Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-98/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli fakt, qohumluq faktı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Ərizəçi, Ərizəçi vəkili Vəkil iştiraklarl ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun babası, X9 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə onun, 2/3 hissədə isə mərhum ulu babası X9 paylı mülkiyyətindədir. Ulu babası X12 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X11 tərəfindən qəbul edilmişdir. Onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi X6, atası da vəfat etdikdən sonra o qəbul etmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X12 və babası X8 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) ərizənin qismən təmin edilməsi, X18 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X13 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X17, anası isə Cavahir Mustafa qızıdır. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X6, anası isə X1r. X9 onun ulu babası olması aydın görünmür. Belə ki, ərizəçi X9 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, X9 Ərizəçi ulu babası olması faktı təsdiq edilmədiyindən, tələb həmin hissədə əsaslı deyildir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, iş materialları və şahid ifadələri ilə X2 ərizəçinin babası olması sübut olunur. X3 onun ulu babası olması aydın görünmür. Belə ki, ərizəçi X9 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, X9 Ərizəçi ulu babası olması faktı təsdiq edilmədiyindən, tələb həmin hissədə əsaslı deyildir. Məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilərək, X18 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1, 307.2.11, 308-cü maddələri, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndi, 2.3-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, yaşlı olduğundan məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etdi məhkəmə obyektiv həqiqətə nail olmaq ücün işin hərtərəfli tam obyektiv tədqiqinə şərait yaratmalıdır, tərəflərə prosesual hüquqların həyata kecirilməsinə kömək göstərməlidir. O hazırda babasıyla ulu babasının qohum olması və ulu babasının nə vaxt ölməsi ilə bağlı arxiv arayışını əldə etmiş onu məhkəməyə təqdim edəcəkdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Onun ulu babasından mirası qəbul etdiyini təsdiq edən halların mövcud oldugu və miras əmlak barədə hec bir mübahisə olmadıgı halda iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə də əməl olunmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün tələbin ulu babasına aid hissəsini baxılmamış saxlamalı idi. Ərizəçinin yeni sübutlar əsasında tələb irəli sürmək hüququ olsun. İşdə olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərlə əslində dögum ölüm sənədləri ilə xronoloji ardıcılıqla baxsaq mülkiyyətin sənədində adı olan şəxsin onun ulu babası olması faktını müəyyən etmək mümkün idi. Şikayətin əvvəlində geniş şəkildə mövqeyini əsaslandırdı. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı: Həmin qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM-nin 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 07.2.30-cü maddəsinə əsasən məhkəmələr doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair məsələlərə baxa bilərlər. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 2(075)- 1115/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X13 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X4, anası isə Cavahir Mustafa qızıdır. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X6, anası isə X1r. X9 onun ulu babası olması aydın görünmür. Ərizəçi X9 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim edə bilməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasli deyildir və sadecə formal mülahizələrdən ibarətdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmədən yaşlı məhkəməyə gələ bilməyən yataq xəstəsi olan şahidlərin evdə dindirilməsini təklif etsə də məhkəmə onları evdə dindirməkdən imtina etmiş və məhkəmə obyektiv həqiqətə nail olmaq ücün işin hərtərəfli tam obyektiv tədqiqinə şərait yaratmalıdır, tərəflərə prosesual hüquqların həyata kecirilməsinə kömək göstərməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının, hazırki mülki iş üzrə isə ərizəçinin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən tələbə düzgün hüquqi qiymət verilmişdir. Lakin, ərizəçi apellyasiya şikayətində istinad etdiyi hallara hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Bundan başqa Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin ərizəçi apellyasiya şikayətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki iş üzrə ərizəçi şahidlərin evdə dindirlməsini xahiş etmişdir, lakin o yuxarıda qeyd edilən mülki prosessual məcəllənin normasında irəli gələn tələblərin vacib və imperativ olmasını nəzərə almamış, onun üçün məhkəmə tərəfində çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmasına baxmayaraq, dindirilməsini tələb etdiyi şahidlərin, sübut növü kimi məhkəmə gətiriməsini təmin etməmişdir. Bu isə onu deməyə əsas verir ki, ərizəçi ərizəsinin təmin edilməsinə dair hər hansı bir sübütu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Onun ulu babasından mirası qəbul etdiyini təsdiq edən halların mövcud oldugu və miras əmlak barədə hec bir mübahisə olmadığı halda iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. İstər maddi istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işdə olan 22 noyabr 1968-ci il tarixdə Şəki şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. X6, anası isə X1r. İşdə olan 11 sentyabr 1965-ci il tarixdə Şəki şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 21 dekabr 1925-ci il tarixdə anadan olmuşdur. X17, anası isə Cavahir Mustafa qızıdır. Göründüyü kimi, Ərizəçi X6, sonuncunun atası isə Əliyar Oruc oğludur. Lakin kollegiya qeyd edir ki, nə iş materialları nə də birinci instansiya məhkəməsində verilən şahid ifadələri ilə X9 ərizəçinin ulu babası olması aydın sübuta yetirilmir. Bundan başqa kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 iyul 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur. “ Həmçinin vərəsəlik hüquq münasibətləri ilə bağlı mübahisələrə məhkəmədə baxılmasının prosessual qaydalarına əməl edilməsinin vacibliyini vurğulayaraq qeyd edir ki, miras payla əlaqədar iddia irəli sürülərkən iddiaçının vərəsəlik hüququ olan şəxslərin dairəsinə aid olmasını təsdiq edən sənədlərin mövcudluğu həmin mübahisələrin əsassız olaraq uzanmasının qarşısını almış olur. Belə ki, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərar). Vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi məqsədi ilə, ilk növbədə, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin, yaxud şəxslərin qohumluq münasibətləri kimi hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlərə xüsusi icraat qaydasında baxıldıqdan sonra, miras əmlakın bölüşdürülməsi ilə bağlı məsələlərə ümumi iddia icraatı qaydasında baxıla bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Göründüyü kimi hazırkı şəraitdə ərizəçinin hazırkı ərizəsinin yəni “X9 onun ulu babası olması faktının müəyyən edilməsinin” təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, Mülki Məcəllənin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Hazırkı halda isə ərizəçi həmin kateqoriyalı vərəsələr sırasına daxil olmadığından ərizə təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.