Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-979/2021 28.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi X2, üçüncü şəxslər X5, X3, üçüncü şəxs X5 vəkili X11 və maraqlı şəxs DSMF-nin nümayəndəsi X6 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadından üçüncü şəxslər X14, X12, X10 və X7 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1920-ci il tarixdə anadan olmuş və 12 aprel 2006-cı il tarixdə vəfat etmiş mərhum qaynanası X1 qulluq göstərməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 22.01.2016-ci il tarixli 2(046)-315/2016 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilmiş, Ərizəçi 01.01.1990-cı il tarixdən 12.04.2006-cı il tarixədək mərhum qaynanası X1 qulluq göstərməyi faktı müəyyən edilmişdir. Göyçay rayon Məhkəməsinin 22.01.2016-ci il tarixli 2(046)-315/2016 saylı qətnaməsindən hüquqlarına toxunan şəxslər kimi X14, X12, X10 və X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadından üçüncü şəxslər X14, X12, X10 və X7 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinin mümkünlüyünə baxılarkən Ərizəçi oğlu X2 Göyçay Rayon Məhkəməsində hakim köməkçi vəzifəsində çalışması və məhkəməyə obyektiv qarar qəbul etməsinə təsir göstərə biləcəyi ehtimali səbəbi ilə ərizənin mümkünlüyünə dair işi başqa rayon məhkəməsinə göndərilməsini xahiş edərək Göyçay Rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət etsələr də hamin ərizəyə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Bundan başqa məhkəmə ərizəni ciddi qəbul etməyərək, qərəzli məhkəmə prossesini keçirmişdir. Apelyasiya şikayətinin müddətinin ötürülməsi ilə verməyinin səbəbinin mübahisəli qətnamə barədə, qətnamə qəbul olunandan uç il keçdikdən sonra Ucar Rayon Məhkəməsində bildiklərini qeyd etsələr də, məhkəmə bu fakta heç bir əhəmiyyət verməmişdir. Bundan başqa məhkəmə sözü gedən qərardadı əsaslandırarkən vurğulamışdır ki, apelasiya şikayətində hüquq və vəzifələrinə toxunulduğuna dair heç bir sübutu şikayətə əlavə etməmişlər. Halbuki, mübahisəli qətnamənin onların hüquqlarına toxunulmasını məhkəmə prosesində ətraflı şərh etmişlər və bildirmişlər ki, həmin qətnamə Ərizəçi qanunsuz yolla pensiya almaq hüququnu yaratmağı ilə yanaşı onun oğlu Elşən Xanbutova hazırda Ucar Rayon Məhkəməsinin icraatında olan “Torpaq mübahisəsi” ilə əlaqədar mülki iş üzrə onların əleyhinə istifadə olunur. Buna görə də qərardadının ləğv edilməsi xahiş etmişlər. Göyçay Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X14, X7 və üçüncü şəxs X5 vəkili X19 şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi nümayəndəsi X9 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs DSMF-nin nümayəndəsi X15 ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilən qətnamənin X14, X12, X10 və X4 hüquq və vəzifələrinə toxunduğuna dair heç bir xüsusatı qeyd etməmiş və buna dair heç bir sübutu şikayətə əlavə etməmişlər. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apelyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. «... MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə... onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apelyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apelyasiya şikayəti vermək hüququ istisna olunur. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-ci il tarixli Qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi hazırki iş üzrə X14, X12, X10 və X4 tərəf kimi işə cəlb edilməsinə lüzum olmamış, qəbul edilmiş qətnamə onların hüquqlarına və qanuni maraqlarına toxunmamış, hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual marağı olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilibverilməməsinin araşdırılmasına yönəlmişdir. Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kolegiyası hesab edir ki, şikayət əsaslı deyildir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 363, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxslər X14, X12, X10 və X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 2(046)-315/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-979/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-979/2021
28.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver