Məhkəmə qərarları › İş №2(108)-112/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-112/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-112/2022 22.08.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Xıdırov Əhliman Mehman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb müəyyənetdi: Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qə tnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahələrinin alınması üçün onlara ödədikləri 6000 (altı min) manat, maddi zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqi olan 9500 (doqquz min beş yüz) manat, 1000 (bir min) manat torpağın düzəldilməsi və əkinə hazırlanması üçün çəkilmiş xərclərini, ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu, əlavə olaraq evlərin təmir və bərpa işləri üçün çəkilmiş, Xanlıqlar kəndindəki ev üçün 2100 (iki min yüz) manat, Vərməziyar kəndindəki ev üçün 950 (doqquz yüz əlli) manat, borc olaraq aldıqları 400 (dörd yüz) manat, “mənəvi zərər”ə görə 10000 (on min) manat, cəmi 30000 (otuz min) manat pulun və dövlət rüsumu olaraq ödədikləri 180 (bir yüz səksən) manat pulun alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 15 iyul 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Mülki iş iddi açılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyadakı izahatlarında iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri apellyasiya şikayətinin vəkil tərəfindən tərtib edildiyini göstərərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı1 vəkili Vəkil verilmiş apellyasiya şikayətinin qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl edilmədən verildiyi ilə razılaşdıqlarını bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar və şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar göstərilməlidir. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəm ə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa qaytarılır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, verilmiş apellyasiya şikayəti yalnız İddiaçı1 tərəfindən imzalanmış, İddiaçı2 isə elektron informasiya sistemi vasitəsilə imzalanmış apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-in 361.1.5-361.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutla r göstərilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşə əlavə olunmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən tərtib olunmuş apellyasiya şikayətində işə baxan məhkəmə tərəfindən maddi hüquq normaların düzgün tətbiq edilməməsinin konkret olaraq nədən ibarət olması göstərilməmiş, sadə cə olaraq mülki iddia üzrə maddi hüquq normalarının tətbiq edilmədiyi, yalnız Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008- ci il, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli Qərarlarına istinad olunduğu və həmin qərarların formalaşdırdığı mövqelərin mövcud tələblə bağlı heç bir bağlılığı olmadığı, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə münasibətdə isə yalnız verilmiş şahid ifadələrinin məhkəmə baxışında verdikləri həqiqi ifadələrlə uzlaşmadığından Azərbaycan Respublikası MPM-in normalarının pozulduğu qeyd edilmişdir. Halbuki apellyasiya şikayətinin formasına dair 2 saylı Əlavənin 6 və 7-ci bəndlərində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə da ir dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və prosessual hüquq normasının sıralanmaqla göstərilməli olması təsbit edilməklə, hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izahın verilməli olması tələb olunur. Apellyasiya şikayətindən görünür ki, iddiaçılar apellysiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(110)-190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cava bdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə hazırkı vəziyyətdə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün prosessual əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi qanunun yuxarıda sadalanan normalarının tələblərinə əməl edilməsi vəziyyətini yoxlamadan işi prosessual əsasla r olmadan baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərmişdir. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Ona görə də, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə iddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Kollegiya göstərilənlərə əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrini rəhbər tutub q ə r a r a a l ı r: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şərur Rayon Məhkəməsinin 14 iyun 2022-ci il ta rixli, 2(110)-190/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar