Məhkəmə qərarları › İş №2(108)-1/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-1/2023

02.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-1/2023 02.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Kuimova Vera Gennadiyevna və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı-cavabdeh İddiaçı hüquqi varisi Nümayəndə iştirak ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması”, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələblərinə dair mülki iş üzrə Culfa Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(089)-101/2019 nömrəli qətnaməsindən c avabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı 27 may 2019-cu il tarixdə Culfa Rayon Məhkəməsinə müraciət edərək Culfa rayon Saltaq kəndində yerləşən 0,17 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 9 kvadrat metr hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində tikilmiş tualet və hamamın sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh 15 iyul 2019-cu il tarixdə qarşılıqlı iddia ərizəsi ilə Culfa Rayon Məhkəməsinə müraciət edərək ərizənin icraata qəbul olunması və İddiaçı verilmiş JN-271A nömrəli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamədə 9 kv.m torpaq sahəsinin onun mülkiyy əti kimi göstərilmiş yanlışlığın düzəldilməsi və həmin torpaq sahəsinin mərhum atası X4 adına rəsmiləşdirilmiş torpağın mülkiyyətə verilməsinə dair JN204A nömrəli şəhadətnaməyə əlavə olunması (2569,4 kv.m kimi göstərilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh-iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, qarşılıqlı iddia tələbinə “İddiaçı 2 nəfər ailə üzvü ilə birlikdə 0,17 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 saylı qərarının İddiaçı aid hissədə qismən dəyişdirilərək 8.5 m2 torpaq sahəsinin İddiaçı mülkiyyətindən çıxarılması və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbi həcmində baxılması və q arşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Culfa Rayon Məhkəməsinin (sədrlik edən: M.F.Məmmədov) 20 sentyabr 2019-cu il tarixli, 2(089)-101/2019 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinin qismən təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı Culfa rayonunun Saltaq kəndində mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin cavabdeh-iddiaçı Cavabdeh tərəfindən zəbt edilmiş 8.5 kv.m hissəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində inşa edilmiş hamamın Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997- ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbinin rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh-iddiaçı Cavabdeh 22 oktyabr 2019-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Culfa Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(089)-101/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı-cavabdeh İddiaçı iddia tələbinin rədd edilməsi və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Kollegiya cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən də yişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbi barədə qarşılıqlı iddiası ilə əlaqədar olaraq qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı”nın (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə) 2-ci bəndində qeyd olunmuşdur ki, “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüs usi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, tərəflər arasında olan mübahisənin hüquqi mahiyyətinə nəzər saldıqda aydın olur ki, onlar arasında mövcud olan münasibətlər xüsusi hüququn deyil, məhz ümumi (publik) hüququn nizamlanma prosesinə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı”nın 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həy ata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən Qərarın 17-ci bəndində qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırı lmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçir ilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında əks olunmuş mövqeyə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə tərəflərin arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olması, reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılması və iddianın faktiki əsasını bu aktın qanunsuzluğunun təşkil etməsi, həmçinin iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia növünə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində q eyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsa sı ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbi barədə iddiasına baxılması ümumi məhkəmənin yox, inzibati məhkəmənin səlahiyyətinə aiddir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Culfa Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(089)-101/2019 nömrəli qətnaməsi cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, to rpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbi rədd edilsin” hissəsində ləğv edilməli, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbinə dair hissədə mülki işin icraatına xitam verilməlidir. Cavabdeh-iddiaçı Cavabdeh aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bunu nəzərə alan kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən cavabdeh-i ddiaçı Cavabdeh tərəfindən “Kapital Bank”-ın Naxçıvan filialına 10 iyul 2019-cu il tarixdə TT**********52210 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 365, 382, 402.2 və 402.2.4, 405.0 və 405.0.2-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Culfa Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(089)-101/2019 nömrəli qətnaməsi cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbi rədd edilsin” hissəsində ləğv edilsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “Culfa rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarının qismən dəyişdirilməsi, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” tələbinə dair hissədə mülki işin icraatına xitam verilsin. Cavabdeh-iddiaçı Cavabdeh aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. Cavabdeh tərəfindən “Kapital Bank”-ın Naxçıvan filialına 10 iyul 2019-cu il tarixdə TT**********52210 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardadan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar