Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-981/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)- 445/2024 nömrəli qətnaməsindən cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı 13 avqust 1992-ci il tarixdən iş üzrə cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müxtəlif vəzifələrdə işləmişdir. Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1- 78/3-1- 233/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilə, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iş üzrə cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1-233/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 avqust 1992-ci il tarixdə iş üzrə cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müxətəlif vəzifələrdə işləmişdir. Cavabdeh Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1- 233/2024 nömrəli əmri ilə qanunsuz və əsassız olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Aşağıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1-78/3-1-233/2024 nömrəli əmri qanunsuz və əsassızdır: Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18-1- 78/3-1-233/2024 nömrəli əmrindən də göründüyü kimi İddiaçı əmək müqaviləsinə hansı əsasla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini müəyyən etmək mümkün deyildir. İddiaçı bu gün də aydın deyildir ki, o, nə səbəbdən işdən azad edilmişdir. Çünki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından heç birini törətməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Tamara Nurəliyevanın 02 fevral 2024-cü il tarixli, 18- 1-78/3-1-233/2024 nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə ziddir və bu səbəbdən də ləğv edilməlidir. İlk olaraq İddiaçı cavabdehlə aralarında olan mübahisənin həlli məqsədi ilə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyi üçün, hazırki ərizə ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdеh iddiaçı tərəfindən əmək intizamı və müəssisədaxili intizam qaydalarının kobud şəkildə pozulması hallarının əmək fəalliyəti dövründə tez-tez təkrarlanması, buna baxmayaraq, müəssisənin rəhbərliyinin humanistlik prinsipinə əsaslanaraq dəfələrlə güzəştə gedərək onu intizam məsuliyyətinə cəlb etməməsi ilə əsaslandırsa da, iddiaçının əvvəllər əmək fəalliyəti dövründə əmək intizamı və müəssisədaxili intizam qaydalarını pozması barədə hər hansı sübut təqdim еtməmişdir.
5. Müəyyən еdilmiş hallar ondan ibarətdir ki, Zaqatala Rayon Mərkəzi X12 şəxsinin X14 bacısı vəzifəsinə işləyən iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının terapevti X7 müraciət etmiş, müayinə olunmuş və ona yuxarı tənəffüs yollarının infeksiyası diaqnozu qoyulmuş, bir neçə gün evdə müalicə olunması məsləhət görülmüş, xx.xx.2024-cü il tarixdə e-təbib sisteminə daхil еdilməklə qeydiyyata götürülmüş, iddiaçı həmin qеydiyyata əsasən iş yеrində üzürlü səbəbdən olmamışdır. İddiaçının iş yеrində olmamasına əsas olmuş qеydiyyat yalnız xx.xx.2024-cü il tarixdə müraciəti e-təbib sistemindən silinmişdir.
6. Məhkəmə ilk öncə onu qеyd еtməyi zəruri sayır ki, iddiaçı əmək qabiliyətinin olmaması barədə qеydiyyat mövcud olduğundan xx.xx.2024-cü il tarixdə bütün iş günü iş yerində olmaması üzrlü səbəbdən olmuşdur. Еyni zamanda, həmin qеydiyyat еtibarsız sayılmamış, yalnız sistеmdən silinmişdir.
7. Müəyyən еdilmiş hallardan həmçinin görünür ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli X23 iddiaçının bütün iş günü iş yerində olmadığı üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72 maddəsi əsasında işdən azad edilməsi qərara alınsa da, həmkarlar ittifaqı təşkilatının növbəti gün xx.xx.2024-cü il tarixdə kеçirilmiş iclasında İddiaçı həkim terapevti X10, eyni zamanda ASM şöbəsinin qeydiyyatçısı X3 barələrində “inzibati cəza tədbiri”nin görülməsinə etiraz edilməməsinə dair Azərbaycan Respublikasının Əmək Qanunvеriciliyi ilə nəzərdə tutulmayan və işə götürənin səlahiyyətinə aid olmayan tədbir görülməsinə razılıq barədə qərar qəbul еdilmiş, lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla ləğv edilməsinə razılıq vеrilməsi barədə qərar qəbul еdilməmişdir.
8. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsi halı təsdiq еdilməmişdir.
9. İş üzrə sübutlarla həmçinin xx.xx.2024-cü il tarixli X17 yеkunları ilə bağlı təqdimatın həmkarlar ittifaqı təşkilatına vеrilməsi, həmin təqdimatın həmkarlar ittifaqı təşkilatına nə vaхt daхil olması, xx.xx.2024-cü il tarixdə kеçirilmiş iclasının yеri və vaхtı barədə iddiaçıya məlumat vеrilməsi halları da təsdiq olunmamışdır. İş üzrə sübutlarla həmçinin intizam tənbehi verilməmişdən əvvəl cavabdеhin iddiaçıdan yazılı izahat verməsini tələb etməsi halı da təsdiq еdilməmişdir.
10. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunvеriciliyin tələbləri nəzərə alınmadan aparıldığından, mübahisəli əmri ləğv edilməli və iddiaçı vəzifəsinə işə bərpa edilməli, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir.
11. Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)-445/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, Zaqatala Rayon Mərkəzi X12 Şəxsin xx.xx.2024-cü il tarixli 18-1-78/3-1-233/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin X14 bacısı vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70, 71, 80, 83, 186 və 300-cü maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X8 məxsus AT-İİİ seriyalı ******* nömrəli əmək kitabçasının 10-13-cü səhifələri İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surəti Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş çıxarış Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov tərəfindən Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat 26 yanvar 2024-cü il tarixli Ginekalogiya və Doğum şöbəsinin müdiri Rəna Sultanova tərəfindən Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış “İşçinin iş vaxtında işdə olmaması haqqında xidməti yazı xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktorunun cərrahi xidmətlər üzrə müavini Vasif İsrafilzadə tərəfindən Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış təqdimat Ginikalogiya və doğum Şöbəsinin böyük tibb bacısı X4 tərəfindən Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış tarixi qeyd olunmayan təqdimat Zaqatala rayon SİHİŞ-in xx.xx.2024-cü il tarixli 274 nömrəli protokol Zaqatala Rayon Mərkəzi X12 Şəxsi tərəfindən xx.xx.2024-cü il tarixində Zaqatala RMX-sı, PHŞ-də keçirilmiş növbədən kənar X25 Zaqatala Rayon Mərkəzi X12 X24 Xidmətləri üzrə direktor müavini X11 tərəfindən Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli təqdimat Mərkəzi ASM şöbəsinin həkim terapevti X5 Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024- cü il tarixli izahatı Mərkəzi ASM şöbəsinin qeydiyyatçısı X3 Zaqatala Rayon Mərkəzi X12 Şəxsin direktoruna ünvanlanmış xx.xx.2024- cü il tarixli izahatın Zaqatala Rayon Mərkəzi X12 Şəxsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə tərtib edilmiş akt Zaqatala Rayon Mərkəzi Xəstəxanı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbz Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini idarəetmə birliyi “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 18-1-78/3-1-233/2024 nömrəli 2 fevral 2024-cü il tarixli əmrin Zaqatala Rayon Mərkəzi X12 Şəxsin 21 may 2024-cü il tarixli məktubu
14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi apellyasiya şikayətini iddiaya qarşı etirazının dəlillərilə əsaslandıraraq göstərmişdir ki, Zaqatala RMX PHŞ-nin Direktorunun İnzibati məsələlər üzrə müavini Emil Rüstəmov, Cərrahi xidmətlər üzrə müavini Vasif İsrafilzadə, İlkin Səhiyyə Xidmətləri üzrə müavini Nüranə Səttərova tərəfindən təqdimat və Rəna Sultanova tərəfindən Xidməti yazıda iddiaçının işdə olmaması sübut olunmuşdur. Lakin qeyd etdiyimiz xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin yekun məhkəmə aktında gəldiyi nəticədə göstərilmiş xüsusatlar düzgün əsaslandırılmamşdır. Bu isə Məhkəmənin bitərəf mövqeyinə şübhə yaratmaqdadır.
16. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)- 445/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024cü il tarixli 2(033)-445/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinə əsasən 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186.1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)- 445/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaya qarşı etirazda göstərdiyi dəlilləri təkrarlamışdır ki, birinci instansiya məhkəməsi bu qətnamənin 4-8-ci bəndlərində göstərilmiş əsaslandırmalarla cavabdehin həmin dəlillərinə qiymət vermişdir.
26. Kollegiya onu da qeyd edir ki, cavabdeh tərəf iddiaçının adına xəstəlik vərəqəsinin müayinədən keçdiyi vaxt – xx.xx.2024-cü ildə qeydiyyata alınmamasına və sonradan iddiaçının özünün iştirakı olmadan qeydiyyata alınmasına əsaslanaraq qeydiyyatın sistemdən silinməsini iddianın rədd edilməsi əsası kimi göstərsə də, işəgötürən olaraq iddiaçının xx.xx.2024-cü ildə həqiqətən müayinədən keçməsi və qeyd olunan diaqnozun qoyulması hallarının həqiqi olub-olmamasını araşdırdığını təsdiq edəcək hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş çıxarışdan görünür ki, protokol nömrəsi ********** rapor tarixi xx.xx.2024-cü ildə İddiaçı döş qəfəsi rentgenoqrafiyasından (ön-arxa; bir proyeksiyalı) keçmişdir. İddiaçının xx.xx.2024-cü ildə rentgenoqrafiyadan keçməsi onu deməyə əsas verir ki, həqiqətən iddiaçı həmin tarixdə həkim müayinəsində olmuşdur. Həmin rentgenoqrafiyanın nəticəsi ilkin baxışda (əlavə tibbi biliklər olmadan) müsbət görünsə də, iddiaçının ümumi həkim müayinəsinin nəticələrinin müsbət və ya mənfi olması yazılı sübutlarla müəyyən edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, iddiaçını müayinə etmiş həkim X10 isə bildirmişdir ki, İddiaçı tanıyır. İddiaçı bir neçə dəfə qəbulunda olub. xx.xx.2024-cü il tarixdə iddiaçı ona müraciət edib. Çox ciddi xəstəliyi olmasa da, xəstə olub... Ambulator müalicəyə ehtiyacı olub. Bronxit əlamətləri görünüb İddiaçı, 5-6 gün ambulator müalicə üçün əsasdır və bu müddətə xəstəyə xəstəlik kağızı verilə bilər. Halbuki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Yəni, iddiaçının xx.xx.2024-cü ildə bütün iş günü işdə olmamasının kobud pozuntu olub-olmaması onun xəstəliyinin olub-olmamasından asılı olmuşdur. Cavabdeh Xəstəxana iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsaslanmaqla həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə xitam versə də, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən halın mövcud olmasını araşdırmamışdır. X1 ifadəsində həmçinin sistemin işləməməsi səbəbindən xəstəlik vərəqəsinin açılmasının mükün olmaması bildirilir ki, həmin halın da işəgötürən tərəfindən araşdırılması müəyyən edilmir. Halbuki, həmin Məcəllənin 71.3-cü maddəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Bundan başqa, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, əmək müqaviləsinin xitamından öncə həmkarlar ittifaqı təşkilatının razılığının alınması aşkar edilmir. Belə ki, həmkarlar ittifaqının xx.xx.2024-cü il tarixli icras protokolunda “inzibati cəza tədbirləri”nin görülməsinə etiraz edilməməsi göstərilsə də, əmək müqaviləsinə xitam verilməsinə razılıq ifadə edilməmişdir.
28. Göstərilənlərə əsasən, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)-445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli 2(033)-445/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.