Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-111/2024 08.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Mehman Dünyamalı oğlu və X6 ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Naxç ıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsindən İddiaçı və iddiaçının vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 18 dekabr 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3/-2-168/2023 nömrəli əmrinin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: Q.N.Məmmədov) 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsi ilə İddiaçı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsindən narazı qalan İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil 03 may 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qə tnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı 2023-cü il 27 oktyabr tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı keçirdiyi online təlim zamanı X3 qarşı kobud hərəkətlər etmiş, onun barəsində lüzumsuz ifadələr işlətməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə uyğun olaraq həmin Məcəllənin 72-ci maddəsinin e) bəndində göstərilənlərə əsasən xitam verilmişdir. Qanunvericiliyin mənasına görə göstərilən əsaslarla əmək müqa viləsinə xitam verilərsə bu zaman işəgötürən, müəssisə və ya mülkiyyətçinin qanunu mənafeyinə ciddi xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır. Hüquq pozuntusu dedikdə şəxsin hüquqa zidd təqsirli davranışı, cəmiyyətə zərər yetirən hərəkət və ya hərəkətsizliyi başa düşülür. İşəgötürən, müəssisə və ya mülkiyyətçinin qanunu mənafeyi dedikdə isə onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi əmlak və işgüzar nüfuzu ilə bağlı olan tələbatları başa düşülür ki, işəgötürən bu əsasla əmək müqaviləsinə o zaman xitam verə bilər ki, əmək fəaliyyəti zamanı işçinin yol verdiyi kobud səhv yaxud hüquq pozuntusu nəticəsində işəgötürən, müəssisə və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş olsun. Ancaq iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən törədilən hüquqazidd əməl əmək fəaliyyəti zamanı deyil, təlim vaxtı, eyni zamanda müəssisə və ya mülkiyyətçiyə qarşı deyil öz həmkarına qarşı törədilmişdir. Hansı ki, baş vermiş hadisədən sonra iddiaçı yol verdiyi davranışa görə öz həmkarından üzr diləmiş və onunla münasibətlərini qaydaya salmışdır. Lakin qeyd edilən xüsusatlar məhkəmə tərəfindən obyektiv və hərtərəfli araşdırılmamış, nəticədə yuxarıda sadalanan normaların pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Baxılmış iş üzrə qəbul edilmiş qətnaməyə əsasən məlum olur ki, idiaçı kargüzarlıqla bağlı keçirilən online təlim zamanı həmkarına qarşı kobud hərəkətlər etmiş, onun barəsində kobud ifadələr işlətmiş, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam ver ilmişdir ki, bu zaman məhkəmə tərəfindən işə baxılarkən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamış, iddiaçı tərəfindən yol verilmiş hərəkətin nədən baş verməsi səbəbləri araşdırılmamışdır. Hansı ki, iddiaçı uzun müddət dövlət qulluğunda qüsursuz xidmət göstərmiş, bu müddət ərzində vəzifədə yüksəlməklə, barəsində hər hansı tənbeh tədbiri görülməmişdir. Digər tərəfdən iddiaçı barəsində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi səbəbindən xitam verilmişdir ki, yol verilmiş kobud səhvin əmək fəaliyyəti ilə əlaqəli olması, eyni zamanda bu hərəkətin işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi x ələl gətirməsi faktı məhkəmə gedişində cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin bu halın məhkəmə icraatı zamanı hansı mötəbər sübutla təsdiq edilməsi faktı məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Bu səbəbdən də göstərilənlərə əsasən qəbul edilmiş məhkəmə qətnaməsinin prosessual qanunvericiliyin tələblərinin pozulması nəticəsində qəbul edilməsi qənaətindədirlər. Qeyd edildiyi kimi, iddiaçı uzun müddət dövlət qurumlarında çalışmış və ardıcıl olaraq vəzifədə yüksəlməklə işlədiyi müddətdə barəsində hər hansı tənbeh tədbiri olmamışdır. Qənaətlərinə görə iddiaçıya tətbiq edilən tənbeh tədbiri onun tərəfindən törədilən əmələ adekvat deyildir və törədilən hərəkətə münasibətdə digər intizam tənbehlərindən birinin tətbiq edilməsinin mümükünlüyü eyni zamanda, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar işə baxılan zaman məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bu baxımdan hesab edirlər ki, iddiaçı tərəfindən yol verilən hərəkətə görə onun barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tətbiqinin zəruriliyi yetərli qədər sübut edilməmişdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Öhdəsində yaşlı və səhhəti ilə əlaqədar müalicəyə ehtiyacı olan anası, həyat yoldaşı ilə yanaşı 4 övladı vardır ki, iddiaçı ailədə işləyən və ailəni saxlayan yeganə şəxsdir. Eyni zamanda yol verdiyi nöqsana görə peşman olmaqla yanaşı, barəsində kobud ifadə işlətdiyi həmkarı ilə münasibətini bərpa etməklə ona üzürxahlıq etmişdir. Lakin istər işəgötürün, istər sə də məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamışdır ki, bu baxımdan da birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qənaətindədirlər. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməsini və Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahatında, şikayətin təmin edilməsini və Naxçıva n Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək verdiyi izahatında, apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünm əz olduqda isə tam yoxlayır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Qasımov X5 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda işləmiş, xx.xx.1023-cü il tarixdə 3-17-9-1/3-2168/2023 nömrəli əmrlə işdən azad olunub, işdən xaric olunmağının əsas səbəbi onun Nazirliyin digər əməkdaşları ilə “Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın kargüzarlıqla bağlı xx.xx.2023-cü il tarixdə keçirdiyi online təlim zamanı vətəndaşın qeyri-qanuni tələbinə qarşı əsəbləşərək iş həmkarına qarşı istəmədən qeyri-iradi olaraq kobud ifadə işlətməyi olub, elə buna görə də həmin gün saat 17:00 radələrində Nazirliyin özünə çağırılıb yazılı izahatı alınıb, bu izahata əsasən Naçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri X9 2023-cü il 27 oktyabr tarixli 3-17-9-1/3-9-150/2023 nömrəli əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə dair əsaslandırılmış yazılı qərarın verilməsi uçün təqdimat verilmiş, təqdimat əsasında əmək müqaviləsinə xitam verilməsinin məqsədə uyğun hesab edilməsi ilə bağlı rəy verilmiş, rəyə əsasən Fond tərəfindən 31 oktyabr 2023cü il tarixli, 3-17-9-1/3-2-168/2023 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iə xitam verilmişdir. İş materiallarında olan iddi açıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 01 may 2008-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda baş məsləhətçi, sektor müdiri, Naxçıvan şəhər Məşğulluq Mərkəzinin direktoru, Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində Maliyyə uçot sektorunun müdiri, Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsində qəbul sektorunda mütəxəssis kimi vəzifələrdə işləmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müda fiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2168/2023 nömrəli əmrinin surətindən aydın olur ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin qəbul sektorunun mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verdiyinə və Fondun nüfuzuna və qanuni mənafeyinə xələl gətirdiyinə görə onun bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 2023-cü il 31 oktyabr tarixindən xitam verilmiş və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar İddiaçı ilə son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesab lanıb ödənilməsi əmr edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 31 oktyabr 2023-cü il tarixli, 5 nömrəli protokolunun və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 27 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-9-150/2023 nömrəli rəyinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə baxışı gedişində iddiaçı tərəfindən təqdim olunmuş Babək Rayon İcra Hakimiyyəti Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 04 iyul 2024-cü il tarixli, 844 nömr əli arayışından aydın olur ki, İddiaçı anası X16, həyat yoldaşı X20 qızı, övladları X12, X10 və X4 ibarət ailə tərkibi vardır. AZ-İ seriyalı, 515310 nömrəli nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə X8 nikahı Babək Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 15 sentyabr 2010-cu il tarixdə 158 nömrə ilə qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X11 tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli, 3-17-9-2/2-Ə-7415/2024 nömrəli arayışdan məlum olur ki, X8 (FİN 4MWNC09) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməm işdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Lakin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin Rəyasət heyətinin iclasının 31 oktyabr 2023-cü il tarixli, 5 nömrəli protokoluna və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin 27 oktyabr 2023-cü il tarixli, 317-9-1/3-9-150/2023 nömrəli rəyinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən iclasın keçirilməsinin formal xarakter daşıdığı aşkar şəkildə müəyyən edilir. Belə ki, həmin iclasın protokolundan göründüyü kimi, İddiaçı tərəfindən etik davranış qaydalarının kobud şəkildə pozulduğu və əmək funksiyalarının, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə əsas yaradan halların olduğu qeyd edilsə də, konkret olaraq əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinin nədən ibarət olduğu qeyd edilməmiş, ümumiyyətlə bu məsələ müzakirə olunaraq qiymət verilmədən, daxil olmuş təqdimatın nəticə hissəsində qeyd edilənlə r təkrarlanmaqla qərar qəbul edilmiş və buna uyğun rəy hazırlanaraq təqdim edilmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb göstərilən hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntu (öz iş yoldaşına qarşı kobud ifadə işlətməsi) nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi qiymətləndirilməsi düzgün hesab oluna bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 72-ci maddənin “e” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntularına yol verdiyi müəyyənləşməli, iddiaçı bu halla ra yol versə belə, məhz bunun (kobud səhvin, hüquq pozuntusunun) nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə mütləq ciddi xələl gətirməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvlərə, hüquq pozuntusuna yol verməsinə və bunun nəticəsində cavabdeh müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsinə, yaxud da hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İkincisi, əmək müqaviləsinin ləğv edilməsi üçün əsas olmuş iddiaçının izahatında göstərilən halların həqiqiliyi təsd iq olunsa belə, bunlar iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi kimi qiymətləndirilə bilməz. İddiaçının konkret olaraq hüquq pozuntusuna yol verməsi də cavabdeh müəssisənin, yaxud da hansısa orqanın qanuni qüvvədə olan qərarı ilə rəsmiləşdirilməmişdir. Ona görə də iddiaçının əmək fəaliyyəti zamanı kobud səhvi və hüquq pozuntusu törətməsi ümumiyyətlə təsdiq olunmadığı halda, cavabdeh müəssisənin qanuni mənafeyinə də ciddi xələl gəlməsindən söhbət gedə bilməz. Üçüncüsü, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərdən birbaşa ən ağırının verilməsi üçün də əsaslar olmalı, yaxud da ilk dəfə intizam pozuntusu törədilməsi təsdiq olunsa belə, ən ağır intizam tənbehin verilməsi əsaslandırılmalı idi. Əksinə iddiaçının gətirdiyi dəli llər daha mötəbər olmuşdur və iddiaçınn törətdiyi iddia edilən (öz iş yoldaşına qarşı kobud ifadə işlətməsi) Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Kollegiya həmçinin, qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə o da müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyətinə b aşladığı andan işdən azad olunduğu ana qədər onun barəsində heç bir intizam tənbeh tədbiri görülməmişdir və bu da öz növbəsində iddiaçının müsbət xarekterizə olunması üçün əsas amildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında verilən izahatlarla, toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə və iş materiallarında olan sənədlərlə iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmadan, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmadan və ümumiyyətlə əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının etdiyi nöqsana görə ona seçilən tənbeh növünün cavabdeh tərəfindən iddiaçının əmək funksiyalarını və əmək müqaviləsi üzrə ö hdəliklərini yerinə yetirməməsi ilə əlaqələndirilməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, iddiaçıya istinad olunan pozuntu nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ciddi ziyan dəydiyi, eyni zamanda İddiaçı tərəfundən əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi halının mövcudluğu sübuta yetirilməmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcun u (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin qeyd edilməlidir ki, cavabdeh orqan məhkəmənin iclasları barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, əmrin qanuniliyinə dair və həmçinin iddiaçının hərəkətlərinin həqiqətən də müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olmasına və işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmasına dair heç bir dəlil gətirməmiş və bununla əlaqədar hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda həmin əmrin ləğvi tələbi əsaslı hesab olunmalıdır. Kollegiya mübahisənin mahiyyəti üzrə işin hallarını araşdıraraq bu qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyator şikayətində haqlı olmuşdur və onun dəlilləri əsaslı olduğundan şikayəti təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd olunan normaya əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalı, cavabdeh t əşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2168/2023 saylı əmri ləğv olunmaqla İddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365, 382, 384.0.2, 392, 393, 402.1, 405.0, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2-168/2023 saylı əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024cü il tarixli, 2(078)-234/2024 nömrəli qətnaməsindən İddiaçı və iddiaçının vəkilinümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(078)-234/2024 saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiası təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 31 oktyabr 2023-cü il tarixli, 3-17-9-1/3-2168/2023 saylı əmri ləğv edilsin, İddiaçı işə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-111/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-111/2024
08.07.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver