Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-115/2025 29.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğvi, işə (direktor vəzifəsinə) bərpa və əmək haqqının hesablanmaqla ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı “əmrlərin ləğvi, işə (direktor və zifəsinə) bərpa və əmək haqqının hesablanmaqla ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı İddiaçı 31 avqust 2021ci ildən Babək rayonu Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. 21 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyi və Cavabdeh1 tərəfindən məktəbdə monitorinq aparılmış və pozuntularla bağlı akt tərtib edilmişdir. 22 oktyabr 2024-cü il tarixdə Naxçıvan MR Təhsil Nazirliyi Monitorinq Komissiyasının sədri tərəfindən Babək Rayon Təhsil X4 Komitəsinə təqdimat göndərilmiş, həmin tarixdə də komitənin iclası keçirilmiş və İddiaçı Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasının məqsədəuyğun hesab edilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra Naxçıvan MR Təhsil Nazirliyinin 23 oktyabr 2024cü il tarixli 254 saylı əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, Cavabdeh1 də həmin tarixdə 153 saylı əmrlə nazirliyin əmrinə əsasən müvafiq əmr vermişdir. İddiaçı üzvü olduğu Babək Rayon Təhsil X4 Komitəsinin iclasına çağırılmasına dair telefonoqram tərtib edilsə də İddiaçı həmkarların iclası barədə ona məlumat verilmədiyini, telefon zənginin isə işdən çıxmaqla bağlı ərizə yazmaqla bağlı olduğunu qeyd edir. Həmçinin aşkar oluna n pozuntuların qeyd olunan maddə ilə işdən azad olunmasına əsas olmadığını və əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmadığını iddia edir. İİ. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 23 oktyabr 2024-cü il tarixli, 254 saylı əmrinin əsassız olduğundan ləğv edilməsi, Cavabdeh1 həmin əmr əsasında verdiyi 23 oktyabr 2024-cü il tarixli, 153 saylı əmrinin əsassız olduğundan ləğv edilməsi, onun Babək rayonu Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, direktor vəzifəsindən azad olunduğu gündən - 23 oktyabr 2024-cü il tarixdən h esablanmaqla hər ay üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat olmaqla 3 aylıq ümumilikdə 2637 (iki min altı yüz otuz yeddi) manat pulun (ödənilməyən əmək haqqının) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 ildən artıqdır ki, müəllim kimi çalışmış, vicdanla fəaliyyət göstərmiş, şagirdlərin təlim-tərbiyəsinə ciddi töhfə vermişdir. Bu fəaliyyətinə görə 5 may 2021-ci ildən Babək rayon Yarımca kənd tam orta məktəbinin direktor vəzifəsini icra etmiş, 31 avqust 2021-ci il tarixindən isə rəsmi olaraq direktor təyin olunmuşdur. Direktor kimi fəaliyyət göstərdiyi müddətdə məktəb yüksək nəticələr göstərmiş, 500–600 bal aralığında universitetə qəbul göstəricilərinə nail olunmuşdur. İddiaçının vəzifə borcunu məsuliyyətlə icra etməsinə baxmayaraq, onunla şəxsi münasibətlər zəminində ziddiyyət yaranmış, əsassız şəkildə ərizə yazaraq işdən çıxması tələb olunmuş, əks halda müvafiq maddə ilə işdən azad olunacağı bildirilmişdir. 20242025-ci tədris ili başlanarkən məktəbə yoxlama gəlmiş, ciddi nöqsanlar aşkar olunmasa da, sonradan formal bir akt tərtib olunmuş və bu akt əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının fikrincə, aktda göstərilən "nöqsanlar" formaldır və 30 ildən çox stajı olan bir müəllimin işdən azad olunmasına əsas ola bilməz. Əmr əsassız verilmiş, vəzifə təlimatı və etik davranış qaydaları pozulmamış, həmçinin həmkarlar ittifaqının razılığı formal şəkildə alınmış və iddiaçı iclasa çağırılmadan, yalandan guya zəng edildiyi və iştirakdan imti na etdiyi sənədləşdirilmişdir. Bu sənədlərin birtərəfli tərtib olunduğu və sübut kimi dəyər daşımadığı bildirilir. İddiaçı bu səbəbdən mediasiya təşkilatına müraciət etmiş, lakin nəticə əldə olunmadığı üçün məhkəməyə üz tutmağa məcbur qalmışdır. Əmr və işdən azad olunma hüquqi əsasdan məhrum sayılır və ləğvi tələb olunur.
4. Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia təmin edilmiş, İddiaçı işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 254 saylı əmri əsassız olduğundan ləğv edilmiş, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin həmin əmri əsasında verilmiş Cavabdeh1 23 oktyabr 2024-cü il tarixli, 153 saylı əmri ləğv edilmiş, İddiaçı Babək Rayon Yarımca k ənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunmuş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndi, 10, 74-cü maddəsinin 2-ci hissəsi, 80.1, 80.2, 186-cı maddəsinin 2-ci bəndi, 187.1, 300-cü maddəsinin 1-ci hissəsi, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələri, Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikası Qanununun 1 və 11-ci maddələri ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Həsənov X2 Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı 31 avqust 2021-ci il tarixdə Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktoru təyin olunmuş, lakin 2024-cü ilin oktyabrında Təhsil Nazirliyinin əmri ilə aparılan monitorinq zamanı ciddi nöqsanlara yol verdiyi müəyyən edilmişdir. Monitorinq nəticələrinə əsasən sənədləşmə işləri qanunvericiliyin tələblərinə uyğun aparılmamış, attestatların qanunsuz olaraq direktorun əri tərəfindən paylanması, qaimələrin itməsi və sonra direktorun əri tərəfindən gətirilməsi, yeni il şənliyində valideynlərin narazılığı, idarəetmədə ümumi nizamsızlıq və nəzarətsizlik halları aşkarlanmışdır. Bütün bu hallar 24 bəndlik aktla rəsmiləşdirilmiş, şahid ifadələri və izahatlarla təsdiqlənmiş və iddiaçıya əmək funksiyalarını yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehi tətbiq olunaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı müəllim kimi saxlanılmışdır. Əlavə olaraq həmkarlar ittifaqı komitəsinin razılığı Monitorinq Komissiyasının təqdimatı əsasında alınmış, Əmək Müfəttişliyinə əvvəlcə şikayət edən iddiaçı sonradan ərizəsinə baxılmamasını tələb etməklə, obyektiv araşdırmanın qarşısını almağa çalışmışdır. Cavabdeh bildirir ki, birinci instansiya məhkəməsi yalnız səlahiyyəti olmayan həmkarlar ittifaqının razılığı məsələsinə əsaslanaraq iddianı təmin etmiş, lakin əsa s pozuntuları əks etdirən sübutlara və ifadələrə hüquqi qiymət verməmiş, işə birtərəfli baxmış və Əmək Məcəlləsinin 11 və 70-ci maddələrinin tətbiqini düzgün aparmamışdır. Bu isə işəgötürənin əmək müqaviləsini qanuni əsaslarla ləğv etmək hüququnun əsassız şəkildə məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh həmin səbəblərlə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçının vəkili və nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinə yazılı etiraz edərək göstərmişdir ki, işdən çıxarılma zamanı həmkarlar ittifaqının razılığı qanunsuz şəkildə Cavabdeh1 Həmkarlar Komitəsindən alınmışdır. Halbuki direktorların işəgötürəni Naxçıvan MR Təhsil Nazirliyi hesab olunur və təqdimat müv afiq nazirliyə aid həmkarlar təşkilatına təqdim edilməli idi. İddiaçı həmkarlar təşkilatının iclas barədə rəsmi qaydada məlumatlandırılmayıb, bu da prosessual qayda pozuntusudur. Cavabdeh tərəfindən irəli sürülən əmək funksiyasının pozulması ilə bağlı iddialar real nəticələrlə əsaslandırılmayıb. Monitorinq aktında göstərilən pozuntular aradan qaldırılması mümkün və digər intizam tədbirləri ilə həll oluna biləcək xırda pozuntulardır və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsas vermir. İddiaçının fəaliyyətindən məktəbə və ya kollektivə ziyan dəydiyi sübut olunmayıb. Əksinə, məktəb yüksək intizamı və qəbul nəticələri ilə seçilmiş, hətta Azərbaycan Respublikasının təhsil naziri məktəbi şəxsən ziyarət etmişdir. Cavabdehin “iddiaçının Əmək Müfəttişliyinə müraciətini geri götürməsi, poz untuların araşdırılmasının qarşısını almağa yönəlmiş addımdır” fikir hüquqi əsasdan uzaqdır. İddiaçı bu müraciətini iş artıq məhkəməyə verildiyi üçün geri götürmüş, məhkəmə müdafiəsindən istifadə etmişdir. Əmək Müfəttişliyi əmək mübahisəsini həll edən orqan deyil, bu, AR Konstitusiya Məhkəməsinin plenum qərarı ilə də təsdiqlənmişdir. Apellyasiya şikayəti əsaslı sübutlara deyil, formal hüquq normalarının sadalanmasına əsaslanır, iddialar dəlillərlə dəstəklənmir. Birinci instansiya məhkəməsi işi tam, obyektiv və ədalətli araşdırmışdır, həmçinin Cavabdeh1 bu qərarla razılaşaraq apellyasiya şikayəti verməmişdir. Nəticə olaraq, etirazda apellyasiya şikayətinin təmin olunmaması, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmu şdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2024-2025-ci tədris ilinin əvvəlindən (17 sentyabr) işdən çıxarılana qədər məktəbə 5 dəfə yoxlama gəlmiş, lakin heç bir ciddi nöqsan aşkarlanmamış, hətta ona təşəkkür edilmişdir. İşdən çıxarılacağı barədə heç bir xəbərdarlıq almamışdır. Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov bir gün gözlənilmədən ondan ərizə yazmağı tələb etmişdir. Direktor işlədiyi 3 il 6 ay ərzində heç kim onun fəaliyyətindən narazılıq bildirməmiş, əksinə müəllimlər və rəhbərlik tərəfindən nizam-intizamlı və nəticəverici rəhbər kimi tanınıb. Problemlərin başlanğıcı dərs müdiri, hazırkı direktor vəzifələrini icra edən Quliyeva Sədaqət ilə yaranmış mübahisə ilə bağlı olmuşdur. Bu mübahisə məktəbdə 7-ci dərslərin keçirilməməsi və zənglərin vaxtsız vurulması ilə əlaqədar olmuşdur. Sədaqət müəlliməyə əvvəlcə xəbərdarlıq vermiş, lakin o bu vəziyyəti qardaşına – YAP-ın yerli rəhbərinə çatdırmış və bundan sonra təzyiqlər başlamışdır. Təhsil Şöbəsi tərəfindən yoxlamalar aparılmış, 24 bəndlik akt tərtib olunmuş, izahatlar verilib imtina etmədən akt imzalanmış, lakin izahatlar aktda nəzərə alınmamışdır. Həmkarlar komitəsinin iclası barədə ona heç bir bildiriş verilməmiş, nə zəng olunmuş, nə də yazılı dəvət göndərilmişdir. Sonradan iclasın 15:00-da keçirildiyini öyrənmiş, amma o yalnız saat 15:33-də Vahid müəllim tərəfindən şöbəyə çağırılmışdır. Vahid müəllim ona ərizə yazmağı məsləhət görüb, lakin o ərizə verməkdən imtina etmişdir. İclasda iştirak etmədiyini, qərarın birtərəfli qəbul edildiyini, heç bir ciddi pozuntuya yol vermədiyini, vəzifə öhdəliklərini vicdanla və qanunvericiliyə uyğun yerinə yetirdiyini qeyd etmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu və şəxsi zəmində həyata keçirildiyini bildirərək, bu halların nəzərə alınmasını xahiş etmişdir.
10. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək apellyasiya şikayətini qəbul etmədiyini, bununla bağlı əvvəlki etirazında irəli sürdüyü fikirləri müdafiə etdiyini bildirmişdir. O, Naxçıvan Şəhər Məhkəməsində işə baxılarkən artıq həmkarlar komitəsinin rəyinin düzgün verilmədiyini məhkəməyə çatdırdıqlarını, işəgötürənin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olduğu halda, Cavabdeh1 Həmkarlar Komitəsinin razılıq verdiyini, bunun isə qanuna zidd olduğunu bəyan etmişdir. Vəki l qeyd etmişdir ki, iddiaçı Təhsil Nazirliyi tərəfindən işə götürüldüyünə görə, yalnız Təhsil Nazirliyinin həmkarlar komitəsi tərəfindən rəy verilməsi hüquqi baxımdan mümkün idi. Lakin bu edilməmiş, həmkarlar komitəsinin iclası barədə də iddiaçıya heç bir məlumat verilməmişdir. O, həmçinin bildirmişdir ki, bütün prosesin cəmi 3-4 gün ərzində formal şəkildə həyata keçirildiyi, 24 bəndlik aktın tələsik tərtib olunduğu, aktdakı bəndlərin isə əsasən şagirdlərin kitabxanadan istifadə etməməsi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilməyə əsas ola bilməyəcək əhəmiyyətsiz hallar olduğunu vurğulamışdır. Vəkil qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət vermiş, bütün pozuntuları qiymətləndirərək ədalətli və əsaslı qətnamə çıxarmışdır. N əticə olaraq, o, apellyasiya şikayətinin təmin olunmamasını, Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
11. Cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Cavabdeh1 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə
35. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarın dan az olmayan haqq almaq hüququ vardır. b) Azərbaycan Respublikasının Əmək Məcəlləsi
13. Maddə 70. (Ç bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər.
14. Maddə 72. (Ə bəndi). Əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
15. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və y a səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
16. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
17. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, o nda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
18. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
19. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
20. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, ayl ıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
21. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
22. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məc buri iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaq ədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyas ı məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Həsənov X2 Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(078)-177/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülmüş dəlilləri və işin faktiki hallarını nəzərə alaraq bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasən əmək qanunvericiliyinin tələblərinə uyğun çıxarılmışdır. Bununla belə, kollegiya aşağıdakı məqamları xüsusi vurğulayır:
30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işəgötürən Naxçıvan MR Təhsil Nazirliyi əmək müqaviləsinə xitam verərkən səhvən Babək Rayon Təhsil X1 Komitəsinin razılığını almış, nazirlik səviyyəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığı isə təqdim olunmamışdır. Lakin kollegiya bildirir ki, Azərbaycan Respu blikası qanunvericiliyinə əsasən həmkarlar ittifaqına üzvlük könüllü xarakter daşıyır və işçi konkret olaraq Babək Rayon Təhsil X1nın üzvüdürsə, bu halda məhz həmin həmkarlar ittifaqının razılığı əsas götürülməlidir. Bu baxımdan, cavabdeh orqandan işçinin üzvü olmadığı nazirlik səviyyəli həmkarlar ittifaqından rəy alınmasının tələb olunması hüquqi baxımdan əsaslı sayılmır.
31. Bununla belə, prosedur baxımından bir sıra digər ciddi pozuntuların mövcudluğu kollegiyanın qətnamənin qüvvədə saxlanılması mövqeyini əsaslandırır. Belə ki, təqdimat işəgötürən - Naxçıvan MR Təhsil naziri tərəfindən deyil, Monitorinq Komissiyasının sədri tərəfindən verilmişdir ki, bu şəxs təqdimat vermək səlahiyyətinə malik deyildir. Bundan başqa iddiaçıya həmkarlar komitəsinin iclası barədə rəsmi bildirişin verilm əsi təkzibedilməz qaydada sübut olunmamışdır. Bu səbəbdən iddiaçının iştirakı olmadan keçirilən həmkarlar iclası və onun nəticələri hüquqi cəhətdən etibarsızdır. Həmçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən verilmiş əmr əsaslandırılmamışdır. Belə ki, əmək funksiyasının pozulmasının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hallardan birinə uyğun olubolmadığına dair heç bir əsaslandırma aparılmamışdır. Ümumiyyətlə, iş materiallarından niyə ən ağır intizam tənbehi - əmək müqaviləsinə xitam - tətbiq olunduğu aydın olmur və daha yüngül tənbehlərin (məsələn, xəbərdarlıq, töhmət və.s) tətbiqinə dair imkanlar qiymətləndirilməmişdir. Hər bir halda, kollegiya prosedur pozuntularını əsas götürərək, birinci instansiya məhkəməsinin qətnaməsini q anuni və əsaslı hesab edir və onun dəyişdirilmədən qüvvədə saxlanılmasını zəruri sayır.
32. Kollegiya xüsusilə vurğulayır ki, yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 300-cü maddəsində 80-ci maddə ayrıca sadalanmasa da, onun tətbiqi zərurəti inkar olunmur. Belə ki, 80.1-ci maddə əslində 70-ci maddənin “b” və “ç” bəndləri ilə xitamın hüquqi əsasına şərti prosedur elementi kimi daxildir. İşəgötürən həmin razılığı qanunvericiliyə uyğun almadan xitam verdikdə, bu həm hüquqi əsasın, həm də prosedurun pozulması deməkdir.
33. Məhkəmə təcrübəsində 300-cü maddənin “əsasların pozulması” ifadəsi geniş şərh olunur. Belə ki, 70-ci maddənin tətbiqi üçün tələb olunan formada razılıq şərtinin yerinə yetirilməməsi artıq həmin “əsasın pozulması” kimi qiymətləndirilir. Nəticədə, 80-ci maddənin pozulması da 300 -cü maddənin tətbiqi üçün yetərli əsas sayılır. Bu baxımdan, qanunvericilikdə ayrıca "80-ci maddəyə əməl edilmədikdə bərpa olunur" kimi bir normativ cümlənin olmaması hüquqi nəticəyə təsir göstərmir. 70 və 80-ci maddələr birlikdə oxunduqda 300-cü maddənin avtomatik tətbiqi ilə işçinin bərpası labüddür və bu, məhkəmə üçün şərtsiz əsasdır.
34. Apellyasiya şikayətində cavabdeh tərəfindən təqdim olunan əsas arqument direktorun “kobud pozuntulara” yol verməsi və monitorinq aktının nəticələri - yalnız prosedur qaydalara tam riayət edildiyi və əmr əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırıldığı halda hüquqi nəticə doğura bilərdi.
35. Beynəlxalq təcrübə də bu yanaşmanı dəstəkləyir. Məsələn, Almaniya və ABŞ hüququnda da işçinin işdən çıxarılmasında prosedur pozuntusu mövcuddursa, bu hal ya işə bərpa ilə nəticələnir, ya da çıxarılma “etibarsız” hesab olunur. Bu isə əmək münasibətlərində işəgötürən və işçi arasında balansı təmin edən mühüm hüquqi yanaşmadır.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli 2(078)-177/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov