Məhkəmə qərarları › İş №2(107)-970/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-970/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-970/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və iddiaçının vəkili X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia təmin edilmiş, Cavabdeh 1996 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1996 manat pulun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 aprel 2017-ci ildə Şəki şəhərində anadan olmuş X5 onun himayəsində saxlanılması, ondan 28 aprel 2017-ci ildə Şəki şəhərində anadan olmuş X5 alınaraq himayəsinə verilməsinin təmin edilməsi, 28 aprel 2017- ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, onların birgə nikahdan olan uşaqları - 28 aprel 2017-ci il təvəllüdlü X5 ondan alınaraq anası Cavabdeh verilməsi və Cavabdeh himayəsində saxlanılması, 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun ondan alınaraq Cavabdeh ödənilməsi və ondan 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. O və Cavabdeh Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsinə əsasən onun və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(107)-178/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)-4517/2020 saylı qərarına əsasən onun kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsi alimentin tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilərək, alimentin tutulmasının əvvəlinin X5 faktiki olaraq Cavabdeh verildiyi tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)- 4517/2020 saylı qərarı üzrə icra vərəqəsi verilənə kimi Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi üzrə verılmiş icra sənədinə əsasən onun əmək haqqısından 1996 manat pul tutularaq Cavabdeh verilmişdir. Göründüyü kimi 1996 manat aliment məbləği ondan əsassız yerə tutulmuş və bu tutulma Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)- 927/2019 saylı qətnaməsi əsasında aparılmışdır. Ona görə də ondan əsassız yerə tutulan aliment məbləğinin ona geri qaytarılması ilə bağlı Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə müraciət etdikdə ona hazırkı iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını birinci instansiya məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı vəkili X2 da mahiyyət etibarı ilə İddiaçı ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsi ilə onun maddi və prosessual hüquqları pozulmuşdur. İddiaçı tərəfindən sayını belə itirdiyi iddia tələblərinə məhkəmədə baxıldığından, habelə evdə azyaşlı 10.06.2019-cu il tarixdə anadan olmuş oğlu X10 olduğundan üzrlü səbəbdən məhkəmə iclasında iştrak edə bilməmişdir. Məhkəmədə üzürlü səbəbdən iştrak edə bilmədiyindən işə birtərəfli baxan məhkəmə iddianı təmin edərkən işin hallarını düzgün müəyyən edə bilməmişdir. Belə ki, işə baxan məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 18 dekabr 2020-ci tarixli 3014 nömrəli arayışa əsasən müəyyən etmişdir ki, 2019-cu ilin noyabr-2020ci ilin oktyabr ayları üçün onun xeyrinə 1996 manat tutulma və köçürülməsi aparılmışdır. İddiaçıdan onun xeyrinə hesablanaraq tutulmuş alimentin məbləğinin artıq hesablandığı bildirilməklə dəfələrlə ondan həm iddiaçının işlədiyi yerin mühasibi tərəfindən 100 manat, həm də iddiaçı tərəfindən müxtəlif vaxtlarda cəmi 480 manat geri alınmışdır. Bununla bağlı iddiaçı da dəfələrlə onun iş yerinə gələrək onu hədələmiş, iş yerində onu təhqir etmişdir. Tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək, Şəki Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edərək, İddiaçı iddia ərizəsinin rəd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X2 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan uşaqları-28 aprel 2017-ci il təvəllüdlü X5 İddiaçı alınaraq anası Cavabdeh verilməsi və Cavabdeh himayəsində saxlanılması, 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi və İddiaçı 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)-4517/2020 saylı qərarından görünür ki, həmin qərara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsi alimentin tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilərək, alimentin tutulmasının əvvəlinin X5 faktiki olaraq Cavabdeh verildiyi tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 01 oktyabr 2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Cavabdeh verilməsi və aliment tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanması ilə bağlı Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 02 dekabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, 28 aprel 2017-ci il təvəllüdlü X5 İddiaçı alınaraq anası Cavabdeh verilməsi və Cavabdeh himayəsində saxlanılması, 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin X5 faktiki olaraq Cavabdeh verildiyi tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi və İddiaçı 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)-4517/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli, 3014 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 səhiyyə xidmətlərinin təşkili bölməsində fəhlə vəzifəsində işləyir və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli icra sənədinə əsasən aylıq əmək haqqından 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin oktyabr ayı daxil olmaqla cəmi 1996 manat aliment tutularaq tələbkar Cavabdeh xeyrinə köçürülmüşdür. 2019-cu ilin noyabr-2020-ci ilin oktyabr ayları üçün 1996 manat tutulma və köçürmə aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1091.2-ci və 1092.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı qarşı sabit pul məbləğində alimentin tutulması və uşaq tələbinə dair iddiası üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)- 927/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan uşaqları-28 aprel 2017-ci il təvəllüdlü X5 İddiaçı alınaraq anası Cavabdeh verilməsi və Cavabdeh himayəsində saxlanılması, 28 aprel 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Cavabdeh verilməsi, aliment tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi və İddiaçı 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalı olduğundan Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli qətnaməsi də alimentin alınması ilə bağlı hissədə dərhal icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 da həmin icra sənədi üzrə icraata başlamaq haqqında 01 oktyabr 2019-cu il tarixli qərar qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)- 4517/2020 saylı qərarına əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(107)- 178/2020 saylı qətnaməsi alimentin tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilərək, alimentin tutulmasının əvvəlinin X5 faktiki olaraq Cavabdeh verildiyi tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 da Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)- 4517/2020 saylı icra sənədi üzrə icraata başlamaq haqqında 02 dekabr 2020-ci il tarixli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(102)- 4517/2020 saylı qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsi alimentin tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilsə də, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli icra sənədinə əsasən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 səhiyyə xidmətlərinin təşkili bölməsində fəhlə vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqından 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin oktyabr ayı daxil olmaqla cəmi 1996 manat aliment tutularaq tələbkar Cavabdeh xeyrinə köçürülmüşdür. Hazırda İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli 2(107)- 178/2020 saylı qətnaməsinin, mahiyyət etibarı ilə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli qətnaməsinin alimentin tutulmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilməsini və alimentin tutulmasının əvvəlinin X5 faktiki olaraq Cavabdeh verildiyi tarixdən hesablanmasını əsas göstərərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 səhiyyə xidmətlərinin təşkili bölməsində fəhlə vəzifəsində işləyən İddiaçı aylıq əmək haqqından 2019-cu ilin noyabr ayından başlayaraq 2020-ci ilin oktyabr ayı daxil olmaqla cəmi 1996 manat aliment tutularaq tələbkar Cavabdeh xeyrinə köçürülmüşdür. Bu köçürülmənin aparılmasına səbəb isə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)-927/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi olmuşdur. Halbuki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(075)- 927/2019 nömrəli qətnaməsi alimentin tutulmasının əvvəlinin 04 mart 2019cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilmiş, yəni öz hüquqi qüvvəsini itirmişdir. Belə olduğu halda İddiaçı əmək haqqısından 1996 manat pulun tutulmasının artıq qanuni əsası qalmamışdır. Nəticədə Cavabdeh İddiaçı hesabına əsassız olaraq 1996 manat məbləğində varlanmışdır. Buna görə də İddiaçı Cavabdeh 1996 manatı və iddia qaldırması üçün ödədiyi 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqını tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1996 manat, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(075)-350/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar