Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-114/2021 29.06.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Abbasov Fərman Məmməd oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı vəkili və nümayəndəsi Vəkil1 vasitəsilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərə k 23 aprel 2015-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış Şahbuz rayon Şahbuzkənd kəndində yerləşən 0,1884 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 153,77 kv.m təşkil edən tikililərin, həmçinin torpağa mülkiyyət hüququna dair JN-277 saylı dövlət aktı ilə 0,19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş torpaq sahəsinin miras kimi faktiki olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən D.Y.Səfərov) 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək X1 miras qalmış Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən xüsusi mülkiyyətə verilmiş 0,1884 ha həyətyanı torpaq sahəsi və 153,77 kv.m fərdi yaşayış evi, o cümlədən torpağa mülkiyyət hüququna dair JN277 saylı dövlət aktı ilə 0,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın İddiaçı tərəfindən qəbulu faktının müəyyən edilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qardaşı İddiaçı 21 ildir ki, Bakı şəhərində yaşayır və orada müəllim işləyir. Qardaşı ümumiyyətlə qeyd edilən miras əmlakları qəbul etməmiş, yalnız qonaq kimi gəlib getmişdir. İddiaçı məhkəməyə ünvanl adığı iddia ərizəsində özü də miras qoyan, yəni atası öldüyü gündən sonra da yay aylarında kəndə gəldiyini və təsərrüfatla məşğul olduğunu qeyd etmişdir. Yəni dolayı yolla olsa da əslində özünün miras qoyanın ölümündən sonra yay aylarında gəlib-getdiyini qeyd etmişdir. Eyni zamanda onu da qeyd edir ki, ataları 23 aprel 2015-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0,1884 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 153,77 kv.m olan fərdi yaşayış evi, həmçinin torpağa mülkiyyət hüququna dair JN-277 saylı dövlət aktı ilə 0,19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras əmlak kimi qalmışdır. Əsl həqiqətdə qeyd edilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi atasının sağlığında onun tərəfindən tikilmiş və tikint iyə aid bütün maddi xərclər onun tərəfindən qarşılanmışdır. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməmişdir. Sonradan 22 dekabr 2020-ci il tarixdə iddiaçı özünün nümayəndəsi vasitəsilə həmin fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına qeydiyyata aldırmışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də həmin tarixdə fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əgər iddiaçı həqiqətən miras əmlakı qəbul etmişdirsə o zaman niyə miras qoyanın öldüyü gündən həmin əmlakı qəbul etməmiş və eyni zamanda fərdi yaşayış evini dövlət reyestrindən qeydiyyatdan keçirməmişdir? Bunun tək səbəbi odur ki, iddiaçı uzun müddətdir ki, Bakı şəhərində yaşayır və miras əmlakı qəbul etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə (qaz və işıq), həmçinin icra nümayəndəliyinin verdiyi arayışlara əsaslanaraq miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etmişdir. Mülki qanunvericiliyin tələbinə görə miras əmlakın qəbulu formal və qeyri-formal üsullarla həyata keçirilir. Miras əmlakın faktiki qəbul edilməsi o deməkdir ki, vərəsə miras qoyan öldüyü gündən miras qalmış əmlakı qəbul etməsinə dair aşkar hərəkətlər nümayiş etdirir və mirası qəbul etməsinə dair sahiblik hərəkətləri nümayiş etdirir. İddiaçı atası rəhmətə getdikdən sonra qanunla nəzərdə tutulmuş 6 ay müddətində miras əmlakı faktiki qəbul etməmiş və qəbul etməsinə dair hər hansı hərəkətlər etməmişdir. İddiaçı həmin vaxt Bakı şəhərində olmuşdur. Mərhum atası Bakı şəhərində vəfat etmiş, həmçinin orada dəfn olunmuşdur. Bakı şəhərində atasının yas mərasimində iştirak etmiş və sonradan kəndə gələrək atasına yas mərasimi təşkil edibdir. Sonradan isə həmin qanunla nəzərdə tutulmuş müddət ərzində miras əmlakı o qəbul edibdir. Həmin torpaq sahəsində müxtəlif işlər görmüş, əkin-biçinlə məşğul olmuş, eyni zamanda evə sahibliyi o, həyata keçirmişdir. Həmin fərdi yaşayış evinin açarı da hər zaman onda olmuş, bu gün də həmin fərdi yaşayış evinin açarı onda qalmaqda davam edir. Eyni zamanda onu bildirmək istəyir ki, mirası qəbul ilə bağlı və həmin faktiki qəbulun necə həyata keçirilə bilməsi ilə bağlı qanunvericilikdə bir sıra müddəalar və qərarlar mövcuddur. Belə ki, mirasın faktiki qəbulu üçün qanun aşkar və nümayişkaranə hərəkətlərin olmasını tələb edir. İddiaçı 21 ildir ki, Bakı şəhərində yaşayır, lakin kənd icra nümayəndəliyinin verdiyi arayışdan belə məlum olur ki, iddiaçı miras qoyan öldüyü gündən kənddə, yəni mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış və miras əmlakı o qəbul etmişdir. Bu tamamilə yalandan ibarətdir. Əlavə olaraq onu qeyd etmək istəyir ki, mülki qanunvericiliyin tələbinə görə miras əmlak miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusudur. Yəni buradan belə aydın olur ki, mərhum atası rəhmətə getdikdən sonra ondan yalnız kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin vaxtadək və ondan bir xeyli müddət sonra həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mərhumun adına qeydə alınmışdır. Həmçinin onu da bildirmək istəyir ki, üzrlü səbəbdən birinci instansiya məhkəməsində iclaslarda iştirak edə bilməyibdir. Xəstəliyi ilə əlaqədar olaraq o, Bakı şəhərinə getməli olub və buna görə də məhkəmə proseslərində iştirak edə bilməyibdir. Nəzəri baxımdan mümkün vərəsə və həqiqi vərəsə statusları müəyyən olunmuşdur. Belə ki, miras qoyan öldüyü gündən vərəsələrin hamısı mümkün vərəsə statusu almış olur və əgər miras əmlakın qəbuluna dair həm faktiki, həm də notarial olaraq qəbuluna dair hər hansı hərəkətlər edirlərsə o zaman həqiqi vərəsə statusu almış olur. O, atası rəhmətə getdikdən sonra miras əmlakı faktiki olaraq qəbul etmiş və həqiqi vərəsə statusu alıbdır. Həmçinin iddiaçı isə ümumiyyətlə miras əmlakı qəbul etməmişdir. Şahbuz Rayon Məhkəməsi səhv nəticəyə gəlmiş və belə bir qətnamə qəbul etmişdi r. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası MPM-nin 357.1, 372.1, 385, 387.1, 384, 386, 387-ci maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarına, Avropa Məhkəməsinin “Van de Hurk Niderlanda qarşı” 19 aprel 1994-cu il tarixli qərarına, V.Ozerovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli məhkəməyə müraciət hüququnun pozulmasına dair 15 aprel 2011-ci il tarixli qərarına istinad edilmişdir. İddiaçı tərəfindən a pellyasiya şikayətinə qarşı daxil olmuş etirazda atasının mirasını qəbul etdiyini və birinci instansiya məhkəməsinin qanuni qətnamə qəbul etdiyini göstərərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Şahbuz Rayon Məhkəməsinin müvafiq qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İddiaçı iştira kları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə baxışı iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, atasının 23 aprel 2015-ci ildə vəfat etdikdən sonra qardaşı Sahibin atasının adına olan evə yay aylarında gəldiyini, həmin evin işıq pulu və qaz pulunu özü istifadə etdiyi üçün ödədiyini, qardaşının qaynının və bacanağının onun ata həyətində Sahibin arılarını saxladıqlarını, Sahibin həyətdə gördüyü işləri bir kirayəçi qalmış olsaydı onun da edəcəyi fikrində olduğunu, lakin bu günə qədər mirası Sahibin deyil özünün qəbul etdiyini hesab etdiyini, bununla bağlı Şahbuz Rayon Məhkəməsində iddia qaldırmaq fikrində olduğunu bildirirək, apellyasiya şikayətinin təmin edilərək Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)23/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddiaçının etirazda göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək göstərdi ki, iddiaçı Bakı şəhərində yaşamağına baxmayaraq hər il atası X4 və ailəsi ilə birlikdə, atasının 2015-ci ildə vəfatından sonra isə ailəsi ilə birlikdə may-sentyabr ayları ərzində kəndlərinə gəlib oradakı arıçılıq təsərrüfatını idarə etmiş, orada olan yaşayış evlərinin lazımi təmir işlərini görmüş, qoruyub saxlamış, miras əmlaka sahib çıxmışdır. Cavabdeh1 söylədiyi kimi qonaq qismində deyil, evin, həyətyanı torpaq sahəsinin, təsərrüfatın, atasından qalmış miras əmlakın əsl sahibi kimi gəlib lazımi işlər görmüş, orada yaşamış, ata ocağının çırağını yandırmışdır. Buna qonşular, kənd əhli və dövlət, hökümət nümayəndələri şahiddirlər. Həmin torpaq sahəsi və yaşayış evi X5 məxsus olmuş, 1992-ci ildən həmin evdə iddiaçı atası, anası və ailəsi ilə birlikdə yaşayıblar. Atasının və anasının ahıl yaşları onun və ailəsinin yanında keçmiş, anası X8 1995-ci ildə, atası X6 isə 2015-ci ildə dünyalarını dəyişmişlər. Sağlıqları dövründə onların bütün ehtiyacları Sahib və ailəsi tərəfindən qarşılanmış, hər ikisinin dəfn, yas mərasimlərinin xərci şəxsən Sahib tərəfindən çəkilmişdir. Yaşayış evi Fərəməz Bağırov və bütün ailəsi tərəfindən zəhmətlə inşa edilmiş, həmin evin tikintisində Cavab deh1 maddi xərcləri az bir miqdarda olmuşdur ki, iddiaçı 1992-ci ildə həmin maddi xərc üçün qardaşı Cavabdeh1 10000 (on min) manat pul veribdir ki, hallalıq olsun. Az keçməmiş qardaşı bir daha gəlib ona deyib ki, “təsərrüfat binası tikirəm, ustaya verməyə pulum yoxdur” O da Qadirə deyib ki, “axı biz tamamilə hesablaşmışıq”, Qadir də deyib ki, “qardaş kimi deyirəm”. Ona görə də Sahib Qadirə 200 daş kubik göndərib və tikilən tövlənin usta pulunu da qarşılayıbdır. Eyni zamanda kənddə özü üçün inşa etdirdiyi yaşayış evinin tikintisində illərlə Sahib, qardaşı Cavabdeh3 və atası ilə birlikdə iştirak ediblər. Dəfələrlə Qadirin evinin inşasında Sahib və qardaşı fəhlə tutub işlətmiş və yaşayış evini hasilə gətirmişlər. Cavabdeh1 1992-ci ildən Şahbuzkəndinin yuxarı hissəsində yerləşən özünə məxsus e və köçmüş, mirası qəbul etməmişdir. 1992-ci ildən evin açarları Sahibdə olmuş, özü yay aylarında 5-6 ay orada yaşayıbdır və qalan zamanlarda orada olan arıçılıq təsərrüfatına nəzarət etmək məqsədilə evin açarları qaynı Həzrətquliyev Xəqanidə və ya bacanağı Məhəmməd İmamquliyevdə olubdur. 2020-ci ilin avqust ayında arı təsərrüfatı Batabatda olduğu zaman Cavabdeh1 gəlib evin qapısını və qıfılını qıraraq ora özü ilə gətirdiyi qıfılı və məftili salıb evə balkondan giriş qapısını bağlamışdır. İddiaçı həyətyanı sahəyə piyada və maşınla daxil olmaq üçün qapı düzəltdirib salmış, yaşayış evini suvatdırmış, evin dam örtüklərinin bir qismini yeniləmiş, evin arxasında -təsərrüfat binası olan tövlənin dam örtüyünü demək olar ki, yeniləmişdir. Onun arxa divarı boyu beton tökdürmüş, həmin binaya su axı nı üçün jolob düzəltdirib salmış, evin arxa hissəsindən ilin 3-4 ayı ərzində qol arxı keçdiyi üçün su yaşayış evinə zərər verməsin deyə 3 ədəd böyük diametrli truba salmış və sadalamadığı bir sıra işlər görmüşdür. Bir sözlə 30 ildir ki, həm atasının sağlığında, həm də onun vəfatından sonra həmin evin, təsərrüfat binalarının uçulub dağılmaması üçün bir sıra işlər görmüş və qoruyub saxlamışdır. Müvafiq sənədlər təqdim edərək atasının vəfatından sonra mirası qəbul etmək niyyətini ətrafdakılara bəyan etmiş, ata mülkünə sahib çıxmışdır. Atası dünyasını dəyişəndən sonra da orada yaşamağa davam edərək, elektrik, qaz və digər kommunal xərcləri Sahib tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Şahbuz Rayon Məhkəməsinin müvafiq qətnaməsini n dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya iş üzrə məruzəçinin məruzəsini, apellyasiya şikayətini təmin etməklə Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 nömrəli qətnaməsinin ləğv olunmaqla iddia tələbinin rədd edilməsinə dair Cavabdeh1, apellyasiya şikayətinin təmin edilməməklə Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatlarını dinləyib, apelyаsiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Kollegiya Cavabdeh1 apellyasiya şikayətinin iddiaçı, qardaşı İddiaçı 21 ildir ki, Bakı şəhərində yaşayıb orada müəllim işləməsi, qardaşının ümumiyyətlə qeyd edilən miras əmlakları qəbul etməməsi, yalnız qonaq kimi gəlib getməsi, iddia ərizəsində yəni atası öldüyü gündən sonra da yay aylarında kəndə gəldiyini və təsərrüfatla məşğul olduğunu qeyd etməsi, yəni dolayı yolla olsa da əslində özünün miras qoyanın ölümündən sonra yay aylarında gəlibgetdiyini qeyd etməsi, atalarının 23 aprel 2015-ci ildə vəfat etməsi, onun ölümündən sonra Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0,1884 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 153,77 kv.m olan fərdi yaşayış evi, həmçinin torpağa mülkiyyət hüququna dair JN-277 saylı dövlət aktı ilə 0,19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin miras əmlak kimi qalması, əsl həqiqətdə qeyd edilən torpaq sahəsinin üzərində yerləşən fə rdi yaşayış evinin atasının sağlığında onun tərəfindən tikilib, tikintiyə aid bütün maddi xərclərin onun tərəfindən qarşılanması, həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməməsi, sonradan 22 dekabr 2020-ci il tarixdə iddiaçının özünün nümayəndəsi vasitəsilə həmin fərdi yaşayış evini daşınmaz əmlakın dövlət reyestrində mərhum atasının adına qeydiyyata aldırması, həmçinin qeyd edilən torpaq sahəsinin də həmin tarixdə fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, əgər iddiaçı həqiqətən miras əmlakı qəbul etmişdirsə, o zaman niyə miras qoyanın öldüyü gündən həmin əmlakı qəbul etməməsi və eyni zamanda fərdi yaşayış evini dövlət reyestrində qeydiyyatdan keçirməməsi, bunun tək səbəbinin iddiaçının uzun müddətdir ki, Bakı şəhərində yaşaması və miras əmlakı qəbul etməməsinin olması, məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə (qaz və işıq), həmçinin icra nümayəndəliyinin verdiyi arayışlara əsaslanaraq miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etməsi, iddiaçının atası rəhmətə getdikdən sonra qanunla nəzərdə tutulmuş 6 ay müddətində miras əmlakı faktiki qəbul etməməsi və qəbul etməsinə dair hər hansı hərəkətlər etməməsi, iddiaçının 21 ildir ki, Bakı şəhərində yaşamasına baxmayaraq kənd icra nümayəndəliyinin verdiyi arayışa əsasən iddiaçının miras qoyan öldüyü gündən kənddə, yəni mübahisə predmeti olan fərdi yaşayış evində yaşaması və miras əmlakı qəbul etməsinin tamamilə yalan olması barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 18.08.2020-ci il tarixdə verilmiş 423143 nömrəli ölüm haqqında çıxarışdan məlum olur ki, X8 12.03.1995-ci ildə Şahbuz rayonu, Şahbuzkənd kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.03.1995-ci il tarixdə, 03 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 555512 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X4 23.04.2015-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.08.2015-ci il tarixdə, 06 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuzkənd kənd İƏD üzrə Nümayəndəlik tərəfindən verilmiş 20.08.2020-ci il tarixli, 14 nömrəli arayışdan məlu m olur ki, X2 vərəsələri aşağıdakılardır:
1. Cavabdeh1
2. Cavabdeh2
3. Cavabdeh3
4. İddiaçı İş materiallarına əlavə olunan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın təsdiq olunmuş surətindən aydın olur ki, Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0.1884 ha olan torpaq sahəsi və 153.77 kv.m fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 22/3 nömrəli reyestr kitabının 571 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********2410301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 22.12.2020). İş materiallarına əlavə olunan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, Şahbuz rayon Aqrar İslahat Komissiyasının 26.09.1997ci il tarixli, 39 nömrəli qərarı ilə Şahbuz rayonu, Şahbuzkənd kəndində yerləşən 0,19 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi ilə bağlı dövlət aktı qeydiyyatı kitabında 227 nömrə ilə qeydiyyata alınmaqla torpağa mülkiyyət hüququna dair JN-227 nömrə ilə qeyd edilərək, 10500048 kodu dövlət aktı tərtib edilərək təqdim edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Dövlət Notariat Ofisinin 22.09.2020-ci il tarixli, 42 nömrəli məktubuna əsasən, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasına görə notariat qaydasında imtina edilmiş və mübahisənin həll o lunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin Naxçıvan şəhər Hüquq Məsləhətxanasının 27.01.2021-ci il tarixli, 2/142 nömrəli məktubuna cavab olaraq ünvanladığı 03 fevral 2021-ci il tarixli 09 nömrəli məktubu ilə müəyyən olunur ki, mərhum X3 Şahbuz rayon Aqrar islahat komissiyasının 26.09.1997-ci il tarixli, 39 nömrəli qərarı ilə JN-227 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında 0,19 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi adına qeydiyyata alınmışdır. Mülki işin materiallarından aydın olur ki, X4 2015-ci il tarixdə vəfat etdikdən sonra oğlu İddiaçı miras qalmış həyətyanı torpaq və həmin torpaq sahəsinin üzərində yerləşən yaşayış evi, eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla birinci növbə vərəsə kimi X1 qalmış mirasa yiyələnməklə həmin mirası qəbul etmişdir. Belə ki, mülki işə əlavə edilmiş Şahbuz Rayon Elektrik Şəbəkəsinin və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin arayışlarından görünür ki, Şahbuz rayonu, Şahbuzkənd kənd sakini İddiaçı atası X2 vəfatından sonra onun evində elektrik enerjisi və istehlak etdiyi təbii qazın sərfinə görə ödənişləri etmişdir, eyni zamanda Şahbuz Rayon İcra Hakimiyyətinin Şahbuzkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli, 13 nömrəli arayışdan X2 vəfatından sonra onun fərdi yaşayış evində İddiaçı yaşaması və sonuncunun təsərrü fatını qoruyub idarə etməsi müəyyən olunur. Həmçinin kollegiyadakı izahatında Cavabdeh1 iddiaçının miras əmlakın kommunal xərcləri ödəməsini, orada yaşayıb təsərrüfatı idarə etməsini təsdiq edir. Aydın olur ki, İddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə həmin mirası qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi bar ədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasında not ariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən: Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Kollegiya apelyasiya şikayətinin cavabdehin qanunla nəzərdə tutulmuş müddət ərzində miras əmlakı özün ün qəbul etməsi, həmin torpaq sahəsində müxtəlif işlər görməsi, əkinbiçinlə məşğul olması, eyni zamanda evə sahibliyi həyata keçirməsi, yaşayış evinin açarının da hər zaman onda olması, bu gün də həmin fərdi yaşayış evinin açarının onda qalmaqda davam etməsi, atası rəhmətə getdikdən sonra miras əmlakı faktiki olaraq qəbul etməsi və həqiqi vərəsə statusu alması barədə dəlilləri ilə əlaqədar olaraq qeyd edir ki, cavabdehin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ var. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd olunur ki, məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək d eyildir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bütün bunlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və belə hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyil. Belə ki, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmış və onlardan istifadə etmiş, haqlı olaraq iddianın əsassız olması nəticəsinə gəlmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməməli, Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin prosessual normanın məzmunundan da göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402,403.1, 404.1.1, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin edilməsin. Şahbuz Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(090)-23/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.