Məhkəmə qərarları › İş №2(108)-109/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-109/2024

30.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-109/2024 30.05.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X4 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilat Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X7, cavabdeh təşkilat Naxçıvan şəhəri 12 saylı tam orta məktəbin direktoru X8 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 96 nömrəli əmrinin ləğv edilərək işə bərpa olunaraq çalışma müddətinin uzadılması və ödənilməmiş dövrlər üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı 22 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin əmri ilə yanaşı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin əmri olduğundan həmin məktəbin də cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilməsinə qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin qətnam əsindən narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-169/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyil, ona görə ki, məhkəmə sadəcə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndini əsas gətirərək bildirmişdir ki, həmin bən də əsasən çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən əmək müqaviləsi cari tədris ilinin sonuna kimi uzadıla bilər. Lakin məhkəmə özünün də qətnamədə qeyd etmiş olduğu kimi onun 48 il təhsil sahəsində qüsursuz, keyfiyyətli təhsil xidmətini, əldə edilən uğurlu nailiyyət və nəticələrini heçə saymışdır. Çox təəssüflər olsun ki, 48 il mükəmməl bir səviyyədə təhsil sahəsində əldə etdiyi uğurlar nəzərə alınmayıb və ondan asılı olmayan səbəblərdən elmi dərəcəsi, elmi adı olmayıb, dövlət təltifi ilə təlti f edilməyə layiq görüldüyü halda dövlət təltifi ilə təltif edilməyib və eyni zamanda onun işə ehtiyacının olduğunu və ailə başçısı olmağını, həmçinin övladlarının işsiz olmağını, veteran övladı olmağını nəzərə almayaraq məhkəmə qətnamə qəbul etmişdir. Dəfələrlə 2019-cu ildə ustad dərsləri keçməyi heçə sayılmışdır. Həmçinin onun imtahana girməməyi də işlə təmin olunmamasına təsirsiz ötüşmür. Həmin vaxt imtahan üçün yaş həddini artıq ötmüşdü, eləcə də həmin müddət ərzində keçirmiş olduğu yol qəzası nəticəsində tamamilə yararsız vəziyyətdə idi. 12 nömrəli tam orta məktəbin direktoruna ünvanladığı yazılı ərizəsində imtahan üçün yaş həddini ötməyini və sağlamlığı ilə bağlı məsələni qeyd etmiş, lakin həmin ərizənin nəticəsi ilə bağlı maraqlandığı zaman elə bir ərizənin olmadığı ona bildirilmişdi r. Həmçinin onu da bildirir ki, onun dərs saatları boş olduğu halda ona həmin dərs saatlarının müəllim yoldaşları arasında bölüşdürüldüyü bildirilir. 34 bal toplayan müəllim yoldaşı X10 necə olur ki, 28 saat dərs, 2 saat dərnək, 2 saat sinif rəhbərliyi üzrə dərs saatı verilir? Məsmə müəllimə 1400 manat əməkhaqqı alır. Düsturla 34 bal toplayan müəllimə bu qədər dərs saatı düşürmü? Digər müəllim yoldaşı isə 35 bal toplamaqla 29 saat dərs, 2 saat dərnək, 2 saat sinif rəhbərliyi üzrə dərs keçməsi hansı qaydaya uyğundur? 2 dəfə imtahana girib imtahandan keçməyən Əli Novruzov topladığı cəmi 20 balla 14 saat dərs saatı, 2 saat dərnək, 2 saat sinif rəhbərliyi üzrə necə müəllimlik fəaliyyətini həyata keçirə bilir? Ondan 1 yaş kiçik olan müəllim yoldaşı imtahana girməkdən imtina etdiyi halda ona “əm əkdar müəllim” adı da verilmişdir. Hətta yaşları kiçik olmalarına baxmayaraq bir neçə müəllim ümumiyyətlə imtahana girməkdən imtina etmişdir. Hal-hazırda həmin müəllimlər məktəbdə fəaliyyətlərini davam etdirirlər. Bəs necə olur ki, ona məxsus olan dərs yükü özünə verilmir? Həmçinin 6000 manat borcu var və o, hal-hazırda borc içində yaşayır və məhkəmədən qərar verən zaman bu halı nəzərə almasını çox xahiş edir. Məhkəmənin gəlmiş olduğu nəticə ilə heç bir şəkildə razılaşmır, çünki məhkəmənin gəlmiş olduğu nəticə sadəcə yuxarıda qeyd etmiş olduğu qaydaları əsas tutub qətnamə qəbul etmək olmuşdur. Qeyd olunan halları nəzərə almadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması və məqsədyönlü olması nəticəsində verilmiş bir qərar olduğunu hes ab edir. Hesab edir ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Apellyator sonda Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)169/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin əsası kimi AR Konstitusiyasının 35-ci (əmək hüququ) maddəsinin İ, İİ, Vİ,Vİİ, Vİİİ bəndlərinə, AR Əmək Məcəlləsinin 10-1.2-ci və 10-1.3-cü maddələrinə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarımın 2.3-cü bəndinə, AR MPM-nin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh təşkilat Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65dir. 2023-2024-cü tədris ilinə hazırlıqla əlaqədar aparılan yoxlama nəticəsində məlum olmuşdur ki, məktəbin tarix müəllimi İddiaçı 65 yaşı 16 sentyabr 2023-cü il tarixdə tamam olacaq. Buna görə də tarix fənni üzrə 12 saat dərs yükü vakant olaraq elan edilmiş və İddiaçı bununla bağlı aprel ayında məlumat verilmişdir. 2023-2024-cü tədris ilində dərs saatları müəllimlərin sertifikatlaşdırılması imtahanından topladıqları bala əsasən b ölünmüşdür. İddiaçı 2021-ci ildə keçirilən sertifikatlaşdırma imtahanında iştirak etməkdən imtina etmiş, 2022-ci ildə keçirilən sertifikatlaşdırma imtahanında isə yaşı ilə əlaqədar iştirak etməmişdir. Beləliklə, onun dərs yükü xx.xx.2023-cü il tarixdə, 323 nömrəli əmrlə 6 saat olaraq əmrləşdirilmişdir. İddiaçının 65 yaşı 16 sentyabr 2023-cü il tarixdə tamam olduğundan və həmin tarix qeyri-iş gününə təsadüf etdiyindən, məktəb direktorunun xx.xx.2023-cü il tarixli, 37 nömrəli təqdimatına əsasən xx.xx.2023-cü il tarixdə, 349 nömrəli əmrlə onun əmək müqaviləsinə xitam verilmişdir. Digər fənn müəllimləri öz dərs saatlarının bir qismində iştirak etmədiklərindən və İddiaçı 24 saat dərs yükü iddiasında olduğundan onunla müddətli əmək müqaviləsi bağlanılması mümkün olmamışdır. Əlavə olaraq etirazda bildirilmişdir ki, iddiaçının ailə vəziyyəti ilə bağlı irəli sürdüyü müddəalar dövlət tərəfindən müvafiq təqaüdün verilməsi ilə qarşılanmışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə iddiaçı Həsənova X11 Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilat Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi X2 Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən cavabdeh təşkilat Naxçıvan şəhəri 12 saylı tam orta mə ktəbin direktoru X3 Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məh kəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apell yasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, aşağıdakıları müəyyən etmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətindən (səh.16) aydın olmuşdur ki, xx.xx.1986-cı il tarixli, 128 nömrəli əmrə əsasən Həsənova X11 şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə günü uzadılmış qrup müəllimi təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 111 nömrəli əmrlə isə Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli, 37 nömrəli təqdimatın surətindən (səh.45) aydın olur ki, Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin direktoru X17 Şəhər Təhsil Şöbəsinin sektor müdiri Gülxanım Orucovaya məktəbin tarix fənn müəllimi İddiaçı 65 yaşı tamam olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən işdən azad olunmasına dair müvafiq əmr verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli, 96 nömrəli əmri ilə (səh.17) Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən 18 sentyabr 2023cü il tarixdən məktəbin müəllimləri sırasından azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin 18 sentyabr 2023-cü il tarixli 349 nömrəli əmrindən (səh.106) aydın olur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "e” bəndinə əsasən 18 sentyabr 2023-cü il tarixdən məktəbin müəllimləri sırasından azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan ş əhəri Təhsil şöbəsinin İddiaçı müraciətinə 30 oktyabr 2023-cü il tarixdə verilmiş 4/500 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilində məktəb üzrə 5 tarix müəllimi fəaliyyət göstərir və 81 saat tarix dərsi, 8 saat dərsdənkənar, 6 saat dərnək olmaqla ümumilikdə 95 saat dərs yükü mövcuddur. Müəllim sayı və dərs yükünü nəzərə alaraq onun müqaviləsinin uzadılması ilə əlaqədar köməklik göstərilə bilməyəcək. Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 323 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin müəllimləri arasında 2023-2024-cü tədris ili üzrə dərs bölgüsü zamanı Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2023-cü il tarixli 2/399 nömrəli əmri əsas götürülərək məktəb üzrə mövcud olan dərs saatlarının müvafiq fənn üzrə sertifikatlaşdırmadan keçən müəllimlərin test imtahanı üzrə balından asılı olaraq normalar gözlənilməklə İddiaçı 6 saat dərs yükü verilmişdir. Tədqiq olunmuş iş materiallarından o da məlum olmuşdur ki, xx.xx.2015-ci il tarixdə keçirilmiş attestasiya zamanı İddiaçı 80 sualdan 29 suala düzgün cavab vermişdir. Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin direktoru Tahirə Qasımova tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı verilmiş məlumatda qeyd olunmuşdur ki, Naxçıvan şəhər Təhsil Şöbəsinin xx.xx.2023-cü il tarixli 96 nömrəli əmri ilə işdən azad edildiyindən 2023-2024-cü tədris ilinin dərs bölgüsü zamanı İddiaçı üçün nəzərdə tutulan dərs saatı xx.xx.2023-cü il tarixdən məktəbin digər fənn müəllimlərinə verilmişdir. Naxçıvan Muxtar Respubli kasının Təhsil Nazirliyi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaş həddi 65dir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Resp ublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən cari tədris ilinin sonuna kimi uzadıla bilər. Əmək fəaliyyəti dövründə qazandığı uğurlar həmin tələb və meyarlara cavab vermədiyindən 2023-2024-cü tədris ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrində 65 yaşlı müəllimlərin təhlili aparılan zaman Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə vakansiya müəyyənləşdirilmiş və gənc pedaqoji kadrların işlə təmin edilməsi üçün müsabiqəyə çıxarılmışdır. 3-14 iyul 2023-cü il tarixlərdə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində müvəffəqiyyət qazanmış X1 şəhər 12 nömrəli tam orta məktəbə tarix müəllimi təyin edilmişdir. Çalışmanın yaş həddinə 16 sentyabr 2023-cü il tarixdə çatdığından, məktəbin direktoru Tahirə Qasımova tərəfind ən əmək müqaviləsinə 18 sentyabr 2023-cü il tarixli 318 nömrəli əmrlə xitam verilmişdir. Hazırda 12 nömrəli tam orta məktəbdə tarix fənni üzrə 81 saat dərs yükü vardır və həmin dərs saatları 5 İxtisaslı müəllim tərəfindən tədris olunur. Müəllimlərin orta dərs yükü 16 saatdır. Məktəbdə mövcud olan dərs yükü əlavə ixtisaslı kadra ehtiyac yaratmadığından, həmçinin çalışma müddətinin uzadılması ilə bağlı tələb və meyarlara əsasən əmək müqaviləsinin müddətinin uzadılması imkan xaricindədir. Beləliklə, mülki işin tədqiq edilmiş sənədlərlə müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə İddiaçı xx.xx.1986-cı il tarixli, 128 nömrəli əmrlə Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə günü uzadılmış qrup müəllimi vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı il tarixli, 111 n ömrəli əmrlə Həsənova X11 şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. 18 sentyabr 2023-cü il tarixli, 37 nömrəli təqdimatla Naxçıvan şəhəri A.Cəlilov adına 12 saylı tam orta məktəbin direktoru X17 Şəhər Təhsil Şöbəsinin sektor müdiri Gülxanım Orucovaya məktəbin tarix fənn müəllimi İddiaçı 65 yaşı tamam olması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən işdən azad olunmasına dair müvafiq əmr verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli, 96 nömrəli əmri ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin tarix müəllimi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "e” bəndinə əsasən 18 sentyabr 2023-cü il tarixdən məktəbin mü əllimləri sırasından azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli 96 nömrəli əmrinin ləğv edilməklə işə bərpa olunaraq çalışma müddətinin uzadılması və ödənilməmiş dövrlər üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul olunmuşdur. İşin mübahisəli halları isə apellyatorun iddia ərizəsində və şikayətində göstərdiyi işəgötürən tərəfindən işdən azad olunarkən və birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən 48 il təhsil sahəsində qüsursuz və keyfiyyətli təhsil xidmətini n, əldə edilən uğurlu nailiyyət və nəticələrinin heçə sayılmasını, 48 il mükəmməl bir səviyyədə təhsil sahəsində əldə etdiyi uğurların nəzərə alınmadığını, ondan asılı olmayan səbəblərdən elmi dərəcəsi, elmi adı olmayıb, dövlət təltifi ilə təltif edilməyə layiq görüldüyü halda dövlət təltifi ilə təltif edilmədiyini, eyni zamanda onun işə ehtiyacının olduğunu və ailə başçısı olmasını, həmçinin övladlarının işsiz olmasını, veteran övladı olmasının nəzərə almayaraq qərar qəbul edilməsi ilə bağlı dəlilləri olmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərdiyi bu hallar birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və p rosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə i lə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları qeyd olunmuşdur ki, maddənin “e” bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 10-1-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə dair müddəalar qeyd olunmuşdur. Maddənin: -10-1.1 bəndinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. -10-1.2 bəndinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 i ldən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. -10-1.3 bəndinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. -10-1.4 bəndinə əsasən bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. -10-1.5 bəndinə əsasən müvafiq sahə ü zrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. -10-1.6 bəndinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 2.3-cü bəndinə əsasən çalışm anın yaş həddinə çatmış işçilərin əmək müqavilələri elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinin şərtləri gözlənilməklə müəssisə rəhbəri tərəfindən cari tədris ilinin sonuna kimi uzadıla bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarını müqayisəli təhlil edərək kollegiya qeyd edir ki, işəgötürən və işçi arasında əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallard an biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1958ci il tarixdə doğulmaqla 65 yaşı 16 sentyabr 2023-cü il tarixdə tamam olmuşdur və Əmək Məcəlləsinin yuxarıda istinad olunan normaları baxımından həmin vaxt onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi işəgötürənin vəzifəsi olmuşdur. Belə ki, əmək qanunvericiliyi işçinin 65 yaşına çatması zamanı onunla bağlanmış müqaviləyə xitam verilməsini imperativ norma kimi müəyyən etmişdir. Bundan sonra əmək qanunvericiliyi işçi ilə müddətli (hər dəfə 1 ildən artıq olmamaqla, ümumilikdə 5 ildən artıq olmayaraq) əmək müqaviləsi bağlanmasını işəgötürənin hüququ hesab edərək dispozitiv norma olaraq qeyd edi lmişdir. İddiaçı ilə müddətli əmək müqaviləsi bağlamaq cavabdeh təşkilatların vəzifəsi deyil, hüququ olmuş, bu halda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarına və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının elmi dərəcəsi və ya elmi adı olduqda, dövlət təltifi ilə təltif edildikdə, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda onunla əmək müqaviləsi bağlamaqla bağlı meyarları nəzərə alınıb, iddiaçı ilə müddətli müqavilə bağlanı lmasından imtina edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçı apellyasiya şikayətinin dəlillərində onun uzadılmış müqavilə bağlanmasını 48 il təhsil sahəsində qüsursuz, keyfiyyətli xidməti, əldə edilən uğurlu nailiyyət və nəticələrin onun yüksək fəaliyyəti ilə əsaslandırmış və bu halların təsdiqi üçün fəaliyyəti müddətində keçirilən açıq dərslərin proqramlarını, şagirdlərin uğurlu nailiyyətlərini göstərən sənədləri kağız daşıyıcıda və CD formasında iş materiallarına əlavə etmişdir. Lakin kollegiya həmin dəlillərə qiymət verərək qeyd edir ki, göstərilən bu hallar onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli, F-346 nömrəli əmri ilə təsdiq edilmiş “Azə rbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarında müəyyən edilmiş qaydada İddiaçı elmi dərəcəsi və elmi adı olmamış, dövlət təltifi ilə təltif edilməmiş, bununla yanaşı həmin məktəbdə ixtisaslı kadrların mövcud olması və müddətli əmək müqaviləsi bağlanmasına zərurət olmaması məktəbin və Təhsil Şöbəsinin məktubunda iddiaçıya bildirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə xitam verilərkən cavabdeh müəssisənin rəhbəri iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əmək müqaviləsinin qüvvədə olma müddətini artırmadığına və iddiaçının dövlət büdcəsindən maliyyələşən müəssisədə son yaş həddinə çatmasına görə xitam verildiyindən, birinci instansiya məhkəməsi də iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər əsassızdır və formal mülahizələrdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki p rosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik tələb və etira zların əsası kimi istinad edilmiş halları sübut etmək vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuşdur. Sübutları qiymətləndirmək isə məhkəmənin səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki halla r araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)116/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Naxçıvan şəhəri Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 m art 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar