Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-999/2024 09.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şəki Rayon Məhkəməsinin e-2(075)-672/2024 saylı mülki iş üzrə qəbul etdiyi 03 iyun 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını qeyd etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəçinin xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək xx.xx.1935-ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum qaynanası X1 bir mənzildə yaşayaraq qulluq etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-672/2024 nömrəli qərardadı ilə Ərizəçi(bundan sonra- ərizəçi) “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə üzrə işin icraatına xitam verilməsi, qulluğun faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilməsi üçün Şəki şəhər İcra Hakimiyyətinə müraciət edilməsinin iddiaçıya izah edilməsi qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin forma və məzmununa riayət edilmədiyi üçün Şəki Rаyоn Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müayinə aktının tərtibi üçün tapşırıq verilməsi ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir(maddə 361.1.5 və 361.1.6). “Apellyasiya şikayətinin forması” adlanan 2 nömrəli Əlavənin 6-cı bəndində qeyd olunmuşdur ki, bu hissədə şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. İş materiallarına əlavə edilmiş şikayətdən görünür ki, ərizəçi şikayətin mülki prosessual qanunvericiliklə tələb olunan forma və məzmununa riayət etməmişdir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “şikayətin geri qaytarılması” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan ərizəçinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 iyun 2024-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-999/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-999/2024
09.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver