Məhkəmə qərarları › İş №2(108)-109/2025

Ali Məhkəmə Qərardad — İş №2(108)-109/2025

24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-109/2025 24.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, iddiadan imtina, icraata xitam verilməsi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(110)-361/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraa t

1. İddiaçı İddiaçı cavabdehə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1694 (bir min altı yüz doxsan dörd) manat 23 (iyirmi üç) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şərur Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(110)-361/2025 nömrəli qətnaməsi ilə (hakim S.Qarayev) iddia təmin edilmiş, Cavabdeh 1694.23 (bir min altı yüz doxsan dörd manat iyirmi üç qəpik) manat borc və 60 (altmış) manat ödənilmiş mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 1754.23 (bir min yeddi yüz əlli dörd manat iyirmi üç qə pik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilmişdir. İİ. Apellyasiya şikayəti üzrə icraat

3. Həmin qətnamədən Cavabdeh 22 may 2025-ci il tarixdə apellyasiya şikayəti verərək videogörüntü formada məhkəmədə iştirakının təmin edilərək təqdim etdiyi sübutları araşdırıb Şərur Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025ci il tarixli, 2(108)-109/2025 nömrəli qərardadı ilə hazırkı iş üzrə iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üzrə əlavə araşdırmanın və tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. Apellyasiya şik ayətinə qarşı etiraz daxil olmamışdır.

6. İddiaçı nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə ərizə ilə müraciət edərək iş üzrə Cavabdeh hazırda "xxxx" MMC-yə borcunun olmadığını, onunla barışdıqlarını, şikayət və tələblərinin olmadığını, ərizələrinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

7. İddiaçı və Cavabdeh lazımi qaydada (elektron kabinet, sms) məlumatlandırılmasına baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİİ. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Madd ə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.

9. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

10. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

11. Maddə 261.0.4. Hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir.

12. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

14. Maddə 370.2. Əri zələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

15. Maddə 384.0.5-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib.., bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. İV. Məhkəmə kollegiyasının mövqeyi

16. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnam əsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir.

17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə iddiaçının nümayəndəsi X1 iddiadan imtinası qəbul edilsin. Şərur Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(110)-361/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və həmin mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Ha

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar