Məhkəmə qərarları › İş №2(108)-107/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-107/2024

03.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-107/2024 03.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X23 və X7 ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vərəsə kimi Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvan ında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)- 142/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır ona görə ki, atası X8 xx.xx.1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində vəfat etmişdir. Mərhum atası X4 vəfatından sonra onun mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, Şərur şəhəri, Həzi Aslanov 2 ünvanında 0.1268 ha torpaq sahəsi üzərində yerləşən 54.70 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi miras qalmışdır. Atasından qalmış həmin miras əmlakı iddiaçının xx.xx.1988-ci il tarixdə atası vəfat edəndən sonra faktiki olaraq vərəsə kimi qəbul etdiyini və həmin evdə ailəsi ilə birgə yaşayaraq əmlakı idarə etməyə başladığını bildirən nümayəndə bu gün də mirası idarə etdiyini bildirmişdir. Məhkəmədə şahid, 1969 -cu il təvəllüdlü X14 və şahid 1956-cı il təvəllüdlü X33 oxşar ifadə verərək miras qalmış əmlakın faktiki olaraq 1988-ci ilin mart ayından, yəni miras qoyan mərhum atası X4 ölümündən sonra onun (iddiaçı) tərəfindən qəbul edildiyini və ailəsi ilə birgə həmin miras əmlakda yaşadığını, miras əmlakda təsərrüfat işlərinin onun tərəfindən aparıldığını bildirmişdir. Qardaşı X1 Respublikasında vermiş olduğu ərizədə bildirmişdir ki, miras əmlakdan ona çatası paydan iddiaçının xeyrinə imtina etmişdir. Belə olan halda məhkəmə qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış və əsassız olaraq qətnamə qəbul etmişdir. Belə ki, mübahisələndirdiyi qətnamədə məhkəmə qeyd edir ki, İddiaçı həmin əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümay iş etdirməmişdir. Halbuki, o, dəfələrlə məhkəməyə miras əmlakı hələ 1988-ci ilin martından qəbul etdiyini bildirmiş, məhz birinci instansiya məhkəməsi belə səhv nəticəyə gəlmiş, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanuni olduğundan iddiaçı haqsız olaraq məhkəməyə müraciət etmişdir. Buna əsas kimi iş materiallarında olan sübutlara yox, məhz öz mülahizəsinə istinad etmişdir. Göründüyü kimi iş materiallarında yer alan mübahisələndirdiyi qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə yox, iddia tələbinin tam təmin edilməsinə əsasdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi sübutla rın faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Sonda birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığını, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmədiyini, maddi və prosessuаl hüquq normalarının tətbiqində səhvə yol verildiyini, bütün bunların isə mübahisələndirdiyi qətnamənin tam ləğv edilməsinə əsas olduğunu göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək Şərur Rayon Məhkəməsinin 2(110)-142/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini tamamilə ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair ye ni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1146, 1151, 1159, 1243, 1246, 1262, 1263, 1273-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 218, 357, 362-ci maddələrinə istinad etmişdir. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-94/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vera Kuimova (sədrlik edən və məruzəçi), Vüqar Quliyev və Səxavət Bəylərli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə vasitəsi ilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsini, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)67/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)94/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Mülki iş yeni apellyasiya baxışına əsasən Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında Həşimin oğlu Abbas Abdullayevin arvadı olduğunu, Abbasla 2003-cü ildə ailə qurduqdan sonra Şərur şəhəri Həzi Aslanov küçəsində Abbasın yaşadığı ata evinə gəlin köçdüyünü, həyat yoldaşı rəhmətə gedənədək orada yaşadıqlarını, nikahlarından iki uşaqlarının doğulduğunu, onların birinin 18, digərinin isə 16 yaşa keçdiklərini, qayınanası Bulqeyis vəfat etdikdən sonra orada yaşamağa davam etdiklərini, hazırda ev qəzalı vəziyyətdə olduğu üçün uşaqları ilə evdən çıxdıqlarını və Şahtaxtı kəndinə köçüb, hal-hazırda orada yaşadıqlarını, apellyasiya şikayətini qəbul etmədiyini və özünün d ə iddia qaldıracağını bildirmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında Həşimin birinci arvadından olan oğlu olduğunu, 1949-cu ildə anasının onu atasının yanında qoyaraq getdiyini, sonradan atasının Bulqeyislə evləndiyini, 1965-ci ildə hərbi xidmətə getdiyini, qayıtdıqdan sonra atasının evində yaşamağa başladığını, daha sonra ailə quraraq Şahtaxtı kəndində başqa evə köçdüyünü və özünün ayrı təsərrüfatı olduğunu, bu günə qədər də orada yaşadığını, 1988-ci ildə atası vəfat edəndə üçüncü arvadı olan Rübabə adlı qadınla evli olduğunu, lakin uşaqlarının olmadığını, Bulqeyisin oğlu Abbasın ailəsi ilə Şəki şəhərinə gedərək orada yaşadığını, həmin vaxt Məhəmmədəlinin hərbi qulluqçu olduğun u, Sumqayıt şəhərində yaşayaraq orada işlədiyini, atasının vəfatı barədə Məhəmmədəliyə xəbər verdiyini, Məhəmmədəlinin yas mərasiminin 3-cü günü gəldiyini, atasının vəfatından sonra Məhəmmədəlinin Sumqayıta qayıtdığını, hazırki miras məsələlərinə də heç vaxt qarışmadığını bildirərək hazırda da məhkəmədən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, iştirak etməmələrin səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab e tmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üz rə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan: - X8 ilə X12 arasında xx.xx.1960-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. - Onların nikahlarından xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1957-ci il təvəllüdlü X16 və xx.xx.1960-cı il təvəllüdlü X13 doğulmuşlar. - Həmçinin X4 birinci nikahından xx.xx.1946-cı il təvəllüdlü oğlu - X15 doğulmuşdur. X10 anası X24 olmuşdur. - X3 qalan miras əmlak ünvan 3 ünvanında yerləşən 0.1268 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 54.70 kv.m olan fərdi yaşayış evi olmuşdur. - xx.xx.2020-ci il tarixli Cavabdehnə verilmiş ərizədən görünür ki, İddiaçı X3 qalmış mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ seriyalı, 333247 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İ seriyalı, 871625 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X12 xx.xx.2009-cu il tarixdə, X16 isə xx.xx.2022-ci il tarixdə ölmüşlər. - Şərur şəhər İƏDN-in xx.xx.2023-cü il tarixli, 110 nömrəli arayışından görünür ki, X8 vəfat edəndən sonra vərəsələri X12, X16, X15, İddiaçı, X13 qalmışdır. - X15 xx.xx.2023-cü il tarixdə Şərur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə müraciət edərək, nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 274 nömrəli arayışa düzəliş edilməsini, özünün də X4 vərəsəsi kimi tanınmasını və yeni arayışda vərəsə kimi qeyd olunmasını xahiş etmişdir. Həmin nümayəndəlik tərəfindən verilmiş 110 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X8 vəfat etdikdən sonra onun vərəsələri aşağıdakı tərkibdə müəyyən edilmişdir: X12 - arvadı (vəfat edib), X16 – oğlu (vəfat edib), X15 – oğlu 1946, İddiaçı – oğlu - 1954, X13 – oğlu - 1960. Beləliklə, mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümum i və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi X6 məxsus olmuşdur. Şərur şəhər İƏDN-nin xx.xx.2023-cü il tarixli, 110 nömrəli arayışına əsasən X8 vəfat etdikdən sonra onun vərəsələri X12, X16, X15, İddiaçı, X13 qalmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli qərarı ilə X3 qalan mirasa İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra mirasın onun tərəfindən faktiki qəbul edilməsi, vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi nəticəsinə gəlmişdir. Kollegiya mülki işin mübahisəsiz hallarını müəyyən etməklə bərabər eyni za manda qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəli halı ondan ibarət olmuşdur ki, iş üzrə İddiaçı mərhum atası X4 ölümündən sonra ondan miras qalmış Naxçıvan Muxtar Respublikası ünvan 1 ünvanında yerləşən 54.70 kv.m. ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evini faktiki olaraq qəbul etmişdirmi?. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin məzmunundan və tədqiq olunmuş iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində ünvan 1 ünvanında yerləşən 54.70 kv.m ümumi və 0.1268 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi və vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, tələbinin əsasını mirasın onun tərəfindən faktiki qəbul olunmasının məhkəmə tərəfindən müəyyən edilməsi təşkil edir və vərəsəlik hüququnun tanınması da məhz həmin tələbin tərkib hissəsi olduğundan kollegiya da hazırki tələbə məhz miras əmlakın iddiaçı tərəfindən qəbulu faktının müəyyən edilməsi çərçivəsində baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. Həmin Məcəllənin 261.0-261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin ol duğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə apellyasiya kollegiyası qeyd edir ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsində xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi, o cümlədən şəxslərin qohumluq münasibətlərinin, mirasın qəbul edilmə faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi mümkün hesab olunsa da, həmin ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir. Bununla da qanunverici hüquq tətbiqedici orqanlar üçün müəyyən olunması çətinlik yaradan mübah isəsiz faktların daha sadə yolla məhkəmə qaydasında təsbit olunmasına şərait yaratmaqla həm maraqlı şəxslərin, həm də dövlət orqanlarının işini asanlaşdırmış olur. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur. Lakin istinad olunan maddələr iddiaçının iddia icraatı qaydasında yenidən həmin faktın müəyyən olunması barədə iddia qaldırmalı olduğu kimi başa düşülməməlidir. Hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış sax lanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn (əldə olunması (məsələn, miras payının müəyyən olunması, hüquq müəyyənedici sənədin verilməsi) barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı (məsələn mirası qanunla müəyyən olunmuş müddət ərzində faktiki qəbul etdiyini) sübuta yetirməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 5.1-ci maddələrinin məzmununa əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, e ləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işi o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. Mülki Prosessual Məcəlləsinin 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Beləliklə, hüquq barədə mübahisə olduğu halda hər hansı hüquqi faktın müəyyən edilməsi barədə məsələyə xüsusi icraat qaydasında baxılması istisna edildiyi üçün həmin hüquqi fakt iddia icraatı qaydasında irəli sürülən tələbin əsasını təşkil edən hüquqi fakta və ya faktlardan birinə çevrilmiş olur. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməli, həyata keçirilən icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Əks yanaşma yuxarıd a sadalanan mülki prosessual normalara uyğun olmamaqla, istənilən faktın (işin halının) müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil iddia tələbinin irəli sürülməsinin mümkün olması mənasını verə bilər. Halbuki belə bir yanaşma mülki işlər üzrə məhkəmə icraatının məqsəd və vəzifələrinə ziddir. Beləliklə apellyasiya kollegiyası Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan müddəalarına əsasən hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn m iras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilm əlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin rədd olunması barədə qətnamə çıxarmışdır. Yuxarıda şərh edilənlərə görə də, kollegiya belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384.0.5, 400 və 402.2.4-cü maddələrini rəhbər tutaraq kollegiya qəraraaldı: İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şərur Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(110)-142/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar