Məhkəmə qərarları › İş №2(107)-979/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-979/2022

15.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-979/2022 15.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 Rza qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh2, Cavabdeh1 İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: mənzildən çıxarılma - mənzildən istifadə hüququnun tanınması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, iddiaçılar İddiaçı2 və İddiaçı1 Rza qızının, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı2, İddiaçı1 Rza qızının cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair, Cavabdeh2, Cavabdeh1 İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması” barədə iddia tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(035)-165/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. 21 nömrəli TQİ-nin yerli həmkarlar komitəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş Orderin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 02 mərtəbə, 03 otaqlı, 36.5 kv metr olan ev 22, 04 saylı mənzili 03 nəfər ailə üzvü İddiaçı2 (ev sahibi), İddiaçı1 (həyat yoldaşı) və X4 (qızı) ilə mənzil sahəsini tutmaq hüququ vardır.

2. Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 416 və 417 saylı arayışlardan görünür ki, İddiaçı2 və İddiaçı1 Zərdab şəhəri 21 saylı qəsəbədəki 22 saylı yaşayış evinin 4 saylı mənzilində qeydiyyatdadırlar.

3. Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 21 saylı arayışdan görünür ki, Cavabdeh2 qeydiyyatda olduğu mənzil Zərdab şəhəri 21 saylı qəsəbədəki 22 saylı yaşayış evinin 4-cü mənzili İddiaçı2 adınadır.

4. Zərdab şəhər Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 60 saylı arayışdan görünür ki, Cavabdeh2 ailəüzvləri arvadı Cavabdeh1, qızı X9, qızı X17 və oğlu X7 ilə birlikdə atası İddiaçı2 adına olan Zərdab şəhəri 21 saylı Qəsəbədəki 22 saylı yaşayış evinin 4-cü mənzilində qeydiyyatdadırlar və həmin mənzildə yaşayırlar.

5. Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh2 ilə X8 арасында xx.xx.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir.

6. Zərdab rayonu VVADQ şöbəsi və Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur.

7. Zərdab Rayon Notariat Ofisi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli, 77 saylı məktubla göndərilən Cavabdeh1 ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin vəəlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, X14 tam mülkiyyət üzrəözünə məxsus Azərbaycan küçəsi bina 85 (53 B), mənzil 8 ünvanda yerləşən 78.1 kv.m olan 4 otaqlı mənzili X10 ilə aralarında xx.xx.2020-ci il tarixdə bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsin əəsasən X1. Həmin səndlərdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsi bina 85(53B), mənzil 8 Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Sənədlərdə olan Cavabdeh2 tərəfindən Notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, o, arvadı Cavabdeh1 məxsus olan Zərdab şəhəri Azərbaycan küçəsi bina 85 (53B) mənzil 8 də yerləşən yaşayış mənzilinin satılmasına etmədiyini, razı olduğunu qeyd etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Zərdab şəhəri 21 saylı qəsəbədəki 22 saylı binanın ümumi sahəsi 52,59 kv.metr, yaşayış sahəsi 36.5 kv.metr olan ona məxsus 3 otaqlı4 saylımənzilindən çıxarılması, 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara qaytarılmasını xahiş etmişlər.İddia ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata götürülmüş və 2(035)-911/2021 saylı(hazırki 2(035)-165/2022 saylı) mülki iş başlanmışdır.

9. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 məxsus olmaqla hazırda yaşadıqları ünvan 1 ünvanda yerləşən mənzildən ər-arvad olaraq (Cavabdeh2 və Cavabdeh1) və xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 həmin mənzildən istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia ərizəsi məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata götürülmüş və 2(035)-921/2021 saylı (hazırki 2(035)-64/2022 saylı) mülki iş başlanmışdır.

11. Hər iki iş eyni növlü olmaqla eyni tərəflər arasında olduğundan Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinəəsasən məhkəmənin 2(035)-64/2022 saylı, xx.xx.2022-ci il tarixli qəradadı ilə bir icraatda birləşdirilmişdir.

12. İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, təxminən yay aylarında cavabdehlər gəlib onlarla yaşamağa başladılar. Evə yerləşən kimi də onların əşyalarını atıb yenisi ilə əvəz etdilər. Bir ədəd də olsa öz əşyalarından saxlamadılar. Əslində əvvəlcə bütün bunlar çox xoşumuza gəldi. Amma sonradan “orda oturma”, “burda oturma”, “burda yatma”, “orda yat” ifadələri ilə öz evimizdə bizə rahatçılıq vermədilər. Etiraz edəndə də nalayiq ifadələrlə bizi söyüb təhqir elədilər. O, bir valideyn kimi öz oğul övladından imtina edir. Helə övlad lazım deyil. Hələ təzə gəlin gəlmişdi onun vəfat etmiş digər oğlunun goruna söydüyündən qayınanası onu illərdir ki, dindirmir. Bağışlaya bilmir. Küs oturur amma onunla dalaşmır. Həm gəlini, həm oğlu onlara gün vermirlər. Rahatçılıqlarınıı əlimizdən alıblar. “Çıxın gedin evinizə” deyəndə də “evimizi satmışıq heç yana gedən deyilik” deyirlər. Dəfələrlə evi özəlləşdirmək istəmişlər razı olmayıblar. Cavabdehlərin imza məsələsində dirənib. Dövlət rüsumuna qədər ödəmiş Çıxarış üçün. Lakin cavabdehlər razı olmadığına görə işi sonlandıra bilməmişdir.

13. İndi istədiyi odur ki, mənzilindən çıxsınlar. 5 gün ömrü var insan kimi yaşamaq istəyir. Ya da evindən çıxmırlarsa ev qiymətləndirilsin. O, ev ala biləcəyi qədər məbləğ verilsin ki, öz evi olsun. Kirayə qalmağa gücüm çatmır.

14. Cavabdeh2 və Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh İddiaçı2 onların ailə üzvü olmaqla, o, ailənin başçısıdır, lakin buna baxmayaraq onların onunla evdən istifadə hüquqi ilə bağlı aralarında mülki mübahisə yaranmışdır. O, Cavabdeh2 və o Cavabdeh1 ər-arvad olmaqla onlar 2003-cü ildə ailə həyatı qurmuş və cavabdeh İddiaçı2 məxsus olan ünvan 1-də yaşamağa davam etmişlər. Onların bu illər ərzində birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X11, xx.xx.2007-ci il təvəllüdlü X13 adlı iki qızı və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir oğlu olmuş və onlar ailə olaraq beşi də cavabdehə məxsus ünvan 1-də qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar.

15. Ailə olaraq uşaqlarının gələcək həyatlarını düşünərək bir neçə il əvvəl rayon ərazisindən mənzil alsalar da, lakin sonradan övladları Şəbinə və Kamranın səhhətlərində yaranmış ciddi problemlərə görə keçirəcəkləri cərrahi əməliyyatlarla bağlı vəsait lazım olduğu üçün aldıqları həmin mənzili satmaq məcburiyyətində qalmışlar. Hazırda hər iki uşağın səhhətində ciddi problemlər qalmaqdadır və bu səbəbdən də onların hər ikisi həkim nəzarətində olmaqla daim müayinə və müalicə olunurlar. Bu səbəbdən hər iki uşağın müayinə və müalicə xərcləri, kommunal xərclər, ailənin dolanışığının təmin olunması və sair xərclər xeyli vəsait tələb etdiyindən, onlar yeni mənzil ala bilmədikləri üçün cavabdehə məxsus mənzildə yaşamağa davam edirlər.

16. Lakin onların keçirdiyi bu ağır hallara, uşaqların xəstə olmalarına baxmayaraq cavabdeh İddiaçı2 onları və uşaqlarını yaşadıqları mənzildən çıxarmaq istəyir.

17. Evdə bir nəfərin işləməsi həmin ailənin maddiyatının tam olaraq təmin olunması demək deyildir. Üstəgəldə özləri ilə bərabər himayələrində 3 uşağın və həmin uşaqlardan da 2-sinin xəstə olması çətin bir haldır. Bu azmış kimi digər tərəfdən də hazırda 5 nəfərdən ibarət olan bir ailənin evdən çıxaraq başqa yerdə kirayədə yaşaması da maddi baxımdan müəyyən çətinliklər yaradır. Qeyd etdiyi kimi ünvan 1 ünvanda yerləşən və cavabdeh İddiaçı2 məxsus olan mənzil 3 otaqdan ibarət olmaqla, orada istər cavabdehin, istərsə də onların yaşamaqları üçün müəyyən rahatlıq və şərait vardır. Ona görə də onların və uçaqlarının həmin mənzildə yaşamaq haqqı və hüququ vardır. Lakin cavabdehlə aralarında olan söz-söhbət və narazılıq səbəbindən onlar və uşaqları həmin mənzildə sərbəst şəkildə yaşaya bilmir. Ona görə də bu halı nəzərə alaraq onların və uşaqlarının həmin mənzildən istifadə hüquqlarının tanınmasının məhkəmə qaydasında həllini mümkün hesab edirlər.

18. Ər-arvad olaraq onların, eləcə də xx.xx.2004-cü il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X2 cavabdeh İddiaçı2 məxsus olmaqla hazırda cavabdehin yaşadığı mənzildən istifadə hüquqlarının tanınmasını istəyirlər.

19. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 21 aprel 2022-ci il tarixli, 2(035)-165/2022 nömrəli qətnaməsi ilə İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı“mənzildən istifadə hüququnun tanınması tələbi”nə dair iddiası təmin edilməmiş,

20. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə” dair iddiasının təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 Zərdab şəhəri, 21 saylı qəsəbədə yerləşən 22 saylı binanın ümumi sahəsi 52,59 kv.metr, yaşayış sahəsi 36.5 kv.metr olan, 3 otaqlı, 4 saylı mənzilindən çıxarılması, 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 və İddiaçı1 ödənilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, haqqında mübahisə qaldırılan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 52,59 kv.m, yaşayış sahəsi 36.5 kv.metr olan 3 otaqlı mənzil İddiaçı2 məxsusdur. Həmin mənzil 48 il əvvəl, daha doğrusu 1974-cü ildə orderə əsasən İddiaçı2 verilmişdir. Cavabdeh2 həmin mənzilin əldə edilməsindən 08 il sonra dünyaya gəlmiş, Cavabdeh1 isə 29 il sonra, daha doğrusu 2003cü ildə Sarvanla faktiki olaraq ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. Sarvanla Əsnayə bir müddət Rusiyada yaşamışlar, sonra özlərinə ünvan 2 ünvanda yerləşən 78.1 kv.m olan 4 otaqlı ayrıca mənzil alıb, 2011-ci ildə (İddiaçı2 və İddiaçı1 bildirməsinə görə isə 2008-ci ildə) ora köçüb, 2020-ci ilin sentyabr ayına kimi həmin öz mənzillərində yaşamışlar. Sonra öz məzillərini xx.xx.2020-ci ildə sataraq İddiaçı2 məxsus olan hazırda haqqında mübahisə qaldırılan mənzilə köçmüşlər.

22. Cavabdeh2 və Cavabdeh1 İddiaçı2 məxsus mənzilə qayıtdıqdan sonra Hətəmxan və onun arvadı İddiaçı1 ilə yola getməmiş, onlar arasında vaxtaşrı mübahisələr olmuş, Hətəmxan və İddiaçı1 bildirməsinə görə onlara mütamadi həqarət edilmiş və vəziyyət dözülməz həddə çatdığından onlar az bir müddətdən (2020-ci iln noyabr ayından) sonra məcburiyyət qarşısında özlərinə məxsus sözügedən mənzildən çıxıb hazırda Zərdab rayonu Dəliquşçu kəndində yaşayan qızlarının (kürəkənin) evində qalmağa məcbur olmuşlar. Onlar məcburiyyət qarşında qalaraq öz mənzillərindən çıxmalarını mülkiyyət hüququnun pozuntusu kimi dəyərləndirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Həmçinin Cavabdeh2 və Cavabdeh1 sözügedən mənzilə hüquqlarının olduğunu hesab edərək, hazırkı iddianı vermişlər.

23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx.xx.2208-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarına

24. İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87 və 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 157.8, 228.1, 228.2 və 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 24.1, 76.1, 76.2, 106.1, 119.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən narazı qalan Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və özləri tərəfindən verilmiş iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən bir çox maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmənin qətnamə çıxararkən sübutların qiymətləndirilməsinə dair mülki-prosessual qanunvericiliyi düzgün tətbiq etməmiş, qarşılıqlı iddiaçılar tərəfindən təqdim edilmiş sübutları əsassız olaraq düzgün qiymətləndirməmişdir.

27. Qeyd edir ki, tərəfindən təqdim edilmiş iddiaya dair hüquq normalarına və digər məqamlara ümumiyyətlə qətnamədə yer verilməmişdir

28. Məhkəmə iclasında İddiaçı1 Rza qızı iddianı müdafiə edərək, “Cavabdeh2 və Cavabdeh1 Hüseyin qızının iddiasım qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən 03 otaqlı mənzil onun əri İddiaçı2 məxsusdur. Belə ki, həmin mənzil 48 il bundan qabaq, daha doğrusu 1974-cü ildə Hətəmxana verilmişdir. Həmin Mənzilin əldə edilməsindən 08 il sonra Sarvan dünyaya gəlmişdir.

29. İlk iddiaçıların iddia ərizəsinin məzmunundan və iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin hazırkı iddiası sadəcə digər övladlarının həmin mənzilə yiyələnmək, evin yeganə oğlunu mənzil hüquqlarından mərhum etmək niyyətlərindən irəli gəlir.

30. Məhkəmə qətnaməni çıxararkən, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlərin 2003-cü ildə yarandığını hesab etmişdir və, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 1982-ci ildə doğulduğu andan etibarən yaşadığı, valideynlərinə məxsus mənzildən istifadə hüquqlarının yarandığı, mülki mübahisənin həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci il redaksiyasında) müddəaları əsasında həll olunmalı olduğunu nəzərə almamışdır

31. Beləliklə də məlum olur ki, təhlil olunan normada ailə üzvü kimi mötərizə içərisində sadalan, həm də dairəsi məhdud olmayan şəxslər sırasında göstərilən ər, arvad (əri,arvadı) anlayışları təkcə müvafiq icra orqanında nikah bağlamış kişi ilə qadını deyil, həm də bu cür nikah olmasa belə, ailə qurmaq məqsədi ilə ailə qurub yaşayan bütün kişi və qadınları ehtiva edir, onları da nəzərədə tutur.

32. Digər tərəfdən isə, hətta bundan öncəki abzasda qeyd olunanları nəzərə alınmasa belə, ailə üzvləri anlayışı həmin cümlədə sadalanan şəxslərin dairəsi ilə məhdudlaşmayıb, daha geniş məna kəsb edir, xüsusən də hər bir konkret haldan asılı olaraq müxtəlif qohumluq dərəcəsində olan şəxslər, bəzən isə hətta qohumluq faktı olmayan şəxslər də ailə üzvü ola bilər.

33. Göründüyü kimi, misal olaraq istinad olunan qanunda ailə üzvlərinin dairəsi nəinki konkret şəxslərə münasibətdə məhdud olmayıb, əksinə, hətta ayrı-ayrı təsnifatlandırıla bilən üç müxtəlif kateqoriyaya mənsub və həm də qeyri-müəyyən şəxslərə şamil olunmuşdur. Başqa sözlə, həmin qanunun mənasına görə və onun məqsədləri üçün aşağıdakılar ailə üzvləri hesab olunur. -birincisi, icarədarla qohumluq faktına əsaslanan yaxın qohumlar, -ikincisi, icarədarla birlikdə yaşayan və təsərrüfat aparan digər şəxslər, -üçüncüsü, nə birinci, nə də ikincilərə aid olmayan, lakin razılıqla icarədarın mənzilinə köçmüş başqa şəxslər.

34. Göründüyü kimi, istinad olunan qanunda ailə üzvlərinin dairəsi daha genişdir, bu da Mənzil Məcəlləsinin tənzimlədiyi ictimai münasibətlərin xarakterinə görə həmin qanunun məqsədləri baxımından tamamilə əsaslı və anlaşılandır.

35. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(035)-165/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o anadan olandan həmin mənzildə yaşamışdır. Evləndikdən sonra da daim həmin evdə yaşamışılar. Bir müddət ailəsi ilə birlikdə başqa ünvanda, daha doğrusu qayınına məxsus olan evdə yaşasalar da, sonradan həmin evin satılması ilə əlaqədar hazırki mənzilə qayıtmışlar. Əslində onlar başqa evdə yaşayanda da, daim bu mənzilə gedib-gəlmiş, qış aylarında həmin mənzildə yaşamışlar. İndi kənar şəxslərin müdaxiləsindən sonra valideynləri onlara evdə yaşamağa icazə vermir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

38. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o mübahisəli mənzilə gəlin köçmüş, daim də ailəsi ilə birlikdə həmin mənzildə yaşamışlar. Bir müddət qardaşına məxsus olan evdə yaşasalar da, sonradan qardaşı öz evini satdığından, yenidən qayınata və qayınanasının razılığı ilə həmin mənzilə köçmüşlər. Əslində qardaşının evində yaşayanda da, daim bu evə gedib-gəlirdilər, orada yaşayırdılar. Lakin son vaxtlar qarşı tərəf onları yola vermir, mənzildən çıxarmağa çalışırlar. Himayələrində üç azyaşlı uşaq var. Bundan sonra onların başqa yerdə yaşamağa maddi imkanları da yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

39. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Sarvan onların oğlu, Əsnayə isə gəlinləri olmasına baxmayaraq onların bir yerdə yaşaması mümkün deyil. Mənzil ona dövlət tərəfindən verilib və order əsasında ona məxsusdur. Bir valideyn kimi cavabdehləri evə buraxsalar da, sonuncular onu incidir, təhqir edir, ona qarşı kobud və nalayiq ifadələr işlədirlər. Mənzil ona məxsus olduğundan, cavabdehlərin həmin mənzildə yaşamasına razı deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

40. Məhkəmə iclasında iştirak edən İddiaçı1 Rza qızı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, gəlini Əsnayə daim onları söyür, təhqir edir, nalayiq ifadələr işlədir. Məcbur olaraq evdən çıxmış və hazırda qızına məxsus olan evdə yaşayırlar. Cavabdehlər bir müddət mənzildən çıxıb getsələr də, sonradan yenə də qayıtmışlar. Hətta başqa ünvanda yaşayanda belə qış aylarında onların yanında yaşayırdılar. Sözügedən mənzil əri Hətəmxana dövlət tərəfindən verilib. Hesab edir ki, cavabdeh tərəfin mübahisəli mənzilə heç bir hüququ yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Konstitusiyasının 33 və 34-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

42. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin:

53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır

43. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (yeni 2009-cu il redaksiyalı)

Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Maddə 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya şikayətindən görünür ki, apellyator Zərdab Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(035)-165/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv olunması və özləri tərəfindən verilmiş iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

47. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(035)- 165/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

49. Kollegiyanın qənaətinə görə baxılan iş üzrə birinci instansiyası məhkəməsi qanuni nəticəyə gəlməmişdir.

50. Hazırki mülki işdən aydın olur ki, iki ayrı-ayrı tələb eyni tərəflər arasında olduğundan Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilmişdir.

51. Birinci tələbin mahiyyətindən müəyyən edilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Rza qızı cavabdehlərin mənzildən çıxarılmasını tələb edirlər.

52. Tələbin faktiki əsası ondan ibarətdir ki, mübahisəli mənzil order əsasında İddiaçı2 məxsusdur. Cavabdehlər onların oğlu və gəlinidir. İstədikləri odur ki, bir yerdə yaşamaqları mümkün olmadığından cavabdehlər mənzilidən çıxsınlar.

53. İkinci tələb isə ondan ibarətdir ki, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə həm özlərinin, həm də azyaşlı uşaqlarının istifadə hüququnun tanınmasını tələb edirlər. 54.Tələb onunla əsaslandırmışdır ki, onlar İddiaçı2 ailə üzvləri sayılmaqla, evə könüllü buraxılmış və uzun müddət bir yerdə təsərrüfat idarə etmişlər. Hazırda cavabdehlər onların mübahisəli mənzildə yaşamasına mane olduğundan, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. 55.İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh2 iddiaçıların oğlu, Cavabdeh1 isə onların gəlinidir. Sözügedən mübahisəli mənzil xüsusi mülkiyyətdə olmamaqla 1972-ci ildə İddiaçı2 verilmişdir. 56.Mənzil İddiaçı2 verikldikdən sonra sonuncu ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, oğlu Cavabdeh2 da həmin mənzildə dünyaya gələrək valideynləri ilə birlikdə yaşamışdır. Cavabdeh2 2003-cü il tarixdə Cavabdeh1 ilə ailə həyatı qurmuş və Cavabdeh1 da həmin mənzilə gəlin köçərək sonuncularla birlikdə təsərrüfat idarə etmişlər. İddiaçılar və cavabdehlər uzun illər bir ailə üzvü kimi mübahisəli mənzildə yaşamışlar. 57.Sonradan Sarvan və Əsnayə Kərimovlar özlərinə Zərdab şəhərində başqa ünvanda ev alaraq bir müddət orada yaşamışlar. Həmin ev satıldıqdan sonra onlar yenidən hazırki sözügedən mənzilə qayıtmışlar. 58.Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, Sarvan və Əsnayə Kərimovlar ikinci dəfə mübahisəli mənzilə qayıtdıqda mənzil yenə də xüsusi mülkiyyətdə olmamış, əvvəlki hüquqi vəziyyətdə qalmaqla orada yaşayan şəxslərin, yəni Hətmaxan və Suqra Kərimovların razılığı və iradəsinə uyğun mənzilə köçmüş və bir ailə üzvləri kimi bir yerdə yaşamaqda davam etmişlər. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçıların oğlu və gəlini bir müddət başqa ünvanda yaşasalar da, daim həmin mənzilə gedib-gəlmiş, hətta qış aylarında sözügedən mənzildə yaşamışlar. Sonradan münasibətlər pozulduğundan hazırki iddialarla məhkəməyə müraciət etmək qərarına gəlmişlər. 59.Kollegiya qeyd edir ki, hazırki mübahisə ilə bağlı ilk növbədə iki məsələyə - birinci, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə köçüb orada yaşadıqları vaxtdan, həmin mənzildən başqa yaşayış sahəsinə köçənədək olan vaxt dövrünə, ikinci başqa yaşayış yerindən yenə əvvəlki yaşayış mənzilinə qayıtdıqları vaxt dövrünə və həmin illər ərzində olmuş mənzilin hüquqi rejiminə xüsusi diqqət yetirmək lazımdır. 60.Apellyasiya məhkənməsinin tədqiqi zamanı müəyyən olundu ki, hər iki halda sözügedən mənzil özəlləşməmiş və cavabdehlər mübahisəli mənzilə İddiaçı2 (onun arvadının) razılığı və iradə ifadəsinə uyğun köçərək, uzun müddət birgə yaşayıb, təsərrüfat idarə etmişlər. 61.Göründüyü kimi birinci instansiya məhkəməsinin müəyyən etdiyi Əsnayə və Cavabdeh2ların istifadə hüquq tanınmaqla köçürülməsini arzuladığı mənzildə heç vaxt yaşamaması və həmin mənzildə yaşayan şəxslərlə birgə təsərrüfatı idarə etməməsi hallarına uyğun olaraq iddianın təmin edilməməsi Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından düzgün olmamışdır.

62. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirməmişdir.

63. Kollegiyanın qənaətinə görə hətta cavabdehlər 2008-ci il tarixdə mübahisəli Zərdab şəhəri 21 saylı qəsəbədəki 22 saylı binada yerləşən mənzilindən çıxıb getsələr də, 2020-ci il tarixdə yenidən sözügedən mənzilə qayıtmışlar.

64. Göründüyü kimi, S. Kərimov və Cavabdeh1 mübahisəli mənzilə yaranmış istifadə hüquqları onların həmin mənzili daimi əsaslarla tərk etməsi ilə bağlı itirilmiş hesab edildiyi hesab edilsə də belə, sonradan mübahisəli mənzilə qayıdıb, oradan yşayan şəxslərlə birlikdə yaşamaları və təsərrüfat idarə etmələri ilə yenidən bərpa edilmişdir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Aynurə Alyeva və onun azyaşlı uşağının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onların mübahisəli köçürülməsi tələbləri əsassızdır. 65.Qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olması MPM-in 217.2-ci maddəsinin tələbidir. İşin müəyyən edilmiş halına görə də tərəflər arasında yeni hüquq münasibəti 2020-ci ildə yaranıb.

66. Kollegiya belə qənaətə gəlir ki, hazırki mübahisəyə 2009-cu il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları baxımından hüquqi qiymət verilməlidir ki, bu normaların məzmunu qətnamənin 47-ci bəndində qeyd edilmişdir.

67. Beləliklə Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildə iddiaçılarla birlikdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq onların həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Çünki işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçıların cavabdehləri “oğul-gəlin” kimi qəbul edibetməmələrindən asılı olmayarqq sonuncular (cavabdehlər) iddiaçılara münasibətdə “ailə üzvü” statusuna malik olan şəxslərdəndir.

68. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlərə qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiaları təmin edilməməli, Cavabdeh2 və Cavabdeh1 “mənzildən istifadə hüququnun tanınması barədə” iddiaları təmin edilməlidir.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(035)-165/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, (birinci iddia) iddiaçılar İddiaçı2 və İddiaçı1 Rza qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiaları təmin edilməsin. (İkinci iddia) Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiaları təmin edilsin. Cavabdeh2 və Cavabdeh1, onların övladları – xx.xx.2004-cü il təvəllüdlü X9, xx.xx.2007ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X2 “ünvan 1-ə” istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar