Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-988/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Cavabdeh iştirakı ilə X1 Cavabdeh qarşı “zaminin borclunun əvəzinə banka ödədiyi pul” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-761/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X2 Cavabdeh qarşı – cavabdehdən 6903.42 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-761/2019 nömrəli (hakim N.Misirzadə) qətnaməsi ilə iddiа təmin еdilərək, 6903,42 (altı min doqquz yüz üç manat 42 qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq X4 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.N-ci il tarixdə “xxxx” ASC-nin Naftalan filialında 156GTK********** saylı müqaviləyə əsasən 5155 manat kredit götürmüş Cavabdeh həmin tarixli 156GTUM151750003 saylı müqavilə ilə zamin durmuşdur. Cavabdeh həmin vaxt hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu idi. Onunla münasibəti normal idi. “xxxx” ASC-nin Naftalan şəhər filialından cavabdeh 5155 manat kredit götürmüşdür. O, banka həmin ilin iyul, avqust və sentyabr aylarında pul ödəmişdir. Lakin sonradan cavabdeh götürdüyü krediti banka qaytarmaqdan uzun müddət yayındığından və bank zamin kimi kreditin qaytarılmasını onun ******************** saylı kart hesabına yönəltmişdir. xx.xx.2018-ci il tarixə kimi “xxxx” ASCnin Naftalan şəhər filialı zamin kimi kreditin tam bağlanması üçün onun ******************** saylı kart hesabından xx.xx.2016-cı il tarixdə 0.34 manat, xx.xx.2016-cı il tarixdə 598.79 manat, xx.xx.2016-cı il tarixdə 352.89 manat, xx.xx.2016-cı il tarixdə 243.29 manat, xx.xx.2016-cı il tarixdə 245.48 manat, xx.xx.2016-cı il tarixdə 242.13 manat, xx.xx.2016-cı il tarixdə 0.68 manat, xx.xx.2016-cı il tarixdə 244.39 manat, xx.xx.2016-cı il tarixdə 0.54 manat, xx.xx.2016-cı il tarixdə 52.05 manat, xx.xx.2017-ci il tarixdə 315.83 manat, xx.xx.2017-ci il tarixdə 400.52 manat, xx.xx.2017-ci il tarixdə 0.39 manat, xx.xx.2017-ci il tarixdə 244.84 manat, xx.xx.2017-ci il tarixdə 244.52 manat, xx.xx.2017-ci il tarixdə 0.09 manat, xx.xx.2017-ci il tarixdə 246.68 manat, xx.xx.2017-ci il tarixdə 248.40 manat, xx.xx.2017-ci il tarixdə 244.67 manat, xx.xx.2017-ci il tarixdə 247.91 manat, xx.xx.2017-ci il tarixdə 0.39 manat, xx.xx.2017-ci il tarixdə 246.07 manat, xx.xx.2017-ci il tarixdə 245.60 manat, xx.xx.2017-ci il tarixdə 0.29 manat, xx.xx.2017-ci il tarixdə 247.45 manat, xx.xx.2017-ci il tarixdə 0.53 manat, xx.xx.2017-ci il tarixdə 246.88 manat, xx.xx.2017-ci il tarixdə 0.10 manat, xx.xx.2018-ci il tarixdə 488.92 manat, xx.xx.2018-ci il tarixdə 247.11 manat, xx.xx.2018-ci il tarixdə 0.12 manat, xx.xx.2018-ci il tarixdə 248.63 manat, xx.xx.2018-ci il tarixdə 0.44 manat, xx.xx.2018-ci il tarixdə 250.17 manat, xx.xx.2018-ci il tarixdə 0.01 manat, xx.xx.2018-ci il tarixdə 248.23 manat, xx.xx.2018-ci il tarixdə 0.28 manat, xx.xx.2018-ci il tarixdə 257.77 manat – yekun olaraq 6903.42 manat vəsait tutularaq zaminlik öhdəliyinə yönəlmişdir. 156GTUM151750003 (156GTK**********) saylı zaminlik müqaviləsinə əsasən kredit bağlanmışdır. Cavabdehin kreditinin tərəfindən tam bağlanması “xxxx” ASC-nin Naftalan şəhər filialının verdiyi xx.xx.2019-cu il tarixli, 42 saylı arayışı ilə də təsdiq edilir. Dəfələrlə cavabdehlə və ailəsi ilə əlaqə saxlamış, lakin onlar mənə zamin kimi cavabdehin əvəzinə banka ödədiyi pulu qaytarmaq istəməmişdir. Ailə vəziyyəti ağırdır, iki azyaşlı uşağı var. Kirayədə yaşayır. Gizir kimi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi qulluqçudur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, hakim iddiaçının mənafeyini üstün tutaraq onun xeyrinə qətnamə qəbul etmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə eədrək bildirmişdir ki, o iddiaçı ilə eyni hərbi hissədə qulluq etmişdir. N-ci il tarixdə xxxxdan 5000 manat məbləğində kredit götürərkən Elşən Hüseynov ona zamin durmuşdur. Lakin kredit götürülmüş puldan o deyil, Elşən özü istifadə etmişdir. Kreditlə bağlı 2-3 ay onun əmək haqqı kartından tutulmalar edilsə də, sonradan zaminin, yəni iddiaçının əmək haqqından tutulmuşdur. Hesab edir ki, o iddiaçıya heç bir pul qaytarmamalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ədalətli qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq hərbi qulluqçu olduğundan gələ bilmədiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər; “xxxx” ASC-nin Naftalan şəhər filialının xx.xx.2019-cu il tarixli, 42 saylı arayışından görünür ki, X6 xx.xx.N-ci il tarixdə “xxxx” ASC-nin Naftalan şəhər filialında kredit rəsmiləşdirilməsi etmiş Cavabdeh 156GTUM151750003 (156GTK**********) saylı müqaviləyə əsasən zamin dayanmış və zaminlik müqaviləsinə əsasən ona məxsus olan ******************** saylı kart hesabından xx.xx.2016-cı il tarixdə 0.34 manat, xx.xx.2016-cı il tarixdə 598.79 manat, xx.xx.2016-cı il tarixdə 352.89 manat, xx.xx.2016-cı il tarixdə 243.29 manat, xx.xx.2016-cı il tarixdə 245.48 manat, xx.xx.2016-cı il tarixdə 242.13 manat, xx.xx.2016-cı il tarixdə 0.68 manat, xx.xx.2016-cı il tarixdə 244.39 manat, xx.xx.2016-cı il tarixdə 0.54 manat, xx.xx.2016-cı il tarixdə 52.05 manat, xx.xx.2017-ci il tarixdə 315.83 manat, xx.xx.2017-ci il tarixdə 400.52 manat, xx.xx.2017-ci il tarixdə 0.39 manat, xx.xx.2017-ci il tarixdə 244.84 manat, xx.xx.2017-ci il tarixdə 244.52 manat, xx.xx.2017-ci il tarixdə 0.09 manat, xx.xx.2017-ci il tarixdə 246.68 manat, xx.xx.2017-ci il tarixdə 248.40 manat, xx.xx.2017-ci il tarixdə 244.67 manat, xx.xx.2017-ci il tarixdə 247.91 manat, xx.xx.2017-ci il tarixdə 0.39 manat, xx.xx.2017-ci il tarixdə 246.07 manat, xx.xx.2017-ci il tarixdə 245.60 manat, xx.xx.2017-ci il tarixdə 0.29 manat, xx.xx.2017-ci il tarixdə 247.45 manat, xx.xx.2017-ci il tarixdə 0.53 manat, xx.xx.2017-ci il tarixdə 246.88 manat, xx.xx.2017-ci il tarixdə 0.10 manat, xx.xx.2018-ci il tarixdə 488.92 manat, xx.xx.2018-ci il tarixdə 247.11 manat, xx.xx.2018-ci il tarixdə 0.12 manat, xx.xx.2018-ci il tarixdə 248.63 manat, xx.xx.2018-ci il tarixdə 0.44 manat, xx.xx.2018-ci il tarixdə 250.17 manat, xx.xx.2018-ci il tarixdə 0.01 manat, xx.xx.2018-ci il tarixdə 248.23 manat, xx.xx.2018-ci il tarixdə 0.28 manat, xx.xx.2018-ci il tarixdə 257.77 manat – yekun olaraq 6903.42 manat vəsait tutularaq zaminlik öhdəliyinə yönəldilmiş və kredit bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi X7 ilə bank arasında bağlanmış zaminlik müqaviləsində müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından həm zamin, həm də əsas borclu kreditor olan bankın qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış etmişlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi “xxxx” ASC ilə X6 arasında xx.xx.N-ci il tarixli, Z-156GTUM151750003 saylı zaminlik müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Elşən Hüseynov zamin olaraq xx.xx.2019-cu il tarixli 156GTUM151750003 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh verilmiş kreditin, hesablanmış faizlərin vaxtında qaytarılmasına təminat verir və borc verən qarşısında borc alanla birgə məsuliyyət daşımağı öhdəsinə götürür. Cavabdehin kredit öhdəliyinin bir hissəsinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan X6 tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Apelyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin yalnıziddiaçınıntəqdimetdiyivəheçbirhüquqiəsasıolmayansübutlaraqiymətverməkləqanuns uzqətnaməçıxarmasını bildirsə də, öz etirasının hüquqi əsası kimi heç bir mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Buradan da göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları nəinki sübut etməmiş, apelyasiya şikayətini də yalnız özünün formal mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1. maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(016)-761/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-988/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-988/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver