Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-987/2021 04.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qarşı “istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) iddia təmin olunmuş, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Şəki rayonu, Baş Zəyzid kəndində 0,19 ha torpaq səhəsinə və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X4 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X7 və X5 Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməsi qət edilmişdir. İşin halları İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Şəki rayonu, Baş Zəyzid kəndində 0,19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X4 və X5 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X7 və X5 Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evini almışdır. Bu barədə ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24.01.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. 28.03.2019-cu il tarixdə Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Zəyzid kəndindəki nümayəndəsi tərəfindən verilmiş 395 nömrəli Arayışa (Forma № 2) əsasən iddiaçı "xxxx" KB ASCnin mülkiyyətində olan Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X8 və X9 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh4 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh4 və onun ailə üzvlərinin həmin mənzilə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh4 və onun ailə üzvlərinin Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Həmçinin Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Hal-hazırda Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh2,Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər və ya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 аpellyаsiyа şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı hər hansı bir öhdəliyinin olmadığı kredit müqaviləsi üzrə kredit borcunun ödənilməməsi səbəbindən onun Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kvadrat metr olan fərdi yaşayış evindən çıxarılmağını tələb etməkdə haqlı deyildir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və ədalətli və qanuni yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən də işə yenidən baxılaraq iş üzrə hesablanmış borcu tamamilə azaldıla bilər. Bundan başqa əsas borc məbləğləri də dəqiq hesablanmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü ilin dekabr ayında qəbul edilmiş müvafiq qərarı vardır. Ona görə də həmin qətnamədən narazıdır. İş üzrə hər hansı bir ekspertiza təyin edilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsinin əsas və faiz borcu ilə bağlı hissədə ləğv edilməsini xahiş edir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı hər hansı bir öhdəliyinin olmadığı kredit müqaviləsi üzrə kredit borcunun ödənilməməsi səbəbindən onun Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kvadrat metr olan fərdi yaşayış evindən çıxarılmağını tələb etməkdə haqlı deyildir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və ədalətli və qanuni yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki rayon məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(075)-83/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehlər Cavabdeh4 və X1 «Unibank” KB ASC-nin xeyrinə müştərək qaydada məhkəmə qətnaməsinin icra edildi günə Azərbaycan manatına məzənəsi ilə 73265,20 ABŞ dolları əsas borc və 27394,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 100659,82 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat pulun tutulması, Cavabdeh4 mülkiyyətindəki Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə və Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0,037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldilərək, Cavabdeh4 mülkiyyətindəki Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin ilik satış qiyməti 43000 manatla, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0,037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayışevinin isə 40000 manatla hərraca çıxarılaraq hərracda satılması, həmin əmlakların açıq hərracdan satılması hesabına cəmi 100659,82 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat pulun tutularaq «Unibank” KB ASC-nin hesabına ödənilməsi, Cavabdeh4 müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə 120 manat xidmət haqqının tutulması və 50 manat ekspertiza xərcinin Cavabdeh4 alınıb Dövlət büdcəsinə-AZ.MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(107)- 178/2018 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(075)-83/2017 saylı qətnaməsinin qismən, iddianın təmin edilməyən-Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0.19 hatorpaq sahəsi vəonun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 Cavabdeh2 Cavabdeh1 Cavabdeh3 və Cavabdeh5 çıxarılması, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0.037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 çıxarılması və cərimə borcuna aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0.19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5, eləcə də Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0.037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh4 və X1 müştərək qaydada 2000 ABŞ dolları cərimə borcu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(102)- 4817/2018 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-178/2018 nömrəli iş üzrə 18 yanvar 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX, ******* saylı, 24.01.2019-cu il tarixli çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evi "xxxx" KB ASC-nin mülkiyyətindədir. İşdə olan Şəki şəhər İHB-nın Baş Zəyzid kəndindəki nümayəndəsi tərəfindən verilmiş 28 mart 2019-cu il tarixli, 395 nömrəli arayışdan görünür ki, Cavabdeh4 2019-cu ilin 2 nömrəli təsərrüfatbaşına kitabına əsasən öhdəsində Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X8 və X9 adlı ailə üzvləri vardır. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(103)- 1259/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4066/2019 saylı işi üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 6ÜŞ-12340/20 saylı arayışından görünür ki, hal-hazıra kimi Bakı Apelyasiya Məhkəməsinin MK-nın 21 yanvar 2020-ci il tarixli, 2(103)-1259/2020 saylı qətnaməsindən kassasiya şikayəti daxil olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(103)-1259/2020 saylı qətnaməsi Azərbaycan Respublikası MPM-nin 393-cü maddəsinə əsasən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 178.1-ci maddələrinə və İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya qeydiyyata alınmış şəxslər belə bir öhdəlik götürmüş sayılırlar. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(075)-83/2017 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və X1 «Unibank” KB ASC-nin xeyrinə müştərək qaydada məhkəmə qətnaməsinin icra edildi günə Azərbaycan manatına məzənəsi ilə 73265,20 ABŞ dolları əsas borc və 27394,62 ABŞ dolları faiz borcu olmaqla, cəmi 100659,82 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat pulun tutulması, Cavabdeh4 mülkiyyətindəki Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə və Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0,037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldilərək, Cavabdeh4 mülkiyyətindəki Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinin ilik satış qiyməti 43000 manatla, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0,037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayışevinin isə 40000 manatla hərraca çıxarılaraq hərracda satılması, həmin əmlakların açıq hərracdan satılması hesabına cəmi 100659,82 ABŞ dolları borc, 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat pulun tutularaq «Unibank” KB ASC-nin hesabına ödənilməsi, Cavabdeh4 müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə 120 manat xidmət haqqının tutulması və 50 manat ekspertiza xərcinin Cavabdeh4 alınıb Dövlət büdcəsinə- AZ.MEM, VÖEN **********, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(107)-178/2018 saylı qətnaməsi ilə iş üzrə Şəki Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli, 2(075)- 83/2017 saylı qətnaməsinin qismən, iddianın təmin edilməyən-Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0.19 hatorpaq sahəsi vəonun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 Cavabdeh2 Cavabdeh1 Cavabdeh3 və Cavabdeh5 çıxarılması, Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0.037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 çıxarılması və cərimə borcuna aid hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ipoteka predmeti olan Şəki rayonu Baş Zəyzid kəndində yerləşən 0.19 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5, eləcə də Şəki şəhəri Məmmədiyə Süleymanoğlu küçəsində yerləşən 0.037 ha torpaq sahəsi və onun üzərində yerləşən 29 saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 çıxarılması, cavabdehlər Cavabdeh4 və X1 müştərək qaydada 2000 ABŞ dolları cərimə borcu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi, və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(102)-4817/2018 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-178/2018 nömrəli iş üzrə 18 yanvar 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tələb Cavabdeh4 məxsus ipoteka predmeti olan Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən evə yönəldilmiş, ipoteka predmeti hərrac yolu ilə "xxxx" KB ASC-nin mülkiyyətinə keçmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* saylı çıxarış alınmışdır. "xxxx" KB ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etməyərək iddiaya qarşı münasibət bildirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi "xxxx" KB ASC cavabdehlərin Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Şəki rayonu, Baş Zəyzid kəndində 0,19 ha torpaq səhəsini və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evinə Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X4 və X5 istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, X7 və X5 Şəki rayonu, Baş Zəyzid kəndində 0.19 ha torpaq səhəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.9 kv.m olan fərdi yaşayış evindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 2(075)-27/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-987/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-987/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver