Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-997/2024 17.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X13, Nümayəndə və X5 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "verilmiş pulun və çəkilmiş xərclərin geri qaytarılması”na dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar X13, Nümayəndə və X5 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı "verilmiş pulun və çəkilmiş xərclərin geri qaytarılması”na dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-12/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı üzrə cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onun tərəfindən cavabdehlərə ödənilmiş 4040 manatın, həmin məbləğin indekdasiyası olan 12100 manatın, torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi xərclərin əvəzi olaraq 5450 manatın və dövlət büdcəsinə ödədiyi 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X16 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997ci il tarixli, 41 saylı qərarına əsasən X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 8,08 hektar torpaq sahəsi ayrılmışdır. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 torpaq sahəsini hər hektarı 500 manat olmaqla, ümumilikdə 4040 manata ona satmışdır. Bununla bağlı onun və kəndin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə akt tərtib edilmişdir. Həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yazdıqları qəbzdə özləri də onlara məxsus 8,08 hektar torpaq sahəsini hər hektarı 500 manat olmaqla, ümumilikdə 4040 manata ona satdıqlarını, həmin 4040 manat ondan qəbul etdiklərini və bununla bağlı gələcəkdə heç bir narazılıqlarının olmayacaqlarını bildirmişlər. Həmçinin, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin vaxtdan X16 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktının əslini ona təqdim etmişlər və həmin vaxtdan qeyd edilən torpaq sahəsindən o özü istifadə edir. Son vaxtlara qədər həmin torpaq sahəsi ilə bağlı aralarında hər hansı bir mübahisə olmamışdır. Həmin vaxt aralarında notarial şəkildə müqavilə bağlanmadığına görə cavabdehlər həmin torpaq sahəsini istənilən vaxt adına rəsmiləşdirilməsi üçün notariat orqanına gedəcəklərinə söz vermişlər. Lakin, bir müddət bundan əvvəl həmin təkliflə cavabdehlərə müraciət etdikdə onlar əvvəlcə onunla razılaşsalar da, müxtəlif bəhanələrlə notariat orqanına getmə vaxtını uzatmışlar və bu müddət ərzində qanunsuz olaraq sənədlər əldə etmişlər. O isə fikirlərinin dəyişdiyini sonradan bilmişdir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini ona satdıqlarını, torpaq sahəsinin sənədinin əslini ona verdiklərini və qeyd edilən torpaq sahəsindən 20 ilə yaxın müddətdə onun istifadə etdiyini bildikləri halda, dövlət idarələrinə yalan məlumat verərək, həmin torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktının itməsi barədə aidiyyəti orqanlara müraciət etmişlər və bu yolla qeyd edilən torpaq sahəsi ilə bağlı qanunsuz çıxarış əldə etmişlər. Cavabdehlərin həmin hərəkətləri nəticəsində həmin torpaq sahəsini adına sənədləşdirə bilmir. Halbuki, cavabdehlərin qanunsuz olaraq əldə etdikləri çıxarış etibarsızdır. Hesab edir ki, X16 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla X4, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir İddia ərizəsinə əlavə etdiyi sənədlərdən və işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından müəyyən olunacaqdır ki, 28 avqust 2002-ci ildə aralarında razılaşma olarkən tərəfindən 5200 ABŞ dolları məbləğində pul cavabdehlərin mülkiyyətlərindəki 8,08 hektar torpaq sahəsinin cəmi dəyəri kimi verilmişdir. Aralarında 28 avqust 2002-ci il tarixdə bağlanmış müqavilə həqiqətən də etibarlı olmuşdur. Torpaq sahəsini aldığı 28 avqust 2002-ci il tarixdən bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Qeyd edilən torpaq sahəsini aldığı vaxtdan bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Bundan başqa həmin torpaq sahəsində yaxşılaşdırma işləri aparmış və bu yaxşılaşdırma işlərinə 21610 manat xərc çəkmişdir. Həmin yaxşılaşdırma işləri kimi həmin sahədə olan daşları yığaraq avtomobillə daşıtdırmış, hamarlamış, yabanı kolları təmizlətdirmiş, avtomobillə tullatdırmış, torpaq sahəsinə kənardan daşıdaraq peyin tökmüş, torpaq sahəsinin ortasından çıxaraq torpaq sahəsini yararsız hala salan qrunt sularının axmasının qarşısını almışdır. Onun verdiyi torpaq sahəsinin hazırda dəyəri 16160 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı hüquqi varisləri X13, Nümayəndə və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə məhkəmə iclasına gəlməmişdir.
4. Lakin, İddiaçı hüquqi varisi Nümayəndə məhkəməyə göndərdiyi 14 aprel 2024-cü il tarixli ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Bildirir ki, iddiaçı ona məxsus olan 8 ha torpaq sahəsini 12 il ərzində əkib-becərməklə ona verdiyi məbləğdən daha artıq qazanc əldə edib. İddiaçıya heç bir borcu olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş edir.
6. Məhkəmə iclasında Cavabdeh2 etibaranamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək bildirdi ki, iddiaya etiraz edirlər. İddiaçı tərəf həmin torpaq sahəsindən illərdir ki istifadə edib, qazanc götürüb. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir.
7. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.
8. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-12/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4040 (dörd min qırx) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60.40 (altmış manat qırx qəpik) manat pulun alınaraq İddiaçı hüquqi varisləri X13, Nümayəndə və X7 verilməsi, iddianın qalan hisssədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2011-ci il tarixində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçıya öz adlarında olan torpaq sahəsini satarılması ilə bağlı öz aralarında razılığa gələrək yazılı ərizə vermişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında 16 sentyabr 2011 -ci ildə yazılmış ərizə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehlərin müılkiyyətində olan 8.08 hektar torpaq sahəsinin hər hektarının 500 manata satılması satılması üçün iddiaçıdan ümumilikdə 4040 manat pulu aldığı müəyyən olunur. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında pul məbləğlərinin cavabdehlərə verilməsinə dair yazılı müqavilələr bağlanmış olmasa da, cavabdehin həm məhkəmə iclasında verdiyi izahatı həmin məbləğin iddiaçı tərəfindən cavabdehlərə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pul məbləğlərinin verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğlərinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğlərinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərə verdiyi pul məbləğinin indekdasiyasını tələb etsə də, məhkəmə iddia tələbini bu hissədə də, əsaslı hesab etmir. Belə ki, yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi, pul məbləğinin indeksasiyası yalnız tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı həyata keçirildiyindən iddianın həmin hissədə təmin edilməsi üçün hər hansı əsas yoxdur.
14. İddiaçının cavabdehlərə məxsus torpaq sahəsinin yaxşılaşdırılmasına çəkilən xərclə bağlı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı uzun müddətdə həmin torpaq sahəsindən istifadə etməklə bəhər götürmüşdür. Həmin istifadə üçün təbii ki, torpaq sahəsinin yaxşılaşdırılması üçün müəyyən işlər görülməsi zəruridir. Bundan başqa torpaq sahəsinin yaxşılaşdırılmasını sübut edəcək dəlillər də məhkəməyə təqdim edilməmişdir. Odur ki, İddia tələbi həmin hissədə də təmin edilə bilməz.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 386.1, 442, 1091, 1092.1, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.4, 232.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin iddianın qismən təmin olunması hissəsi ilə razı deyildir. Çünki həmin hissədə məhkəmə tərəfindən qətnamə düzgün əsaslandırılmamış, torpağın dəyərinin istənilməsinə heç bir əsas olmadan, məhkəmə verilməsi sübuta yetirilməmiş 4040 (dörd min qırx) manat pulun 12 ildən sonra qaytarılması barədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsini nəzərə almadan, sübutları araşdırmadan və düzgün qiymətləndirmədən, formal mülahizələr və ehtimallarla səhv nəticəyə gəlmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 386.1-ci, 442-ci, 1091-ci, 1092.1-ci və 1093.1-ci maddələri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir. Belə ki, həmin maddələrin məzmununa görə əslində əsassız varlanma istəyi iddiaçıya aid edilməli olduğu halda məhkəmə həmin normaları iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışmışdır. Hazırki mübahisə onların iddiaçıya torpaq sahəsini boşaltmaq barədə tələblərindən sonra başlamışdır. İddiaçı isə onların mülkiyyətlərində olan torpaq sahəsindən uzun illər istifadə etməsinə baxmayaraq onlara əvvəl 5200 ABŞ dolları, sonra 3790 ABŞ dolları, sonda isə 4040 manat pul verdiyi barədə saxta sənədlər təqdim etmişdir. Həmin pulların onlar tərəfindən alınmadığı qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı ilə aralarında torpağın alqısatqısı barədə heç bir müqavilə yoxdur. İddiaçı torpaq sahəsini əkib-becərdiyi üçün onlara müəyyən müddət üçün icarə haqqı ödəmişdir. Belə olan halda kimin əsassız varlanmaq istəyi bəlli olur. Hal-hazırda o, iddiaçının vərəsələrinə qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyir.
18. Məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 77.1-ci, 88-ci və 104.3-cü maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, mülahizələrə əsaslanaraq, iddaçının nümayəndəsinin yalan ifadələrinə düzgün və qərəzsiz qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilən maddənin tələbinə zidd olaraq iddiaçı onlara 4040 (dörd min qırx) manat pul verdiyini sübut edə bilməmiş, təqdim olunmuş əlyazmzlara isə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən hüquq normasının tələbi də məhkəmə tərəfindən pozulmuşdur.
19. Şəki Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(075)-12/2024 nömrəli qətnaməsi ümumiyyətlə iddia üzrə heç bir araşdırılma aparılmadan mülahizələrlə əsaslandırılmış, həmin iddiaçı ilə torpaq sahəsi barədə razılaşdığın olması üçün barışıq təklifi olmamışdır.
20. Cavabdehlər tərəfindən məhkəməyə kifayət qədər dəlil və sübut təqdim edilmişdir. Həm də həmin dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır.
21. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır. İddia torpağın dəyəri kimi pulun alınması barədədir. Məhkəmə isə səhvən bu tələbi cavabdehə guya verilmiş 4040 (dörd min qırx) manat pulun tələb edilməsi kimi qəbul etmişdir. Əgər belə olsaydı əvvəl həmin pulun verilməsi sübut olunmalı idi. Bundan sonra indeksasiya barədə ekspertiza təyin olunmalı idi. Bütün bunların əksinə olaraq məhkəmə son dərəcə səhv nəticəyə gələrək iddianı qismən təmin etmişdir.
22. Odur ki, Şəki Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(075)-12/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(075)-12/2024 nömrəli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar X13, Nümayəndə və X11, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
28. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neqanti, incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
29. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
32. Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(075)- 12/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də şikayətin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində digər cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Lakin Cavabdeh2 iddianın rədd edilən, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 aid hissələrdə qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X16 Komissiyasının 16 dekabr 1997ci il tarixli qərarı əsasında 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli Dövlət Aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X1 ümumibirgə mülkiyyətlərində olan 8,08 ha torpaq sahəsi 16 sentyabr 2011-ci il tarixdə əlyazma şəklində tərtib edilmiş alqı-satqı əsasında hər hektarını 500 manata olmaqla cəmi 4040 manata alıcı İddiaçı satılmışdır. Cavabdeh2 tərəfindən həmin torpaq sahəsinin satışı ilə bağlı İddiaçı pul vəsaitinin alınmasına baxmayaraq, tərəflər arasında torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş bir alqı-satqı müqaviləsi imzalanmamışdır. Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(075)-42/2022 nömrəli qətnaməsi ilə İddiaçı mübahisəli torpaq sahəsindən çıxarılması qət edilməsinə baxmayaraq, cavabdeh tərəfindən əhəmiyyətsiz əqd üzrə İddiaçı aldığı 4040 manat pul vəsaitinin qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də İddiaçı 4040 manatın cavabdehlərdən alınmasını məhkəmə qaydasında tələb etmiş, lakin mübahisəyə məhkəmədə baxılarkən İddiaçı vəfat etmiş və onun hüquqi varisləri olan X13, Nümayəndə və X11 iddiaçılar qismində cəlb edilmişlər.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır.
37. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin torpağın dəyərinin istənilməsinə heç bir əsasın olmaması, iddiaçının onlara 4040 manatı verməsinin sübuta yetirilməməsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin nəzərə alınmaması, sübutların araşdırılmaması, həmin pulların onlar tərəfindən alınmadığının qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tapması, iddiaçının torpaq sahəsini əkib-becərdiyi üçün onlara müəyyən müddət üçün icarə haqqı ödəməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, qanuni qüvvəsini almış Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(075)-42/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, X16 Komissiyasının 16 dekabr 1997-ci il tarixli qərarı əsasında 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli Dövlət Aktına əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və mərhum X1 ümumibirgə mülkiyyətlərinə 8,08 ha torpaq sahəsi verilmişdir. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İddiaçı qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiaları təmin edilmiş, lakin İddiaçı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması, torpaq sahəsindən istifadəsinə maneələrin aradan qaldırılması, çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə Cavabdeh2 tərəfindən 8,08 ha torpaq sahəsi ilə bağlı İddiaçı pul vəsaitini almaması, tərəflər arasında torpaq icarəsi üzrə hər hansı bir müqavilənin bağlanması halları müəyyən edilməmişdir.
38. Həmçinin işdə olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adından imzalanmış əlyazmada qeyd edilmişdir ki, “Mən Cavabdeh2 özümə məxsus torpaq sahəsini və mərhum əri olan X3 məxsus olan torpaq sahəsini 2 hektardır. Qızım Cavabdeh3 məxsus olan 2 hektar torpaq sahəsini və oğlum Cavabdeh1 məxsus olan 2 hektar torpaq sahəsini ömürlük olaraq hər hektarı 500 manata İddiaçı ömürlük satırıq. Mən İddiaçı mənə məxsus olan iki hektar olan ömürlük satılmasına etiraz etmirəm. Mən Cavabdeh3 mən məxsus olan 2 hektar torpaq sahəsinin ömürlük satılmasına etiraz etmirəm”.
39. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə aralarında torpağın alqı-satqısı barədə heç bir müqavilənin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında torpaq alqı-satqısına dair etibarlı alqı-satqı müqaviləsinin bağlanmaması ilə yanaşı həmin torpaq sahəsinin qeyri-rəsmi alqı-satqısı üzrə İddiaçı tərəfindən Cavabdeh2 pul vəsaitinin ödənilməsi də iş materialları ilə öz təsdiqini tapmışdır.
40. Belə ki, kollegiya qeyd edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin 14 iyun 2023cü il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, alınmış rəy iş materiallarına əlavə edilmişdir.
41. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli, 4/1284 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011 -ci il tarixli razılıq ərizəsinin üz tərəfində "Mən Cavabdeh1 Abasəli oğlu" yazılarından yuxarı hissədə yerləşən əlyazmalar və “Фəpaнə” /Имзa/ sözlərindən sonrakı imza-Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011-ci il tarixli razılıq ərizəsinin arxa üzündəki yazılar və “M.Əлиjeвa” sözünün qarşısındakı imza-Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adlarından olan 16 sentyabr 2011 -ci il tarixli razılıq ərizəsinin üz tərəfində "Mən Cavabdeh1 Abasəli oğlu” yazılarından yuxarı hissədə yerləşən əlyazmalarda və "Aллahвepдиjeвa Фəpaнə” /Имзa/ yazılarından sonrakı imzada və həmin ərizənin arxa üzündəki yazılarda və “M.Əлиjeвa” sözünün qarşısındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı.
42. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, Cavabdeh2 bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
43. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-12/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.