Məhkəmə qərarları › İş №2(108)-110/2023

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-110/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-110/2023 02.08.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və X1 ibarət tərkibdə, Ərizəçi hüquqi əhəmiyyətli faktın, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının müəyyən edilməsinə dair ərizəsi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(078)-988/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 7 nömrəli Qaz-quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 2 saylı Mənzil-istismar İdarəsində q aynaqçı vəzifəsində, xx.xx.1986cı il tarixdən xx.xx.1996-cı il tarixədək Naxçıvan Avtonəqliyyat müəssisəsində qaynaqçı vəzifəsində, xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Kristal iş” firmasında qaynaqçı vəzifəsində işləməklə xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə düşən 15 il əmək stajının müəyyən edilməsi, işlədiyi həmin illərin güzəştli şərtlərlə pensiya hüququ verən sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(078)-988/2023 nömrəli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının müəyyən edilməsinə dair ərizəsinin yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilməkdən imtina edilməsi, Ərizəçi həmin tələbi i lə bağlı müvafiq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququnun izah olunması, Ərizəçi tərəfindən məhkəməyə göndərilmiş ərizəsinin və ona əlavə edilən sənədlərin iddiaçıya qaytarılması, Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27990 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Ərizəçi sözügedən qərardaddan şikayət verərək Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(078)-988/2023 nömrəli qərardadının ləğv edilərək işin məhkəmədə baxılmasını xahiş etmiş, şikayət ərizəsi 11 iyul 2023-cü il tarixdə məhkəmənin elektron ünvanına daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(078)-988/2 023 nömrəli qərardadı ilə iş üzrə Ərizəçi tərəfindən verilmiş şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Ərizəçi şikayətində qeyd etmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinə ilk müraciətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Gülsüm Əliyeva) ərizəsi və ona əlavə olunmuş sənədlərin qaytarılmasında göstərilmişdir ki, tələbinin aidiyyəti düzgündür, ərizəsində xahiş edirəm hissəsində harada işlədiyi və hansı illərdə işlədiyi iş stajının müəyyən edilməsi göstərilməyib və 100 manat dövlət rüsumu ödənilməyib. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 834/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldıraraq ümumi qaydada təkrar ikinci dəfə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin indi isə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyəti üzrə inzibati orqanın hərəkət və hərəkətsizliyindən Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı qanunsuz və əsasızdır. Belə ki, o, inzibati orqanın hərəkət və hərəkətsizliyindən şikayət etmir. İnzibati orqanın hərəkət və hərəkətsizliyindən şikayət etsə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərdi. “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər İdarəsi güzəştli şərtlərə düşən əmək stajını müəyyən edərkən əm ək kitabçasına və arxiv arayışlarına əsaslanıb. Lakin xx.xx.2023-cü il tarixli arxiv arayışında 1994-cü ildə Avtonəqliyyat müəssisəsi - Taksi motor parkında işlədiyi göstərilsə də həmin müddətdə hansı vəzifədə işlədiyi barədə məlumatın olmadığı qeyd olunur. Odur ki, onun həmin müddətdə qaynaqçı işlədiyi faktını şahid ifadələri və digər sübutlar əsasında yalnız Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş xüsusi icraat qaydasında məhkəmə təsdiq edə bilər. O, hüquqi əhəmiyyəti olan faktın, yəni harada işlədiyi və hansı illərdə işlədiyi iş stajının müəyyən edilməsi barədə məhkəməyə müraciət etdiyindən onun ərizəsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş xüsusi icraat qaydasında Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Ərizəçi son da Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilib, tələbi üzrə mülki işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 139.4-cü maddəsi rəhbər tutulmaqla tərəflərə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Ərizəçi 26 iyul 2023-ci il tarixli ərizə ilə kollegiyaya müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(078)-988/2023 nömrəli qərardadından verdiyi şikayətindən imtina etdiyini bildirib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən apellyasiya icraatına xitam verilməsi barə də qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətindən imtina ilə əlaqədar Ərizəçi ərizəsini müzakirə edərək belə nəticəyə gəlir ki, şikayətdən imtinanı rədd etmək üçün işdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191 və 369.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd edilənlərə əsasən, Ərizəçi şikayətindən imtinası qanuni və əsas lı olduğundan qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Ərizəçi hüquqi əhəmiyyətli faktın, güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajının müəyyən edilməsinə dair ərizəsi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(078)-988/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətdən Ərizəçi imtinası qəbul edilsin və şikayət üzrə icraata хitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar