Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-996/2020 10.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlundan və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı Cavabdeh - Cavabdeh iştirakı ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 saylı qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı və X3 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən çıxarılması, Cavabdeh 61.68 manat torpaq sahəsinin inventarlaşdırılması xərcinin tutulub Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesaba köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan 0,3318 ha ərazidə yaratdığı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh onun mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0,3318 ha kənd təsərrüfat məhsulları istehsalı torpaq sahəsindən çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı izahatında göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndi ərazisində onun və X3 ümumi birgə mülkiyyətində 0,3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsi onlara məxsus olmasına baxmayaraq Cavabdeh onun torpağını illərlə zəbt etmiş və orada fındıq bağı salmışdır. Dəfələrlə Balakən rayon reyestr idarəsinin müdiri Tural müəllimin, Zaqatala reyestr idarəsinin rəisi Bəxtiyar müəllimin tapşırığı ilə sənədlərə əsasən torpağının ölçülüb ona verilməsinə baxmayaraq, Cavabdeh onunla razılaşmır və torpağını ona qaytarmaqdan imtina edir. Tələb etdiyi təqdirdə də, qadına xas olmayan etik qaydalardan kənar cümlələr işlətdiyi üçün aralarında dəfələrlə münaqişə yaranmışdır. Mülkiyyət sənədləri olmasına baxmayaraq torpaqdan istifadə edə bilmir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, sübutlara obyektiv, hərtərəfli və tam baxmadığından, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədiyindən qətnaməni əsassız və qanunsuz hesab edir. İşin hallarında görünür ki, qərar qəbul edərkən, məhkəmə yalnız Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi”nin Şəki Layihə-Tədqiqat İdarəsinin rəyinə əsaslanmışdır. Halbuki Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı və X4 məxsus 0,3318 ha torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. İşin hallarından görünür ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti məhkəməyə ziddəyətli rəylər təqdim etmişdir. Rəylər arasında ziddətlərin olmasına baxmayaraq, məhkəmə onlardan birinə üstünlük vermişdir. Bundan başqa qətnamədən görünür ki, məhkəmə hazırkı işlə bağlı adına olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi məhkəmə prosseslərində nəinki tədqiq edilmiş, heç işdə olan sənədlər siyahısında göstərməmişdir. Təbii ki, məhkəmə prossesində hüquqmüəyyənedici sənəd tədqiq edilmədiyindən, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı araşdırma aparılmamış, sorğular verilməmiş (yerləşdyi yer və naturada ölçüləri barədə), məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübut kimi əlaqəli şəkildə şərh edilməmiş, bu sübutun qəbul edilib-edilməməsinin səbəblərini izah etməmişdir. İşin hallarından görünür ki, məhkəmə qərarında yalnız Cavabdeh torpaq sahəsindən çıxarılmasını qət etmişdir. Halbuki bu Dövlət Aktından görünür ki, torpaq sahəsi tək ona məxsus deyil, 6 nəfərin ümumi birgə mülkiyyətindədir. Dövlət Aktından görünür ki, onların ailəsinə 1,00 ha torpaq sahəsi ayrılmışdır. Həmin hüquqmüəyyənedici sənədlə bağlı heç bir zaman mübahisə olmamış, onların ləğvi ilə bağlı məhkəmədə iddia qaldırılmamış, məhkəmə qərarı ilə ləğv edilməmişdir. Dövlət Aktında göstərilən 1,00 ha torpaq sahəsi naturada hazırda istifadə etdiyikləri torpaq sahəsi ilə üst-üstə düşür. Təqribən 2000-ci ildə həmin sahədə bağ salmışlar. O dövrdən indiyə kimi İddiaçı və onun ailəsi tərəfindən ona və ailəsinə qarşı heç bir tələb (iddia) irəli sürülməmişdir. Bundan başqa, rəqəmsal torpaq xəritəsinin hazırlanması işləri Balakən rayonunda da aparılmışdır və ona ayrılmış, Dövlət Aktında göstərilmiş torpaq sahəsi hazırda ailəsinin istifadə etdiyi (bağ saldığı) torpaq saldığı edilmişdir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(019)-439/2018 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 HaqqındaKonvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Balakən rayon, Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********69 nömrəli mütəxəssis rəyindən görünürki, Balakən rayonu Mahamalar kəndində yerləşən İddiaçı və X5 ümumi birgə mülkiyyətində olan 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Həmin 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərz nişanları basdırılmamış və həmin ərazi hər hansı bir metal tor və hasar və s. bağlanmamışdır. Hüquq müəyyənedici sənəddə göstərilən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX tərəfindən reyestr nömrəsi **********80 saylı torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən koordinatları yığarkən həmin 0.3318 ha torpaq sahəsi Cavabdeh naturada istifadə etdiyi 1.14 ha fındıq bağı salınmış ərazidə yerləşir. Həmin ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Aparılmış tədqiqatın dəyəri 61.68 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 23940 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin ŞəkiLTİ-ninmühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Balakən rayonu Mahamalar kəndlində yerləşən İddiaçı və X5 ümumi birgə mülkiyyətində olan 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün olmamışdır. Həmin 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərz nişanları basdırılmamış və həmin ərazi hər hansı bir metal tor və hasar və s. bağlanmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, hüquq müəyyənedici sənəddə göstərilən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə DƏDRX tərəfindən reyestr nömrəsi **********80 saylı torpaq sahəsinin Planı və ölçüsü sənədində göstərilən kordinatları yığarkən həmin 0.3318 ha torpaq sahəsi Cavabdeh naturada istifadə etdiyi 1.14 ha fındıq bağı salınmış ərazidə yerləşir. Həmin ərazinin yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə öz əksini tapmışdır. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. İş üzrə qаnuni və obyektiv qərar qəbul edilməsi üçün Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-996/2020 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Müstəqil Məhkəmə Ekspertizаsı MMC-yə həvаlə edilmişdir. İş materiallarına əlavə edilmişMüstəqil Məhkəmə Ekspertizаsı MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 365 nömrəli rəyindən görünür ki, İddiaçı və X3 ümumbirgə mülkiyyətində olan 0.3318 ha (DƏDRX tərəfindən verilən **********80 reyestr nömrəli torpaq sahəsi) k/t təyinatlı torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatlar faktiki yerində mövcuddur. Cavabdeh məxsus olan (Balakən RAİK-nin 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş) 1 ha k/t təyinatlı torpaq sahəsinin JN-302, kod-40108018 olan Dövlət Aktında göstərilən koordinatlar köhnə “Pulkovo-42” koordinat sistemində göstərilmişdir. Sonradan xüsusi yerquruluşu və kadastr biliyinə malik mühəndislər tərəfindən həmin köhnə sistemdən yeni “WGS-84” (UTM 38-39) koordinat sisteminə məlumatlar inteqrə (daxil) edilmişdir. Nəticə olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasına və islahat məlumat “DWG”-sinə əsasən cavabdehin mülkiyyətində olan JN-302 saylı Dövlət Aktının plan hissəsində göstərilən 1.0 ha torpaq sahəsinin hüdudları faktiki yerində mövcuddur. İddiaçı mülkiyyətində olan 0.3318 ha torpaq sahəsi, Cavabdeh mülkiyyətində olan 1.0 ha torpaq sahəsi ilə eskiz planda, yəni sənəd üzrə qonşu torpaq sahələridir. Sənəd üzrə mübahisəli torpaq sahələrinin coğrafi yerləşməsi, Autocad və ArcMap proqramları vasitəsilə işlənən plan- sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. Hüquq müəyyənedici sənədlərə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.3318 ha k/t təyinatlı torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsinin daxilində yerləşir. Yəni, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.3318 ha k/t təyinatlı torpaq sahəsinin plan və ölçüdə göstərilən koordinatları faktiki olaraq Cavabdeh tərəfindən yer səthi üzərində istifadə olunan 1.1 ha torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.3318 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyətindədir. İddiaçı məxsus olan torpaq sahəsi Cavabdehtərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması iş üzrə keçirilmiş ekspert rəyləri ilə də təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və həmin rəyləri sübut növü kimi qəbul edir. X1rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının tərəfdar olduğu «İnsan hüquqlarının və X2 haqqında» Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Hüquqları Məhkəməsi «Önər Yıldız Türkiyəyə qarşı» işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və X2 haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» qərarında eyni mövqedən çıxış edərək, ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmaması onu mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Şərh olunanlara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaklarına olan hüquqlarını “şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının əmlakları üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən cavabdeh, məhkəmə kollegiyasına heç bir sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühəndis texniki və texniki təhlükəsizlik ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutulmalı və Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin (Kapital Bank ASCnin Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-23/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühəndis texniki və texniki təhlükəsizlik ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul Cavabdeh tutulsun və Müstəqil Məhkəmə Ekspertizаsı MMC-nin (Kapital Bank ASCnin Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-996/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-996/2020
10.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver