Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-111/2025 05.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa tələbi, əmək haqqı kompensasiyası) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr” tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkə məsinin 23 aprel 2025-ci il tarixli, 2(111)-110/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Cavabdeh əvvəllər “X4” MMC olmuş, sonradan adını "xxxx" MMC olaraq dəyişmişdir. İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 02 iyun 2017-ci il tarixli əmək müqaviləsi bağlanmış, 01 may 2018-ci ildə həmin müqavilə yenilənmiş, müqavilə əsasında iddiaçı sürücü vəzifəsində çalışmış, 15 yanvar 2025-ci il tarixli, 23 nömrəli əmr ilə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, əmrə əsasən xitam Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “ç” bəndinə (iş həcminin azalması) uyğun verilmişdir. İİ. Birinci instansiya məhkəm əsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək, işdən qanunsuz azad olunmağı barədə olan "xxxx" MMC-nin 15 yanvar 2025-ci il tarixli, 23 nömrəli əmrinin ləğv olunması, məcburi iş buraxmaya görə əmək haqqı və digər ödəmələr barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 17 iyun 2017-ci il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəsinə təyin edilmiş, orada sement istehsalı üçün daş, torpaq və digər xam materialları kamyon mersedes markalı avtomobillə daşıyırmış, əvvəllər işə girəndə 400 manat əməkhaqqı alırmış, sonralar isə 550 manat əməkhaqqı almış, iş rejimi isə üç növbəli olmuş, səhər saat 09:00-dan 18:00-dək, 18:00dan 01:00-dək, sonuncu növbə isə 01:00-dan səh ər saat 09:00-dək işləyirmiş, işə gələndə işə girib çıxmaq barədə davamiyyətə qol çəkirmiş, işə vaxtı-vaxtında gedib gəlir, işdən azad olunanadək heç bir intizam məsuliyyətinə cəlb olunmamış, hətta belə heç bir rəsmi xəbərdarlığı da olmamış, 2024-cü ilin aprel ayının əməkhaqqını alan zaman əməkhaqqında azalma olduğunu bilmiş, halbuki, həmin ay 1400 manat əməkhaqqı almalı imiş, ona görə ki, mart ayı qeyri-iş gününə düşdüyünə görə 15 iş günü olduğu halda 31 iş günü işlətdikləri üçün əlavə ikiqat hesablamalı idi, maaşının azalmasını görüb mühasib Elşən müəllimə müraciət etmiş, o, isə əmək haqqının 31-ə bölüb birgünlük əmək haqqının nə qədər olduğunu demiş, ondan soruşmuş ki, niyə istehsalat təqvimindən istifadə etmirsiniz? o isə bildirmişdir ki, “siz haqlısınz, amma müdirin göstərişi belədir”, hüquqlarının pozulması ilə əlaqədar Əmək müfəttişliyinə müraciət etmiş, ondan sonra müdir X3 onunla ədavət və qərəzli münasibətlərə başlamış, 26 dekabr 2024-cü il tarixdə ona bildirmişlər ki, ya özün könüllü ərizəni yaz işdən səni azad edək, yoxsa səni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə kobud pozuntu ilə məcburi işdən çıxardacayıq deyə hədələmişlər, iddiaçı onlara bildirmişdir ki, “nə səbəbə məni işdən çıxardırsınız, mən neyləmişəm”, onlar isə guya satışın azalmasını bəhanə etmişlər, həmin zaman onlara izah etmişdir ki, “müqavilə ilə işləyən işçilərin müqavilələrinin vaxtını artırıb onları niyə işdə saxlayırsınız, məni isə çıxardırsınız ?”, onlar isə bu suala cavab verməmişlər, 15 yanvar 2025-ci il tarixdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin “ç” bəndinə əsasən 23 saylı əmrlə qanunsuz və iradəsinə zidd olaraq işdən azad etmişlər, bununla bağlı Mediasiya təşkilatında olmuş, onlarla məsələni barışıq yolu ilə həlli ilə bağlı təklif göndərmiş, lakin onlar mediasiya sessiyasında danışığa gəlməmişlər, ona görə də pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
4. Kəngərli Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(111)-110/2025 nömrəli qətnaməsi ilə (hakim Z.Əhmədov) iddia rədd edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi, 76-cı maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı Qənbərov X1 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(111)-110/2025 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə faktiki vəziyyətin aşkarlanaraq ilkin iddiasının tam təmin olunmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd etdiyi və müvafiq olaraq məhkəmədə verdiyi izahatlarında da bəyan etdiyi kimi sırf qeyri-iş günlərində çalışdıqları günlərin əmək haqqısını, yəni əməyinin qarşılığını tələb etdiyi üçün işəgötürən tərəfindən sözün məcazi mənasında “üstünə xətt çəkilmiş”, davamlı olaraq ona qərəzli yanaşma edilmiş və nəhayət 24 dekabr 2024-cü il tarixdə sürücülərin i şinin təşkilini edən digər əməkdaş Şahid (+994 60 290 93 87; Kəngərli rayon Qabıllı kənd sakini) ona yaxınlaşaraq “müdir dedi ki, Vahidə de ki, ya ərizəsini yazıb özü çıxsın, ya da onu biz maddəylə (Əmək Məcəlləsini nəzərdə tutaraq) çıxaracağıq” ifadəsini işlətməklə, işəgötürənin hədəsini ona çatdırmış, bəhs etdiyi hadisədən bir gün sonra-xx.xx.2024-cü il tarixdə onun tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki X2 Xidmətinə yazılı müraciət edilmiş (həmin ərizənin təsdiq olunmuş surəti qoşma qismində əlavə edilmişdir), məhz həmin müraciətin edilməsi işəgötürənin “daha da qəzəblənməsinə və ona qarşı olan qərəzli mövqeyini açıq-aydın göstərməsinə (məsələn, vəzifəsi sürücü olmasına baxmayaraq xx.xx.2025-ci il tarixli şikayət ərizəsinin ünvanlanmasından sonr a idarənin maşınlarını idarə etməyinə icazə verilmədiyindən işinə xitam verildiyi tarixədək yalnız işə giriş-çıxış tabelinə imza etmiş, işləyə bilməmiş) səbəb olmuş, qeyd etdiyi bu fakt, o cümlədən, işəgötürən tərəfindən ona hədə-qorxu və “xəbərdarlıq”ların edilməsi faktları Şahid məhkəmədə ifadə verməsi ilə təsdiqini tapacağını, sözügedən şəxsin hazırda cavabdeh "xxxx" MMC-də çalışdığı amilini nəzərə alaraq onun məcburi qaydada məhkəməyə çağırılması və iştirakının təmin olunması barədə qərar qəbul edilməsini yeganə sübut vasitəsi hesab etmiş, bu prosessual addımın atılmasını kollegiyadan xahiş etmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən digər bir hal kimi cavabdehin 01 may 2018-ci il tarixli Əmək müqaviləsinin şərtləri və “Cəmiyyətin direktorunun 15 yanvar 2025-ci il tarixli, 23 nömrəli əmri ilə “İşin həcminin azalması, 6 ay müddətində işin həcmi artarsa həmin vəzifə üzrə yenidən əmək müqaviləsi bağlanacağı barədə öhdəlik götürməklə” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilmişdir” ifadəsini əsas göstərməklə öz qərəzli mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin də birbaşa təsbit olunmuş “işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır” müddəasının kobud şəkildə pozulması faktını gizlətməsi halının mövcudluğu, birinci instansiya məhkəməsində icraat zamanı bütün izahatlarında bu barədə bildirməyinə baxmayaraq məhkəmə tərəfindən özünün geniş araşdırma səlahiy yətlərindən istifadə edilməklə işin faktiki vəziyyəti dəqiqləşdirilməmiş, cavabdehin satışların kəskin azalması və Naxçıvanda tikinti sektorunda durğunluğun baş verməsi səbəbindən iş həcminin azalmasını əsas gətirərək müqaviləsinə xitam verilməsinin əsas səbəbini pərdələməsi faktını təkzib edən əsas hal mübahisə davam etdiyi dövrdə yalnız onun işinə xitam verilmiş, "xxxx" MMC-in kadr uçotu sənədlərinin məhkəməyə təqdim olunması üçün cavabdeh quruma müvafiq məhkəmə sorğusunun göndərilməsi və 2025-ci ilin əvvəlindən bugünkü tarixədək Cəmiyyətə neçə işçinin götürüldüyü və neçəsinin işdən çıxarıldığı barədə rəsmi məlumatların əldə edilməsini kollegiyadan xahiş etmiş, birinci instansiya məhkəməsində icraat zamanı əldə edə bilmədiyi, lakin sənəd üzərində qeyddə də təsdiqini tapdığı üzrə xx.xx.20 25-ci il tarixdə əldə etdiyi X2 Xidmətinə etdiyi xx.xx.2024-cü il tarixli məktubun sübut qismində qiymətləndirilməsi, Şahid (+99*** *** ** **; Kəngərli rayon Qabıllı kənd sakini) MPM-in 62.2-ci maddəsinə uyğun olaraq məcburi qaydada məhkəməyə çağırılması və iştirakının təmin olunması yolu ilə ondan alınmış izahatın sübut qismində qiymətləndirilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kadr uçotu sənədlərinin məhkəməyə təqdim olunması üçün cavabdeh quruma müvafiq məhkəmə sorğusunun göndərilməklə və 2025-ci ilin əvvəlindən bugünkü tarixədək cəmiyyətə neçə işçinin götürüldüyü və neçəsinin işdən çıxarıldığı barədə rəsmi məlumatlar əldə edilməklə həmin məlumatların sübut qismində qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlill əri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh "xxxx" MMC-in nümayəndəsi Nümayəndə izahatında iddiaçı ilə birlikdə 2 nəfərin, ondan qabaqki ay isə 8 nəfərin işdən çıxarıldığını, tikinti materialları satan şirkətlər üçün ən çətin ayların dekabr, yanvar və fevral ayları olduğunu, mart-aprel aylarından isə satışların artmağa başladığını, iddiaçının əvvəlki məhkəmə prosesində şəxsən onun özünə onu müddətli müqavilə ilə işə qaytaracağıqsa, işə gəlməyəcəyini, yalnız müddətsiz müqavilə ilə işə qaytarılacağı təqdirdə işləmək istəməsini bildirdiyini, hazırda onların həm kooperativ qaydalar əsasında, həm də hər hansı bir maddə ilə işçinin əmək müqaviləsinə xitam verilməsi yenidən 2-3 ay sonra haradan başlayırsa başlasın dövlət sektorunda belə sınaq, staj müddəti ilə başlayacağını, özəl sektorda isə müddətli başlayacağını, daha sonra ardıcıllıqla davam edəcəyini, sonuncu dəfə iddiaçı ilə məhkəmə prosesində iştirak edəcəyi üçün onun fikrini, tələbini bilmək üçün mobil telefonla Whatsapp üzərindən danışdığını, danışıq zamanı onun hazırda Türkiyə Respublikasında olduğunu öyrəndiyini, müəssisədə işçilərin mövsümlə əlaqədar əmək müqavilələrinə xitam verilməsinin növbəlik prinsipi əsasında həyata keçirildiyini, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin ona qərəzli yanaşılma kimi qiymətləndirilməməli olmasını, ötən il müəssisə tərəfindən iddiaçının işdə saxlanılıb başqa bir işçinin əmək müqaviləsinə xitam verildiyini, bu il isə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verdiklərini, müəssisənin normal satışı olsa, işçinin əmək müqaviləsinə xitam verilməsinə ehtiyac olmayacağını, əvvəlki illərdə müəssisənin Gürcüstan Respublikasına və Azərbaycan Respublikasının digər regionlarına satış həyata keçirdiyini, nəticədə müəssisədə çalışan hər hansı bir işçinin əmək müqaviləsinə xitam verilməsinə zərurət yaranmadığını, hazırkı vəziyyətdə müəssisə tərəfindən atılmış addımın sırf bugünkü vəziyyətdən çıxmaq üçün görülmüş tədbir olduğunu, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Suallara cavabında "xxxx" MMC-in nümayəndəsi 2025-ci ildə müəssisə tərəfindən 36 nəfərin işə götürüldüyünü, 25 nəfər işçinin isə işdən azad olunduğunu, 36 nəfər işçinin 13 nəfərinin 2025-ci ildə işə götürüldüyünü, həmin ildə də işdən çıxarıldığını, müəssisədə işçinin ilk dəfə 1 ay müddətinə işə götürüldüyünü, sonra bu müddət in 3 ay artırıldığını, daha sonra isə vəzifəyə görə maksimum 1 ilə qədər artırıldığını, 1 il müddətin daha çox məsul vəzifələr üçün nəzərdə tutulduğunu, müəssisə tərəfindən işçinin işə götürüldüyü zaman onunla bir dəfə əmək müqaviləsi bağlanıldığını, sonra isə işlədiyi müddətlərə görə müqavilənin yeniləndiyini, müəssisə tərəfindən hazırkı və əvvəlki illərdə ümumilikdə 25 nəfər işçinin işdən çıxarıldığını, sement istehsalı üçün müddətli işçilərin işə götürüldüyünü, iddiaçının şikayətini sırf dekabr ayına münasibətdə etməyinin kimin qərəzli olduğunu açıq-aşkar ortaya qoyduğunu, iddiaçının həmin il səhlənkarlıq nəticəsində 1 dəfə sürdüyü maşının motorunun xarab olması, 2 dəfə avto qəza etməsi zamanı bu halları nəzərə alıb onun əmək müqaviləsinə vəzifə səlahiyyətlərinə laqeyd yanaşdığı üçün xi tam verə biləcəklərini, iddiaçıya işdən çıxarılmadan 1 ay əvvəl müəssisə tərəfindən əmək müqaviləsinə xitam veriləcəyi və özünə yeni iş tapmasının bildirildiyini, iddiaçı əmək pensiyası alsa da bu halın əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını, ancaq müəssisənin iş yükünün azaldığı bir vaxta pensiya alan, maddi cəhətdən gəliri olan bir şəxsi işdə saxlayıb, yeganə qazancı aldığı əmək haqqı olan bir şəxsi işdən çıxarmağın sadəcə olaraq ədalətli hesab edilmədiyini bildirmişdir.
10. Şahid ifadəsində 2024-cu ilin dekabr ayında İddiaçı ay ərzində işdən çıxarılacağı barədə müdiriyyətin xəbərdarlığını çatdırdığını, iş yükü azaldığından həmin vaxt 2 nəfərin işdən azad olunduğunu, işçilərin birinin dekabr ayının 29-da, digərinin isə 2025-ci ilin yanvar ayında işdən çıxarıldığını, İddia çı işdən çıxarıldığı günün səhərisi Əmək Müfəttişliyinə gedib şikayət etdiyini bildirdi. Suallara cavabında müəssisədə maşın texnikalarının istismarı üzrə iş icraçısı işlədiyini, maşınla xammalın daşınmasının, maşının texniki cəhətdən istismarının, qırıq-sınığının onun nəzarət dairəsinə aid olduğunu, tabeliyində olan sürücülərin hərəsinə bir avtomobilin təhkim olunduğunu, sürücünün həmin avtomobili idarə etdiyini, sürücülərə tapşırıq verdiyini, Vahidin işdən çıxarılacağı barədə xəbərdarlığı ona rəhbərliyin verdiyini, o da həmin xəbərdarlığı Vahidə çatdırdığını, buna görə Vahidə heç bir təzyiqinin olmadığını, tabeliyində 12 nəfər sürücünün işlədiyini, Vahidin də həmin sürücülərdən biri olduğunu, həmin tarixdə 2 nəfərin işdən azad olunduğunu, Vahidi 7 ildir tanıdığını, işlədiyi müddətdə Vahi din işə davamiyyətinin yaxşı olduğunu, ancaq Vahidin maşına baxmadığını, yəni maşının təmizliyi, sınıq-salxağının vaxtında aradan qaldırılması üçün lazımı diqqəti göstərmədiyini, Vahidin 65 yaşının tamam olduğunu, müəssisədə işləyərkən həm əmək haqqı, həm də pensiya aldığını, sürücülərin 552.67 manat əmək haqqı aldıqlarını, mart ayının bayram günlərində işləmədiklərini, işlədikləri günlərin də əmək haqqısının həmin il müəssisə tərəfindən ödənildiyini, Vahidlə heç bir şəxsi ədavətinin, onun işdən azad olunması barədə rəyinin olmadığını, Vahidi tamamilə öz günahı ucbatından, yəni 2 dəfə diqqətsizliyinə görə motorun yanması və 1 dəfə idarə etdiyi avtomobili başqa kamaz markalı avtomobilə vurmasına görə işdən azad etdiklərini, Vahidin məsuliyyətinin onun səlahiyyət dairəsinə aid olmadığını, Va hidlə heç bir ədavətinin olmadığını, Vahidin müdir Kamal müəllimlə və mühasib Elşən müəllimlə mübahisə edib dalaşdığını görmədiyini, Vahidə guya “ərizə yazıb işdən çıxmasan səni maddə ilə çıxaracaqlar” deməyini bildirməsinin yalan məlumat olduğunu, heç bir halda belə bir söhbətin olmadığını, bu sözü Vahid burda olsa idi onun üzünə də deyə biləcəyini, sadəcə rəhbərliyin onu iş yükünün azalması səbəbindən işdən çıxarılacağı barədə xəbərdarlığını ona bildirdiyini, iş icraçısı kimi müvafiq maşının motorunun yanması və ya maşında müəyyən problemin yaranması barədə məlumatı yazıb sex rəisinə verdiyini, sex rəisinin də maşının hansı səbəbdən nasaz olması barədə akt hazırlayıb müəssisənin kadrlar şöbəsinə verdiyini, müəssisənin maşınlara texniki baxış keçirilməsi üçün sexinin olduğunu, maşınları n hər dəfə istifadədən əvvəl texniki baxışdan keçirildiyini, daha sonra sürücüyə təhvil verildiyini, Vahidin avtomobili idarə etdiyi zaman maşının monitorunda problem yarandığını görsə də buna əhəmiyyət vermədiyini, nəticədə motorun yanmasına səbəb olduğunu, maşında olan problemlə bağlı indiyə kimi heç bir işçini məsuliyyət altında qoymadıqlarını, əgər həmin vaxt bu hadisə lazımi qaydada aktlaşdırılıb sənədləşdirilmiş olsa idi, iddiaçının müəssisəyə təxminən 3000-4000 manat civarında borcunun yaranacağını, həmin vaxt baş vermiş nasazlığa görə maşının motorunun yenisi ilə əvəz olunduğunu bildirdi.
11. İddiaçı lazımi qaydada (elektron kabinet, sms, telefonoqram) məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 75.1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
13. Maddə 75.2 (“ç” bəndi). Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə halı nəzərdə tutula bilər.
14. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
15. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
16. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halların ı araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. b) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. V. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı apellyasiya şikayətində iddiaçı Qənbərov X1 Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(111)-110/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və ilkin iddiasının tam təmin olunmasını xahiş etdiyindən qətnamə tam yoxlanılır. Vİ. Məhkəmə kollegiya sının mövqeyi
22. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqelərini rəhbər tutaraq, apellyasiya şikayətində və məhkəmə iclasında irəli sürülmüş dəlilləri hərtərəfli və ətraflı araşdıraraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır:
23. Kollegiya iddiaçının iş həcminin azalmadığına dair dəlili ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin fəaliyyəti əsasən tikinti sektoruna xidmət edən və mövsümi xarakter daşıyan müəssisə o lmaqla, dekabr, yanvar və fevral aylarında satışın zəifləməsi səbəbindən işçinin sayının azaldılmasına ehtiyac yaranmışdır. Bu istiqamətdə iddiaçı ilə yanaşı, digər işçilər də işdən azad olunmuşdur. Bu isə qərəzli münasibət olmadığını, əksinə ümumi iqtisadi səbəblərə əsaslanan strukturlaşdırılmış bir proses olduğunu göstərir. Bu hal şahid ifadəsi, iş materialına əlavə edilmiş müəssisə tərəfindən verilmiş əmrlərlə də öz təsdiqini tapır. Əmrlərin tədqiqindən aydın olur ki, yük avtomobili sürücüsü yerinə hər hansı şəxs işə götürülməmişdir. Digər ixtisaslar üzrə isə mövsümi işlərlə bağlı bir neçə aylıq müddətli əmək müqavilələri bağlanmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 75-ci maddəsinin “ç” bəndinə, yəni işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməsinə əsasən həyata keçirilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 01 may 2018-ci il tarixli əmək müqaviləsinin 9.1-ci bəndində Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş əsaslarla müqaviləyə xitam veriləcəyi açıq şəkildə göstərilmişdir. Müəssisə bu tədbiri maliyyə və istehsal şəraitinin dəyişməsi, satış həcminin azalması və təbii mövsumi faktorlarla əsaslandırmışdır. 2023-2024-cü illər üzrə təqdim edilmiş “Mənfəət vergisi bəyannaməsi” ilə cavabdeh müəssisənin gəlirinin azaldığı təsdiqlənmişdir. Bu isə iş həcminin azalmasını göstərən obyektiv göstəricidir və əmək müqaviləsinə xitam verilməsinin iqtisadi əsa sını təşkil edir.
24. İddiaçının rəhbərliklə münasibətlərinin pisləşməsi və təzyiqlə üzləşməsi dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, bu halları təsdiqləyən hər hansı sübut iş materiallarında mövcud deyildir. İddiaçının vəsatəti ilə dindirilmiş Şahid ifadəsində iddiaçının göstərdiyi dəlilləri təkzib etmişdir. Onu da qeyd etmək lazımdır ki, iddiaçı öz ərizəsi ilə işdən azad edilməyib, əksinə əmr əsasında əmək müqaviləsinə xitam verilmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(111)-110/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov