,92 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20048,36 ABŞ dolları məbləğində kredit borcu vardır. İddiaçı məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında gəlməmişlər. Lakin iddiaçı «xxxx» ASC-nin nümayəndəsi Nümayəndə xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə teleqram göndərərək, məhkəmə baxışının onların iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, sözügedən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, məhkəmə qətnamə çıxararkən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3602 saylı rəyini iş üzrə sübut kimi qəbul etmişdir. Lakin həmin ekspert rəyində qey olunan məbləği əsaslı hesab etmək olmaz. Rəyin məzmunundan görünür ki, iddiaçının tələb etdiyi əsas və faiz borcu ilə, rəydə qeyd edilən əsas borc və faiz borcu arasında kifayət qədər fərq vardır. Ekspert rəyində iddiaçının tələb etdiyi 11026 ABŞ dolları əsas borc artırılaraq 13594,62 ABŞ dolları, tələb olunan 8792,30 ABŞ dolları faiz borcu isə əhəmiyyətli dərəcədə azaldılaraq 1614, 97 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi zamanı cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu, cəriməni əks etdirən hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və iş üçün zəruri olan digər sənədlər hamısını ətraflı təhlil etdikdə tam aydın olur ki, ekspert kredit borcunun hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. Görünən odur ki, sözügedən ekspert rəyində bu sənədlərə lazımi qaydada əhəmiyyət verilməmişdir. İş üzrə obyektiv və düzgün qərar qəbul edilməsi üçün borcların düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi mühüm əhəmiyyətə malikdir. Lakin, məhkəmə əsaslılığı şübhə doğuran ekspert rəyini əsas götürərərək sübut kimi qəbul edilmiş, borc məbləğinin həqiqiliyini müəyyən etmək üçün təkrar ekspertiza keçirməkdən imtina etmişdir. Bu da nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulu ilə bağlı hissədə də ədalətli nəticəyə gəlməmişdir. Cavabdehlərin kredit borcuna və həmin borcun gecikdirildiyi dövrə münasibətdə 50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması həddindən artıq az olmaqla iddiaçının mənafeyinə uyğun deyil. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır və ləğv olunmalıdır. İddiaçı tərəf bilə-bilə iş üzrə düzgün olmayan cavabdehlər cəlb etmişdir. Məhkəmə də, bu halları araşdırmamış, ədalətsiz və düzgün olmayan mövqe nümayiş etdirmişdir. Bildirilməlidir ki, həqiqətən də, İddiaçı ASC-nin “Yeni Həyat” filialı ilə Cavabdeh1 arasında xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsi bağlanmış və ona “Hyundai Azera” markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomaşının alınması üçün 48 ay müddətinə, 23100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 6 (altı) ay müddətində ödəniş etmiş, daha sonra maddi problemi olduğu üçün, avtomaşını satmaq qərarına gəlmişdir. Cavabdeh2 adlı şəxs avtomaşını ondan almış, rəsmiləşdirmə üçün bankın əməkdaşı Səbuhi adlı şəxsə yaxınlaşmışlar. Məhz həmin vaxt, yəni xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı ASC-nin Yeni Həyat filialı arasında zaminlik müqaviləsi bağlanmış və bankın nümayəndəsi Səbuhi adlı şəxs Cavabdeh2a bildirmişdir ki, artıq avtomaşının sahibi sənsən, ödənişləri bundan sonra sən edəcəksən. Cavabdeh1 isə bildirilmişdir ki, daha Sizlik heç bir iş qalmadı, narahat olmayın. Daha sonra Cavabdeh1 məlum olmuşdur ki, Cavabdeh2 bir-neçə aydan sonra avtomaşını başqa şəxsə satmış, bu minvalla avtomaşın bir-neçə şəxsə satılmışdır. Cavabdeh1 ilk dəfə bu məsələdən 2016-cı il tarixdə xəbər tutmuş, təsadüf nəticəsində avtomaşını tapıb, bankın nümayəndələrini çağırıb, hüquqi savadsızlığından onlara təhvil vermişdir. Həmin vaxtdan sonra sakitçilik olmuş, xx xxxxxx 2019-cu il tarixdə bank tərəfindən Şəki Rayon Məhkəməsinə müraciət edildikdən sonra bilmişdir ki, avtomaşına görə ödənişlər olunmamış, borc yığılmış, avtomaşının isə hazırda kimdə və harada olması məlum deyil. Maraqlı budur ki, bank tərəfindən avtomaşın kiməsə satılır, ödəniş olunmadığı üçün bütün məbləğ Cavabdeh1 üzərində qalır. Nə üçün bank illər ərzində lazımi tədbirlər görüb, avtomaşını saldığı şəxslərdən geri almayıb? Nə üçün bu qədər müddət ərzində həmin şəxslərin arxayınçılıqla avtomaşını idarə etmələri üçün şərait yaradılıb? Bütün bu məsələdə günahkar şəxslər birmənalı olaraq, tapılıb cəzalandırılmalıdırlar. Cavabdeh1 hüquqi savadsızlığından istifadə edən bank əməkdaşları, hazırda onun əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşlar. Necə olur ki, 2013-cü ilin oktyabr ayından Cavabdeh1 olmayan avtomaşına görə o pul ödəməlidir. Hansı ki, həmin avtomaşın elə həmin tarixdə banka təhvil verilmişdi. Məhkəmə iclasında isə bu məsələlər araşdırılmamış, nəticədə mülki iş üzrə düzgün olmayan qərar qəbul edilmişdir. O, faktiki olaraq, Bakı şəhərində yaşadığı üçün, mövcud pandemiya səbəbindən Şəki rayonuna gedə bilməmiş, məhkəmə isə bunu nəzərə almamış, və tərəflərin iştirakı olmadan qətnamə qəbul etmişdir. O, məhkəmə iclasında iştirak etsəydi müvafiq sübutlarını və faktları təqdim edib, işin ədalətli araşdırılmasına nail ola bilərdi. Göründüyü kimi, mülki iş üzrə tərəflər iştirak etmədən, lazımi araşdırma aparılmadan düzgün olmayan nəticəyə gəlinmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-184/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi əsassızdır və apellyasiya qaydasında ləğv olunmalıdır. İlk növbədə bildirmişdir ki, iş üzrə tərəf olsa da, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməmişdir. Belə ki, onun ümumiyyətlə, barəsində məhkəməyə iddia daxil olduğundan xəbərim olmamış və bu səbəbdən də proseslərdə iştirakı mümkün olmamış, məhkəmə baxışı onun iştirakı olmadan birtərəfli qaydada keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, mülki prosesin tərəfləri məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməlidir. Burada rəsmi xəbərdarlıq deyildikdə isə poçt vasitəsilə tərəflərin məlum olan ünvanlarına yazılı bildiriş göndərilməsi nəzərdə tutulur. Bütün bunlara baxmayaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu tələbləri pozularaq, onun ünvanına poçtla hər hansı rəsmi bildiriş göndərilməmiş, yaxud da o, məhkəmə iclasları barədə hər hansı digər formada xəbərdarlıq edilməmişdir. Nəticədə, ona qarşı olan bu işdə prosessual hüquq və imkanlarından istifadə edə bilməmiş, bununla da onun maraqlarına və həqiqətə zidd olan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, işdə iştirak edə bilməməsi nəticəsində mülki prosessual qanunvericiliyin əsas prinsipləri olan-tərəflərin bərabərliyi və çəkişmə prinsipi məhkəmə tərəfindən kobud şəkildə pozulmuşdur. O, iddiaçının tələblərinin əksini sübut edə biləcək dəlillərini məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda məhkəmə prosesi zamanı öz fikirlərini ifadə edə bilməmişdir. Məhkəmə qətnaməsində xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən onun kredit alan Cavabdeh1 zamin durduğu qeyd olunmuşdur. Lakin o, baş verən bütün bu proseslərdən xəbərsiz olmuşdur. Belə ki, 2013-cü il tarixdə Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş edərək satın almışdır. Daha sonra Cavabdeh1 ona sözügedən “HYUNDAİ AZERA” minik markalı avtomobili kreditlə aldığını, bu səbəbdən yalnız kredit ödənişləri bitdikdən sonra onun mülkiyyətinə keçirə biləcəyini dedi. Bundan sonra Cavabdeh1 ona banka gedərək müqavilə bağlamağı təklif etdi. Cavabdeh1 ilə aralarında olan razılığa əsasən müqavilə bağladıqdan sonra aylıq kredit ödənişləri onun tərəfindən ödəniləcəkdi və yekun nəticədə maşının onun mülkiyyətimə keçəcəyi bildirildi. Bu səbəbdən Cavabdeh1 ilə müqavilə bağlamağa razılıq verdi. Daha sonra nəzərdə tutulan aylıq 500 ABŞ dolları civarında ödəniş məbləğləri tərəfindən banka ödənilmişdir. Sözügedən “HYUNDAİ AZERA” minik markalı avtomobili bir müddət istifadə etmiş və daha sonra başqa bir şəxsə satmışdır. Artıq uzun illərdir ki, Cavabdeh1 ilə heç bir əlaqəsi yoxdur. Mübahisə predmeti olan “HYUNDAİ AZERA” minik markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin isə hal-hazırda harada və kimin istifadəsində olması barədə heç bir məlumatı yoxdur. Qeyd edilən zaminlik müqaviləsindən isə məhkəmə prosesi zamanı xəbərdar olmuşdur. Belə ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən ilk iclasda iştirak etmiş və bu zaman Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsinin və həmçinin onunla da zaminlik müqaviləsinin mövcud olduğunu öyrənmişdir. Bankda müqavilə bağlanan zaman həmin müqavilənin zaminlik müqaviləsi olduğu barədə xəbərdar edilməmişdir. Müqavilə bağlanılan zaman bank tərəfindən hansı müqavilənin bağlandığı barədə xəbərdar olunmalı idi. Həmçinin maşının başqa şəxsə satılması zamanı bank İddiaçı ASC bütün bu proseslərdən xəbərdar idi. Belə ki avtomobili alan 3-cü şəxs eyni qaydada almış və banka olan kredit borcu 2017-ci ilədək ödəniş etmişdir. Bu hallar qətnamə ilə öz əksini tapmamışdır. Zaminlik müqaviləsinə gəldikdə isə zaminliyin mövcudluğu və həqiqiliyi şübhə altındadır. Qətnamənin nəticə hissəsi ilə də razı deyildir. “HYUNDAİ AZERA” minik markalı avtomobili satın aldığı zaman maşının məbləği tərəfindən Cavabdeh1 ödənilmişdir və onun etibarından sui-istifadə edilərək bağlanmış zaminlik müqaviləsi əsassızdır. O, müqavilə bağlayan zaman ona bank işçisi tərəfindən müvafiq yerlərə imza atmağı göstərilmiş və nəticədə müqavilə bağlanmışdır. Zaminlik müqaviləsini şəxsən görmədiyi və həmçinin bütün bu proseslərdən xəbərsiz olduğu üçün yaranmış borc məbləğinin ona aid edilməsi absurd məsələdir. Yaranmış bu vəziyyət onun həyat keyfiyyətinə və yaşam standartlarına ciddi təsir etmişdir. Bank tərəfindən bağladığı müqavilə barədə məlumat verilməməsi və həmçinin xəbərdar olunmadığı üçün bağladığı müqavilənin zaminlik müqaviləsi olduğundan xəbərsiz olduğu halda keçirilmiş məhkəmə prosesində iştirak etmədiyi üçün iş tam, hərtərəfli və obyektiv qaydada araşdırılmadan, məhkəmə baxışı birtərəfli qaydada həyata keçirilmiş və iş iddiaçının xeyrinə həll olunmuşdur. Məhkəmə tərəfindən prosessual hüquq normaları ciddi şəkildə pozularaq, işin faktiki hallarına uyğun olmayan yanlış hüquqi nəticəyə gəlmişdir. Ona görə də, Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsinin ona aid olan hissəsinin yəni, müştərək qaydada ödənilməli olan ümumilikdə 12690.97 (on iki min altı yüz doxsan ABŞ dolları, doxsan yeddi sent) ABŞ dollar kredit borcunun; mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat dövlət rüsumunun iddiaçıya qaytarılması; həmçinin mülki iş üzrə keçirilmiş ekspertiza xərci olaraq müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclаsında Cavabdeh1 özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin və digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Cavabdeh1 izahatının dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətləri qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı-ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. İşdə olan xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, «xxxx» ASC-nin “Yeni Həyat” filialı tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 23100 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus, “Hyundai Azera” markalı avtomobil banka ipotekaya qoyulmuşdur. İpotekanın predmeti 27000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx xxxxxxx 2013-cü il tarixli, 127YHAK nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, AB YHF 24-00285 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ilə bank arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsi üzrə cavabdehin banka olan əsas borcu 11025,13 ABŞ dolları, 8792,30 ABŞ dolları, cərimə borcu 230,93 ABŞ dolları olmaqla ümumi borcu 20048,36 ABŞ dolları təşkil edir. İşdə olan xx xxxxxx 2015-ci il tarixli sonuncu bildirişin təsdiq edilmiş surətindən görünür ki, öhdəliklərin icra edilmədiyi təqdirdə iş materiallarını hazırlanıb aidiyyati üzrə məhkəmə orqanlarına göndəriləcəyi “xxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 bildirilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin təsdiq edilmiş surətindən və KOD 020, 007127 çatdırmanın təsdiqindən görünür ki, xx.xx.2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə, “xxxx” ASC-nin “Yeni Həyat” filialının hesabına ipotekaya qoyulmuş Cavabdeh1 məxsus HYUNDAİ AZERA - minik markalı (qeydiyyat nömrəsi: ** EB ***: tip: SEDAN, KMHFH41B8DA184285 ban №-li, buraxılış ili 2012. rəngi: Ağ mirvari) avtomaşına yönəldilərək, həmin avtomaşının açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün “xxxx” ASC-yə ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görüləcəyi Cavabdeh1 bildirilmişdir. İşdə olan «X7» MMC-nin xx xxxx 2020-ci il tarixli, ƏEM/ M 52-167/20 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən “Hyundai Azera” minik markalı, qeydiyyat nömrəsi **-KB-***, tip sedan, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi ağ mirvari olan avtomobilin xx xxxx 2020-ci il tarixinə bazar dəyəri – 25000 manat, likvid dəyəri – 20000 manat təşkil edir. Xidmət haqqı «X7» MMC-nin tarif cədvəlinə müvafiq olaraq 50,0 (yüz əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3602 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 127 YHAK saylı kredit müqaviləsi üzrə borcalanın “xxxx” ASC-nə ödənilməli olan kredit borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 13594,62 ABŞ dolları və faiz borcu üzrə 1614,97 ABŞ dolları borcu vardır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə, Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1, 385.1, 386.1, 425.1, 442, 448.2, 460.1, 465.2, 467, 739 və 741-ci maddələrinə, İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33 və 39.3.3-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digərüsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin “Yeni Həyat” Filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 127YHAK nömrəİi «Kredit müqaviləsinə əsasən, cavabdehə Hyundai Azera minik markalı avtomaşının alınması üçün 48 (qırx səkkiz) ay müddətinə 23100 (iyirmi üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinə HYUNDAİ AZERA minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN. KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari) alınmış və həmin avtomobil cavabdehin bankla bağladığı xx.xx.2013-cü il tarixli, 127 YHAK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən xx.xx.2013-cü il tarixli, AA seriyalı, 078649 nömrəli «ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən» Çıxarış verilmişdir. xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit alan Cavabdeh1 zamin durmuşdur. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı «xxxx» ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələrəsasında kredit məbləğini və həmin müqavilərləmüəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh2 Cavabdeh1 xx xxxx 2013-cü il tarixli, 127YHAK nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.Lakin buna baxmayaraq Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borclarının ödənilməsi tələb edilir. Tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı«xxxx» ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 230,92 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini «X7» MMC-nə həvalə etmiş və «X7» MMC tərəfindən Cavabdeh1 məxsus olan “Hyundai Azera” minik markalı, qeydiyyat nömrəsi **-KB-***, tip sedan, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi ağ mirvari olan avtomobilin ilkin qiyməti kimi müəyyən edilmiş 25000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 3602 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc məbləğinin 13594,62 ABŞ dolları, faiz borcunun isə 1614,97 ABŞ dolları olduğu hesablanmışdır. Lakin iddia tələbində cavabdehlərdən tələb olunan əsas borc məbləği 11026 ABŞ dolları, faiz borcu isə 8792,30 ABŞ dollarıdır. Buna görə də, məhkəmə əsas borc məbləğinə münasibətdə iddia tələbini, faiz borcuna münasibətdə isə ekspert rəyini əsas götürülməsini ağlabatan hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 11026 (on bir min iyirmi altı) ABŞ dolları məbləğində əsas borc, 1614,97 (bir min altı yüz on dörd ABŞ dolları, doxsan yeddi sent) dollar məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə ümumilikdə 12690,97 (on iki min altı yüz doxsan ABŞ dolları, doxsan yeddi sent) ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat dövlət rüsumunun tutulub iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödəmənin Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** KB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobilə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manata açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı «xxxx» ASC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 230,92 dolları cərimə tələbinin 180,92 ABŞ dollarına dair hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ekspertiza xərci olan 50 manat ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “X9" MMC-nin hesabına ödənilməlidir. Həmçinin, mülki iş üzrə keçirilmiş 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X3 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ümumilikdə gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən əsassız və reallığa uyğun olmayandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 5, mənzil 11 ünvanına göndərilmiş məktublar zərfin üzərinə “bu ünvanda yaşamır” və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa, daş karxanası 116 a ünvanına göndərilmiş məktublar isə zərfin üzərinə “ünvan düzgün deyil” qeydləri edilərək məhkəməyə geri qaytarılmış, yekunda məhkəmə iclası Cavabdeh2 iştirakı olmadan keçirilərək yekun qərar qəbul edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 387.2.2-ci mаddəsində göstərilmişdir ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Hazırki iş üzrə müqavilələr bağlanarkən qüvvədə olmuş Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun aşağıda gösətərilən maddələrinin tələbinə görə iddia qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinin tələbinə görə ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və eyni zamanda borclu tərəfindən icranın gecikdirilməsi nəticəsində vurulmuş zərərə görə həmçinin, icra mümkünsüzlüyünön nəticələri üçün borclu kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qеyd еdilir ki, öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün və gеcikdirmə zаmаnı təsаdüfən bаş vеrmiş icrа mümkünsüzlüyünün nəticələri üçün krеditоr qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, bоrc müqаviləsinin prеdmеti pul məbləği оlduqdа,о, krеdit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 743-cü mаddəsinin tələbinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.2-ci maddələrinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələbinə əsasən ipoteka qoyana müvafiq bildiriş göndərilərək həmin bildirişin dövlət orqanında qeydiyyata alınması barədə ərizə ilə müraciət edilmişdir. Həmin Qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. «F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnu təsbit edən konstitusiya normaları çərçivəsində əmlakla bağlı hüquqların reallaşdırılması isə mülki hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı kimi hüquq prinsipləri üzərində qurulur. Qeyd olunmalıdır ki, mülkiyyət hüquq münasibətlərilə yanaşı öhdəlik hüquq münasibətləri də əmlak hüquq münasibətlərinin bir növü kimi mülki dövriyyənin iştirakçıları arasında maddi nemətlərin sərbəst yerdəyişməsinə xidmət edir. Konstitusiya müddəalarından irəli gəlməklə belə münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik münasibətləri tərəflərini intizamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə həmin Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayısı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənləşdirilmişdir. MM-in 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. Girov və ipoteka borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulu olmaqla yanaşı, girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur (MM-in 269-cu maddəsi).Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən ipоtekа qоyulmuş, Cavabdeh1 məxsus, HYUNDAİ AZERA - minik markalı avtomaşının (qeydiyyat nömrəsi: ** EB ***: tip: SEDAN, KMHFH41B8DA184285 ban №- li, buraxılış ili 2012. rəngi: Ağ mirvari) ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-184/2020 nömrəli qərаrdаdına əsasən «X7» MMC tərəfindən xx xxxx 2020-ci il tarixli ƏEM/M 52-167/20 nömrəli rəydə, ipteka predmeti olan “Hyundai Azera” minik markalı, qeydiyyat nömrəsi **-KB-***, tip sedan, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi ağ mirvari olan avtomobilin xx xxxx 2020-ci il tarixə likvid dəyərinin 20 000 (iyirmi min) manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli qərardadında göstərilənlərə əsasən məhkəmə kollegiyası «X7» MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ƏEM/M 52-167/20 nömrəli rəyi ipoteka predmeti olan avtomobilin likvid dəyərinin müəyyən edilməsi hissəsində sübut kimi qəbul edir və hesab edir ki, ipoteka predmeti olan, “Hyundai Azera” minik markalı, qeydiyyat nömrəsi **-KB-***, tip sedan, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi ağ mirvari olan avtomobilin ilkin satış qiyməti 20 000 (iyirmi min) manat müəyyən edilməlidir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tаrixli, 2(107)-1734/2020 nömrəli qərаrdаdı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2021-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4993 nömrəli ekspert rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Rəyin tədqiqat hissələrində göstərildiyi kimi, iş materiallarında olan maliyyə arayışı məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 127 YHAK saylı kredit müqaviləsi üzrə borcalanın İddiaçı ASC-yə ödənilməli olan kredit borcu aşağıdakə kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə - əsas kredit borcu ------------ 13.594,62 ABŞ dolları, - faiz borcu ---------------------676,35 ABŞ dolları. xx.xx.2019-cu il tarixə - əsas kredit borcu ------------ 13.594,62 ABŞ dolları, - faiz borcu ---------------------2.204,07 ABŞ dolları. Qeyd Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2014-cü il tarixli Plenumunun Qərarına əsasən, kredit müqaviləsinin bitdiyi tarixdən etibarən əsas kredit borc üzrə öhdəliyin yerinə yetirilmədiyinə görə faiz borcu 5 % dərəcəsi ilə hesablanmışdır. (Aparılmış tədqiqatın dəyəri 50 (əlli yüz) manatdır) Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edir. Həmçinin məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/4993 nömrəli məhkəmə ekspertizasının rəyinə münasibət bildirərək qeyd edir ki, ekspert rəyi ilə xx xxxxxx 2019-cu il tarixə əsas borcun məbləği 13.594,62 ABŞ dolları göstərilsə də, iddiaçı əsas borca münasibətdə daha az məbləğ-11026 (on bir min iyirmi altı) ABŞ dolları tələb etdiyindən iddia tələbinin həcmini artırmadığından həmin hissədə iddia tələbində göstərilən məbləği əsas götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası həmçinin iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı ASC-nin “Yeni Həyat” Filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli, 127YHAK nömrəİi Kredit müqaviləsinə əsasən, cavabdehə Hyundai Azera minik markalı avtomaşının alınması üçün 48 (qırx səkkiz) ay müddətinə 23100 (iyirmi üç min bir yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit məbləğinə HYUNDAİ AZERA - minik markalı avtomaşın (qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN. KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari) alınmış və həmin avtomobil cavabdehin bankla bağladığı xx.xx.2013-cü il tarixli, 127 YHAK nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmış və buna əsasən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən həmin “İpoteka müqaviləsi” qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və həmin orqan tərəfindən xx.xx.2013-cü il tarixli, AA seriyalı, 078649 nömrəli «ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən» Çıxarış verilmişdir. xx xxxxxxx 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit alan Cavabdeh1 zamin durmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından da, hesab edir ki, hazırki iş üzrə iddiaçı ləğv prosesində olan «xxxx» ASC xx.xx.2013-cü il tarixli, 127YHAK nömrəİi Kredit müqaviləsi üzrə 11026 (on bir min iyirmi altı) ABŞ dolları əsas borc, 8792.30 (səkkiz min yedd yüz doxsan iki dollar otuz sent) ABŞ dolları faiz borcu, 230.92 (iki yüz otuz dollar doxsan iki sent) ABŞ dolları cərimə borcu ümumilikdə 20048.36 (iyirmi min qırx səkkiz dollar otuz altı) ABŞ dolları məbləğində kredit borcunu, «Kredit müqaviləsi»nin 5.4-cü bəndinə əsasən 200 (iki yüz) manat məbləğində cəriməni, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat məbləğində dövlət rüsumunu Cavabdeh2 tələb etməkdə və məhkəmə iddia tələbini ona aid hissədə də, qismən təmin etməkdə haqlı olmamışdır. Çünki, həmin müqavilə üzrə kredit 48 ay müddətinə verildiyindən yuxarıda göstərilən maddənin tələbinə görə iddiaçı cavabdehə qarşı iddianı borcun ödənilməsinin müddətinin bitdiyi xx xxxx 2017-ci ildən bir il keçənədək yəni, xx xxxx 2018-ci ilədək məhkəmədə iddia qaldıra bilərdi. Həmin maddədə göstərilir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh2 münasibətdə zaminliyə xitam verildiyindən ona qarşı iddia təmin edilməməlidir. İddiaçı «xxxx» ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 230,92 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Yuxarıda göstərilən maddələrin tələbini rəhbər tutan məhkəmə kollegiyası hesab edir ki, cərimə məbləği azaldılaraq 50 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətləri qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, cаvаbdeh Cavabdeh1 qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 11026 (on bir min iyirmi altı) ABŞ dolları məbləğində əsas borc, 2.204,07 ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 13.280,07 (on üç min iki yüz səksən dollar, yeddi sent) ABŞ dolları kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat rüsum məbləği tutulub iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinə verilməli, Cavabdeh1 tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobilə yönəldilməli, Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobilin ilkin satış qiyməti 20000,00 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməli və satışdan əldə edilən vəsait Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməli, iddia tələbinin qalan hissəsi təmin edilməməli, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat Cavabdeh1ndаn tutularaq dövlət büdcəsinə verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-ləğv prosesində olan «xxxx» ASC-nin nümayəndəsi X8, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikаyətləri qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-184/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cаvаbdeh Cavabdeh1 qətnamənin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 11026 (on bir min iyirmi altı) ABŞ dolları məbləğində əsas borc, 2.204,07 ABŞ dolları məbləğində faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 13.280,07 (on üç min iki yüz səksən dollar, yeddi sent) ABŞ dolları kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat və 17 (on yeddi) manat rüsum məbləği tutulub iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh1 tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobilə yönəldilsin. Cavabdeh1 məxsus “HYUNDAİ AZERA” minik markalı, qeydiyyat nömrəsi: ** EB ***; tip: SEDAN, C4KECA158368 mühərrik nömrəli, KMHFH41B8DA184285 ban nömrəli, buraxılış ili 2012, rəngi: Ağ mirvari olan avtomobilin ilkin satış qiyməti 20000,00 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə edilən vəsait Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 (bir yüz) manat Cavabdeh1ndаn tutularaq dövlət büdcəsinə verilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar