Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-100/2021 25.05.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiacı İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fə rdi yaşayış evindən Cavabdeh iki azyaşlı uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.X.Səfərəliyeva) 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılmasına dair iddia tələbi təmin edilərək, Cavabdeh, onun iki azyaşlı övladı X5 və X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qərar qəbul edilmişdir. Cavabdeh 01 aprel 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş və mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Qətnam ə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilmədiyinə görə, Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, qətnamənin təsviri hissəsində verilən və iddiaçını iddia qaldırmağa məcbur edən səbəbin “..iddiaçı ancaq işləyib ərzaq, paltar alıb nəvələrinə aparıbdır. Ancaq son vaxtlar iddiaçının dediyinə görə onun bu yaxşılıqlarının qarşılığında cavabdeh həmişə ona hörmətsizlik edibdir. İddiaçı öz evində rahat yaşamasına cavabdehin imkan vermədiyini, tez-tez narahatçılıq yaratdığını bildirmişdir. Buna görə də iddiaçı cavabdeh və övladlarının onun evindən çıxarılmasını tələb edir və qərarında israrlıdır” şəklin də verilməsi təkcə utancverici hal olmayıb, həm də özündə qarşı tərəfin şərəf və ləyaqətini şübhə altına alır. Hakimin sənəti müəllim olan və haliyədə tərbiyəçi işləyən cavabdehin hansı hərəkətlərinin iddiaçını iddia qaldırmağa vadar etməsi, nəvələrinə ərzaq, paltar almasını iddia etməsinə baxmayaraq ancaq onları küçəyə atır sualını iddiaçıya yönəltməməsi və uşaqların rəylərinin öyrənilməsinə cəhd edilməməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum Qərarındakı ’’məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarl arına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır” kimi hüquqi mövqeyi ilə üst-üstə düşür. Qətnamədə mübahisəli hüquq münasibətlərində müəyyənlik prinsipinin yaradılmaması, onun qanuni və əsaslı olmamasının əsas səbəblərindən biri də Ailə Məcəlləsinin 15-ci fəslinin tələblərinin, həmçinin, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarının səhv təfsir edilməsidir. Ailə Məcəlləsinin 89-cu maddəsinə görə, yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideyinlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdir. İş materiallarından aydın olur ki, İddiaçı Cavabdeh ilə bərabər evindən məcburən çıxartmaq istədiyi iki uşaq: 11 noyabr 2012-ci il təvəllü dlü X9, 20 iyun 2016-cı il təvəllüdlü X6 onun nəvələridir və haliyədə mübahisələndirilən mənzildə yaşayırlar. İddiaçı nəvələrinin maddi yardıma ehtiyacı olduqlarını və buna görə onlara daim köməklik göstərdiyini etiraf edir. Həmin maddənin mənasına görə, baba və nənə yetkinlik yaşına çatmayan, maddi köməyə ehtiyacı olan nəvələrinə təkcə aliment ödəməklə deyil, eyni halda onların fiziki, maddi, mənəvi, psixoloji və s. hallarına görə də hüquqi məsuliyyət daşıyırlar və həmin uşağın (uşaqların) valideyinlərdən birinin yanında qalması, onları həmin məsuliyyətdən azad etmir. Qətnamədə öz əksini tapmış “İş materiallarında olan Cavabdeh tərəfindən göndərilmiş 05 yanvar 2021-ci il tarixli ərizədən aydın olur ki, cavabdeh iddianın rədd edilməsini və ailəsinin maddi vəziyyətini, o cümlədən başqa yerd ən ev almağının, kirayə qalmasının mümkünsüzlüyünü, övladı X5 xəstəliyini nəzərə alaraq həmin mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir” tələbinin nəzərə alınmaması təkcə yuxarıdakı Konvensiyanın deyil, eyni halda Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli Qərarındakı aşağıdakı müddəalarına da ziddir: -“Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada da keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əl də etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmə qərarı ilə saxlanıla bilər, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkan və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarını müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Eyni zamanda apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə, BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Beynəlxalq Konvensiyasının 27.1-ci, 27.2-ci maddələrinə, Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunun 5-ci, 8-ci maddələrinə, Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” 17 yanvar 1970-ci il tarixli qərarına, MPM-nin 88-ci, 372.1-ci maddələrinə istinad edilmişdir. Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. Kollegiyadakı izahatında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiyadakı izahatında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamaqla Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 20 21-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya qətnamənin əsaslılığını və qаnuniliyini yoxlayıb, apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və mülki işin materialları ilə müqayisəli tədqiq edərək, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq аşаğıdаkı nəticəyə gəlir. Azərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğv e dilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbаycаn Rеspublikаsı MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Naxçıvan MR Nazirlər kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Naxçıvan şəhəri, Sabir küçəsində yerləşən 103.9 kv.metr torpaq sahəsində 14C nömrəli ümumi sahəsi 73.5 kv.metr, yaşayış sahəsi 53.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestri ndə 15 nömrəli reyestr kitabında 06 mart 2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 16 aprel 2018-ci il tarixli 2(078)163/2018 nömrəli qətnaməsindən aydın olur ki, X7 ilə Məmmədova (Vəliyeva) Səidə Səyyad qızı arasında 31 oktyabr 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 423 nömrəli nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları 11 noyabr 2012-ci il tarixdə doğulmuş X9 və 20 iyun 2016-cı il tarixdə doğulmuş X2 anaları Məmmədova (Vəliyeva) Səidə Səyyad qızının yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan aydın olur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbаycаn Rеspublikаsı Ko nstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbаycаn Rеspublikаsında mülkiyyət toxunulmazdır. Konstitusiyanın 29-cu maddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyət çi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəala rı tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi 06 mart 2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə cavabdehlə iddiaçının övladı X4 rəsmi nikah qey diyyatından 2011-ci il tarixdə keçərək iddiaçının mülkiyyətində olan evə gəlin gəldiyi tarixi nəzərə alıb hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30- cü maddəsi tətbiq edilməlidir Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci m addəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci f əslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iş üzrə Cavabdeh iş üzrə iddiaçının ailə üzvü deyil və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını sübut edə bilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq qanunvericiliyin müvafiq normalarına istinad etməklə qanuni qərar qəbul etmişdir. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilmişdir ki, X7 ilə Cavabdeh birgə nikahlarından 11 noyabr 2012-ci il tarixdə X9 və 20 iyun 2016cı il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. İş materiallarında olan nikahın pozulmasına dair məhkəmə qətnaməsi ilə, həmçinin məhkəmə baxışında tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, X7 ilə Cavabdeh ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh yanında saxlanılmış və onun himayəsində yaşayırlar. Həmin uşaqların yaşayış yeri cavabdehin yaşayış yeri sayıldığından, onların da cavabdehlə birlikdə mübahisəli mənzildən çıxarılması qanunun tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətç i kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə cavabdehin izahatında və məhkəməyə ünvanladığı ərizəsində maddi vəziyyətini, o cümlədən başqa yerdən ev almasını, kirayədə qalmasının mümkünsüzlüyünü, övladının xəstəliyini nəzərə alaraq həmin mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsi barədə arqumentlərini işin tədqiq olunmuş halları ilə əlaqəli şəkildə yoxlayıb hesab edir ki, qeyd edilən hallar hazırki iddia tələbinin müstəsna halı kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşm a bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydal arın tətbiqini mümkün edir. Maddənin məzmunundan da göründüyü kimi bu normanın tətbiqi mülkiyyətçinin keçmiş ailə üzvü olduğu halda mümkündür. Hazırki işdə mülkiyyətçi keçmiş ailə üzvü-yəni keçmiş ər X7 deyil, mülkiyyətçi İddiaçıdır və mənzil qanunvericiliyində cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi mülkiyyətçinin ailə üzvlərini konkret olaraq göstərmişdir. Bunlar mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri hesab edilir. Buna görə də cavabdehin barəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəlarının tətbiqini məhkəmə qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə müvafiq olaraq kollegiya yalnız tərəflərin təqdim etdikləri sübutla rı araşdırmış və onlardan istifadə etmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən də kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin əsaslandırıldığı dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsinə əsas vermir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Birinci instаnsiyа məhkəməsi mаddi və prоsеssuаl hüquq nоrmаlаrının tələblərinə düzgün əməl еtməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Şəhər Məhkəməsini n 10 mart 2021-ci il tarixli, 2(078)129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində qеyd olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 392, 393, 402, 403, 404, 405.0.1, 406.1-ci maddələrini rəhbər tutub kollegiya qət e t d i: İddiaçı Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(078)-129/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-100/2021
Ali Məhkəmə Qətnamə — İş №2(108)-100/2021
25.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver