Məhkəmə qərarları › İş №2(108)-1/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-1/2024

02.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-1/2024 02.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X5 və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı xüsusi mülkiyyət hüquqlu fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh 16 avqust 2023-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında verdiyi izahatında “əvvəllər ona məxsus olmuş Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4 ev 20də yerləşən ümumi sahəsi 307,14 kv.metr və 109. 17 kv.metr yardımçı sahəli 5 otaqlı fərdi yaşayış mənzilinin dəyərinin 150000 (bir yüz əlli min) manatdan artıq olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlakın 23 aprel 2021-ci İİ tarixli AN-İ N°0970972 saylı alqı-satqı müqaviləsi ilə 60000 (altmış min) manat dəyərində iddiaçıya satmağında səbəbinin oğlu X7 iddiaçıya faizlə borclanmasının olduğunu, qeyd olunan ünvanda yerləşən mənzilin dəyərindən aşağı qiymətə satmağının girov müqabilində olduğunu, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılaşmaya əsasən onun mənzili iddiaçıya borclarını qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirərək verdiyini, hazırda oğlu X7 iddiaçıya borclu olduğu məbləği faizi də daxil olmaqla artıqlaması ilə ödədiyini, ona görə də qeyd olunan mənzilin ona geri qaytarılmalı olduğunu, bunun üçün də aralarında bağlanan müqavilənin ləğv olunması üçün iddiaçıya təklif göndərmək istədiyini, lakin vəkilini düzgün başa düşməyərək həmin təklifi məhkəməyə göndərdiyini, iddiaçıya evi faiz qarşılığında satmasının iddiaçının özünün təsdiq etməli olduğunu, lakin bunu inkar etdiyini, iddiaçının onu və ailə üzvlərini həmin evdən qeydiyyatdan çıxarmaqla bağlı məhkəməyə müraciət etdiyini, lakin həmin məhkəmə qərarından şikayət vermədiyini, ona görə də onların qeydiyyatdan çıxarıldıqlarını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir”. Lakin onun izahatına hüquqi qiymət verilməmiş, məhkəmənin qətnaməsi ilə ailə üzvlərinin mənzilə olan yaşayış və istifadə hüquqları pozulmuşdur. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüqu q normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyator qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin tə kbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası '"Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş üzrə qanunsuz sahiblikdən bəhs edən Mülki Məcəllənin maddələri iş üzrə düzgün tətbiq olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)679/20 23 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. Mü lki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuş, etiraz ərizəsində apellyatorun şikayətinin sübutlarının qeyri mötəbərliyi, ziddiyətli olması və aid olmaması ilə əlaqədar mülki prosessual qanunvericiliyin müddəalarına əsaslanan dəlil irəli sürmədiyi, onun qətnamənin əsassızlığını iddia etməkdə haqlı olmadığı qeyd olunmuş, apellyasiya şikayətinin təmin edilməməklə, Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı şikayəti qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi X4 02 avqust 2024-cü il tarixində keçirilən məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddə sinə əsasən iş üzrə iddiaçının nümayəndəsi X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllən in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamə nin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətind ə göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbi q etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 23 aprel 2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən (səh.3-5) satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 307,14 kv.m, yaşayış sahəsi 109.17 kv.m, yardımçı sahəsi 197.97 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 57000 (əlli yeddi min) manata alıcı İddiaçı satması aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan (səh.8) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/25 nömrəli reyestr kitabının 4845 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İş materiallarına əlav ə edilmiş İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan (səh.7) görünür ki, iddiaçı 15 aprel 2023-cü il saat 15:00-dək xüsusi mülkiyyət hüquqlu yaşayış binasını əşyaları ilə birlikdə boşaltmalarını, əks təqdirdə barələrində qanuni tədbir görüləcəyini xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 1638 nömrəli arayışdan (səh.11) görünür ki, Hacıyev X9 şəhəri, H. Aslanov küçəsi döngə-4, ev-20 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(122)-207/2022 nömrəli qərarından (səh.42-44) görünür ki, Cavabdeh, X7, X11, X6, X12 və X8 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 21(122)-207/2022 nömrəli sərəncamı (səh.15) ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(122)-207/2022 nömrəli qərarının icra edilməsi üçün cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilməsinə, qərarın icra edilməsi üçün cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə Sərəncamı aldığı tarixdən etibarən 15 gün müddətin müəyyən edilməsinə, sərəncamın 2-ci bəndində göstərilən tələblərin yerinə yetirilməməsinə görə cavabdehə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilməsinə, cavabdehdən qərarın icrası barədə m əhkəməyə məlumat verilməsinin tələb olunmasına sərəncam verilmişdir. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, 23 aprel 2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Hacıyev X9 şəhəri, H. Aslanov küçəsi döngə-4, ev-20 ünvanında yerləşən ümumi sahəsi 307,14 kv.m, yaşayış sahəsi 109.17 kv.m, yardımçı sahəsi 197.97 kv.m olan 5 otaqlı fərdi yaşayış evini 57000 (əlli yeddi min) manata alıcı İddiaçı satmış, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyya ta alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(122)-207/2022 nömrəli qərarının surətindən məlum olmuşdur ki, cavabdehin ailə üzvləri olan Cavabdeh, X7, X11, X6, X12 və X8 İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanının pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2023-cü il tarixli, 1638 nömrəli arayışa əsasən Cavabdeh ünvan 1 ünvanında yaşadığı məlum olmuş, eyni zamanda tədqiq olunmuş iş materiallarına əsasən İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərərək 15 aprel 2023-cü il, saat 15:00-dək xüsusi mülkiyyət hüquqlu yaşayış binası nı əşyaları ilə birlikdə boşaltmaları, əks təqdirdə barələrində qanuni tədbir görüləcəyi barədə xəbərdarlıq edilmələri müəyyən edilmişdir. Cavabdeh tərəfindən mübahisəli mənzil boşaldılmadığından İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı xüsusi mülkiyyət hüquqlu fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh məcburi qaydada çıxarılması nəticəsinə gəlmişdir. Mülki işin cavabdeh tərəfindən mübahisələndirilən halı isə ondan ibarət olmuşdur ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “...əvvəllər ona məxsus olmuş Naxçıvan şəhəri, H.Aslanov küçəsi, döngə 4 ev 20-də yerləşən ümumi sahəsi 307,14 kv.metr və 109. 17 kv.metr yardımçı sahəli 5 otaqlı fərdi yaşayış mənzilinin dəyərinin 150000 (bir yüz əlli min) manatdan artıq olmasına baxmayaraq Naxçıvan MR Daşınmaz Əmlakın 23 aprel 2021-ci İİ tarixli AN-İ N°0970972 saylı alqı-satqı müqaviləsi ilə 60000 (altmiş min) manat dəyərində iddiaçıya satmağında səbəbinin oğlu X7 iddiaçıya faizlə borclanmasının olduğunu, qeyd olunan ünvanda yerləşən mənzilin dəyərindən aşağı qiymətə satmağının girov müqabilində olduğunu, həmin dövrdə borc müqaviləsi notarial qaydada sənədləşdirilmədiyi üçün aralarındakı razılaşmaya əsasən onun mənzili iddiaçıya borclarını qaytaranadək alqı-satqı yolu ilə sənədləşdirərək verdiyini, hazırda oğlu X7 iddiaçıya borclu olduğu məbləği faizi də daxil olmaqla artıqlaması ilə ödədiyini, ona görə də qeyd olunan mənzilin ona geri qaytarılmalı olduğunu, bunun üçün də aralarında bağlanan müqavilənin ləğv olunması üçün iddiaçıya təklif göndərmək istədiyini, lakin vəkilini düzgün başa düşməyərək həmin təklifi məhkəməyə göndərdiyini, iddiaçıya evi faiz qarşılığında satmasının iddiaçının özünün təsdiq etməli olduğunu, lakin bunu inkar etdiyini, iddiaçının onu və ailə üzvlərini həmin evdən qeydiyyatdan çıxarmaqla bağlı məhkəməyə müraciət etdiyini, lakin həmin məhkəmə qərarından şikayət vermədiyini, ona görə də onların qeydiyyatdan çıxarıldıqlarını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir”. Lakin o nun izahatına hüquqi qiymət verilməmiş, məhkəmənin qətnaməsi ilə ailə üzvlərinin mənzilə olan yaşayış və istifadə hüquqları pozulmuşdur. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir”. Apellyator məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi bu dəlillərlə bağlı aşağıdakıları qeyd edir. Belə ki, kollegiya tərəfindən 28 sentyabr 2023-cü il tarixdə hazırki apellyasiya şikayətinə baxılarkən mülki iş üzrə Cavabdeh ərizə ilə kollegiyaya müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə cavabdehlər İddiaçı və Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi ilə bağlı iş Naxçıvan Şəhər Məhkəməsində icraata qəbul olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan müv afiq iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olan İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(108)-123/2023 nömrəli qərardadı ilə Cavabdeh ərizəsinin təmin edilməsi, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/202 3 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan “İddiaçı Cavabdeh oğlunun cavabdehlər İddiaçı və Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair 2(078)-1065/2023 nömrəli mülki iş üzrə qəbul olunacaq yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılması qərara alınmışdır. 22 iyul 2024-cü il tarixdə mülki iş üzrə İddiaçı ərizə ilə kollegiyaya müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-1065/2023 nömrəli mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1997/2024 nömrəli qərarı ilə yekun məhkəmə aktının çıxarıldığını və həmin məhkəmə aktının qanuni qüvvəsini aldığını qeyd edib, 2(108)-1/ 2024 nömrəli mülki işin dayandırılmasını aradan qaldıran halın mövcud olmadığını bildirərək, mülki iş üzrə icraat təzələnməsini kollegiyadan xahiş etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 iyul 2024-cü il tarixli, 2(108)-1/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti ilə əlaqədar mülki işin apellyasiya baxışında icraatının təzələnməsi qərara alınmışdır. İş üzrə İddiaçı tərəfindən kollegiyaya təqdim olunmuş və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1997/2024 qərarının surətindən aydın olmuşdur ki, iddiaçı Cavabdeh (bundan sonra – iddiaçı) cavabdehlər İddiaçı və Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış e vinə dair bağlanmış, ünvan 7 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(078)-1065/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-27/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər V.G.Kuimova (sədrlik edən və məruzəçi), V.K.Quliyev və S.M.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaç ı (vəkili X13) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1997/2024 qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-27/2024 nömrəli, 8 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sü but edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qar şısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətd ir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.” Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1997/2024 qərarının məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdehlər İddiaçı və Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə qarşı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış, ünvan 7 23 aprel 2021-ci il tarixdə təsdiq olunmuş və 4Ə-223 nömrəli reyestrlə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı tələbi rədd edilmiş, beləliklə də cavabdehin hazırki apellyasiya şikayətində mübahisələndirdiyi dəlillərlə bağlı hallara həmin qərarla hüquqi qiymət verilmişdir. Belə olan halda isə kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan norması və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqe baxımından artıq qanuni qüvvəsini almış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1997/2024 qərarı ilə müəyyən edilmiş hallar yenidən sübut edilmədən hazırki işin mübahisəsiz halları kimi qəbul edilməlidir. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “...birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılması, işin faktiki hallarının araşdırılmaması və düzgün hüquqi qiymət verilməməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsinin məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab etməsi, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlməsi” ilə bağlı kollegiya göstərilən dəlilləri əsassız sayır və qeyd edir ki, bu dəlillər mülahizə xarakterli olmaqla, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Beləliklə məhkəmə kollegiyası yuxarıda sadalanan mülki işin hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fizik i və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığı prinsipidir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1 52.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsin in qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Yuxarıda qeyd olunan normaların məzmunundan da g öründüyü kimi, iddiaçı cavabdehin qanunsuz sahibliyindən öz mənzilini geri tələb edə bilər. Belə ki, mülkiyyət hüququ nəinki mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etməkdir, həm də mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Araşdırılan mülki iş üzrə iddiaçı, yəni mülkiyyətçi cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam səlahiyyətlərini həyata keçirə bilmədiyindən, həmin şəxsin əmlaka müdaxiləs ini aradan götürmək üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə təqd im olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, həmin maddənin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların mü əyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilən ləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(078)-679/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar