Məhkəmə qərarları › İş №2(108)-117/2024

Ali Məhkəmə Qətnamə — İş №2(108)-117/2024

22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-117/2024 22.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəs i ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı, Cavabdeh1 və X4 paylı mülkiyyətlərində olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.4 kv.metr olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun İddiaçı, Cavabdeh1 və X7 a rasında paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı iş üzrə Cavabdeh1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə belə hesab edir ki, qətnamə tamamilə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respu blikası Mülki Məcəlləsini 218.2-ci maddəsinin tələbləri pozulmuş, qeyri-obyektiv, subyektiv mülahizələrə əsaslanmaqla, tərəflərin mənafeləri nəzərə alınmamışdır. Belə ki, bu barədə onlara yazılı bildiriş verilməmiş, satılan payın satın alınmasından imtina edilməmiş və bildiriş verilmədiyindən 45 günlük müddət gözlənilməmişdir. İş üzrə iddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertin rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraat dayandırılmışdır. Naxçıvan Şəhər Məhk əməsinin 16 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat yenidən dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(078)-5/2024 saylı məktubundan görünür ki, iş üzrə təyin olunmuş ekspertizanın keçirilməsindən imtina olunmuşdur. Belə bir halda məhkəmə tələsik, yarımçıq, sübutlara əsaslanmayan, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İş üzrə Cavabdeh2 məhkəmə baxışı iclasında izahat verərkən iddianı qəbul etməyərək evin satılmasını istəmədiyini bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh2 X6 2-ci qrup əlilinin 18 yaşınadək əlilliyi (uşaqlıqdan 2-ci qrup əlil) müəyyən edilmiş övladı kimi ailə başçısını itirməyə görə ə mək pensiyası alır. Onun yaşamağa başqa evi yoxdur. Evin açıq hərracda satılmasından əldə ediləcək pul ilə digər yerdə ev ala bilməyəcəkdir. Cavabdeh1 apellyasiya şikayətində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Mülki Məcəlləsini 218.2-ci, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 97 və 99-cu maddələrinə istinad edərək sonda qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə baxışı ic lasında iştirak etməmiş, bunun səbəbi barədə kollegiyaya hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh2 və onun nümayəndəsi X8 apellyasiya baxışı zamanı şikayətlə eyni məzmunlu izahat verərək Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı apellyasiya baxışı zamanı verdiyi izahatında şikayəti qəbul etməyərək Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəmə sinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı ol mayaraq yoxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iş üzrə Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam həcmdə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qətnamənin əsaslılığının yalnız cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəsində tam yoxlanılmalıdır. Kollegiya Cavabdeh1 apellyasi ya şikayətində göstərdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.2-ci maddəsinin tələblərinin pozulması, qeyri-obyektiv, subyektiv mülahizələrə əsaslanmaqla, tərəflərin mənafelərinin nəzərə alınmaması, belə ki, bu barədə onlara yazılı bildiriş verilməməsi, satılan payın satın alınmasından imtina edilməməsi və bildiriş verilmədiyindən 45 günlük müddətin gözlənilməməsi dəlilini əsassız hesab edərək həmin dəlilə münasibətdə qeyd edir ki, Cavabdeh1 apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daş ınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Kollegiya diqqətə çatdırır ki, qeyd edilən normanın məzmunundan da aydın olur ki, müvafiq norma ümumi paylı mülkiyyət hüququndakı pay sahibinin öz payını üçüncü şəxslərə satması niyyətini və belə niyyəti olduqda paylı mülkiyyətin qalan mülkiyyətçilərinin satın almaqda üstünlük hüququnu ehtiva edir. Hazırki iş üzrə isə İddiaçı niyyəti ümumi paylı mülkiyyət hüququndakı payının üçüncü şəxslərə satılması deyil, öz payının ayrılmasıdır. Belə ki iş üzrə İddiaçı iddia ərizəsində özünün, Cavabdeh1 və X4 paylı mülkiyyətlərində olan Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracda satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən: 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı il ə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki iş materiallarından aydın olur ki, tər əflər qanunla müəyyən edilmiş qaydaların ardıcıllığına riayət etməklə ilk öncə əmlakın naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, bu mümkün olmadığından İddiaçı payın dəyərinin ödənilməsini tələbi ilə məhkəməyə müraciət etmiş, lakin cavabdehlər iddiaçıya payın əvəzi olaraq kompensasiya ödəmək istəmədiklərindən iddiaçının tələbi təmin edilməmişdir. Sonda İddiaçı ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını və ona düşən hissədə payının alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2(078)-31/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin mülki iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Məhkəmənin digər bir qətnaməsi (xx.xx.2022-ci il tarixli, 2(078)-178/2022 nömrəli) ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmçinin müvafiq qərarda qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddiaçının hazırki mərhələdə paylı mülkiyyətdən payının ayrılması üçün mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməsini kollegiya qanunvericiliyə uyğun hesab edir. Cavabdeh1 tərəfindən apellyasiya şikayətində qeyd olunmuş iş üzrə Cavabdeh2 məhkəmə baxışı iclasında izahat verərkən iddianı qəbul etməyərək evin satılmasını istəmədiyini bildirməsi, iddianın rədd olunmasını xahiş etməs i, iş üzrə Cavabdeh2 X6 2-ci qrup əlilinin 18 yaşınadək əlilliyi (uşaqlıqdan 2-ci qrup əlil) müəyyən edilmiş övladı kimi ailə başçısını itirməyə görə əmək pensiyası alması, onun yaşamağa başqa evinin olmaması, evin açıq hərracda satılmasından əldə ediləcək pul ilə digər yerdə ev ala bilməyəcəyi ilə bağlı dəlili ilə bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyatorun subyektiv hüququ baxımından öz mənafeyi ilə bağlı olmadığından və buna görə də hüquqi dəyərləndirilməsi məqsədəmüvafiq olmadığından kollegiya həmin dəlili də əsassız hesab edir. Kollegiya Cavabdeh1 apellyasiya şikayətində qeyd etdiyi digər dəlil olan məhkəməqiymətləndirmə ekspertizasının keçirilməsindən imtina olunması, məhkəmənin tələsik, yarımçıq, sübutlara əsaslanmayan, qanunsuz və əsassız qətnamə çıxarmasına müna sibətdə qeyd edir ki, mülki iş materiallarına əsasən işə baxan birinci instansiya məhkəməsi tərəfindən iki dəfə fərqli tarixlərdə (xx.xx.2023 və xx.xx.2024) mübahisəli yaşayış evinin qiymətləndirilməsinin təşkil edilməsi üçün qərardad qəbul edilərək iş üzrə icraat dayandırılmış, lakin proses iştirakçıları tərəfindən qiymətləndirmə ilə bağlı müvafiq xidmət haqqının ödənilməsindən imtina edildiyi üçün mübahisəli yaşayış evinin qiymətləndirilməsinin həyata keçirilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinə baxılması üzrə məhkəmə icraatı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(108)117/2024 nömrəli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, mülki iş üzrə mübahisəli yaşayış evinin qiymətləndirilməsinin təşkil edilməsi qəra ra alınmış, qiymətləndirilmənin aparılması isə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 29 iyul 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair arayış daxil olmuşdur. Qeyd edilən arayışa əsasən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərə əsasən 26 iyul 2024-cü il tarixinə bazar dəyəri 125 000 (yüz iyirmi beş min) manat təşkil edir. Mülki işin materiallarından da aydın olur ki, iddiaçı iddia tələbində müvafiq ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin qiymətləndirilməklə açıq hərracd a satılması və ona düşən hissədə payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilmə ilə bağlı təyin edilmiş ekspertizaların keçirilməsindən müəyyən səbəbə görə imtina edilsə də, məhkəmə qətnaməsi ilə iddianın təmin edilməsi qərara alınmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 125 000 (yüz iyirmi beş min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçı van Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(078)-5/2024 nömrəli qətnaməsi dəyişdirilərək Naxçıvan şəhəri, Bəhruz ünvan 1 ünvanında yerləşən 0.0565 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 138.40 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiyməti 125 000 (yüz iyirmi beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar