Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-97/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi4, Ərizəçi1, X5, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Qəmbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququnun olması faktının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, ərizəçilər Ərizəçi4, Ərizəçi1 və X3 iştirakları ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, X5, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Qəmbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(016)-679/2021 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Qənbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızı (maraqlı şəxslər Ağsu rayonu Çaparlı Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi göstərilməklə) - Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində ərizəçilərin mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsibarədə ərizə ilə məhkəməyə müraciət etmişlər.
2. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(016)-679/2021 saylı qətnaməsi (hakim Etibar Hümbətov) ilə ərizə təmin olunmuş, Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi7, Ərizəçi5, Ərizəçi8, X4, Ərizəçi2 və Ərizəçi9 mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir.
3. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 14 saylı Ərazi İdarəsi аpellyаsiyа şikаyəti vermiş və şikayətində göstərmişdir ki, iddia tələbi onunla əsaslandırmışdır ki, Ərizəçi4 və 8 nəfər ailə üzvlərinin mülkiyyətinə Ağsu Rayon Aqrar islahat Komissiyasının 02 oktyabr 1997-ci il tarixli 25 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.09 ha torpaq sahəsi verilmişdir. Lakin, Ağsu rayonun Çaparlı kəndində torpaq islahatı aparılan zaman bir şəxsə orta pay norması olaraq 0.54 ha torpaq payı hesablanmalı olduğu halda, 9 nəfər ailə üzvlərinin hər birinə 0.12 hektar hesabı ilə cəmi 1.09 ha hektar torpaq sahəsi hesablanmışdır. Ümumilikdə ailə üzvlərinə 4.86 ha torpaq payı yazılmalı olduğu halda, dövlət aktına səhvən 3.77 ha hissə az yazılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinin nümayəndəsinin və Çaparlı Bələdiyyəsinin sədrinin iştrakı ilə tərtib edilmiş 22 dekabr 2003- cü il tarixli aktla torpaq sahəsinin çatışmayan 3.77 ha hissəsi pay şəklində istifadələrinə verilmişdir. Aqrar İslahat Komissiyası fəaliyyətdə olmuşdur. X2 fəaliyyətlərinə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci İl tarixli 226 nömrəli Fərmanı ilə xitam verilmişdir. Torpaq payının çatışmayan 3.77 ha hissəsinin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına müraciət olunmalı idi. Lakin, Ərizəçi4 ailəsinə çatışmayan 3.77 ha 22 dekabr 2003-cü il tarixdə səlahiyyətsiz qurum -Ağsu rayon Çaparlı Bələdiyyəsi tərəfindən Bələdiyyənin ehtiyyat fondunda olan əkin sahələrindən verilmişdir. Bələdiyyə tərəfindən qərar qəbul olunmamış və bu barədə Ağsu Rayon Aqrar İslahat Komissiyasına məlumat verilməmişdir. Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan əkin torpaq sahələri Bələdiyyənin qərarı ilə vətəndaşların yalnız icarəsinə verilə bilər. Bələdiyyə tərəfindən bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsinin pay torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilməsi səlahiyyəti olmamışdır.
4. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Ərizəçi7, Ərizəçi5, Ərizəçi8, X4, Ərizəçi2 və Ərizəçi9 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır.
5. Mülki işin 30-cu vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 aprel 2021-ci il tarixli məktubundan da görünür ki, bu qətnamənin 4-cü bəndində göstərilmiş torpaq sahəsi üzərində həmin bənddə qeyd olunmuş ərizəçilərin mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir.
6. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
7. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.
8. Hazırki halda, ərizəçilərin Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququ ümumiyyətlə qeydiyyata alınmamışdır və mülkiyyət sənədinin itməsi və məhkəmədən kənar qaydada bərpası mümkün olmaması halları aşkar edilmir.
9. Həmin qərarın 7.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır.
10. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 384.0.5-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsələyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apelyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apelyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.
12. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
13. Məhkəmə kollegiyası işdə olan sənədlərə baxaraq hesab edir ki, qeyd edilənlərə əsasən, ərizəçilər Ərizəçi4, Ərizəçi1, X5, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Qəmbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir.
14. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçılar özlərini daşınmaz əmlak olan Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsinin mülkiyyətçisi hesab etsələr də, həmin əmlakın onlara məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcud olması, itirilmiş olması və bu sənədlərin məhkəmədən kənar qaydada bərpasının mümkün olmaması barədə heç bir sənəd məhkəməyə təqdim etmədiklərindən bu iş üzrə olan tələbə məhkəmə qaydasında baxıla bilməz. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
16. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz və onа görə də hazırki iş üzrə Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(016)-679/2021 saylı qətnaməsi ləğv edilməli, ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Qəmbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçılara onların hal-hazırda istifadələrində olduğunu, pay torpağı şəklində almalı olduqlarını iddia etdikləri Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsinin mülkyyətçisinə həmin torpaq sahəsinin onlara ayrılması və ya verilməsinin təmin edilməsi barədə müraciət edə biləcəkləri izah edilməlidir.
17. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
18. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
19. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 384, 400, 402-403, 404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı
QƏRARA ALDİ:
Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 14 saylı Ərazi İdarəsi tərfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli 2(016)-679/2021 saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, X5, Rəhimova (Şahbazova) Naibə Qurban qızı, Cavadova (Şahbazova) Aliyə Qurban qızı, Qəmbərova (Şahbazova) Amalya Qurban qızı, Ərizəçi2, Qənbərova (Şahbazova) Turanə Elman qızı və Bağırova (Şahbazova) Qızılgül Qurban qızının torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək hüqunun olması faktının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçılara onların hal-hazırda istifadələrində olduğunu, pay torpağı şəklində almalı olduqlarını iddia etdikləri Ağsu rayonu, Çaparlı kəndi ərazisində yerləşən 3.77 hektar torpaq sahəsinin mülkyyətçisinə həmin torpaq sahəsinin onlara ayrılması və ya verilməsinin təmin edilməsi barədə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərаrdаd, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Elçin Mehdiyev
Mahir Əsədli