Məhkəmə qərarları › İş №2(107)-994/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-994/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-994/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - «xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyаsiyа şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmiş, Cavabdeh 3659.65 manat abunə və xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxx” MMC-nin hesabına keçirilməsi, qətnamənin icrasının Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. İşin halları: xxxxxxxxxxxxxxxx MMC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 3659.65 manat abunə və xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X6 MMC iddia ərizəsində tələbi belə əsaslandırmışdır ki, X10 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2003-cü il tarixli ********* saylı “Abunə müqaviləsi”nə əsasən (050) ******* №-li mobil telefonla M.Ağayev iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 3659 manat 65 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Borcun ödəməsinin son tarixi xx.xx.2016-cı il müəyyən olunsa da borc bu günə kimi ödənilməmişdir. Borcun məcburi qaydada tutulması üçün “notariusun icra qeydinin aparılması” ilə bağlı Göyçay Notariat ofisinə müraciət edilmiş, lakin X10 2016-cı ildə vəfat etdiyi üçün notariusun icra qeydinin verilməsindən imtina olunmuşdur. Göyçay rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli X11 hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2007-ci il təvəllüdlü X7 mərhumun oğlu, cavabdeh xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh isə mərhumun arvadıdır. Hesab edir ki, mərhum X5 mirasını qəbul etmiş vərəsələri - Cavabdeh və İ.Ağayev, miras qoyanın borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar. Lakin, miras qoyanın oğlu X7 yetkinlik yaşına çatmadığı üçün Cavabdeh miras qoyanın öhdəliyinə görə məsuliyyət daşıyır. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, ***-***-**-** saylı mobil nömrəsi müqavilə üzrə borclu X10 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra istifadə edilməmişdir. Hesab edir ki, iddiaçı məhkəməyə 2019-cu ilin noyabr ayında müraciət etdiyindən 3 illik iddia müddətini buraxmışdır. Ona görə də, Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyаsiyа şikayəti təmin edilməməli, Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)- 146/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2003-cü il tarixli abunə müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxx” MMC ilə X8 arasında (050) ******* saylı nömrə vasitəsi ilə rabitə xidməti göstərilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli X11 Hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 15 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 68 kv.m. olan daşınmaz əmlak qeyriyaşayı sahəsindən ibarətdir. Həmin əmlak bərabər paylarla vərəsə Cavabdeh və X4 miras qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışından görünür ki, mərhum X5 cəmi 3659.65 manat fakturalar üzrə borcu vardır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X10 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2003-cü il tarixli ********* saylı “Abunə müqaviləsi”nə əsasən (050) ******* №-li mobil telefonla M.Ağayev iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 3659 manat 65 qəpik məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır.Müqavilə üzrə borclu X10 xx.xx.2016-cı il tarixdə vəfat etdikdən sonra X3 miras qalmış əmlak arvadı Cavabdeh və oğlu X7 tərəfindən qəbul edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin оlmаsıdır. Tərəflər аrаsındа bаğlаnmış və yuxаrıdа göstərilən abunə müqaviləsi iddiа tələbi üzrə cаvаbdehlərin hüquq və öhdəliklərinin yаrаnmаsı üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci mаddələrində göstərilən hüquqi əsаslаrı təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığı götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafeylərini alınmış aktivdə özlərində hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi borclu X10 vəfat etdiyindən, iddiaçı ilə abunə müqaviləsi bağlamış mərhum X5 vərəsəsi kimi Cavabdeh kreditor qarşısında müqavilə üzrə öhdəliklərin icrası üzrə borcludur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hazırkı mübahisə üzrə iddia müddətinin keçməsi ilə bağlı dəlili əlaqədar qeyd edir ki, əvvala iş materiallarından iddia müddətinin keçmədiyi müəyyən olunur. İkincisi, iddiaçı apelyasiya şikayətində göstərir ki, xəstə olduğuna görə birinci instansiya məhkəməsinin iclasında iştirak edə bilməmişdir.Mülki Məcəllənin 375.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə iddia müddəti keçmiş olsaydı belə, cavabdeh bu barədə ərizə vermədiyindən iddia müddəti tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyаsiyа şikayəti təmin edilməsin. Göyçay Rаyon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(046)-146/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar