Məhkəmə qərarları › İş №2(108)-116/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-116/2025

23.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-116/2025 23.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: ümumi paylı mülkiyyətin kirayəsindən əldə edilmiş pul vəsaitinin paya uyğun ödənilməsi tələbi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Rəhimova Aybəniz Məhəmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(078)-23/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi: İ. İşin halları

1. İddiaçı və Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Məhkəmə qətnaməsi ilə onların iki mənzilə - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzilin və ünvan 3da yerləşən ümumi sahəsi 61.19 kv.m olan 2 otaqlı mənzilə ½ payı müəyyən olunmuşdur.

2. İddiaçı bu mənzillərin ½ hissəsinin ona aid olduğunu əsas gətirərək, 2020-ci ildən etibarən evdən qovulduğunu və Cavabdeh həmin mənzilləri qanunsuz şəkildə kirayə verərək əldə etdiyi gəlirdən ona pay vermədiyini iddia edir. Cavabdeh yalnız 2024-cü ilin mart-aprel aylarında hər iki mənzili kirayə verdiyini etiraf edir.

3. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 09 dekabr 2024-cü il tarixdə məhkəməyə göndərilmiş məktuba əsasən mə nzillərə dair icarə müqavilələri təqdim edilmədiyindən məhkəmə-mühasibatlıq ekspertizası aparılmamışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin məktubuna əsasən Ə.Əliyev küçəsindəki mənzil üzrə aylıq kirayə haqqı 500-800 manat aralığında, Çənlibel məhəlləsindəki mənzil üzrə aylıq kirayə haqqı isə 300-500 manat aralığında olmuşdur. Dövlət Vergi Xidmətinin araşdırması nəticəsində müəyyən olunub ki, mənzillər icarə müqaviləsi olmadan kirayə verilib və Cavabdeh vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Buna görə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. İİ. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, xx.x x.2021-ci il tarixindən hesablanmaqla, 3 il ərzində, yəni xx.xx.2024-cü il tarixədək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzilin və ünvan 3da yerləşən ümumi sahəsi 61.19 kv.m olan 2 otaqlı mənzilin Cavabdeh tərəfindən kirayə verilməsi nəticəsində əldə edilmiş gəlirin 1/2 hissəsinin, yəni 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində pulun, mediasiya üçün ödənilmiş 50 (əlli) manat rüsumun və iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixində İddiaçı qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-12/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bundan sonra, İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan 3 otaqlı mənzilin, ünvan 3da yerləşən ümumi sahəsi 61.19 kv.m otaqlı mənzilin, Şahbuz rayonu, Nursu kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin və **-BE-*** dövlət qeydiyyat nişanlı “Hyundai İx 35” markalı avtomobilin birgə nikah dövründə qazanılmış hesab edilməklə, Nəsirova (Qəribova) Şəlalə Fəxrəddin qızının həmin əmlakların 1/2 hissəsinə payı müəyyən edilmişdir. Daha sonra, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründ ə qazanılmış əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hal-hazırda həmin mülki iş Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülnar Səfərəliyevanın icraatındadır. Göründüyü kimi, İddiaçı qüvvədə olan məhkəmə qərarları ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1 ünvanında və ünvan 3da yerləşən mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, 2020-ci ilin əvvələrindən Cavabdeh tərəfindən evdən qovulmuş, o, bu illər ərzində Bakı şəhərində kirayə mənzillərdə yaşamağa və kirayə ödəməyə məcbur olmuş, Cavabdeh isə həmin mənzilləri bu illər ərzində qanunsuz şəkildə kirayə verməklə gəlir əldə etmiş, həmin gəlirdən İddiaçı hər hansı ödəniş etməmişdir. Halbuki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin aylıq kirayə haqqı 600 manatdan, ünvan 3da yerləşən 2 ot aqlı mənzilin aylıq kirayə haqqı isə 500 manatdan başlayır. Məhkəmənin nikahın pozulması barədə qətnamə qəbul etdiyi vaxtdan hesablandıqda, 3 il ərzində Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzili kirayə verməklə 21600 manat (36 ay x 600), ünvan 3da yerləşən 2 otaqlı mənzili kirayə verməklə isə 18000 manat (36 ay x 500) gəlir əldə etmişdir ki, həmin gəlirin yarısı, yəni 19800 manatı İddiaçı verilməli olduğu halda, qanunsuz şəkildə mənimsənilməklə verilməmişdir. Cavabdeh qeyd edilən mənzilləri kirayə verməsi ilə bağlı müxtəlif dövrlərdə olan elanların linklərini və fotoşəkillərini hazırkı iddia ərizəsinə əlavə etmişdir. Həmçinin, İddiaçı müraciəti əsasında, AR Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırma aparılmış və qeyd edi lən mənzillərin icarə müqaviləsi bağlanmadan Cavabdeh tərəfindən ayrı-ayrı vətəndaşlara kirayə verildiyi aşkar olunmuş, Cavabdeh vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmuş, yaranmış vergi borcunun büdcəyə ödənilməsi təmin edilmiş və bu barədə İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. AR Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həmin araşdırması və araşdırmanın nəticəsi hazırkı iddia tələbinin haqlılığını bir daha təsdiq etmiş, cavabdeh 1/2 hissəsi iddiaçıya məxsus mənzili bütövlükdə kirayə müqaviləsi bağlamadan kirayə verməklə həm vergi qanunverciliyinin tələblərini pozmuş, həm də iddiaçını ona çatası haqqlardan məhrum etmişdir.

6. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(0 78)-23/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.36 kv.m olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 600 manat məbləğin yarısı, yəni 300 manat və ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.19 kv.m olan mənzilin Cavabdeh tərəfindən 2024-cü ilin mart-aprel ayında kirayəyə verilməsinə görə kirayə haqqı olan 1000 manat məbləğin yarısı, yəni 500 manat olmaqla, ümumilikdə 800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilmiş, iddia qalan hissədə əsassız olduğundan rədd edilmiş, dövlət rüsumu və məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq bölüşdürülmüşdür.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublik ası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2, 215.1, 215.2, 215.4, 215.5, 216-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarı ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı Nəsirova X1 Şəhər Məhkəməsinin e-2(078)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı apel lyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hər hansı sübut təqdim etmədiyini bildirsə də, onun tərəfindən qeyd edilən mənzillərin kirayə verilməsi barədə elanlar məhkəməyə təqdim edilmiş, həmin elanlarla bağlı məhkəmə iclasında yalan ifadə verən Şahid2 ifadəsində özünün makler olduğunu, sosial şəbəkələrdə ev elanlarını paylaşdığını, işlətdiyi instagram hesabının adının “naxcivan_ev_alqi_satqi_kiraye” olduğunu, Pərviz müəllimin evlərin şəkillərini göndərdiyini, özünün də sosial şəbəkədə paylaşdığını, təxminən 2022-2023-cü illərdə olduğunu, sonra müştəri tapdığını, Pərviz müəllimə zəng vurduğunu, onun da evi kirayəyə vermək istəmədiyini dediyini, səbəbini bilmədiyini, ev sahibi evi kirayəyə vermək istəmədikdə və ya ev kirayəyə verildikdə müştərilər narahat etməsin deyə sosial şəb əkədə paylaşdığı şəklin altına “kirayə verildi” ifadəsi yazdıqlarını, Pərviz müəllimə məxsus heç bir evin özünün vasitəsilə kirayəyə verilmədiyini bildirmiş, Naxçıvan şəhərində mövcud əmlak bazarının mənzillərin 1 və yaxud 2 il müştərisiz qalmasını tamamilə istisna edir, Naxçıvandan didərgin salındığı üçün həmin mənzillərin olduğu yerdə yaşayan qonşulardan akt tərtib edə bilməmiş, məhkəmə araşdırmamışdır ki, əgər maklerə deyilmişdisə ki, ev kirayə verilmir onda, nə üçün elanı səhifədən bütövlükdə silmək yerinə mənzillərin kirayə verildiyi qeyd olunmuş, həmçinin cavabdeh məhkəmədə verdiyi izahatında ünvan 5 ünvandakı evin 2021-ci ildən bu yana qonşuya su getdiyinə görə 3 dəfə hamam tualet koridorunun söküldüyünü, təmir olunduğunu və təmir üçün kifayət qədər vəsaitin sərf olunduğunu göstərmi ş, eynilə də Cahan Gənclər Şəhərciyindəki evdə də hamam otağının tavanı ilə birlikdə uçub tökülmüş və təmiri uzun zaman almış, lakin o hələ ki həmin təmir xərcləri ilə bağlı və mənzillərə ödədiyi kommunal xərclərlə bağlı məhkəməyə müraciət etməmiş, övladlarına görə əmlak mübahisəsi üzrə qarşılıqlı razılıq əsasında bu işə son qoyulmasını qarşı tərəfdən gözləmiş, əgər mənzillərdə yaşayış olmamışdısa, mənzillərin su təchizat boruları niyə açıq qoyulmuş və sayğacdan bağlanmamış və yaşanılmayan mənzillərə görə nə üçün kommunal xərclər çəkilmişdir? ümumiyyətlə, məhkəmə qeyd edilən illərdə kommunal ödənişlərin (su, qaz, işıq) olub-olmaması barədə müvafiq idarələrə sorğu verməklə həqiqəti müəyyən edə biləcəyi halda, bunu etməmiş, sadəcə cavabdehin izahatları, yalançı şahid ifadələri əsasında qətna mə qəbul etməklə onun hüquqlarını pozmuş, işə baxan məhkəmə qeyd edilən mənzillərin kirayə qiymətləri barədə məlumatları əldə etsə də, həmin mənzillərə dair tələb olunan illərdə kommunal xidmətlərdən istifadə olunub-olunmaması barədə müvafiq idarələrə sorğular göndərilməmiş, əgər cavabdehin izahatında bildirdiyi kimi qeyd edilən illərdə mənzillər kirayə verilməmişdisə, yaşayış olmayan mənzillərə hansı kommunal xərclərin nə səbəblə çəkilməsi araşdırılmamış, halbuki, qeyd edilən mənzillər tələb olunan illərdə kirayə verilməmişdisə hər hansı kommunal ödənişdən də söhbət gedə bilməz, işə baxan məhkəmə qeyd edilən mənzillərin kirayə qiymətləri barədə məlumatları əldə etsə də, həmin mənzillərə dair tələb olunan illərdə kommunal xidmətlərdən istifadə olunub-olunmaması barədə müvafiq idarələrə sor ğular göndərilməmiş, əgər cavabdehin izahatında bildirdiyi kimi qeyd edilən illərdə mənzillər kirayə verilməmişdisə, yaşayış olmayan mənzillərə hansı kommunal xərclərin nə səbəblə çəkilməsi araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək İddiaçı hazırda Naxçıvan MR Ali Məhkəməsində olduğu kimi Naxçıvan Şəhər Məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etmədiyini, onun tərəfindən birinci instansiya məhkəməsində əmtəəşünaslıq ekspertizasının keçirilməsindən başqa hər hansı bir vəsatətin verilmədiyini, iddiaçının hər hansısa bir dəlili, sübutu var idisə birinci instansiya məhkəməsinə təqdim edə biləcəyini, sadəcə olaraq onun belə bir tələbinin və dəlil-sübutunun olmadığını, tərəfindən məhkəməyə bütün sübutların təqdim olunduğunu, iddiaçının əgər belə bir dəlili və sübutu vardırsa birinci instansiya məhkəməsində niyə təqdim etmədiyini, orada dəlilsübutlarını məhkəməyə təqdim etməmişdirsə elə bir dəlil-sübutunu apellyasiya məhkəməsinə təqdim etməsinin qanunun tələblərinə zidd və yolverilməz olduğunu, apellyasiya şikayətində mənzildə yaşayışın olduğu, əgər yaşayış olmasaydı kommunallardan da istifadə olunmamasının göstərildiyini, hər il evdə hamam-tualet və mətbəxt işlərində təmir işləri aparıldığını, digər vaxtlarda isə özünün və valideyinlərinin mənzillərdə yaşadığını, kommunallardan istifadə olunduğuna görə də təbii ki, ödənişlərin də olunduğunu, lakin bunun mənzillərin kirayə verilməsi demək olmadığını, bütün bunlara görə də vəsatətin rədd olunaraq apellyasiya şikayətinin ləğv olunmasını və Naxç ıvan Şəhər Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən öz qüvvəsində saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının aliment borclarından yayınmaq və övladlarına maddi və mənəvi ziyan vermək üçün bu cür əsassız iddia qaldırdığını, 2024-cü ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərardadı çıxdıqdan sonra məhkəmə qərarına əsasən 2021-ci ilin noyabr ayından hər iki mənzilin ½ hissəsinin sahibi olduğunu, mənzillərdə pay sahibi olduğuna görə məhkəmə tərəfindən istifadə hüququnun məhdudlaşdırılması və ya ləğv olunması barədə hər hansı məhkəmə qərarının da olmadığını, ötən illərdə hər iki mənzillərdə onun tərəfindən təmir işlərinin aparıldığını, bunu birinci instansiya məhkəməsində şahidlə rin öz ifadələrində bildirdiyini, ötən illərdə mənzillərin özü və valideynləri tərəfindən istifadə olunduğunu, ötən illərdə iddiaçının vəkilinin müvafiq icra hakimiyyətinə verdiyi sorğu əsasında yoxlanıldığını, mənzillərin kirayə verilmədiyi haqda rəsmi cavabın aidiyyəti üzrə bildirildiyini, lakin nə iddiaçı, nə də vəkillərin həmin cavabları məhkəməyə təqdim etmədiklərini, vəsatəti əsasında həmin sorğuya cavabın surətinin məhkəmənin sorğusu ilə alındığını, iddiaçı tərəfin həmin sorğuya verilmiş cavaba münasibət bildirmədiyini, keçmiş illərdə mənzillərdə apardığı təmir işləri ilə əlaqədar təmir işində iştirak etmiş fəhlə, usta, mənzil istismar sahəsinin çilingəri, pasportisti və digər şahidlərin də ifadələrinin dinlənildiyini, iddiaçının apellyasiya şikayətində guya hakimin işi düzgün araşd ırmadığını, kommunal ödənişlərlə bağlı aidiyyəti qurumlardan lazımi sənədləri tələb edib almadığını göstərdiyini, kommunal ödənişlərin olması məgər evin kirayə verilməsinin sübutu hesab olunurmu?, iddiaçı vəkil ilə təmsil olunurdusa niyə vəkili aidiyyəti qurumlara sorğu verib, apellyasiya şikayətində qeyd etdiyi sənədləri alıb, məhkəməyə təqdim etmədiyini, məhkəmənin vəkillə təmsil olunan tərəfin adından sorğu verib sübutlar toplamasının hansı qanunvericilikdə yazıldığını, iddiaçının inzibati məhkəmə ilə şəhər (rayon) məhkəmələrini səhv saldığını, iddiaçının məhkəmənin üzərinə təhqiqat aparmaq öhdəliyini qoymaq istədiyini, iddiaçının bu gün apellyasiya şikayətində qeyd etdiyi sənədləri birinci instansiya məhkəməsində alıb məhkəməyə təqdim etməmişdirsə, apellyasiya məhkəməsində həmin sübu tların əldə edilib sübut kimi işə əlavə olunmasının qanunazidd olduğunu göstərərək apellyasiya şikayətinin təmin edilməyərək Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin öz qüvvəsində saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Suallara cavabında Cavabdeh evlərdən birinin icra hakimiyyətinə bağlı olan bina, digərinin isə kooperativ olan bina olduğunu, binaya xidmət göstərmək üçün olan xərclərin, məsələn lift pulunu, zibil pulunu və s. insan həmin mənzildə yaşasa da, yaşamasa da ödəməli olduğunu, iddiaçının müvafiq binanın istismarçısı orada ½ payın sahibi olduğunu, iddiaçıdan istifadə olunmuş qaz, işıq, su pulunu tələb etmədiyini, iddiaçının əşyalarını otağa yığıb, qapını bağladığını, iddiaçının orada istilikdən istifadə etsə də etməsə də onun əşyasının həmin otaqda qorunub saxl anıldığını, iddiaçı zibil atmasa da oradakı zibil atanın pulunu ödəməli olduğunu, iddiaçının hüququndan istifadə etdiyini, amma öhdəliklərini icra etmədiyini, binanın saxlanılması ilə bağlı öhdəliklərin tək ona aid olmadığını, iddiaçının apellyasiya şikayətinin evin kirayə verilməsi ilə bağlı müvafiq dəlilinə münasibətdə makleri də məhkəməyə apardığını, evini kirayə veribvermədiyini aydınlaşdırdığını, maklerin isə öz cavabında onun evini kirayə vermədiyini bildirdiyini, evin kirayə verilməsi ilə bağlı sözügedən elanın da iddiaçı ilə razılaşma əldə etməyə yaxın olduqları vaxt verildiyini, sonra razılaşma əldə etmədikləri üçün evin kirayə verilmədiyini bildirmişdir.

13. İddiaçı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbayca n Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

16. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

17. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

18. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

19. Maddə

216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. c) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri

25. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində iddiaçı Nəsirova X1 Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(078)-23/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə apellyasiya şikayəti həddində yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq, apellyasiya şikayətində və məhkəmə iclasında irəli sürülmüş dəlilləri hərtərəfli və ətraflı araşdıraraq apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlar əsasında mübahisənin faktiki halları və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır:

28. İddiaçı 2021-2024-cü illər üzrə mənzillərin kirayə verilməsini iddia etsə də bu dövr üzrə kirayə müqavilələrini, ödəmə qəbzlərini və digər bu kimi mötəbər sübutları təqdim etməmiş, Məhkəmə Ekspertiza Mərkəzi icarə müqavilələrinin təqdim olunmamasına görə ekspertiza aparmaqdan imtina etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş materiallar iddianın əsaslandırılması üçün mötəbər sübut hesab edilə bilməz, çünki onlar faktın birbaşa deyil, dolayı formada ehtimalını göstərməkdədir. Məhkəmə isə işə baxarkən “əsaslı şübhədən kənar sübut standartı”nı qəbul edir.

29. İş üzrə şahid qismində dindirilən əmlakçı Şahid2 ifadəsi ilə iddiaçının sosial şəbəkələrdə paylaşılmış elanlarına dair dəlili ziddiyət təşkil edir. Şahid2 əmlakçı olduğunu, elan paylaşılsa da kirayə verilmənin gerçəkləşmədiyini bildirmişdir. Bu baxımdan, iddiaçı tərəfindən kirayə gəliri əldə olunduğunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sosial şəbəkə elanları hüquqi baxımdan kirayə münasibətinin baş verdiyini sübut etməyə qadir deyil, çünki bu elanlar kirayə münasibətinin baş tutduğunu deyil, sadəcə niyyət və ya təklifin olduğunu göstərir. Elanın yerləşdirilməsi faktı kirayə müqaviləsi bağlandığını sübut etmir və iddianın təmin olunmayan hisəsində, yəni əvvəlki dövrlərə dair kirayə haqqının ödənilməsi heç bir sübutla müəyyən olunmamışdır. Vergi orqanı isə yalnız 2024-cü ilin aprel ayında keçirdiyi nəzarət tədbiri zamanı vergi uçotuna alınmadan sahibkarlıqla məşğul olma faktını müəyyən etmişdir. Əvvəlki dövrlərə dair hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim olunmamışdır. Əksinə Naxçıvan Şəhər MİS 2023-cü ilin iyul ayında verdiyi yazılı məlumatda Çənlibel məhəlləsi 25, mənzil 34 ünvandakı mənzilin qapısının bağlı olduğu, kirayə verilmədiyi göstərilmişdir.

30. İddiaçının apellyasiya şikayətində göstərdiyi mənzillər təl əb olunan illərdə kirayə verilməmişdisə hər hansı kommunal ödənişdən də söhbət gedə bilməməsi ilə əlaqədar dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı bu barədə birinci instansiya məhkəməsində elektrik, su, qaz təchizatı qurumlarından müvafiq sübutları almaq üçün müraciət etməmiş, həmin sübutları tələb etmək üçün məhkəmə qarşısında vəstat qaldırmamış, apellyasiya instansiyasında isə həmin sübutları və ya həmin sübutların əldə olunmasına dair vəsatəti birinci instansiya məhkəməsinə verə bilmədiyinə dair hər hansı əsaslandırma etməmişdir. Bundan başqa, hətta elektrik, su və qaz təchizatına görə ödənişlərin ödənilməsi faktı özü-özlüyündə mənzillərin kirayə verildiyini təsdiq edən mötəbər sübut sayıla bilməz.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim e dilmiş sübutlar əsasında işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(078)-23/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Mehman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar