Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-113/2025 22.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı “mirasın qəbulu faktının və payın müəyyən edilməsi” və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdeh İddiaçı qarşı “mirasın qəbulu faktının və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ, mirasın qəbulu, payın müəyyən edilməsi, qanun üzrə və vəsiyyət üzrə vərəsəlik) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1, cavabdeh-iddiaçı Cavabdeh2, Cavabdeh1, cavabdeh və digər cavabdehin nümayə ndəsi Cavabdeh7, Cavabdeh3 və onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı “mirasın qəbulu faktının və payın müəyyən edilməsi” və cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdeh İddiaçı qarşı “mirasın qəbulu faktının və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(078)95/2025 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. X9 və X2 1945-ci ildə nikaha daxil olublar. Bu nikahdan 3 qızları doğulmuşdur. X9 22 aprel 1977-ci il tarixdə vəfat etmişdir. X13 03 iyun 2008-ci il tarixdə vəfat etmişdir. X4 adına Naxçıvan şəhər Maliyyə şöbəsinin 1969-1971-ci illərə aid 15 nömrəli arxiv kitabında Naxçıvan şəhəri, Sabir küçəsi, ev 72 olmaqla 1320 kv.m torpaq sahəsi, X2nın adına isə ərinin ölümündən sonra, yəni 1981-83-cü illərin arxiv kitabında Naxçıvan şəhəri, Sabir küçəsi, ev 58 olmaqla, 638 kv.m torpaq sahəsi qeydiyyata alınmışdır. Həmin sənədlər əsasında xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında 1260.51 kv.m torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 34.5 kv.m olan fərdi yaşayış evi X4 adına, xx.xx.2024-cü il tarixdə isə həmin ünvanda yerləşən 0.0608 ha torpaq sahəsi X2nın adına dövlət reyestrində qeydiyyata alınmışdır. 2., Mərhum X1 qızları X22 (başqa qadından olan qızıdır) və Cavabdeh1 ailə qurub ayrılmışlar. Həmin evdə mərhumun sağlığında və 1 977-ci ildə ölümündən sonra arvadı X13, qızları İddiaçı, Cavabdeh2 və nəvəsi Cavabdeh3 (Sabirənin oğlu) yaşamışdır. İddiaçı isə 1995-ci ildə ailə qurub evdən ayrılmışdır. Bundan sonra evdə mərhum Şükeyna, qızı Sara və nəvəsi Rasim qalmışdır. X2 2001-ci ildə özünə məxsus torpağı qızı Sara və nəvəsi Rasimə vəsiyyət etmişdir. X13 03 iyun 2008-ci il tarixdə vəfat etmişdir. Ondan sonra da həmin miras əmlakda Sara və Rasim yaşamışdır. Digər vərəsələr, o cümlədən məcburi pay hüququ olan vərəsələr mirası nə faktiki, nə də formal qəbul etməmişlər. İİ. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X14 miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan 34.5 kv.m fərdi yaşayış evinin və X5 miras qalan ünvan 2 ünvanında yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsinin - miras əmlakların onun tərəfindən faktiki sahiblik və idarə etmək yolu ilə qəbul edilməsi faktı müəyyən edilməklə X14 miras qalmış Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 1260.51 kv.m torpaq sahəsi və üzərində yerləşən 34.5 kv.m yaşayış evinin ¼ hissəsinə və X5 miras qalan ünvan 2 ünvanında yerləşən 0.0608 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ata və anası rəhmətə getdikdən sonra ünvan 2 ünvanında yaşamış, mirası faktiki olaraq qəbul etməyini şəksiz nümayiş e tdirmişdir. Ata və anasından miras qalan qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evləri bir həyətdə mövcud olmuşdur. Mərhum atası X21 və mərhum anası X7 ondan başqa aşağıda adları qeyd olunan vərəsləri vardır:
1. X12 qızı (xx.xx.1947-ci il təvəllüdlü),
2. Qızı-Cavabdeh2 (xx.xx.1950-ci il təvəllüdlü),
3. X20 qızı xx.xx.2008-ci ildə vəfat edib (miras qoyan X18 münasibətdə vərəsə),
4. Əri-X21 xx.xx.1977-ci il tarixdə vəfat edib,
5. X10 qızı xx.xx.2008-ci il tarixdə vəfat edib. Adları göstərilən vərəsələrdən xx.xx.2008-ci il tarixdə vəfat edən X22 ilə ataları (X21) bir, anaları ayrı şəxs olubdur. X22 1965-ci ildə ailə həyatı quraraq yaşadıqları evdən köçərək ər evinə getmişdir. Adları qeyd edilən vərəsələrdən cavabdehlər X15 və Cavabdeh2 onun mərhum ata və anasından qalmış mirası qəbul et məyini dolayısı ilə mirasdan ona çatan payı almağını mübahisələndirir. Mərhum atası və anasından miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlaklardan ona çatan paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Notariat Ofisinin 17 may 2024-cü il tarixli məktubu ilə müvafiq müraciətindən imtina etmişdir. Mərhum atası X16 və mərhum anası X7 digər vərəsələrinin qanunvericiliyə uyğun olaraq mirasdan pay almalarına etiraz etmir, bu hüquqlarını hər hansı əsasla mübahisələndirmir.
5. Cavabdeh-iddiaçı Cavabdeh2 04 noyabr 2024-cü ildə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 07 noyabr 2024-cü il tarixli, e-2(078)-1508/2024 nömrəli qərardadı ilə onun qarşılıqlı iddia ərizəsi icraata qəbul olunaraq mülki işə iddiaçıcavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı mirasın qəbulu faktının və payın müəyyən edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçıcavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının və payların müəyyən edilməsi tələbi çərçivəsində baxılmışdır.
6. Cavabdeh-iddiaçı Cavabdeh2 18 noyabr 2024-cü ildə məhkəmənin hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin 18 noyabr 2024-cü il tarixli, e-2(078)-1508/2024 nömrəli qərardadı ilə onun ərizəsi nəzərə alınaraq qarşılıqlı iddia tələbinə “X3 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.126 ha torpaq sahəsinin mərhum anası X13 tərəfindən qəbul edilməsi faktının, anası X7 vəfatından sonra onun tərəfindən qəbul edilməsi faktının və payların müəyyən edilməsi və mərhum anası X5 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi üzərində olan 34.5 kv.m daşınmaz əmlakın, həyətyanı sahədə olan digər tikililərin və ünvan 2 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsinin onun tərəfindən qəbulu faktının və payların müəyyən edilməsi” tələbi çərçivəsində baxılmışdır.
7. Cavabdeh-iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 03 dekabr 2024-cü il tarixli cavabdehlərin cəlb edilməsi ilə bağlı ərizəsinə əsasən mülki iş üzrə Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6 Hüseyn oğlu və Cavabdeh5 cavabdeh qismində işə cəlb olunmuşlar.
8. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 24 fevral 2025-ci ildə məhkəmə baxışı iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, məhkəmənin 24 fevral 2025-ci il tarixli, e-2(078)- 1508/2024 nömrəli qərardadı ilə onun ərizəsi nəzərə alınaraq ilkin iddia tələbinə “iddiaçı-cavabdeh İddiaçı Cavabdeh1 və cavabdeh-iddiaçı Cavabdeh2 qarşı atası X14 miras qalan Naxçıvan şəhəri, Sabir küçəsi 58 ünvanında yerləşən torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin və anası X6 miras qalmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı tanınmaqla həmin əmlaklarda ½ hissədə pay hüququnun müəyyən edilməsi” tələbi çərçivəsində baxılmışdır.
9. Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(078)-95/2025 nömrəli qətnaməsi ilə ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən X3 miras qalan daşınmaz əmlakın ½ hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilmiş, ilkin iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən X3 miras qalan daşınmaz əmlakın ½ hissəsinin X2 tərəfindən sağlığında faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilmiş, ünvan 4 ünvanında yerləşən X3 miras qalan daşınmaz əmlakın ½ hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilmiş, Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən X2ndan miras qalan daşınmaz əmlakın 4/6 (müvafiq olaraq 2/3) hissəsinin cavabdeh-iddiaçı Cavabdeh2 tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmiş və həmin miras əmlakda payı bütöv miras kütləsində 4/6 (müvafiq olaraq 2/3) müəyyən edilmiş, bunların nəticəsində ünvan 5 ünvanında yerləşən X3 və X2ndan miras qalan daşınmaz əmlakda İddiaçı 1/6 hissə, Cavabdeh2 5/6 hissə (1/6+4/6=5/6) pay hüququ müəyyən edilmiş, X2ndan miras qalan ünvan 6 ünvanında yerləşən 0.0608 ha torpaq sahəsindən ibarət miras əmlakın cavabdeh-iddiaçı Cavabdeh2, həmçinin cavabdeh X19 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməklə sözügedən miras əmlakda Cavabdeh2 payı ½ hissədə, Cavabdeh3 payı ½ hissədə müəyyən edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan SSRİ Nikah və Ailə Məcəlləsinin 23-cü, Azərbaycan SSRİ Mülki Məcəlləsinin 101-ci, 527, 528, 529, 552, 556-cı, Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 1196, 1202.2, 1203.2, 1256, 1133.1, 1133.2, 1243.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayətləri və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətlərinin dəlilləri
11. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Seyidov X11 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-95/2025 nömrəli qətnaməsinin atasında qalan miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməsinə dair hissəsinin dəyişdirilərək həmin miras əmlakda 1/2 hissə pay hüququnun müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X3 miras qalan əmlakda payın qeyri-bərabər bölünməsinə dair məhkəmə qətnamə sində istinad edilən mövqenin maddi hüquqi əsaslandırması göstərilməmiş, pay müəyyən edilərkən müvafiq miras əmlakın 1/2 hissəsi ölən arvadı X7 birgə nikah dövründə qazanılmış əmlakı hesab edilmiş, bununla yanaşı X7 X14 qalan mirası qəbul etməsi və həmin payın irsi transmissiya üzrə cavabdeh-iddiaçıya keçməsinə dair məhkəmə qətnaməsində səhv əsaslandırmaya yer verilmiş, Azərbaycan Respublikası qanunvericiliyində ölən ər və arvadın əmlakında (mirasda) birgə mülkiyyətə payın müəyyən edilməsi, ayrılması hüququnun irsi transmissiya üzrə vərəsəyə keçməsinə dair hüquq norması təsbit edilməmiş, dolayısı ilə cavabdeh-iddiaçının qeyd edilən iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüquqa malik olmamış, həmçinin X14 miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha to rpaq sahəsi və üzərində olan 34.5 kv.m fərdi yaşayış evinin birgə nikahda əldə edilməsinə dair hər hansı sübut növü tədqiq edilməmiş, X4 xx.xx.1977-ci il tarixdə vəfat etməsi (mirasın açılması) arvadı X2nın isə xx.xx.2008-ci il tarixdə vəfat etməsi X2nın əri X14 qalmış mirası qanunla müəyyənləşdirimiş müddətdə qəbul etmək üçün kifayət qədər - 30 ildən yuxarı müddətə sahib olmasına əsas verməsi, X2 mərhum əri X14 qalmış mirası qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul etmək üçün imkana sahib olduğundan bu hüququn transmissiya üzrə keçməsinə əsas qalmamış, miras qoyanların digər vərəsələri (Cavabdeh3 X2nın vəsiyyət üzrə vərəsəsi) məhkəmə icraatına cavabdeh qismində cəlb edilmiş, onlara iddia tələbinə qarşılıqlı iddia verə bilmələri barədə izah-bildiriş verilmiş, müvafiq digər cavabdeh vərəsələrin miras əmlakla bağlı hər hansı tələb irəli sürməmiş, lakin məhkəmə MPM-in 218.3-cü maddəsinə ziddi olaraq tələbdən kənara çıxmış, qətnaməsində iş üzrə Cavabdeh3 X2ndan miras qalan torpaq sahəsindən ibarət miras əmlakda payı ½ hissədə müəyyən edilmiş, cavabdeh-iddiaçı qeyd edilən iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüquqa malik olmamış, cavabdeh-iddiaçı qeyd edilən iddia tələbinin hüquqi əsası kimi məhkəməyə hər hansı sübut növü təqdim etməmiş, məhkəmə tərəfindən qeyd edilən əsasla gəlinən nəticə üçün faktiki hallar aydınlaşdırılmamışdır.
13. Cavabdeh Həsənova X17 Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(078)95/2025 nömrəli qətnaməsinin ləğv edilərək, payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh1 apellyasiya şikay ətini onunla əsaslandırmışdır ki, atası X21 və anası X8 övladı olmuş, 1947-ci ildə anadan olmuş, 4 övladı olmuş, ikinci övladı Cavabdeh3 8 aylığından atası və anası tərəfindən qeyri-rəsmi övladlığa götürüldüyündən yanlarında qalaraq orada böyümüş, atası xəstə olarkən anası, bacısı Sara və o atasına qulluq etmişlər, atası rəhmətə gedəndən sonra ailə münaqişəsinə görə o iki övladı ilə birgə atası evində yaşamış, həmin vaxtlar bacısı Bəsti Qarabağlar kəndində müəllimə işləmiş, ailə münaqişəsi bitdikdən sonra həyat yoldaşı və iki övladı ilə birgə Şaxtaxtinski küçəsində kirayə mənzilə köçmüş, eyni zamanda ömrünün sonunadək anasına bacısı Sara, Rasim və Rasimin arvadı Rübabə qulluq etmişlər, bunlar barəsində məhkəmədə onun tərəfindən məlumat verilmiş, Naxçıvan Şəhər Məhkəməsi yuxarıda qeyd etdik lərini və məhkəmədə söylədiklərini nəzərə almadan qeyri-qanuni qərar qəbul edərək onu mirasdan məhrum etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh-iddiaçı Cavabdeh2 iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə müraciət edərək İddiaçı atası vəfat edən ildə və ondan sonra təxminən 2 il miras əmlakda mütəmadi olaraq yaşamadığını, atası ölən ili və ondan sonra təxminən 2 il Nehrəm kəndində, sonra isə Qarabağlar kəndində müəllimə işləyərək mütəmadi olaraq həmin kəndlərdə yaşadığını, İddiaçı atası X21 və anası X7 vəfatından sonra ata və ananın mülkündə yaşamadığını və mirası qəbul etmədiyini, nə həyətyanı sahədə nə də evdə heç bir abadlıq işləri görmədiyini, yaşlı atasına, anasının baxımında ona heç bir köməklik göstərməyən Bəstinin yaland an guya anasına baxdığını bəyan etdiyini, həm anasının baxımında, həm də evin yenidən sökülüb tikilməsində həyətbacanın abadlaşdırılmasında yalnız özünün, Rasimin və ailəsinin yaxından iştirak etdiklərini şahidlərin də təsdiq etdiyini, anası X7 xx.xx.2008-ci ildə vəfat edəndə də Bəstinin Türkiyə Respublikasından köçüb gəldiyini, ərindən qalan mirasla Naxçıvan şəhərində iki ev alıb birini kirayə verdiyini, digərində özü və övladı ilə yaşadığını, həmin evdə indidə əvvəllərdə yaşadığını, həmin miras əmlakı faktiki olaraq qəbul etdiyini, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsənin onu qəbul etməli olduğunu, mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmədiyini, vərəsənin, miras ə mlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunduğunu, bu maddədə göstərilən hərəkətlərin, vərəsəlik açılan gündən altı ay müddətində edilməli olduğunu, yalnız başqa vərəsələr olmadığı və ya onların mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququnun əmələ gəlmiş vətəndaşların mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə biləcəklərini, bu müddətin üç aydan az olduqda isə həmin müddətin üç aya qədər uzadıldığını, qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunduğunu qeyd edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-95/2025 nömrəli qətnaməsini n qüvvədə saxlanılmaqla apellyasiya şikayətinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 izahatında qanunvericiliyin tələbinə uyğun Cəfər Həsənovla miras qoyan Şükeyna Həsənovanın həmin əmlakı birgə nikah dövründə əldə etməsi ilə bağlı cavabdeh tərəfindən məhkəmə iclasında tədqiq edilməsi üçün sübut təqdim olunmadığını, bu istiqamətdə araşdırma aparılmadığını, həmçinin X21 öldükdən sonra birgə nikah dövründə əmlakın əldə olunması üçün iddia müddətinin müəyyən olunduğunu, Şükeyna Həsənovanın həmin müddətdə sağ olduğunu, həmin müddət ərzində hər hansı bir iddia tələbi irəli sürmədiyini, bu kimi hallara məhkəmə tərəfindən lazımi hüquqi qiymət v erilmədiyini, digər cavabdehlərin, hansıki məhkəmə tərəfindən bu fakt təsdiq olunmuşdur, həmin şəxslərin məhkəmə iclasında mirasın qəbulu istiqamətində istər formal, istərsə də digər əsasda hər hansı bir sübut təqdim etmədiklərini, birgə nikah dövründə əldə edilmiş əmlakda payların müəyyən olunması üçün Cəfər Həsənov öldükdən sonra Şükeyna Həsənovanın uzun müddət həmin əmlakda yaşayıb, həmin əmlakın birgə nikah dövründə əldə edilməsi ilə bağlı iddia tələbi irəli sürmədiyini, həmçinin belə bir hüququn digər vərəsəyə keçməsi üçün qanunvericilikdə hüquqi əsas müəyyən olunmadığını, sağlığında Şükeyna Həsənovanın həmin müddət ərzində ərindən qalmış əmlak üzərində sərəncam hüququnu əldə etməsi üçün kifayət qədər vaxtının olduğunu, irsi transmissya ilə bağlı mövqeyinin isə Cavabdeh2 atasından qal mış miras əmlaka anası tərəfindən və anasından qalmış mirasa onun tərəfindən qəbul edilib tələb etməyə malik şəxs olmaması olduğunu bildirmişdir.
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında Rasimdən başqa daha 3 övladının olduğunu, bu övladlarının hər hansı birinə atasından qalmış mülkdən pay verilmiş olsa idi apellyasiya şikayəti verib özünə pay istəməyəcəyini, mərhum atasının oğlan uşaqlarını çox istədiyini, bu səbəbdən də Rasim 8 aylıq olanda onu formal olaraq atasıgilin övladlığına verdiyini, Rasimi mərhum atasının öz övladı kimi saxlayıb böyütdüyünü, Rasimin də atasını öz atası bildiyini, 1964-cü ildə ailə qurduğunu, atasının isə 1977-ci ildə rəhmətə getdiyini, ailə qurduqdan sonra qayınanası ilə yola getmədikləri üçün bir müddət atası nın evində yaşamağa davam etdiyini, atası öldükdən sonra da bir müddət ata evində yaşadığını, evin kommunallarını ödədiyini, evin böyük övladı kimi atasının mülkündən ona da pay çatdığını, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh2 izahatında Bəstinin apellyasiya şikayətini qəbul etmədiyini, Bəstinin izahatında guya 2000-ci ildə Türkiyədən Naxçıvana gəldiyini bildirməsinin yalan məlumat olduğunu, Bəstinin 2004-cü ilin sonlarında Naxçıvana gəldiyini, Bəstinin ailə qurana qədər yəni, 1995-ci ilə kimi onlarla birlikdə yaşadığını, atası rəhmətə gedəndən sonra Bəstinin onlarla birgə yaşamadığını, hazırda atasından qalmış miras əmlakda o, bacısı oğlu Rasim, onun arvadı və uşaqlarının yaşadığını, atasından ona 1 otaqlı möhrə ev qaldığını, ev qəzalı vəziyyətdə olduğundan söküb yerində yeni ev inşa etdiklərini, evin tikinti xərcini o və Rasimin çəkdiyini, həmin tikilidə Bəstinin heç bir payının olmadığını göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyi kimi Naxçıvan Şəhər Məhkəməsinin qərarını da düzgün hesab etmədiyini, Bəstinin miras əmlakdan imtina barədə notarial təsdiqli ərizəsi olsa da, məhkəmənin həmin ərizəni nəzərə almadığını, İddiaçı babasının sağlığından və onun ölümündən sonra yəni, 1975-1978-ci illərdə Qarabağlar kəndində yaşadığını, daha sonra onların yanına gəldiyini, 1995-ci ilə qədər onlarla birlikdə yaşadığını, 1995-ci ildən 2005-ci ilədək İddiaçı ailə qurduğu üçün Türkiyədə yaşadığını, İddi açı ilk vaxtlar mirasdan pay istəmədiyini, bu barədə mirasdan imtinaya dair ərizə belə verdiyini, sonradan mirasdan pay tələb etməyə başladığını, onunla razılaşmaq istədiyini, hətta müəyyən məbləğdə ona pul təklif etdiyini, ancaq Bəstinin onun təklifini qəbul etmədiyini, hətta miras əmlakın yarısını tələb etməyə başladığını, bundan sonra İddiaçı ilə razılığa gəlmələrinin mümkün olan iş olmadığını, hazırda babasından miras qalmış əmlakda o, arvadının, uşaqlarının, xalası Sara və anası Sabirənin yaşadığını, yaşadıqları həyətdə ikinci tikilinin mövcud olmadığını, babasından qalmış ev köhnə tikili olduğundan, həmçinin xalası Bəstinin miras əmlakdan imtina barədə ərizə verdiyindən köhnə tikilini söküb yerində yeni tikili inşa etdiklərini, göstərdiklərinin nəzərə alınmasını xahiş etdmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 izahatında iddiaçıcavabdehin vəkili və nümayəndəsinin qanunvericiliyin tətbiqi məsələsində qarışıqlığa yol verildiyini, xüsusi mülkiyyətə sovet qanunvericiliyinin tam dırnaqarası yanaşdığını, övladın ata-ananın əvəzinə bu sənədləri qəbul etməsinin və irsi transmissiya məsələlərinin nəinki Azərbaycan Respublikası müstəqil olduqdan sonra, hətta 2000-ci ilin sentyabr ayının 1dən sonra qüvvəyə minən qanunvericilikdə öz əksini tapan məsələlər olduğunu, miras əmlakın qəbulunda yanlışlığa yol verildiyini, heç bir hüquqi sənəd təqdim olunmadığını, formal sənədlərin varlığının şəxsin hüquqlarının olmasını və ya məhdudlaşdırılmasını təsbit edən bir ünsür kimi çıxış edə bilmədiyini, bu hallarla bağlı Avropa məhkəməsinin də kifayət qədər normalar ının olduğunu, yəni formal olaraq şəxsin mirası qəbul edib, orada yaşadığını, bunu deməkdə məqsədinin digər tərəfin iddiasına münasibət bildirmək olduğunu, şəxsin subyektiv hüququnun olub-olmamasının əslində mübahisələndirilmədiyini, mirasın hər bir halda şəxsin ayrılmaz hüququ olduğunu, İddiaçı iddiasından sonra digər şəxslərin işə cəlb edilməsinə diqqət yetirdikdə məhkəmənin həmin şəxslərin qeyd etdiyi subyektiv hüquqlarının olması əsasına görə işə cəlb olunmalarını təmin etdiyini gördüklərini, məhkəmənin bu hissədə yanlışlığa yol vermədiyini, kollegiyadan müşavirə otağında qərar qəbul edərkən dediklərinin nəzərə alınmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh7 izahatında Naxçıvan Şəhər Məhkəməsində verdiyi izahatının təsdiq edilməsini, kollegiyadan qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı-cavabdeh İddiaçı, cavabdehlər Cavabdeh6 Hüseyn oğlu, Cavabdeh5 və Cavabdeh4 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi
23. Maddə
23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri payları onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərən cam hüququna malikdirlər... Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazılmasından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ vardır.
24. Maddə
28. Ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlak bölündükdə onların payları bərabər hesab edilir.
25. Maddə
7. İddia müddəti nikah və ailə münasibətlərindən irəli gələn tələblərə şamil edilmir... Bu məcəllədə müddət müyyən edildiyi hallar istisna təşkil edir.
26. Maddə
8. Boşanmış ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında tələblər üzrə 3 illik iddia müddəti müəyyən edilir. b) Azərbaycan SSR Mülki Məcəlləsi (1964-cü il)
27. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
28. Maddə
528. Vərəsəlik m iras qoyan şəxsin ölməsi və ya ölmüş elan edilməsi ilə açılır.
29. Maddə
529. Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
30. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir... Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
31. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. c) Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1133.2. Qa nun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
34. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
35. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur)
37. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları
38. Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunm ası, vərəsəliyə çağırılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 8 yanvar tarixli Qərar)
39. Vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibar sızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir... Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli qərarı)
40. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-a şkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları).
41. Mülki Məcəllənin 1246-cı maddəsi ilə m üəyyən olunmuş müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir... Həmçinin müraciətdə qeyd olunduğu kimi, bu müddət iddia müddətlərinə də aid edilə bilməz. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərar)
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərar) e) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
43. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər... Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. (2[102]-1792/2024 nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən qərar) f) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
47. M addə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. İddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(078)-95/2025 nömrəli qətnaməsinin ünvan 4 ünvanında yerləşən X3 miras qalan daşınmaz əmlakın ½ hissəsinin iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakda 1/6 hissə pay hüququ müəyyən edilməsinə dair hissəsinin dəyişdi rilərək ünvan 4 ünvanında yerləşən X3 miras qalan Naxçıvan şəhəri, M.Ə.Sabir küçəsi, 58 ünvanında yerləşən 0.126 ha torpaq sahəsi və üzərində olan 34.5 kv.m fərdi yaşayış evinin-daşınmaz əmlakın iddiaçı-cavabdeh İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlakda 1/2 hissə pay hüququnun müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını (qətnamənin digər nəticəvi hissələrinin müvafiq dəyişikliyə uyğunlaşdırılmaqla) və Cavabdeh1 apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(078)-95/2025 nömrəli qətnaməsinin ləğv edilərək, payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayətləri həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
53. Məhkəmə kollegiyası yuxar ıda qeyd olunan maddi hüquq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi mövqeləri rəhbər tutaraq, apellyasiya şikayətlərində və məhkəmə iclasında irəli sürülmüş dəlilləri araşdıraraq apellyasiya şikayətilərinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
54. İddiaçı-cavabdehin nümayəndəsi-vəkilinin tələbdən kənara çıxma barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi zamanı mirası qəbul etmiş bütün vərəsələrin paylarının müəyyən edilməsi zəruridir. Mülki Məcəllənin 1291-ci maddəsi və Ali Məhkəmənin 2(102)-3560/2024 saylı vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarı bu mövqeyi təsdiq edir. Bu baxımdan, Cavabdeh3 payının müəyyən edilməsi iddia predmetinin hüdudlarını aşmaq deyil, vərəsəlik hüquq münasibətlərinin tam və yekun həlli məqsədi daşıyır.
55. İrsi transmissiya məsələsi üzrə kollegiya vurğulayır ki, bu instituta hal-hazırki işdə doğurdan da tətbiq oluna bilməzdi. X4 vəfatından sonra həyat yoldaşı X13 onun mirasını faktiki qəbul etmişdir. Sonradan qızı Cavabdeh2 isə anasından qalan mirası faktiki sahiblik və idarə yolu ilə qəbul etmişdir. Halbuki, irsi transmissiya mirası qəbul edə bilməyən vərəsəyə çatmalı olan əmlakın onun vərəsəsinə keçməsidir. Buna görə də hazırkı hüquq münasibəti irsi transmissiya deyil, ardıcıl vərəsəlik münasibətidir. Bununla yanaşı birinci instansiya məhkəm əsinin bu hissədə hüquqi əsaslandırmada səhvə yol verməsi nəticəyə təsir etməmişdir.
56. Əmlakın birgə nikah dövründə əldə edilməməsi və 3 illik iddia müddətinə dair dəlillərlə bağlı qeyd olunmalıdır ki, mərhum Cəfər və Şükeyna Həsənovlar 1945-ci ildə nikaha daxil olmuş (c1, s 219) və 1969–1971-ci illərdə əmlak əldə etmişlər. Boşanmadan birgə nikahda yaşamışlar. Buna görə də əmlak bölgüsü ilə bağlı 3 illik iddia müddətinin tətbiqindən söhbət gedə bilməz. Çünki, iddia müddəti Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 8-ci maddəsinə görə boşanmış şəxslərə şamil edilmişdir.
57. Cavabdeh1 mirası faktiki qəbul etməsi barədə dəlili də araşdırılmış və onun atasının sağlığında evdən ayrılaraq ailə qurduğu, sonradan orada daimi yaşamaması, mübahisəli əmlakı idarə etmədiyi sübutlarla təsdiq olunmuşd ur. Mirasın faktiki qəbulu üçün zəruri olan iradəvi sahiblik və idarə elementi müəyyən edilmədiyindən, Cavabdeh1 vərəsə kimi mirasdan pay almaq hüququ yaranmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi kifayət qədər hüquqi əsaslandırma etmişdir və kollegiya həmin əsaslandırma ilə razılaşır.
58. Nəticə etibarı ilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verərək vərəsələrin paylarını əsaslı müəyyən etdiyindən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 göstərdiyi dəlillər qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas vermədiyindən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-2(078)-95/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov