Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-117/2022 07.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 26 may 2022-ci il tarixdə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehnə mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilm əmişdir. Onunla cavabdeh təşkilat arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. 07 oktyabr 2004-cü il tarixdən 24 noyabr 2021-ci il tarixə qədər Cavabdehndə qüsursuz olaraq çalışıb. Onun işə davamiyyəti və davranışı həmişə normal olmuşdur. Onun heç bir əməli olmamışdır. Məhkəmə tərəfindən işə baxılan zaman onun həmin təşkilatda başqa işlə təmin edilə bilmək imkanı belə araşdırılmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilirsə işə götürən tərəfindən onun zərurili yi əsaslandırılmalıdır. Həmin maddi hüquq norması mövcud mübahisə üzrə düzgün tətbiq edilməmiş, bunu işə baxan hakim həmin maddə üzrə əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab etmişdir. Halbuki mövcud mübahisə üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsi tətbiq edilməli idi. Məhkəmə tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmamış, cavabdehin mənafeyinə uyğun qətnamə qəbul edilmişdir. Nəticə etibarı ilə hesab edir və inanır ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə heyəti şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdırıb qanuni və əsaslı qərar qəbul edəcəkdir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin, İ hissəsinə, Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 362, 384.0.2, 385-ci maddələrinə istinad edərək sonda Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 sentyabr 2022-ci il tarixdə Cavabdeh nümayəndəsi X4 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Müvafiq etirazda qeyd olunmuşdur ki, X8 Qıvraq qəsəbəsində xətdə işləyərkən Qıvraq qəsəbə sakini Nəcəf adlı şəxs ona həyətyanı sahəsində olan bir ədəd taxta dirək və dayağın onun həyətyanı sahəsinə çəpər çəkməsinə mane olduğunu bildirmişdir. X8 idarənin işçisi ilə birlikdə 1 ədəd taxta dirəyi və onun dayağını çıxararaq idarənin işçisinin həyətinə aparmış və bu haqda idarənin rəisinə heç bir məlum at verməmişdir. 1 ay sonra heç bir hüquqi əsası olmadan, heç kimdən tapşırıq almadan və idarənin rəisinə heç bir məlumat vermədən, onun məzuniyyətdə olmağından sui-istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq, saxtakarlıq və dələduzluğa yol verməklə qanunsuz olaraq bir ədəd taxta dirək və dayağı mənimsəyərək Qıvraq qəsəbə sakini Elli adlı şəxsə 100 (bir yüz) manat müqabilində satmış və həmin vəsaiti idarə işçisi ilə öz aralarında bölmüşlər. 2021-ci ilin 23 noyabr tarixində saat 11:00 radələrində Kəngərli Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən əməliyyat keçirilərək saxlanılmış və polis şöbəsinə aparılmışlar. Polis şöbəsində də törətdikləri əmələ görə barələrində müvafiq inzibati tədbirlər görülmüşdür. Qeyd olunanlar Cavabdeh tərəfindən hər iki əməkdaşdan 23 noyabr 2021-ci il t arixdə alınmış izahatlarda öz əksini tapmışdır. Həmçinin, izahatında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə, habelə inzibati xəta tərkibi olan əmələ yol verdiklərinə görə haqlarında qanunvericiliyə uyğun müvafiq tədbirin görülməsinə heç bir etiraz etmədiklərini bildirmişlər. Bu məqsədlə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cavabdeh işçiləri Həmkarlar İttifaqı Komitəsinə 24 noyabr 2021-ci il tarixdə təqdimat göndərilmiş və Cavabdeh işçiləri Həmkarlar İttifaqı Komitəsinin 24 noyabr 2021-ci il tarixli, 02 nömrəli Qərarı nəzərə alınmaqla Cavabdeh 24 noyabr 2021-ci il tarixli, 68 nömrəli əmri ilə İdarənin Rabitə xətt və abunə qurğularının istismarı bölməsinin m ühəndisi X7 əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin inzibati binasında keçirilən iclasda X8 əmr ilə tanış edilmiş, əmək müqaviləsinə xitam verildiyi gün əmək kitabçası şəxsən özünə təhvil verilmişdir. Kəngərli Rayon Məhkəməsində işə baxılarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmə müddətini üzrlü səbəb olmadan aşdığı müəyyən olunmuş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar tamamilə araşdırılmış və buna müvafiq olaraq qətnamə qəbul edilmişdir. X2 Cavabdehndə mühəndis vəzifəsinə bərpa olunması ilə bağlı apellyasiya şikayətinin əsassız hesab edilməsi, Kəngərli rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. X1 24 noyabr 2021-ci il tarixli izahatının surəti, Cavabdeh rəisi Rəhim İbrahimovun 24 noyabr 2021-ci il tarixli təqdimatının surəti, Cavabdeh işçiləri Həmkarlar İttifaqı Komitəsinin 24 noyabr 2021-ci il tarixli 02 nömrəli Qərarının surəti, X7 tutduğu vəzifədən azad olunması barədə əmrin surəti, əmək kitabçasının təqdim olunmasına dair aparılmış qeydiyyatın surəti, Cavabdeh rəisi vəzifəsinin həvalə edilməsi haqqında 07 iyul 2022-ci il tarixli, 87 nömrəli əmrin surəti əlavə edilmişdir. İddiaçı apellyasiya baxışı zamanı şikayətlə eyni məzmunlu izahat verməklə işdən çıxarılmasında səbəbkarın həqiqətən də özünün olduğunu, etdiyi əmələ görə çox peşman olduğunu, lakin hazırda heç bir ye rdə işləmədiyini və iş tapmaqda çətinlik çəkdiyini, işdən azad olunma barədə əmək kitabçasında müvafiq qeyd aparılmaqla kitabçanın əmr verildiyi gün ona təqdim olunduğunu, bu barədə onun özünün müvafiq sənədə imza etdiyini bildirmiş və sonda Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması üzrə 29 sentyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında Cavabdeh nümayəndəsi X4 və cavabdeh tərəfdə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin nümayəndəsi X5 apellyasiya baxışı zamanı verdiyi izahatlarında şikayəti qəbul etməyərək Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)135/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsin in qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə İddiaçı apellyasiya şikayətində birinci i nstansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının yalnız iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. Beləliklə kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə məcmu halda qiymət verərək həmin dəlillərin əsassız olması qənaətinə gəlir və birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, apellyasiya şikayətinə baxılması ilə bağlı tədqiq olunan iş materiallarından aydın olmuşdur ki, iş üzrə iddiaçı X12 İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş kserosurətinə əsasən xx.xx.1994-cü il tarixli 83 nömrəli əmrə əsasən mantyor vəzifəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış, müvafiq əmrlərlə Cavabdehndə müxtəlif vəzifələrdə işləmiş, həmin idarə üzrə xx.xx.2021-ci il tarixli, 68 nömrəli əmrlə əmək müqaviləsinə xitam verilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Birinci instansiya məhkəməsində işin araşdırılmış hallarından və iddiaçı Ə.Ə.Sadiqovun apellyasiya baxışı zamanı özünün verdiyi izahatından aydın olmuşdur ki, əmək müqaviləsinə xitam verilməsinə əsas onun Qıvraq qəsəbəsində xətdə işləyərkən həmin qəsəbə sakini Nəcəf adlı şəxsin ona həyətyanı sahəsində olan bir ədəd taxta dirək və dayağın həyətya nı sahəsinə çəpər çəkməsinə mane olduğunu bildirməsi, Ə.Ə.Sadiqovun həmin idarənin digər bir işçisi ilə bir ədəd taxta dirəyi və dayağı çıxararaq digər işçinin həyətinə aparması və bu barədə idarənin rəisinə heç bir məlumat verməməsi, bundan bir ay sonra idarə rəhbərliyinə heç bir məlumat vermədən vəzifə səlahiyyətlərini aşaraq dövlətə məxsus olan həmin əmlakları 100 manat müqabilində sataraq öz aralarında bölmələri, 2021-ci ilin 23 noyabr tarixində saat 11:00 radələrində Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilərək bu faktın aşkarlanması və onların polis şöbəsinə aparılaraq izahatlarının alınmaqla bu barədə rabitə idarəsinə məlumat verməsi olmuşdur. İstər birinci instansiya məhkəməsində işə baxılarkən, istərsə də apellyasiya baxışı zamanı iddiaçı təşkilatın sübut qismində təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iş üzrə iddiaçı Ə.Ə.Sadiqov xx.xx.2021-ci il tarixdə Cavabdeh rəisinə verdiyi yazılı izahatında yuxarıda qeyd olunan baş vermiş hadisəni özü etiraf etmiş, polis şöbəsinə aparılaraq izahat verdiyini, etdiyi hərəkətdən peşman olduğunu qeyd etmiş və əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozduğuna görə barəsində görüləcək tədbirlərlə razılaşacağını bildirmişdir. Beləliklə iş üzrə iddiaçı Ə.Ə.Sadiqovun işlədiyi müəssisədə öz əmək müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozaraq yuxarıda qeyd oluynan hüquqazidd əməli törətməsi iş materialları və onun özünün etirafı ilə təsdiqini tapmış, iddiaçı tərəfindən bu hal mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi həmin Məcəllənin əsasını təşkil edən prinsip ləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər-işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada v ə şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hal larda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, işəgötürən qeyd olunan əsasla işçi ilə bağlanmış əmək müqaviləsini o vaxt l əğv edə bilər ki, işçinin qəsdi, səhlənkarlığı, etinasızlığı sübuta yetirilsin və nəticədə işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh təşkilatın nümayəndəsinin izahatında yuxarıda göstərdikləri halları, yəni baş vermiş hadisələri iş üzrə iddiaçı Ə.Ə.Sadiqov məhkəmə iclası zamanı verdiyi i zahatında özü də etiraf etmiş, baş verən hadisəyə görə günahkar olduğunu bildirmiş və özünə haqq qazandırmağa çalışmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi müəyyən olunmuşdur ki, bu hallardan biri də işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsidir. Mülki işin araşdırılmış hallarından da göründüyü kimi iş üzrə iddiaçı Ə.Ə.Sadiqov işlədiyi müəssisədə fəaliyyəti zamanı əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq öz vəsifəsindən sui-istifadə etməklə dövlətə məxsus əmlakı satmış, yol verdiyi hüquq pozuntusu nəticəsində işlədiyi müəssisənin q anuni mənafelərinə xələl gətirmişdir. Belə olan halda da haqlı olaraq onun ilkin izahatı alınmış, öz etirafı və yol verdiyi bu pozuntu nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Tədqiq olunmuş iş materiallarından aydın olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş və hər hansı pozuntu halına yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və ist ərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununa dair tələblər də öz əksini tapmışdır. Mülki işin araşdırılmış hallarından aydın olur ki, Cavabdeh tərəfindən iddiaçı Ə.Ə.Sadiqovla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən Əmək qanunvericiliyinin 83-cü maddəsində göstərilən tələblərə əməl olunmuş, işdən çıxarma ilə bağlı müvafiq əmr əsaslandırılmış və məsul şəxs tərəfindən imza olunmaqla möhürlə təsdiqlənmişdir. Həmçinin cavabdeh təşkilatın kollegiyaya təqdim etdiyi sənədlərin təhvil verilməsinə dair sənədin surətindən və iş üzrə iddiaçı Ə.Ə.Sadiqovun məhkəmə iclası zamanı verdiyi izahatından da aydın olmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə özünə məxsus olan İT-İ ******* nömrəli əmək kitabçasını işlədiyi müəssisədən təhvil almaqla bu barədə müvafiq sənədə imza etmişdir. Yəni son iş günü Ə.Ə.Sadiqova məxsus sənədlər ona təhvil verilmişdir. Apellyasiya baxışı zamanı verilən sualları cavablandırarkən Ə.Ə.Sadiqov həmin iş ili üçün əmək məzuniyyətindən tam şəkildə istifadə etdiyini də bildirmişdir. Həmçinin kollegiya qeyd edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa dair Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş tələblərə də əməl olumuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Hə mkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Mülki işin tədqiq olunmuş hallarından məlum olur ki, iş üzrə iddiaçı Ə.Ə.Sadiqovla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək qanunvericiliyinin bu tələbinə də əməl olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla əmək müqaviləsi ləğ v edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, həmin dövrdə idarənin rəisi olmuş R.M.İbrahimov tərəfindən Cavabdeh işçiləri Həmkarlar Komitəsinə xx.xx.2021-ci il tarixdə təqdimat göndərilərək idarənin rabitə xətt və abunə qurğularının istismarı bölməsinin mühəndisi X12 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün müvafiq qərarın qəbul olunması xahiş olunmuş, Komitə tərəfindən təqdimata xx.xx.2021-ci il tarixdə baxılaraq X12 ilə bağlanmış əmək müqaviləsinə yuxarıda göstərilən əsasla xitam verilməsinə razılıq verilmişdir. Beləliklə mülki işin yuxarıda sadalanan hallarından da göründüyü kimi, iş üzrə iddaçı Ə.Ə.Sadiqovla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 0-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı Əmək qanunvericiliyinin tələblərinə tam əməl olunmuş, eyni zamanda qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar müəyyən olunmamışdır. Kollegiya eyni zamanda iddia müddəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə də razıaşır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sə rəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Maddənin məzmunundan da göründüyü kimi, fərdi əmək mübahisələri zamanı iddia müddətinin axımı işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hesab olunur. İddiaçı işdə n azad olunmasından beş aydan çox vaxt keçsə də, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, keçən bu müddət ərzində hüquqularının bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Belə ki, yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, iş üzrə iddiaçı Ə.Ə.Sadiqovla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 68 nömrəli əmrlə xitam verilməklə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuş və əmrin müvafiq olaraq mətni qeyd olunmaqla (imza və möhür vurulmaqla) əmək kitabçası həmin tarixdə ona təhvil verilmişdir. Bu faktları iş üzrə iddiaçı özü də verdiyi izahatında etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı Ə.Ə.Sadiqov artıq həmin tarixdə hüququnun pozulduğunu aşkar etmiş və belə olan halda onun əmri mübahisələndirmək üçün müddət axımı başlamışdır. Lakin iş materiallarından görünür ki, iddiaçı qanunvericiliklə qeyd olunan həmin müddəti buraxmış və 26 may 2022-ci il tarixdə bununla bağlı məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə haqlı olaraq hazırki tələblə bağlı iddia müddətinin keçməsi qənaətinə gəlmişdir. Kollegiya iş üzrə iddiaçı Ə.Ə.Sadiqovun apellyasiya şikayətinin dəlillərində qeyd etdiyi birinci instansiya məhkəməsində işə baxılarkən onun həmin təşkilatda başqa işlə təmin edilə bilmək imkanını araşdırmaması ilə bağlı dəlilini əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, kol legiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər geniş, düzgün və qanuni faktlarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə iddiaçı X6 apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Buna görə də İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız iş üzrə təqdim olunmuş sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0 və 384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şik ayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(111)-135/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti
Məhkəmə qərarları › İş №2(108)-117/2022
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-117/2022
07.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver