Məhkəmə qərarları › İş №2(108)-107/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-107/2025

01.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-107/2025 01.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), X31 və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X10 məhkəmə iclas katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin və çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı “17” may 2024-cü ildə iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 iddiası əsasında hazırda baxılan birgə nikah dövründə qazanılmış daşınmaz əmlakın bölgüsü hissəsində iddiasına baxılıb yekun nəticə verilənə qədər dayandırılmasını və 1999-cu ildə həmkəndlisi X6 aldığı torpağa görə 500 (beş yüz) ABŞ dolların ekvivalentini, evin tikintisinə görə 30000 (otuz min) manat, hasarın tikintisinə görə 3000 (üç min) manat, yan damının və qarajın tikintisinə görə isə 5000 (beş min) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-3). Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim Seymur Qarayev) 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülk iyyətində olan 0.1328 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 110.2 kvadrat metr olan fərdi yaşayış evinin dəyərini təşkil edən 26500 (iyirmi altı min beş yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi və ödənilmiş 207 (iki yüz yeddi) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdi (iş vərəqə 138-145). Daha sonra 07 may 2025-ci il tarixli, 2(110)- 6/2025 nömrəli qərardad ilə 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 saylı qətnamədə buraxılmış yanlışlıq düzəldilmiş və qətnamənin nəticə hissəsində “iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada” ifadəsi “iş üzrə məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat məbləğində pul iddiaçıdan” ifadəsi ilə əvəz edilmişdi (iş vərəqə 156-158). Məhkəmənin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh2 21 may 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək, Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il ta rixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini kollegiyasından xahiş etmişdir (iş vərəqə 172-180). Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, qətnamə ilə razılaşmır, qərar çıxarılarkən işin müəyyən halları tərəfindən etiraz və izahatlar verilməklə, o cümlədən məhkəməyə şahidlər dəvət edilməklə bildirilməsinə baxmayaraq mübahisənin predmetləri üzrə düzgün qiymətləndirilmə aparılmadığından, habelə işin real vəziyyəti tam araşdırılıb dəqiqləşdirilmədiyindən həmin qətnamə bütövlükdə ləğv edilməli, məhkəmənin geniş araşdırma səlahiyyətləri çərçivəsində işin faktiki halları müəyyən edilməli, İddiaçı iddiasının əsassız olduğu sübuta yetirilməklə, iddia rədd olunmalıdır. Belə ki, hazırkı iş üzrə birgə cav abdeh qismində iştirak edən Cavabdeh1 ilə 12 oktyabr 2001-ci il tarixdə ailə həyatı qurmuş, Şərur Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qətnaməsi əsasında aralarında bağlanmış rəsmi nikaha xitam verilmiş, birgə nikahdan doğulmuş övladlarının hər üçü də onun himayəsinə verilmişdi. Ailə münasibətlərinə rəsmi şəkildə xitam verildikdən sonra tərəfindən Şərur Rayon Məhkəməsinə birgə nikah dövründə əldə olunmuş əmlakın ½ hissəsində payının müəyyən olunması tələbi ilə müraciət etmiş və müraciətinin nəticəsi kimi Məhkəmənin 27 iyun 2024-cü il tarixli, 2(110)-342/2024 nömrəli qətnaməsi əsasında iddiası təmin edilməklə, Şərur rayonu, Arpaçay kəndində yerləşən 0,1328 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilmiş dörd otaqlı fərdi yaşayış evinin yarı hissəsində mülkiyyət hüququ təsbi t olunmuşdu. Hər şeydən əvvəl, Şərur Rayon Məhkəməsinin 27 iyun 2024cü il tarixli, 2(110)-342/2024 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyini, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müddəalarının ailə birliyinin ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığının ehtimal olunduğunu, Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasın ı nəzərdə tutduğunu açıq və mübahisəsiz şəkildə təsdiqlədiyini nəzərinizə çatdırır. Bəhsi keçən Plenum qərarının da tam şəkildə təsdiq etdiyi üzrə Şərur Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(110)-342/2024 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Şərur rayonu, Arpaçay kəndində yerləşən 0,1328 hektar ölçüdə torpaq sahəsi və onun üzərində tikilmiş dörd otaqlı fərdi yaşayış evinin rəsmi şəkildə ümumi birgə mülkiyyət hesab olunmasına və bununla da həmin mülkiyyətin nikah dövründə, ər və arvadın ümumi zəhməti və gəliri hesabına ərsəyə gəlməsi faktı faktiki və hüquqi olaraq öz təsdiqini tapmasına baxmayaraq H. Həsənovun iddiası təmin olunmuşdu. İş üzrə ən vacib məqam isə iddiaçının tələbinin tamamilə yalan və əsassız bəyanlara söykənməsinə baxmayaraq məhkəmənin həmin iddianı tə min etməsidir. Ümumiyyətlə, iş üzrə iddiaçı öz tələbini heç bir yazılı və ya digər maddi sübutlarla əsaslandıra bilməmiş, yalnız özü ilə yaxınlığı və münasibəti olduğu hər kəsə məlum olan şəxslərin şahidlik etmələri (şahidlərin ifadələrinin böyük bir qismi qeyri-müəyyən bəyanlardan ibarətdir) yoluna əl atmaqla, tələbinin təmin olunmasına nail olmuşdur və birinci instansiya məhkəməsi də öz növbəsində bir çox mühüm əhəmiyyət kəsb edən faktiki halları görməzlikdən gəlmişdir. İşin real vəziyyəti Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsində “Ziyafətlə 16 oktyabr 2001-ci il tarixdə ailə qurduqlarını, hazırkı mübahisəli evin ailə qurduqdan sonra tikildiyini, hətta evin himinə nənəsinin qəpik pul atdığını, ailə qurduqdan sonra İddiaçı evinə gəlin köçdüyü nü, 2003-cü ilin avqust ayından sonra ailədə münaqişə olduğu üçün hazırkı mübahisəli evə köçdüklərini, həmin vaxtı böyük qızının 6 aylıq olduğunu, sonradan isə Ziyafətlə arasında mübahisə olduğu üçün atasının evinə getdiyini, 6 ay orada qaldıqdan sonra 2004-cü ildə yenidən həmin evə qayıtdığını, o vaxtdan həmin evdə yaşamağa başladıqlarını, toyda ona hədiyyə olaraq alınan qızıl-zinət əşyalarını satıb 3-4 aya evin kosmetik işlərini etdiklərini, otaqların tavanını, döşəməsini düzəltdiklərini, divarlara gəc vurdurduqlarını, evin üstünə atılan ağacları əmisinin Qarahəsənli kəndində başqasının həyətindən kəsib gətirib onlara hədiyyə etdiyini, evin Ziyafətlə evləndikləri vaxtdan sonra tikilib başa çatdığını” şəklində qeyd olunan izahatında olduğu kimidir. İddiaçı iddia ərizəsində qeyd etdiyi o nun 1999-cu ildə JN-078A nömrəli şəhadətnamə əsasında Şərur rayonu, Arpaçay kəndində yerləşən torpaq sahəsini X14 500 dollar ödəməklə satın alması, sonuncunun torpağın təcili olaraq onun adına rəsmiləşməsini deməsi, habelə 2012-ci ildə Bakı şəhərində müalicə alması ilə əlaqədar mülkiyyəti öz adına rəsmiləşdirə bilməməsi faktlarını heç bir sübut təqdim etmədən yalnız bəyan kimi dilləndirmiş, işin gedişatında da bu hal öz təsdiqini tapmamışdır. Lakin burada vurğulanmalı məqam, iddiaçının məhkəmə prosesində iddia ərizəsində qeyd etdiyindən fərqli olaraq evi 1999-cu ildə tikib başa çatdırdığını bəyan etməsi, yalnız mərhum Musa Qasımovun həyat yoldaşının həmin ildə torpaq sahəsini satdıqlarını, üstəlik də torpağın pulunun keçmiş həyat yoldaşı Ziyafət tərəfindən ödənildiyini, Musanın iddiaçıya d eyil, özünün və digər cavabdehə əmlakın onların adına sənədləşdirməyi bildirdiyini açıq şəkildə bəyan etməsi ilə onun bu həqiqətə uyğun olmayan ifadələrinin boşa çıxmasıdır. Məhz elə bu məqam belə özü-özlüyündə iddiaçının tələblərinin təməlsiz olduğu və sözügedən şəxsin niyyətinin ədalət mühakiməsini yanıltmaqla hüquqlarının pozulmasına, bir növü öz daxilindəki qisasının alınmasına nail olmaq istədiyinə dəlalət edir ki, bu cəhdləri də iddiasının qismən təmin edilməsi ilə nəticələnmişdir. Cavabdeh1 iddiaçının oğlu olması, əvvəlki birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı məhkəmə mübahisəsində iddianı qəbul etməməsi və həmin iş üzrə Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsi və üzərindəki daşınmaz əmlakda payının müəyyən olunmasına hər şəkildə mane olmağa çalışması faktlarını nəzərə aldıqda, İddiaçı iddiasında birgə cavabdeh kimi öz oğlunu da əlavə etməsi bir növü öz məkrli niyyətinə “maska taxdığını” bariz şəkildə göstərir və birgə cavabdehin atasının iddiasını qəbul etməsi “səhnəciyi” də bu faktı bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bu “formal” cavabdehi əlavə etməsi nüansına diqqət yetirilmək istənilməmiş, iddiaçının tələbindəki marağı, yəni onun məqsədinin öz hüquqlarını müdafiə etməkmi, yoxsa məhz onun hüquqlarını pozmaq üçün atılmış qərəzli addım olub-olmadığı dəqiqləşdirilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmadan, iddiaçının hansı vəsaitlə və necə ev tikdirməsinin detalları dəqiqləşdirilmədən, ən əsası da özünün təşkil etdiyi şahidlərin ifadəl ərindən savayı, heç bir maddi sübut (məsələn tikinti materiallarının alınmasını təsdiq edən alış sənədi, qəbz, xidmət müqaviləsi, hər hansı tikinti işinin yerinə yetirildiyini özündə ehtiva edən fotoşəkil və s.) tələb edilmədən İddiaçı, guya hazırda ½ hissəsində cavabdehin (özünün) mülkiyyət hüququ tanınmış olan fərdi yaşayış evini özünün vəsaiti hesabına tikdirməsi barədə olan iddiası təmin olunmuşdu. İlk növbədə, iddiaçının öz evi olduğu halda nə üçün oğluna ayrıca ev tikdirdiyi, birgə Cavabdeh1 əmək fəaliyyəti ilə məşğul olduğu və gəlir əldə etdiyi halda öz evinin niyə məhz atasının vəsaiti hesabına tikildiyi ilə bağlı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar barədə suallar ünvanlanmamış, evin tikintisinə, onun ayrı-ayrı hissələrinə çəkilən xərcin miqdarı və həmin vəsaitin sərf edilmə i stiqamətləri araşdırılmamış, yalnız özünün təşəbbüsü ilə məhkəmədə iştirak edən şəxslərin doğruluğu şübhə altında olan ifadələrinə əsaslanmışdır. Lakin işin ən ironik tərəfi isə iddiaçının təşəbbüsü ilə məhkəmədə iştirak edən şahidlərin ifadələrinin özü-özlüyündə bir-biri ilə ziddiyyət təşkil etməsidir. Məsələn: İddiaçının təşəbbüsü ilə iştirak edən X38 öz izahatında Qasımov Əhmədin onunla birlikdə 1 aya yaxın evin tikintisində işlədiyini desə də, öz növbəsində iddiaçının xalaoğlusu Ə.Qasımov isə tikintidə cəmi 3-5 gün işlədiyini bəyan etmişdir. Həmçinin iddiaçının təşəbbüsü ilə iştirak edən şahidlərdən yalnız Məhəbbət Həsənovun konkret işlədiyi tarixi bildirdiyi, bu zaman da yalnız karkaz toxuduğunu, lakin harada istifadə olunacağını bilmədiyini dediyi halda (yəni bu ifadə də özü-özlüyünd ə həmin fərdi yaşayış evinə edilmiş bir hərəkət olduğunu təsdiq etmir), digər şahidlərdən heç biri iddiaçının həmin fərdi yaşayış evini tikdirdiyi (ki belə bir şey olmayıb) il barədə dəqiq məlumat verə bilməmişlər. Elə iddiaçının guya özünün tikdirdiyi evin tikildiyi tarixi xatırlamaması belə özü-özlüyündə sözügedən şəxsin iddiasını şübhə altına salacaq hal ikən birinci instansiya məhkəməsi tərəfindən bu barədə çoxsaylı suallar ünvanlanmaqla və digər məhkəmə araşdırması metodlarından istifadə edilməklə real vəziyyət dəqiqləşdirilməmişdir. Həmçinin şahidlərin verdiyi ifadələr olduqca ümumi olduğu və evin tikintisi üçün lazım olan vəsaitin iddiaçı tərəfindən qarşılandığını təsdiq edəcək qüvvədə olmadığı halda iddianın təmin olunmasına əsas məhz həmin şahid ifadələri göstərilmişdir. Milli m entalitet və el adətini nəzərə aldıqda hər hansı bir təmirtikinti, usta işlərində bu işlərə adətən kişinin nəzarət etməsi, onların əl xərclərinin, xidmət haqqının məhz evin kişisi tərəfindən ödənilməsi, evin qadın qisminin yalnız evdə işləyənlərə çay-çörək hazırlaması hər kəs üçün təbii və yazılı olmayan bir növ qaydadır. Belə olan halda məhz həmin şəxslərin xidmət haqlarının onun və ya digər cavabdeh tərəfindən deyil də, iddiaçı tərəfindən ödənilməsinin özü-özlüyündə məhz həmin xərcin iddiaçının öz vəsaiti hesabına ödənildiyi qənaətinə gəlinməsi ilk növbədə məhkəmənin həmin vəsaitin birgə cavabdehlər tərəfindən iddiaçıya verilməsi ehtimalını heç bir əsas olmadan nəzərə alınmadığını göstərir, sonrasında isə bu barədə dəfələrlə bildirməyinə baxmayaraq bu faktın doğruluğunun araşdırılmadığın ı, yəni birinci instansiya məhkəməsinin ümumiyyətlə, yalnız şahidlərin dəqiq olmayan, doğruluğu şübhə altında olan ifadələri ilə kifayətləndiyini bir daha təsdiq edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayan ən mühüm hissə isə özünün təşəbbüsü ilə məhkəməyə dəvət olunmuş şahidlərin öz izahatlarında iddiaçının ədalət mühakiməsini aldatmaq üçün necə yollara əl atdığını bildirdikləri halda, bu faktın araşdırılmaması, evin Ziyafət və onun birgə əməyi və vəsaiti hesabına tikildiyi bəyan edildiyi halda bu fakta münasibət bildirilməməsidir. Belə ki, şahid Rasim Cabbarov evin Ziyafət tərəfindən tikdirildiyini, evin dam örtüyünün öz atası tərəfindən vurulduğunu, əmisinin də maddi yardım göstərdiyini bildirmiş, digər şahid X17 isə öz ifadəsində ərinə məxsus torpaq sahəsinin cavabdeh Ziyafət tərəfindən satın alındığını, evin tikintisinə şahid olduğunu və tikintinin cavabdehlərin evli olduqları dövrdə edildiyini bildirmiş, bununla da iddiaçının guya, 2001-ci ilin mart ayında, yəni onların nikahından əvvəl evi tikdirib başa çatdırması barədə olan yalan ifadəsi tam təkzib edilmişdir. Şahid ifadələrindən ən mühüm əhəmiyyət kəsb edəni isə şahid X7 öz ifadəsində bildirdiyi birgə cavabdeh Ziyafətin 3 ay əvvəl onlara zəng edərək gəlib məhkəmədə torpaq sahəsini Hidayətə satdıqlarına dair ifadə vermələrini istəməsi, bu istəyini israrlı şəkildə bir neçə dəfə təkrar etməsi, hətta bunu edəcəkləri təqdirdə onlara “hörmət” edəcəklərini bildirməsidir. Bu ifadə iddiaçının oğlunu məhz öz mənfur niyyətini həyata keçirə bilmək üçün “formal cavabdeh” kimi irəli sürdüyünü, həmin “c avabdehin” də öz növbəsində bu planda öz payına düşən hissəni iddianı qəbul etməklə, şahidləri pulla satın almaqla həyata keçirdiyini tam şəkildə göstərdiyi halda, birinci instansiya məhkəməsi məsuliyyətə (digər şahidlərin bilə-bilə yalan ifadə vermələri ilə bağlı əsaslı şübhələr olduğu və ədalət mühakiməsini yanıltmaq üçün faktiki olaraq cəhd edildiyi bildirildiyi halda) səbəb olan və araşdırılması zəruri olan bu bəyanları və faktiki halların mövcudluğunu araşdırmamış, sözün əsl mənasında həqiqətə “qulaq qapamış”, bu da bəs deyilmiş kimi çıxardığı qətnamədə “Cavabdeh2 təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlərdən ikisinin verdiyi ifadə torpaq sahəsinin alınması ilə bağlı olmuş, digər şahidin ifadəsi isə ümumi sözlərdən ibarət olmaqla iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etməmişdir” i fadəsini qeyd etmişdir. Digər işin faktiki halları ilə uyğunsuzluq təşkil edən məqam isə iş üzrə əhəmiyyət kəsb etməyən məhkəmə ekspertizasının təyin olunması və müvafiq ekspert rəyində şişirdilmiş şəkildə təsbit olunmuş qiymətlərin yekun qərarda əsas kimi götürülməsidir. Belə ki, ilk növbədə sözügedən fərdi yaşayış evinin məhz onun və digər cavabdehin vəsaiti hesabına tikildiyini bir daha vurğulamaqla, müvafiq ekspert qarşısına “yaşayış evinin bugünkü bazar qiyməti nə qədərdir? “ sualının qoyulmasının iş üzrə əhəmiyyət kəsb etmədiyini, iddiaçının tələbinin əsassız olması səbəbindən onsuz da ona heç bir pul ödənilməli olmasa da, hər bir halda iddiaçının “həmin vaxt ödədiyi” məbləğin nəzərə alınmalı, evin indiki bazar qiymətlərinə uyğun qiymətləndirilməsini özündə əks etdirən 31 yanvar 20 25-ci il tarixli ekspert rəyinin sübut kimi qiymətləndirilməsi yolverilməz sayılmalıdır. Yekunda bir vətəndaş və 3 övladını təkbaşına böyüdən bir ana kimi hər bir halda Şərur Rayon Məhkəməsinin barəsində şikayət etdiyi 11 aprel 2025-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsinin onun və övladlarının hüquqlarını pozacağını, haqsız yerə həmin məbləği ödədiyi təqdirdə övladlarının təhsil və saxlanılmasında olduqca çətin və müflis vəziyyətə düşəcəyini, iddiaçı tərəfindən doğruluğu şübhə altında olan (ki bunu deməyə Müzəffərli Nuranənin ifadəsi imkan verir) şahid ifadələrindən savayı, heç bir sübutun təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsinin iddiaçının xeyrinə və onların hüquqlarını tapdalayan qərar qəbul etdiyini, iş üzrə dəfələrlə faktiki vəziyyətlə bağlı izahatlar, etira zlar bildirdiyi halda məhkəmənin geniş araşdırma səlahiyyətlərindən istifadə etmədiyini, bu bəyanlara münasibət bildirmək yerinə onları yox saydığını diqqətə çatdırmaqla, Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə birinci instansiya məhkəməsində iştirak etmiş bütün şahidlərin təkrar dindirilərək ifadələrinin doğruluğunun yoxlanılması, işin real vəziyyətinin, yəni mübahisənin predmeti olan fərdi yaşayış evinin məhz özünün və keçmiş həyat yoldaşının birgə vəsaiti və zəhməti hesabına tikilməsi faktının müəyyənləşdirilməsi və iş üzrə iddianın təmin edilməməsi barədə yekun qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Şikayət edən tərəf apellyasiya şikayətinin maddi-hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyası nın 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2, 9, 76, 88, 103.1 və 106.1-ci maddələrinə istinad etmişdi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, verdiyi izahatında bildirmişdi ki, həyata mənfilərlə başlayıb. Belə ki, özü övladlığa götürülüb. Bu səbəbdən də onu böyüdən şəxsin istəyi ilə Ziyafətlə ailə həyatı qurub. Ailə qurduqdan sonra 2001-ci ildə qayınatasının evinə gəlin köçüb. 2001-ci ilin noyabr ayında evin himi açılıb. Himin açılmasında rəhmətə gedən atası və əmisi də iştirak etdilər. Hazırda ən böyük problemi odur k i, nə evin tikintisini aparan əmisi Çərkəz Mirzəyev, nə evin şiferini vuran əmisi Cabbarov Rasim, nə də ki, evin üstünə atılan və ona hədiyyə olan qələmə ağacını kəsən Cabbarov Murtuz həyatdadır. Özü iki yerdə yəni, Şərur rayonu, Çəmənli kənd orta məktəbində ibtidai sinif müəlliməsi və Şərur rayonu, Çərçiboğan kəndində musiqi məktəbində forte pianino ixtisası üzrə musiqi müəlliməsi işləyib. Eyni zamanda keçmiş həyat yoldaşı Ziyafət də İbadulla kəndində radio-televiziya stansiyasında mühəndis kimi işləyirdi. O, həmçinin vəzifəsini tam dəqiq xatırlamasa da həmin binada yerləşən ATS (rabitə evi)-də də işləyirdi. Yəni hər ikisi iki yerdə işləyirdi. Əlavə olaraq da çöl torpaqları da var idi, orada da işləyirdilər. Özlərinin bu qədər qazancları ola-ola nəyə görə qayınatası onlara ev qoysun ki? Ö zləri cavan ailə idi. Onu böyüdən ailənin maddi vəziyyəti çox yaxşı idi. Evin tək uşağı olduğu üçün demək olar ki, ona hərtərəfli, yəni istər maddi, mənəvi, istərsə də çatışmayan hər cəhətdən dəstək olurdular. Uşağının baxımını çox vaxt onlar yerinə yetirirdilər ki, o, əziyyət çəkməsin, evin tikintisində çətinlikləri olmasın. Həqiqətən də birlikdə keçmiş həyat yoldaşı çox əziyyət çəkiblər. Qayınatası onlara gələndə isə evdə problemlər yaranırdı. Səbəb də pul münaqişəsi idi. O, tələb edirdi ki, yoldaşının işlədiyi iş yerinin birinin maaşı ona verilsin. Elə də oldu, yəni ATS-dən gələn gəliri birbaşa İddiaçı alırdı, həmin pul onların evinə girmirdi. 2023-cü ildə Ziyafətin müraciəti ilə boşanma baş verdi. Ancaq keçən bu üç il müddətində o, uşaqları ilə maraqlanmayıb, onlara nə maddi, nə də mən əvi dəstək göstərməyib. Hal-hazırda üç uşaq oxudur. X1 Dövlət Universitetində hərbi-tibb fakültəsinin 4-cü kursunu, X3 Universitetində 1-ci kursu, X15 isə X42 Kollecində 2-ci kursu bitirdi. Üç uşağın bütün xərclərini özü ödəyir, sadəcə Ziyafət kiçik qızına maaşının ¼ hissəsi məbləğində müəyyən olunmuş alimenti ödəyir, qalan bütün xərcləri müəllim maaşı ilə özü ödəyir. Cavabdeh2 ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, evin tikintisi uzun müddət davam etdi, çünki 2001-ci il də onun himni qazıldı, 2003-cü ildə qismən tikili, yəni yarımtikili vəziyyətdə idi, evə köçən vaxt şifer vurulmuşdu. Otağın ikisi hazır idi. Bir balaca, bir də böyük otaq hazır idi. Pəncərələrin yarısına şüşə vurulmuşdu, yarısı qalırdı. Ondan sonra evin içində yaşaya-yaşaya təmirə başlayıblar. Tam təmir hələ də yekunlaşmayıb, çünki bəzi yerlərdə kəsirlər var, pilləkənin ətrafını mərmər etmək istəyirdilər, hər maaşda bir iş görürdülər. 2003-cü ildə yarımtikili vəziyyətdə evə köçmüşlər. Qarşı tərəf ona toyda cox qızıl almışdı, maddi vəziyyətləri yaxşı idi. Qızılların hamısını keçmiş həyat yoldaşı ilə birgə Şərur rayon bazarında satmış, evin gəcini, döşəməsini, tavanını vurdurmuşlar. Döşəməni, tavanı Ziyafətlə bir yerdə özləri vurmuşlar. Ziyafətin əlindən bu kimi işlər gəlir, özü isə onun yanında köməkçi kimi işləmişdi. Gəcin vurulmasını Mirzəyev Çərkəz yerinə yetiribdir və o da həyatda yoxdur. 2003-cü ildə ev tikiləndə şifer tam vurulub. Ev tikiləndən sonra təmir olunmadan X24 tərəfindən ona hədiyyə olaraq evin şiferi vurulub. X53 bildirir ki, onu tanımır, onu görməyib, onun kim olduğum barədə məlumatı yoxdur. Ona qarşı olaraq X24 qeyd edəndə ki, "şiferi mənim atam vurubdur" hakim bildirdi ki, tanıyırsınız? O da bildirdi ki, "bəli". Əgər tanıyırsa, Rəsul gəlib şiferi vurubsa deməli qardaşının qızına hədiyyə olaraq vurubdur, tanımadığı adama hansı səbəbdən hədiyyə şifer vursun? Əliyev Babəkin daha bir yalanı ondan ibarətdir ki, keçmiş həyat yoldaşı evə gəc vurulması zamanı kor bağırsağından əməliyyat oldu. Qızı balaca idi, özü isə oğluna hamilə idi, 2004-cü il idi. Həmin müddətdə Əliyev Babək gəc vurma zamanı atasının yanında köməkçi kimi işləyirdi. Necə ola bilər ki, onu görməsin? 2003-cü ildən eyni məhəllədə yaşamışlar, onlardan bir ev sonra Əliyev Babəkin evidir. Həmin dövrdə ustaya xörək aparmaq, gətirmək işlərinə özü baxırdı, ancaq usta işlədiyi dövrdə mentalitetə də uyğun d eyil ki, qadın onların yanına getsin, yanında otursun, onlarla birgə işləsin. Ustalar olan vaxt çölə çıxmırdı. Qayınatası Ziyafətin işlədiyi yerdə müdir işləyirdi. Onun “Qazel” markalı yük maşını var idi. Onlar ailə qurduqdan sonra özlərinə maşın alıblar. Kimin adına olduğunu bilmir, iki maşın var idi. “Qazel” markalı maşını lazım olanda yoldaşı və qayınatası sürürdü. Minik avtomobilləri yox idi, təqribən oğlunun sünnət toyundan sonra, “Azsamand” markalı maşın aldılar, daha sonra həmin maşını “Conon” markalı maşınla dəyişdilər. Qarajları böyükdür, Qazel maşını örtüksüz qaraja girər. İddiaçının qızı bir az çətin vəziyyətdə idi, buna görə Ziyafətdən maaşını istəyirdi. Böyük kimi qayınatası onlara kömək edib, ancaq maddi cəhətdən kömək etməyib. Ailə qurub, sonra torpağı alıblar, daha sonra ev in himni qazıldı. Qayınatası ilə aralarında elə bir danışıq olmayıb ki, o evin tikilməsi üçün pul versin, sonra onlardan alsın. Cavabdeh2 yekunda apellyasiya şikayətinin təmin edilməsini və Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin ləğv edilməsini kollegiyadan xahiş etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında bildirmişdi ki, mübahisə predmeti olan evin torpağı 1999-cu ildə atası İddiaçı tərəfindən alınmışdır. Həmin evin tikintisinə özünün heç bir xərci çıxmayıb. Evin tikintisinə 2000-ci ildə başlanılmış, 2001-ci ilin oktyabr ayında şifer vurularaq yekunlaşdırılmışdır. Həmin evin tikintisində işləyən ustalar dünyasını dəyişdiyindən onlar birinci instansiya məhkəməsində iştirak edə bilməmişlər, fəhlələr isə şahid qismində dindiriliblər. Digər cavabdeh evin şiferini onun atasının vurduğunu bildirir, özü bunu inkar etmir. Rasimənin atası atasının bacanağının qardaşı olduğu üçün aralarında normal münasibət var idi və atasının evinin də şiferini o, X25 vurmuşdur. Evin tikintisində tək Rasimənin atası yox, toplamda 3 usta işləyib. Həmin ustaların heç biri evi onu əvəzsiz olaraq tikməyə borclu deyildilər. Evdə işləyən ustalar və şahidlər Rasiməni o evdə görmədiklərini bildirirlər. Torpaq alındığı dövrdə özü həm universitetdə oxuyurdu, həm də işləyirdi. O dövrdə yaşayış şəraitləri o qədər də yaxşı deyildi və aldığı əmək haqqı da aşağı idi. Özü o vəziyyətdə həm təhsil alıb, həm ailə həyatı qurub, həm də ustaların xərclərini ödəyə bilməzdi. Cavabdeh1 ona verilm iş suallara cavab olaraq qeyd etmişdi ki, atasının həmin dövrdə 3 maşını var idi, o həmin maşınlarla Türkiyə Respublikasına yanacaq daşıyaraq pul qazandığı üçün onun çox yaxşı imkanı olmuşdur, heç nəyə ehtiyacı yox idi. Keçmiş həyat yoldaşı ilə birlikdə özləri üçün ev tikməyə imkanları yox idi. Keçmiş həyat yoldaşının eyni anda iki iş yerində işləməsinə icazə verməyib, o, yalnız Çinarlı orta məktəbində təhsil alaraq eyni zamanda da dərs deyirdi. Əvvəlki dövrdə o, 20 şirvan əmək haqqı alırdı. Evin tikintisini həyata keçirmək üçün keçmiş həyat yoldaşı və özünün yetərli vəsaiti yox idi. Mübahisə predmeti olan evdə hazırda özü, atası və anası yaşayır. Özü tək yaşadığı üçün valideynləri onunla yaşayırlar, atasının evində isə kiçik qardaşı yaşayır. Evin tikintisi 2000-ci ildə başlamış və 2001-ci ildə tam yekunlaşmışdır. 2001-ci ildə evin plastik qapı-pəncərəsi yox idi, onlar təqribən 2009-cu ildə dəyişdirilmişdir və həmin vaxt evdə özü və keçmiş həyat yoldaşı yaşayırdı. Həmin pəncərələrin alınması üçün pulu özü vermişdi. Ev tikilən zaman televiziyada elektromexanik işləyirdi və atası isə həmin stansiyada sahə rəisi idi. Ev tikilən zaman atasının 2 ədəd “Qazel” markalı və 2 ədəd “UAZ” markalı maşını var idi. Atasının 75 yaşı olduğundan onun sürücülük hüququ hazırda ləğv edilmişdir. Özünə 2009-cu ildə maşın alıb. Qaraj 2000-ci ildə tikilmişdir. Rasimə atasının evinə gedən zaman qızılların hamısını aparmışdır. 2003-cü ildən mübahisə predmeti olan evə köçmüşlər və həmin vaxt ev yaşayış üçün tam yararlı idi. Keçmiş həyat yoldaşı onun xalasının övladlığıdır və onunla 2020-ci ildə ayrıl ıb. Rasiməni özləri evdən çıxarmamışlar, onun özü evdən çıxıb. Evin texniki pasportu yoxdur. Təsərrüfatbaşına kitabda birgə nikah dövründə keçmiş həyat yoldaşı, övladları və özü həmin evdə qeydiyyatda idi, atasının adı isə orada qeyd edilməyib. Rasimə ilə ayrılmasa idi, atasının həmin evin tikintisinə çəkdiyi xərcləri gələcəkdə istəyibistəməyəcəyini deyə bilmir. Atası evin tikintisi üçün çəkdiyi xərcləri borc kimi verməyib. Evi onlara bağışlamaq üçün tikməyib. Atası mübahisə predmeti olan evi əslində bacısı üçün tikmişdi. Rasimə ilə ayrılmasaydı, həmin evdə özləri yaşayacaqdı, onu bacısına verməyəcəkdi. Atası ustaların zəhmət haqqlarını verən zaman nə ona, nə də keçmiş həyat yoldaşına bunları borc olaraq etdiyini deməmişdi. Cavabdeh1 yekunda apellyasiya şikayətinin təmin edilməməsini və Şə rur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında göstərmişdi ki, bütün övladları üçün çəkdiyi xərcləri dəftərində qeyd edib. Özü bir evi Ziyafətgil üçün, birini də qızı üçün tikib. Həmin dəftərdə evin tikilməsi üçün alınmış hər bir şeyin qiymətini ayrı-ayrılıqda qeyd edib. Rasiməni evdən çıxarmayıb, onun özü getmək qərarına gəlmişdir. Özü onu öz qızlarından fərqləndirməyib. Rasiməni öz evinə gəlin gətirib. O zaman mübahisə predmeti olan ev hazır idi. Evin altındakı torpağı 1999-cu ildə Qasımov Musadan alıb, evi tikməyə başlayıb və 2000-ci ilin sonunda çöl divarlarının suvağından başqa hər bir işi yek unlaşdırıb. Hasar hörüldükdən sonra isə cavabdehlər evə köçüblər. İddiaçı ona verilən suallara cavab olaraq qeyd etmişdi ki, özü evi tikən zaman cavabdehlərə çəkilmiş xərcləri onlardan alacağını deməyib. Evin şiferini Rasimənin əmisi pul alaraq vurub, ona nə qədər zəhmət haqqı verdiyi yadında deyil. Rasimənin atası, bibisinin əri və Şərur rayonu, Çərçiboğan kəndindən olan Rafiq adında şəxs evin taxta və şifer işlərini görüblər, Məşədi adında şəxs isə qardaşı ilə şiferin dəmir işlərini görürdü və hamısı da zəhmət haqlarını alıblar. Rasimənin atası bacanağının qardaşı olsa da özü ona iş gördürən zaman pulunu verib. Cavabdehlər onun övladları idilər, ona görə də onlar ayrılana qədər ev üçün çəkilmiş xərcləri tələb etməyib. Özü evin inşa olunması ilə bağlı ustalara verdiyi pulu və çəkdiyi xərc i hər hansı əvəz qarşılığında etməyib. İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil yekunda apellyasiya şikayətinin təmin edilməməsini və Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş; - Şərur Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(110)-342/2024 nömrəli qətnaməsindən Cavabdeh1 ilə Cavabdeh2 arasında 12 oktyabr 2001-ci ildə nikah bağlanması, Məhkəmənin 14 avqust 2023-cü il tarixli, 2(110)-661/2023 nömrəli qətnaməsi ilə onlar arşında bağlanmış nikahın pozulması, 21 noyabr 2023-cü ildə nikah ın pozulmasının dövlət qeydiyyatına alınması (iş vərəqə 42-43); - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30 aprel 2012-ci il tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə torpaq sahəsinin Cavabdeh1 adına qeydiyyata alınması (iş vərəqə 05); - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş AA seriyalı, 006110 nömrəli, 18 aprel 2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sxemindən Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasının əsasını Şərur rayon 2 saylı Dövlət Notariat kontorunda bağlanılmış 10 aprel 2012-ci il tarixli, 4-ə-39 nömrəli alqı-satqı müqaviləsinin təşkil etməsi (iş vərəqə 04); - Şərur Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(110)-342/2024 nömrəli qətnaməsindən Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsinə Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 104 nömrəli rəyindən Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Arpaçay kəndində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0,1328 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 110,1 kvadrat olan fərdi yaşayış evinin hazırkı bazar qiyməti (2025-ci il) üzrə 26500 (iyirmi altı min beş yüz) manat dəyərində qiymətləndirilməsi aydın olur(iş vərəqə 120-121). Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa m əhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərin nəzərinə Şərur Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(110)342/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır. Apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya onu mülki iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmçinin həmin Məcəllənin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual norma ya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhk əməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüqu qi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin Mülki-Prosessual Məcəllənin 392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcl udur. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsi yalnız Cavabdeh2 tərəfindən mübahisələndirilir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)- 6/2025 nömrəli qətnaməsinin həmin şəxs tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. İddiaçı cavabdehlərə qarşı olan iddia tələbini nəzərdən keçirdikdə aydın olur ki, o, Cavabdeh1 və Cavabdeh2: - Cavabdeh2 iddiası əsasında hazırda baxılan birgə nikah dövründə qazanılmış daşınmaz əmlakın bölgüsü tələbinə, onun hazırkı iddiasına baxılıb yekun nəticə verilənə qədər dayandırılmasını; - 1999-cu il də həmkəndlisi X6 aldığı torpağa görə ödədiyi 500 (beş yüz) ABŞ dolların ekvivalentinin; - Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə 30000 (otuz min manat məbləğində pulun; - həmin daşınmaz əmlakda inşa edilmiş hasarın tikintisinə görə 3000 (üç min) manat məbləğində pulun; - yan damının və qarajın tikintisinə görə isə 5000 (beş min) manat pulun alınıb ona verilməsini tələb etmişdi. İddiaçının sözügedən tələbləri yalnız Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə 30000 manat məbləğində pulun alınıb ona verilməsinə dair hissədə qismən təmin edilmiş, İddiaçı "Cavabdeh2 iddiası əsasında hazırda baxılan birgə nikah dövründə qazanılmış daşınmaz ə mlakın bölgüsü ilə bağlı tələbə hazırkı iddiasına baxılıb yekun nəticə verilənə qədər dayandırılması" tələbinə işə baxan birinci instansiya məhkəməsi tərəfindən hüquqi münasibət bildirilməmiş və iddia qalan hissədə əsassız olduğundan rədd edilmişdi. Cavabdeh2 isə İddiaçı onlara qarşı olan tələblərindən təmin edilmiş hissəni bütünlüklə mübahisələndirdiyindən, kollegiya bildirir ki, baxılan mübahisə üzrə birgə iştirakçılıq mövcud olduğundan, apellyasiya şikayətinin obyekti hər iki cavabdehə münasibətdə yoxlanılmalıdır. Ümumilikdə Cavabdeh2 verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə yönəldiyindən, həmin qətnamə təmin edilmiş hissə üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələb ləri baxımından yoxlanılmalıdır. İddiaçının cavabdehlərə qarşı olan Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilmiş hissəsini, həmçinin Cavabdeh2 həmin məhkəmə aktından verdiyi apellyasiya şikayətini bir-biri ilə, onları isə qanunvericiliklə əlaqəli şəkildə tədqiq edən kollegiya qeyd edir ki, baxılan iddianın uğurluluq dərəcəsi mahiyyət etibarı ilə əsasən sübut etmə vəzifəsindən asılı olduğundan, tələb üzrə sübut edilməli olan halların dairəsi, sübut etmə vəzifəsi və sübut etmə qaydasının tərəflərin diqqətinə çatdırılması zəruridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi mülki prosessual qanunvericilik sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin m övqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsini təsbit edir. Normaya əsasən tərəflər tələbinin əsasını və ona qarşı olan etirazını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Sözügedən prosessual normaların tələbindən çıxış edərək, həmçinin Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsinin mübahisələndirilən hissəsini və mübahisə predmeti olan torpaq sahəsinin Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olmasını nəzərə alaraq kollegiya tərəflərin nəzərinə çatdırır ki, İddiaçı mübahisələndirdiyi tələb üzrə sübut edilməli olan halların dairəsi əsasən: - Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin Cavabdeh1 və Cavabdeh2 ailə qurmasınadək tam inşa etməsi; - Fərdi yaşayış evinin tikilib, inşası üçün zəruri olan işl ərin (məsələn: tikinti materiallarının alınmasını və ya onların daşınması və s.) və xərclərin özü və ya onun tapşırığı əsasında üçüncü şəxs tərəfindən həyata keçirilməsi; - Daşınmaz əmlakın inşasını icra edən usta və ya fəhlələrlə sövdələşmənin özü və ya onun tapşırığı əsasında üçüncü şəxs tərəfindən həyata keçirilməsi; - Bu fərdi yaşayış evini cavabdehlər üçün deyil, özü üçün tikməsi və ya iddiaçı tərəfindən bu fərdi yaşayış evinin Cavabdeh1 və Cavabdeh2 üçün tikilməsi halında bunun əvəzli olaraq həyata keçirilməsi (tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri və iddiaçının niyyətinin müəyyən edilməsi üçün) təşkil edir. İddiaçı tərəfindən bu faktların təsdiq edilməsi onun tələbinin uğurluluq ehtimalını artırmaqla, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin, onla r arasında olan mübahisə üzrə maddi hüquq normasının müəyyən edilməsi ilə yanaşı, cavabdehlərin ona qarşı olan bu iddia tələbini təkzib etmək vəzifəsini də yaradır. İddiaçı isə öz tələbini əsaslandıran faktların təsdiqi üçün işə baxan birinci instansiya məhkəməsinə dörd nəfər şahidi, yəni X32, X9, X26 və X27, Cavabdeh2 isə ona qarşı olan iddia tələbinin təkzibi üçün üç nəfər şahidi-X19, X11, X12 təqdim etmişdi. Digər Cavabdeh1 isə ona qarşı olan iddia tələbini qəbul etmişdi. İddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələrinin sübut kimi qəbuledilənliyini yoxlamadan öncə kollegiya bildirir ki, Cavabdeh1 iddia tələbinin etiraf etsə də işə baxan birinci instansiya məhkəməsi bu fakta hüquqi münasibət bildirməmişdi. Həmin faktın hüquqi həlli ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respubl ikası Mülki-Prosessual Məcəlləsinin: - 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər; - 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 52.5-ci maddəsində qeyd edilir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; - 106.4-cü maddəs inin tələbinə görə məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Qeyd edilə n hüquq normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edən kollegiya belə hesab edir ki, Cavabdeh1 iddianı etiraf etməsi qəbul edilən deyil. Çünki, hazırda onunla digər Cavabdeh2 arasında bağlanmış nikah pozulub. İddiaçı isə onun atasıdır. Əslində sonuncu ilə Cavabdeh1 baxılan mübahisə üzrə hüquqi marağı üst-üstə düşür və iddiaçı onu formal olaraq cavabdeh kimi işə cəlb edir. Cavabdeh1 iddianı etiraf etməsi isə Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafeyini pozaraq onun üçün öhdəlik yaratdığından, həmin cavabdehin etirafı qəbul edilməməlidir. Qeyd edilənlərə əsaslanaraq kollegiya sözügedən məsələ ilə bağlı Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi "Cavabdeh1 formal cavabdeh kimi işə cəlb edilməsinin birinci instansiya məhkəməsi tərəfindən araşdırımaması" ilə bağlı dəlili ni əsaslı hesab edir. Bundan başqa Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi "Şərur Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(110)-342/2024 nömrəli qətnaməsi əsasında torpaq üzərində inşa edilmiş mübahisə predmeti olan evin də birgə nikah dövründə qazanılmış əmlak kimi müəyyən edilməsi"nə dair dəlilinə hüquqi münasibət bildirən kollegiya bildirir ki, həmin qətnamədə sözügedən fakt öz təsdiqini tapmadığından bu dəlil əsaslı sayıla bilməz. Şahidlərin ifadələrinin sübut kimi qəbuledilənliyinin yoxlanılmasına gəldikdə isə kollegiya cavabdehin apellyasiya şikayətində göstərdiyi "şahidlərin təkrarən dindirilməsi ilə bağlı" dəlilinə münasibət bildirərək qeyd edir ki, “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarını n həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına istinadən kollegiya cavabdehin nəzərinə çatdırır ki, apellyasiya institutunun tam və natamam olmaqla, iki növü mövcuddur. Tam apellyasiyanın məqsədi məhkəmə səhvlərinin aradan qaldırılmasından və tərəflərin özlərinin yol verdikləri nöqsanların düzəldilməsindən ibarətdir. Tərəflər birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlarla yanaşı, işi tamamilə dəyişə bilən yeni sübutlar təqdim etmək hüququna malikdirlər. Bu cür yanaşma nəticəsində apellyasiya məhkəməsi birinci instansiya icraatının nə qədər dolğun olmasına baxmayaraq, işi tam həll etməyə borcludur və onu birinci instansiya məhkəməsinə yenidən baxılması üçün qaytarmaq hüququna malik deyil. Apellyasiya instansiyasında işin faktiki halları tam həcmdə tədqiq olunur, birinci instansiya məhkəməsində olduğu kimi sübutların qiymətləndirilməsi üzrə eyni hərəkətlər aparılır. Bu institut işdə iştirak edən şəxslərə öz səhvlərini və nöqsanlarını düzəltmək imkanı verir. Bu da müəyyən dərəcədə həqiqətin müəyyən olunmasına və ədalətli qərarın qəbul olunmasına şərait yaradır. Digər tərəfdən isə işdə iştirak edən şəxslər işin tam apellyasiya çərçivəsində yenidən baxılması hüququnun olduğunu bilməklə öz işlərinin birinci instansiya məhkəməsində hərtərəfli araşdırılması, o cümlədən bütün sübutların toplanması və həmin instansiya məhkəməsinə təqdim edilməsində o qədər də maraqlı olmaya bilərlər. Tam apellyasiya zamanı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini əvəz edir və onun prose ssual əhəmiyyətini və nüfuzunu aşağı salır. Natamam apellyasiya zamanı sübut etmə prosesi birinci instansiya məhkəməsində cəmlənib, apellyasiya məhkəməsi isə birinci instansiyada tərəflərin təqdim etdiyi faktiki materiallar əsasında işə yenidən baxaraq onun səhvlərini və nöqsanlarını aradan qaldırmalıdır. Apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.2-ci maddələrində nəzərdə tutulmuş sübutların təqdim edilməsində məhdudiyyətlər Azərbaycan Respublikasında mülki məhkəmə icraatı üzrə natamam apellyasiya institutunun olmasına dəlalət edir. Yuxarıda göstərildiyi kimi yeni sübutlar və ye ni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.2-ci maddəsi). Göstərilənlərə əsaslanaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi zamanı 05 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Cavabdeh2 onlara suallar verib və məhkəmənin diqqətini verilmiş cavablara çəkməklə, həmin ziddiyyətli faktların aradan qaldıra bilməməsinin səbəblərini əsaslandırmadığından onun sözügedən dəlili əsaslı sayıla bilməz. Cavabdeh2 verdiyi apellyasiya şikayətində şahid ifadələrinin yenidən yoxlanılmalı olmasını qeyd etdiyindən, kollegiya həmin şahidlərin birinci instansiya məhkəməsində işə baxılması ilə bağlı keçirilmiş 05 sentyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasının "Elektron məhkəmə" informasiya sisteminə yerləşdirilmiş audio-video yazını nəzərdən keçirərək,onu eyni tarixli yazılı məhkəmə iclası protokolu ilə qarşılıqlı şəkildə yoxlamışdı. Müəyyən edilmişdi ki, şahidlərdən X20 məhkəmədə həmin tarixdə şahid kimi dindirilsə də, onun ifadəsi məhkəmə iclas protokoluna əlavə edilməmiş, X5 ifadəsi istisna olmaqla, digər şahidlərin ifadələri təhrif edilmədən və ya dəyişdirilmədən qısa şəkildə məhkəmə iclas protokoluna daxil edilmişdi. İddiaçının təqdim etdiyi şahidlərin ifadələrini onun tələbi üzrə sübut edilməli olan faktlarla əlaqəli şəkildə tədqiq edən kollegiya hər bir şahidin ifadəsinin qəbuledilənliyi və mötəbərliyi ilə bağlı aşağıdakıları bildirir. X4 ifadəsindən aydın olur ki, o, İddiaçı ilə qonşudur. Mübahisə predmeti olan evin hörgü işlərinin aparılmasında fəhlə kimi işləyib. Onun gördüyü işin haqqını iddiaçı ödəyib (onu dəvət edən tərəfin vəkili-nümayəndəsinin verdiyi suala cavab olaraq qeyd etmişdi). Cavabdeh1 ara-sıra orada görsə də, digər Cavabdeh2 evin hörülməsi zamanı görməyib. Cavabdeh2 tərəfindən ona sual verilən zaman aqressivlik nümayiş etdirərək, suallara cavab verməkdən yayınmış, həmçinin Cavabdeh2 ona verdiyi "ev hansı materialla tikilib" sualına düzgün cavab verməmişdi. Bu göstərilənlər isə kollegiyanın fikrincə onun verdiyi izahatın obyektivliyini və mötəbərliyini şübhə altına alır. Kollegiya onun ifadəsinin sübut kimi qəbuledilə nliyi ilə bağlı bildirir ki, X4 ifadəsi İddiaçı tələbi üzrə zəruri olan faktların təsdiqi üçün birbaşa mötəbər sübut sayıla bilməz. Çünki evin hörgü işlərinin 1999-2000-ci illərdə aparılması ilə bağlı verdiyi izahat hakimin yönəldici sualının nəticəsi olmuşdu. Gördüyü işlərin haqqının İddiaçı tərəfindən ona ödənilməsi isə sövdələşmənin onunla aparılması və ya evin xərclərinin birbaşa iddiaçının çəkməsi kimi qiymətləndirilə bilməz. Həmçinin yeni tikilməkdə olan və yaşayış olmayan bir evdə Cavabdeh2 görməməsini və sonuncu tərəfindən onun xidmətinin haqqının ödənilməməsini kollegiya milli dəyərlər baxımından mümkün hesab edir. Belə ki, romangerman hüquq ailəsində hüququn əsas mənbəyi əsasən qanun hesab edilir. Buna müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsində gö stərilir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Lakin həm həmin hüquq ailəsi, həm də Azərbaycan Respublikası mülki qanunvericiliyi adət normalarının hüququn əlavə mənbəyi kimi qəbul edilməsindən imtina etmir. Bu Azərbaycan Respublikası Mülki Məcəlləsində "işgüzar adət", "işgüzar dövriyyə adətləri" anlayışı adı ilə öz əksini tapmışdı. Həmin Məcəllənin 10-cu maddəsi ilə müəyyən edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olm ayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Sözügedən Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmçinin "işgüzar adət", "işgüzar dövriyyə adətləri" anlayışlarına Mülki Məcəllənin 390.7, 404.2 425.1 428.2-ci və s. maddələrində rast gəlmək olur. Qanunvericiliyin tələblərini mülki iş materialları, onları isə məhkəmədə tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə araşdıran və Azərbaycan xalqının qədim tarixi adətənənələrini, ailə dəyərlərini və ailədə kişi ilə qadının mövqelərini nəzərə alan kollegiya, Cavabdeh2 mübahisə predmeti olan evdə işləyən ustalara özü tərəfindən görülən işin dəyərini verməməsi, habelə usta və ya fəhlələrin işinə nəzarət etməməsi ilə, tikinti işlərinin görülməsi üçün həmin işləri icra edən şəxslərlə sövdələşmə aparmaması ilə bağlı fikirlərini cəmiyyətdə formalaşmış adət normalarına əsasən əsaslı hesab edir. X28 ifadəsi ümumilikdə onun mübahisə predmeti olan daşınmaz əmlakda fəhlə kimi işləməsi zamanı iddiaçı tərəfindən ona gördüyü işin haqqının ödənilməsinə münasibətdə öz təsdiqini tapır. Kollegiya bildirir ki, iddiaçı tərəfindən şahid X33 gördüyü işlərin haqqının ödənilməsinin sübut kimi qəbul olunması isə, özü-özlüyündə iddiaçının cavabdehlərə münasibətdə bu işləri əvəzli və ya ə vəzsiz etməsini müəyyən etməyə imkan vermir. X2 ifadəsində yalnız baxılan mübahisə üzrə Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsini sübut edir ki, bu fakt isə mübahisə edilmir. O, həmin evdə qaynaqçı işlədiyini və gördüyü işlərinin haqqını onu həmin evə çağıran Nadir adlı şəxsin verdiyini qeyd etməsinə baxmayaraq, məhkəmə iclas protokolunda pulu Hidayətdən alması göstərilmişdi (iş vərəqə 70). Kollegiya bildirir ki, onun ifadəsi İddiaçı tələbi üzrə zəruri olan faktları təsdiq etmədiyindən sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəfin təşəbbüsü ilə çağırılan şahid X21 ifadəsindən aydın olur ki, o, mübahisə predmeti olan fərdi yaşayış evinin tikilməsində qısa müddətdə fəhlə işləyib, həmin evi Hidayətin deyil, Ziyafətin e vi kimi təqdim edir. Gördüyü işlərin haqqının kim tərəfindən ödənilməsini xatırlamır. Göründüyü kimi, X21 ifadəsi daha çox cavabdehlərin mənafeyinə uyğundur, onu qeyd etdikləri iddiaçının tələbi üzrə müəyyən edilməli olan faktların təsdiqi üçün yetərli deyil. İddiaçı tərəfin təşəbbüsü ilə çağırılan sonuncu şahid X22 ifadəsindən aydın olur ki, o, mübahisə predmeti olan fərdi yaşayış evində suvaq işlərinin vurulmasında iştirak etmişdi, həmin vaxtı tam xatırlamır, amma təqribən 2003-cü il olduğunu düşünür, suvağı vuranda ev hazır idi, orada Rasimə və Ziyafət yaşayırmış. Suvaq işlərinin görülməsi ilə bağlı onu Hidayət çağırmış və onun gördüyü işin haqqını Hidayət vermişdi. Çünki özü qadından pul alan birisi deyil. Həmin evin Rasimə və Ziyafət üçün tikildiyini qeyd etmişdi. Sonuncu şahidin ifad əsinin sübut kimi qəbuledilənliyi ilə bağlı kollegiya bildirir ki, suvaq işlərinin görülməsinədək evinin inşası prosesi başa çatdığından, evin tikilib inşa edilməsinin isə iddiaçı tərəfindən həyata keçirilməsi onun təqdim etdiyi şahid ifadələri ilə sübuta yetirilmədiyindən, İddiaçı yalnız evin suvanması üçün görülən işin haqqının ödəməsini, xüsusi ilə də həmin işlərin görülməsi zamanı cavabdehlərin həmin fərdi yaşayış evində yaşaması nəzərə alındıqda, mübahisə predmeti olan fərdi yaşayış evinin bütün xərclərinin onun tərəfindən həyata keçilməsi kimi qəbul etmək əsaslı sayıla bilməz. Bu qeyd edilənlər iddiaçı tərəfindən Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin xərclərinin İddiaçı tərəfindən çəkilməsini sübut etməsə də, m übahisə predmeti olan daşınmaz əmlakın cavabdehlərin ailə qurmasınadək tikilməsini faktını da təkzib edir. Belə ki, istər iddiaçı tərəfin təqdim etdiyi X4, istərsə də Cavabdeh2 təqdim etdiyi şahid X16 ifadələrindən müəyyən edilir ki, sözügedən fərdi yaşayış evinin dam örtüyünün vurulması Cavabdeh2 dünyasını dəyişmiş əmisi tərəfindən icra edilib ki, bu da məntiqi cəhətdən tərəflərin qohumluq münasibətlərinə daxil olmasından sonra mümkündür. İddiaçı tərəfindən bunun əksini təsdiq edən sübut təqdim edilməmişdi. Həmçinin İddiaçı evin dam örtüyünün vurulmasında Cavabdeh2 atasının və onun əmisinin iştirak etdiyini və bunu əvəzli şəkildə, yəni pul qarşılığında həyata keçirdiklərini qeyd etsə də, bunu sübuta yetirə bilməmişdi. Ümumilikdə isə X17 və X7 ifadələrinin mahiyyətindən aydın olur ki, müba hisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən deyil, cavabdehlər tərəfindən ödənilmiş və bunun da nəticəsi olaraq həmin daşınmaz əmlak Şərur Rayon Məhkəməsinin yuxarıda qeyd edilən məhkəmə aktı ilə cavabdehlərin birgə nikah dövründə əldə etdiyi əmlak kimi tanınmışdı. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahidlərdən X38, X34, X35 və X16 ifadələrindən, habelə kollegiya tərəfindən iddiaçıya verilmiş sübut sualına onun verdiyi cavabdan açıq-aydın görünür ki, Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə torpaq sahəsi üzərində olan fərdi yaşayış evi cavabdehlər üçün tikilib. Kollegiya belə hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin inşa olunma prosesində iştirak edən ustaların və ya fəhlələrin gördü yü işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinin hüquqi həlli üçün, həmin vaxt tərəflər arasında olan hüquq münasibətlərinin həqiqi xarakteri müəyyən edilməlidir. Kollegiya iş materiallarını tədqiq edərək iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Zərər dedikdə, Mülki Məcəllənin 21.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mül ki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə istinad etdiyindən məhkəmə tərkibi bildirir ki, zərərin vurulması ilə əlaqədar öhdəliyin yaranması üçün aşağıdakı hüquqi əsaslar olmalıdır: - zərər mövcud olmalı; - zərər qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulmalı; - zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqə mövcud olmalı; - zərərvuran təqsirli (qəsd və ya kobud ehtiyatsızlıq) olmalıdır. Məhkəmədə araşdırılmış sübutları qeyd edilən şərtlərlə əlaqələndirdikdə aydın olur ki, cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün göstərilən əlamətlər mövcud deyil. Birinci instansiya məhkəməsi isə iddia tələbinin maddi-h üquqi əsası kimi, əsassız varlanmanı qeyd etdiyindən kollegiya bildirir ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.https://eqanun.az/framework/46944 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçının tələbini əsassız varlanmanın dispozitiv şərtli ilə əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, cavabdehlərin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün sözügedən əsas mövcud deyil. Belə ki, hazırda mübahisə predmeti olan daş ınmaz əmlak cavabdehlərə məxsus torpaq sahəsinin üzərində yerləşir. Həmçinin həmin evin iddiaçının qeyd etdiyi kimi, cavabdehlərin ailə qurmasınadək deyil, sonradan tam inşa edilməsi şahidlərin ifadələri ilə öz təsdiqini tapır. Həmçinin Cavabdeh1 ona verilmiş sübut sualına cavab olaraq qeyd edir ki, evin pəncələri sonradan onların həmin evdə yaşadıqları dövr ərzində dəyişdirilək plastik pəncərə ilə əvəz edilmişdi. Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 isə onun sabiq gəlinidir. Mübahisə predmeti olan ev onlar üçün inşa edilib. İddiaçı tərəfindən həmin evin inşa edilməsində xərc çəkməsi-şahidlər X33 və X29 gördüyü işin haqqını ödəməsi, ümumiyyətlə iddiaçının evin inşa edilməsi ilə əlaqədar etdiyi bütün hərəkətlər etməsi ehtimalı belə, tərəflər arasında olan qohumluq münasibətləri ilə bağlı ai lə münasibətlərindən irəli gələn qarşılıqlı yardımlaşmanın nəticəsi olmuşdu. Yəni iddiaçının əmlakı hesabına cavabdehlərin xeyrinə iş görülməsinin hüquqi əsasını bağışlama müqaviləsi təşkil etmişdi. Qayınata və ya ata kimi İddiaçı öz gəlininin, həmçinin oğlunun birgə yaşaması üçün ailədaxili və ya qohumluq münasibətlərindən irəli gələn kömək, yadım məqsədi ilə evin tikintisinə könüllü və əvəzsiz çəkdiyi xərclər hədiyyə sayılır. Bu fakt tərəflərə, xüsusi ilə iddiaçıya verilmiş sübut sualına onun verdiyi cavabda öz təsdiqini tapır. Belə ki, İddiaçı evi cavabdehlər üçün olaraq tikdiyini, bunun qarşılığında onlardan nəsə istəmədiyini, habelə qızı üçün də özünün xərcləri hesabına ev tikdiyini bildirmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə görə bağışlama müqaviləsi sa ğ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinin mahiyyətinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda və ya o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qeyd edilən halların mövcudluğunu sübut etmək hədiyyə verməkdən imtina edən şəxsin, hazırkı mübahisə üzrə iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə belə bir sübut təqdim edilmədiyindən, kollegiya bildirir ki, edildiyi vaxt əvəz gözləmədən həyata keçirilən hərəkət, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulmasından sonra müvafiq əvəzin ödənilməsi ilə şərtləndirilə və qarşı tərəf üçün öhdəlik yaranması ilə nəticələnə bilməz. Yəni cavabdehlər boşandıqdan sonra iddiaçının oğlu və sabiq gəlinindən həmin xərclərin geri tələb edilməsinin heç bir hüquqi əsası yoxdur. Bu göstərilənlərin nəticəsi olaraq kollegiya belə nəticəyə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbinin qismən əsaslı sayılması ilə bağlı gəldiyi nəticə qətnamədə göstərilən sübutlarla təsdiq edilmədiyindən, iddia tələbinin qismən əsaslı sayılması ilə əlaqədar səhv nəticəyə gəlmiş, iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmanı tətbiq etməklə düzgün nəticəyə gəlməmişdi. İddiaçı "Cavabdeh2 iddiası əsasında hazırda baxılan birgə nikah dövründə qazanılmış daşınmaz əmlakın bölgüsü ilə bağlı tələbə hazırkı iddiasına baxılıb yekun nəticə verilənə qədər dayandırılması" tələbinə işə baxan birinci instansiya məhkəməsi tərəfindən hüquqi münasibət bildirilməməsi, həmçinin Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi "mübahisə predmeti olan fərd i yaşayış evinin məhz özünün və keçmiş həyat yoldaşının birgə vəsaiti və zəhməti hesabına tikilməsi faktının müəyyən edilməsi" ilə bağlı məsələlərə hüquqi münasibət bildirən kollegiya qeyd edir ki, birinci göstərilən məsələ hazırda apellyasiyanın predmetini təşkil etmir. Bu səbəbdən də həmin məsələ kollegiya tərəfindən araşdırılmır. Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi tələbə gəldikdə isə bu mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada irəli sürülməli olan ayrıca iddia tələbinin predmetini təşkil etdiyindən, hazırkı mübahisə üzrə cavabdeh bununla bağlı birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbi irəli sürmədiyindən, onun sözügedən tələbinə birbaşa apellyasiya icraatında baxılmasına qanunvericilik imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəll əsinin 385.1-ci maddəsinin tələbindən isə aydın olur ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmçinin həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi a ktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Sözügedən Məcəllənin 389-cu maddəsi ilə müəyyən edilir ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Qeyd edilənlərin nəticəsi olaraq kollegiya belə hesab edir ki, Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)-6/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işd ə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırkı iş üzrə iddia tələbi həm mübahisələndirilən, həm də mübahisləndirilməyən hissələrdə əsaslı sayılmadığından, cavabdeh İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 207 (iki yüz yeddi) manat miqdarında dövlət rüsumu onun özünə aid edilməlidir. Həmçinin iş üzrə aparılmış qiymətləndirmə və ekspertiza xərcləri birinci instansiya məhkəməsi tərəfindən həll edilmədiyindən kollegiya bildirir ki, iş materiallarından və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 104 nömrəli rəyindən aydın olur ki, Şərur rayonu, Arpaçay kəndində yerləşən 0,1328 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən, ümumi sahəsi 110,1 kvadrat olan fərdi yaşayış evinin hazırkı bazar qiym ətinin müəyyən edilməsi zamanı ekspert, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 04/58 nömrəli qiymətləndirmə arayışını əsas götürmüşdü. Sonuncu qeyd edilən sənədə nəzər yetirdikdə isə onda qiymətləndirmə aparılarkən istifadə olunan qiymətləndirmə üzrə yanaşma, metodlar, onlardan istifadənin əsaslandırılmasının öz əksini tapmaması, ümumiyyətlə heç əsaslandırma aparılmadan mütəxəssisin daşınmaz əmlakın dəyərini 26500 manat qeyd etməsi, ekspertin bu əsaslanması, işə baxan birinci instansiya məhkəməsinin isə həmin rəyi sübut kimi qəbul etməsi aydın olur. Kollegiya hesab edir ki, yuxarıda göstərilənlərə əsasən nə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 104 nömrəli rəyi, nə də həmin rəydə ekspertin əsaslandığı qiymətləndiricinin arayışı sübut kimi qəbul edilən hesab edilə bilməz. Bu səbəbdən də kollegiya hesab edir ki, bu xərclər tərəflər arasında bölüşdürülməməlidir. Həmçinin Mülki-Prosessual Məcəllənin 116.2-ci maddəsinə görə məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Hazırkı mübahisə üzrə qeyd edilən xərclər onların xidməti vəzifəsindən irəli gəlir. Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsində apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərclərinin həmin Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qayda ya uyğun bölüşdürülməsi nəzərdə tutulduğundan, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi ilə bağlı olaraq ödənilmiş dövlət rüsumunun 103 (bir yüz üç) manat 50 (əlli) qəpik miqdarı İddiaçı tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Cavabdeh2 tərəfindən Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)- 6/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli; - Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)- 6/2025 nömrəli qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə (İddiaçı cavabdehlərə qarşı Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar ölçüdə torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə pul tələbinə dair hissədə) ləğv edilməli və həm in hissədə yeni qətnamə çıxarılmalı; - İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə (30000 (otuz min) manat məbləğində) pul tələbi əsassız olduğundan rədd edilməli; - İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 207 (iki yüz yeddi) manat miqdarında dövlət rüsumu onun özünə aid edilməli; - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun 103 (bir yüz üç) manat 50 (əlli) qəpik miqdarı İddiaçı tutularaq Cavabdeh2 ödənilməli; - iş üzrə aparılmış qiymətləndirmə və ekspertiza xərcləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 116.2-ci maddəsinə əsasən ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsindən irəli gəldiyindən, həmi n xərclər tərəflər arasında bölüşdürülməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq qətetdi: Cavabdeh2 tərəfindən Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)6/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilsin. Şərur Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(110)- 6/2025 nömrəli qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirilən hissədə (İddiaçı cavabdehlərə qarşı Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə pul tələbinə dair hissədə) qismən ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı Şərur rayonu, Arpaçay kəndində yerləşən 0.1328 hektar torpaq sahəsində inşa edilmiş evin tikintisinə görə (30000 (otuz min) manat məbləğində) pul tələbi əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 207 (iki yüz yeddi) manat miqdarında dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun 103 (bir yüz üç) manat 50 (əlli) qəpik miqdarı İddiaçı tutularaq ona ödənilsin. İş üzrə aparılmış qiymətləndirmə və ekspertiza xərcləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 116.2-ci maddəsinə əsasən ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsindən irəli gəldiyindən, həmin xərclər tərəflər arasında bölüşdürülməsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Ape llyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Müşfiq Həsənov və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar