Məhkəmə qərarları › İş №2(107)-971/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-971/2022

10.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-971/2022 10.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsindən Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1 Qafur qızına, X3, X4, X5 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.77 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.09 ha hissəsindən Cavabdeh istifadə edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Sarıbulaq kəndində yaşayırlar, kənd təsərrüfatı ilə məşğul olurlar.Ona və ailə üzvləri olan İddiaçı2, X3, X4, X5 Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir.Həmin torpaq sahəsinin 12841.00 kv/m hissəsi çöl sahəsindən, 4815.87 kv/m sahəsi isə həyətyanı torpaq sahəsinə bitişik ərazidən verilmişdir. Balakən rayonu Sarıbulaq kənd sakini olan qonşusu Cavabdeh JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 353Q planşet nömrəsi ilə verilmiş 4815.87 kv/m torpaq sahəsinin 0.09 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir.Dəfələrlə Cavabdeh torpaq sahəsini boşaltmasını tələb etsə də, sonuncu torpaq sahəsini zəbt etməkdə davam edir.Hazırda da həmin torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur.Cavabdehə həmin torpaq sahəsini boşaltması, torpaq sahəsində qanunsuz inşa edilmiş hasarın və darvazanın çıxarılması ilə bağlı müraciət etsə də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Torpaq sahəsindən çıxması ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, bunun heç bir nəticəsi olmamışdır. O, Balakən rayon Polis Şöbəsinə müraciət etmiş, orada isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Buna görə də o, göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki,o,1989cu ildən Balakən rayon Sarıbulaq kəndində yaşayır. 1989-cu ildən 1993-cü ilə kimi hazırda qaldığı evdə kirayədə yaşamışlar, 2005-ci ildə isə evin mülkiyyətçisindən həmin evi torpaq sahəsi ilə birlikdə notarial qaydada müqavilə bağlamaqla almışlar.Yaşadığı ev və həyətyanı torpaq sahəsi 1989-cu ildən hal-hazıradək olduğu kimi qalır. Kiminsə torpağını zəbt etməmişdir. Bunları əvvəlki ev sahibi də təsdiq edə bilər. 2017-ci ildə hansı isə ölçmə işləri aparılarkən məlum olmuşdur ki, onun həyətyanı torpaq sahəsinin neçəsə sot hissəsi qonşuya aiddir. Həmin ərazi kolxozun dövründə kübrə navesi olan yer olmuşdur. Oradakı abadlıq işlərini ailəlikcə onlar aparmışlar, vergilərini vaxtında ödəmişlər. Torpağı o qədər xərc çəkməyinə baxmayaraq hələdə münbitləşdirə bilməmişdir.26 oktyabr 2017-ci ildə onu Sarıbulaq bələdiyyəsi və Sarıbulaq İcra Nümayəndəliyinə çağırmışlar.Bildirmişlər ki, qonşu İddiaçı2 ya torpağı, ya da pulunun verilməsini (kənddə torpağın sotu neçiyədirsə) istəyir.Həmin vaxt o, İddiaçı2la razılığa gəlmişlər.Yusif bildirmişdir ki, torpağı kol- kosdan təmizlədiyi, münbitləşirdiyi üçün bələdiyyədə olan vergiləri ödəmək şərti ilə 400 (dörd yüz) manata torpağı birdəfəlik ona verir. Malını dəyər-dəyməzə satıb iddiaçıya 400 (dörd yüz) manat pul vermiş, hər ehtimala qarşı bələdiyyənin, İcra nümayəndəliyinin və özlərinin ailə üzvlərinin iştirakı ilə 400 (dörd yüz) manatı aldıqları,torpağın ona birdəfəlik satılması barədə akt tərtib etmişlər.Bir neçə ay keçdikdən sonra sənədin notarial qaydada təsdiq olunması barədə iddiaçıya müraciət etmışdir. Həmin vaxt iddiaçı ailədə 2 nəfərin vəsiqəsinin vaxtı bitdiyini ona bildirmişdir.Şəxsiyyət vəsiqəsini dəyişdirdikdən sonra notariusa gedəcəklərini bildirmişdir. 3 may 2021-ci il tarixdə yenidən bələdiyyə və İcra nümayəndəliyi onu çağıraraq bildirmişlər ki, iddiaçı gəlib ya torpağı, ya da 300 ( üç yüz) manat istəyir. O, imkanı olmadığını və nəyə görə ikinci dəfə pul verməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı Polis Şöbəsinə şikayət etmiş,sonra isə məhkəmədə iddia qaldırmışdır.Heç kimin torpağını zəbt etməmişdir, torpaq üstündə aralarında heç bir qərəzli hərəkət və qəsd olmamışdır.İddiaçı yalan məlumat verir.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1 Qafur qızına, X3, X4, X5 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.77 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.Həmin torpaq sahəsinin 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən uzun müddətdir ki, Cavabdeh heç bir hüququ olmadan istifadə edir və iddiaçının oradan istifadə etməsinə imkan vermir. Nəticədə iddiaçılar xüsusi mülkiyyətlərində olan 0.09 ha torpaq sahəsindən istifadə edə bilmirlər, oların mülkiyyət hüququ pozulur.Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisə predmeti olan 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmasını, Cavabdeh heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsini, nəticədə iddiaçıların öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmələrini, bununla da onların mülkiyyət hüququnun pozulmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Mübahisəli torpaq sahəsinin ona satılması barədə Cavabdeh etirazı ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan,Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılmalı,onun həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. İddianın təmin edilməsini,torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə 311 manat xərcin iddiaçılar tərəfindən ödənməsini nəzərə alaraq məhkəmə hesab edir ki,Cavabdeh iddiaçılar tərəfindən ödənmiş 30 manat dövlət rüsumu xərci və torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə ödənmiş 311 manat xərc tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2, 50 (əlli) manat ekspertiza xərci isə tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********,X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan, Balakən rayonu Sarıbulaq kəndində yerləşən 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, Cavabdeh 30 manat dövlət rüsumu xərci və torpaq ölçmə işlərinin aparılması və naturada tanıdılmasına görə ödənmiş 311 manat xərcin tutulub iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, Cavabdeh 50 (əlli) manat ekspertiza xərcinin tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005;VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157, 213, 238, 239 və 567-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 82, 84, 111 və 144-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, cinayət hadisəsi olmadığına görə vət. İddiaçı1 şikayəti əsasında toplanmış HK-1-742 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət İddiaçı1 məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-353, KOD 40112018 Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1 Qafur qızına, X3, X4,X6 Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.77 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 17 mart 2022-ci il tarixli **********60 nömrəli mütəxəssis rəyindən görünür ki,Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 353Q cizgisində göstərilən 0.48 hektar hissəsinin naturada ölçüləri 0.48 hektar olmaqla hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının mübahisəli ərazisi 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin daxilində yerləşən cavabdeh tərəfindən naturada istifadə olunan 0.09 ha torpaq sahəsinin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş 10/2224 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən,Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisəli 353Q cizgisində göstərilən 0.48 hektar hissəsinin naturada ölçüləri 0.48 hektar olmaqla hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən olundu. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi" MMC Şəki LTİ-nin mütəxəssis rəyinə əsasən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən JN 353 KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsus 1.77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 353Q cizgisində göstərilən 0.48 hektar torpaq sahəsinin 0.09 ha hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsində Cavabdeh mübahisəli torpaq sahəsini iddiaçılardan almasını təsdiq edən heç bir mötəbət sübutu məhkəməyə təqdim etmədiyi qeyd olunmuşdur. Halbuki mülki iş materiallarında olan 27 oktyabr 2017-ci il tarixli Balakən rayon Sarıbulaq kənd İƏD-si nümayəndəsi Ramazan Abdullayevin və Sarıbulaq Bələdiyyəsinin sədri Ramil Qoradayevin imzaları və möhürləri ilə təsdiq olunmuş cəmi 7 nəfərin imzası olan aktın məzmunundan da müəyyən olunur ki, İddiaçı2 mübahisəli torpaq sahəsini Cavabdeh satmışdır. Məhkəmə isə sözügedən sübuta hüquqi qiymət vermədən cavabdehin mötəbər sübut təqdim etmədiyini qeyd etmişdir. Bələdiyyənin İcra nümayəndəliyinin möhürü və 7 nəfərin imzası olan akt mötəbər sübutdur, həmin aktda imzası olan şəxslərin məhkəmə iclaslarına çağırılaraq ifadələrinin alınması məhkəmənin səlahiyyətləri daxilində olmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh və onun nümayəndəsi, həmçinin vəkili X2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 647-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Notariat haqqında Qanunu: 46-cı maddəsinə görə qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində mülki iş materiallarında olan 27 oktyabr 2017-ci il tarixli Balakən rayon Sarıbulaq kənd İƏD-si nümayəndəsi Ramazan Abdullayevin və Sarıbulaq Bələdiyyəsinin sədri Ramil Qoradayevin imzaları və möhürləri ilə təsdiq olunmuş cəmi 7 nəfərin imzası olan aktın məzmunundan İddiaçı2 mübahisəli torpaq sahəsini Cavabdeh satdığının müəyyən olunması barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi yazılı formada bağlanmaqla yanaşı, notariat qaydada da təsdiq olunmalıdır. Daşınmaz əmlaka sahiblik və ondan istifadə hüququ daşınmaz əmlakın alqı-satqısı barədə müqavilə notariat qaydada təsdiq olunduqdan sonra alıcıya keçir. Hazırki halda, cavabdehin istinad etdiyi akt notariat qaydada təsdiq olunmuş müqavilə hesab oluna bilmədiyindən cavabdehin mübahisəli torpağa sahiblik və ondan istifadə hüququ əmələ gəlməmişdir. Hazırki iş üzrə cavabdehin hər hansı qarşılıqlı iddiası da mövcud olmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və nümayəndəsi, həmçinin vəkili X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli 2(019)-92/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar