Məhkəmə qərarları › İş №2(108)-103/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-103/2023

31.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-103/2023 31.07.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, iddiaçının hüquqi varisi X2, iddiaçının hüquqi varisi X2 vəkili Vəkil1, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 iştirakları ilə, İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən iş üzrə Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz Rayon İdarəsinə qarşı şahbuz Rayon Məhkəməsində iddia qaldıraraq Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X6 adına səhvən işlənmiş JN-068A və JN-068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, torpaq sahələrinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Şahbuz rayonunun D aylaqlı kəndində yerləşən, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə mərhum X6 mülkiyyətinə verilmiş JN-068A və JN-068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X6 mülkiyyətinə verilmiş 0.02 hektar və 0.14 hektar torpaq sahələrinə və həmin torpaq sahələrində inşa olunmuş tikililərə İddiaçı1 mülkiyyət hüququnun tanınması, mülkiyyət hüquqlarının qeydə alınmasının Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə həvalə olunması qət edilmişdir. Maraqlı şəxs1 19 yanvar 2023-ci il tarixdə Şahbuz Rayon Məhkəməsinə daxil olmuş ərizəsində 2(090)-249/2018 nömrəli, 14 noy abr 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi və ona münasibətdə bərpa olunmasını, həmçinin apellyasiya şikayəti ilə müraciət edərək həmin qətnamənin tamamilə ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin 2(090)-249/2018 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1 buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)37/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qərardadı ilə qeyd olunan qətnamədən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1 və 363.1.5-ci maddələrinin tələblərinə əməl olunmadığından (“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apelyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədiyindən) qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti 10 mart 2023-cü il tarixdə Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verildikdən sonra həmin iş yenidən Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Lakin iddiaçının hüquqi varisi X7 2(090)-249/2018 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardadın ləğv olunması barədə şikayətlə Şahb uz Rayon Məhkəməsinə müraciət etdiyindən 2(108)61/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərardadla mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmışdır. Şahbuz Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə 2(090)249/2018 nömrəli, 30 yanvar 2023-cü il tarixli qərardad ləğv olunmuşdur. Şahbuz Rayon Məhkəməsinin 2(090)-249/2018 nömrəli, 12 may 2023-cü il tarixli qərardadı ilə (hakim Daşqın Səfərov) Maraqlı şəxs1 ərizəsinin təmin edilməsi, 2(090)249/2018 nömrəli, 14 noyabr 2018-ci il tarixli qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasının üzrlü hesab edilməsi və həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdır. Apellyator şikayətin dəlillərində q eyd etmişdir ki, İddiaçı1 iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək X6 adına Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş (işlənmiş) JN-068A və JN-068B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığı ilə bağlı iddia qaldırmış və nəticədə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və yuxarıda qeyd olunan şəhadətnamələr etibarsız sayılmış, həmçinin müvafiq torpaq sahələrinə və tikililərə İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. O və həmçinin digər vərəsələr də (X6 vərəsələri) həmin mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşdur. Onun ümumiyyətlə bu məhkəmə prosesindən məlumatı olmamışdır. Ona görə də indi apellyasiya şikayəti verir. Həmin torpaq sahələri onun anas ının adına olmuş və mülkiyyət hüququnu təsdiq edən “Şəhadətnamə” verilmişdir. Sadəcə olaraq iddiaçı anasının sağlığında deyil, anası rəhmətə getdikdən sonra (2002-ci ildə) bi iddia tələbi ilə bağlı müraciət etmişdir. O, islahat gedən zaman anası ilə birgə yaşamış və həmin kənddə olmuşdur. Apellyator onu da qeyd etmişdir ki, iddiaçı iddia qaldıran zaman anası rəhmətə getmişdir. Yəni müvafiq şəhadətnamələr etibarsız hesab edilən zaman iddiaya cavab verəcək olan şəxs artıq rəhmətə getmişdir. Vərəsələrin bu iddia tələbi ilə bağlı maraqlı şəxs qismində cəlb olunmaları isə fikrincə hüquqi baxımdan düzgün deyildir. Belə ki, həmin şəhadətnamələr müvafiq qərar əsasında verilmişdir, belə olan halda isə şəhadətnamədə adı qeyd olunan şəxsin, yəni mülkiyyətçinin sağlığında deyil, rəhmətə getdikdən sonr a iddianın qaldırılması, təbii olaraq hüquqi müdafiə imkanlarını aradan qaldırır. Belə ki, onun həmin zaman “mümkün vərəsə” statusunda bu iddiada maraqlı şəxs ola bilməyi üçün ilk növbədə “həqiqi vərəsə” statusu əldə etməliydi. İkinci bir hal ondan ibarətdir ki, o, yuxarıda qeyd etdiyi kimi həmin islahat gedən zaman kənddə həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq icmal məktubunda 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktlara dair iddialara baxarkən belə inzibati aktların mübahisələndirilmə imkanlarının artıq aradan qalxdığını nəzərə almaqla bir qayda olaraq bu iddiaların mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır deyə qeyd olunur. Yəni bu tipli iddialar həm ümumi məhkəmədə deyil, inzibati məhkəmələrdə baxılmalıdır, həm də artıq b u cür iddialar mümkünsüz statusu qazandığından bu tip iddialar mümkün sayılmamalıdır. Yəni bu iddia tələbinə aidiyyət qaydaları pozulmaqla baxılmışdır, həmçinin bu müvafiq icmal məktubuna görə də bu tipli iddialar mümkün sayılmayan iddialar sırasındadır. Apellyator sonda yuxarıda qeyd etdiklərini nəzərə alaraq Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Mülki iş apelyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdeh təşkilat Cavabdeh1nə, həmçinin M araqlı şəxs4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə kollegiyaya qabaqcadan məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh təşkilat Cavabdeh1 nümayəndəsinin və Maraqlı şəxs4 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti nə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən iddiaçının hüquqi varisi X7 apellyasiya şikayətini qəbul etməyərək, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən iddiaçının hüquqi varisi X2 vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs3 Şahbuz Rayon Məhkəməsinin 14 no yabr 2018-ci il tarixli, 2(090)249/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilən məhkəmə iclası zamanı izahat verən digər maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələn dirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya, iş üzrə məruzəçinin məruzəsini, mülki iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb belə nəticəyə gəlir ki, İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilm əsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən iş üzrə Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iş üzrə İddiaçı1 cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Şahbuz rayonu, Daylaqlı kəndində yerləşən, yaşadığı mərhum X6 adına səhvən işlənmiş JN-068A və JN068B nömrəli torpaq sahələrinin mülkiyyətə verilməsi haqqında şəhadətnamələrin etibarsız hesab olunması, torpaq sahələrinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin hüquqi əsasından da göründüyü kimi, iddiaçı tələbində X6 adına Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş (işlənmiş) JN-068A və JN-068B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən səhvən verildiyini bildirərək həmin şıhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş (İ cild,səh.211) 06 aprel 2023-cü il tarixli arayışdan aydın olur ki, iş üzrə İddiaçı1 14 dekabr 2021-ci il tarix də vəfat etmiş, iş materiallarına əlavə olunmuş (İ cild,səh.212) qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnamənin surətindən bəlli olmuşdur ki, mərhumun vərəsəsi Şahbuz rayonu, Daylaqlı kəndində qeydiyyatda olan arvadı X3r. İddia ərizəsinə əlavə olunmuş JN-068B nömrəli və N-068B nömrəli şəhadətnamələrin surətindən aydın olur ki, Şahbuz Rayon Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə 0.02 və 0.14 hektar torpaq sahələri mərhum X6 mülkiyyətinə verilmişdir. İddia ərizəsinə əlavə olunmuş AZ-İ 001592 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən həmçinin X6 29 iyun 2002-ci tarixdə vəfat etməsi bəlli olmuşdur. İş üzrə Maraqlı şəxs1 verdiyi apellyasiya şikayətində Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsini n ləğvinə əsas kimi, “...iddiaçının iddia qaldıran zaman anasının rəhmətə getməsini, yəni müvafiq şəhadətnamələr etibarsız hesab edilən zaman iddiaya cavab verəcək olan şəxsin artıq rəhmətə getməsini, vərəsələrin bu iddia tələbi ilə bağlı maraqlı şəxs qismində cəlb olunmalarının isə hüquqi baxımdan düzgün olmadığını, belə ki, həmin şəhadətnamələrin müvafiq qərar əsasında verildiyini, belə olan halda isə şəhadətnamədə adı qeyd olunan şəxsin, yəni mülkiyyətçinin sağlığında deyil, rəhmətə getdikdən sonra iddianın qaldırılmasının təbii olaraq hüquqi müdafiə imkanlarını aradan qaldırdığını, bundan başqa islahat gedən zaman kənddə həmin evdə yaşadığını, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq icmal məktubunda 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktlara dair iddialara baxarkə n belə inzibati aktların mübahisələndirilmə imkanlarının artıq aradan qalxdığını nəzərə almaqla bir qayda olaraq bu iddiaların mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır deyə qeyd olunduğunu, yəni bu tipli iddiaların həm ümumi məhkəmədə deyil, inzibati məhkəmələrdə baxıldığını, həm də artıq bu cür iddiaların mümkünsüz statusu qazandığından bu tip iddiaların mümkün sayılmadığını, hazırki iddia tələbinə aidiyyət qaydaları pozulmaqla baxıldığını, həmçinin müvafiq icmal məktuba görə də bu tipli iddialarn mümkün sayılmayan iddialar sırasında” olduğunu göstərmiş və məhz bu əsaslara görə də Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiy adan xahiş etmişdir. Kollegiya apellyatorun şikayətində qeyd etdiyi bu dəlilləri iş materialları ilə qarşılıqlı tədqiq edərək qismən əsaslı olması qənaətinə gəlir və göstərilən dəlillərin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı”nın (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarı ilə) 2-ci bəndində qeyd olunmuşdur ki, “Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyy ətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Kollegiya qeyd edir ki, hazırki mülki iş üzrə tərəflər arasında olan mübahisənin hüquqi mahiyyətinə nəzər saldıqda aydın olur ki, onlar arasında mövcud olan münasibətlər xüsusi hüququn deyil, məhz ümumi (publik) hüququn nizamlanma prosesinə aiddir. Qərarın 3.2-ci bəndində qeyd olunur ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanla rın Təsnifatı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 noyabr 2015-ci il tarixli, 349 nömrəli qərarına əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi inzibati orqanların siyahısına daxil edilmişdir. Qərarın 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlah iyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qərarın 17-ci bəndində qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələnd irməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında əks olunmuş mövqeyə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə tərəflərinin arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olması, reyestrdəki qeydiyyatın inzibati akt əsasında aparılması və iddianın faktiki əsasını bu aktın qanunsuzluğunun təşkil etməsi, həmçinin iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmalıdır. Apellyasiya baxışı zamanı hazırki işin tədqiq olunmuş hallarından da göründüyü kimi, tərəflər arası nda olan mövcud mübahisə hüquqi təbiətinə görə inzibati mübahisədir və iddiaçı X6 adına Aqrar İslahat Komissiyasının 02 noyabr 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə verilmiş (işlənmiş) JN-068A və JN-068B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsızlığını tələb edərkən qeydiyyatın aparılmasının əsaslarını deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirmişdir. Belə olan halda isə hazırki mübahisəyə mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında baxılmalı idi. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan xüsusatlara diqqət etmədən mülki işi icraata qəbul etmiş, daha sonra isə mahiyyəti üzrə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. “İnzibati və mülki hüquq münasibətlərin dən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kom mersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, kollegiya işin apellyasiya qaydasında baxılması zamanı tədqiq o lunmuş hallarına əsaslanmaqla belə nəticəyə gəlir ki, İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadətnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən iş üzrə Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, iddiaçının hüquqi varisi X4 aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət et mə hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya qeyd edir ki, Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi ləğv olunaraq iş üzr icraata xitam verildiyindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlillərinə qiymət verilməsinə zərurət qalmamışdır. Azər baycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bunu nəzərə alan kollegiya hesab edir ki, iş üzrə İddiaçı1 tərəfindən “Kapital Bank”-ın Şahbuz filialına 27 sentyabr 2018-cü il tarixdə TT**********52510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu onun hüquqi varisi X4 geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, kollegiya qəraraaldı: İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Şahbuz Rayon İdarəsinə qarşı torpaq sahəsinin mülkiyyətə verilməsi haqqında şəhadə tnamənin etibarsız hesab olunması, torpaq sahəsinə və yaşayış evinə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsindən iş üzrə Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(090)-249/2018 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. İş üzrə icraata xitam verilsin. İddiaçının hüquqi varisi X4 aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. İddiaçı1 tərəfindən “Kapital Bank”-ın Şahbuz filialına 27 sentyabr 2018-cü il tarixdə TT**********52510 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu onun hüquqi varisi X4 qaytarılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar