Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-117/2025 21.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X3 Hüquqi Şəxsinə və X1 Dövlət Agentliyinin Cavabdeh5nə qarşı “əmlak” tələbinə dair (Açar sözlər: nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən geri qaytarılması və vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X3 Hüquqi Şəxsinə və X1 Dövlət Agentliyinin Cavabdeh5nə qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e2(078)-483/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz rayon İdarəsinə qarşı Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyət hüququ ilə özünə məxsus olan KAMAZ-5511 yük markalı, **BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 94.750 (doxsan dörd min yeddi yüz əlli) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 6.000 (altı min) manatın və ödənilmiş 390,75 (üç yüz doxsan manat, yetmiş beş qəpik) manat dövlət rüsumunun, cəmi 101.140,75 (bir yüz bir min yüz qırx manat, yetmiş beş qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili və nümayəndəsi 06 mart 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət göndərmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli qərardadı ilə onun vəsatəti təmin edilərək mülki iş üzrə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi cavabdeh qismində mülki işə cəlb edilmişdir.
3. İddiaçının vəkili və nümayəndəsi 14 aprel 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehin cəlb olunması barədə vəsatət göndərmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli qərardadı ilə onun vəsatəti təmin edilərək mülki iş üzrə X1 X3 Hüquqi Şəxsi və X1 Dövlət Agentliyinin Cavabdeh5 cavabdeh qismində mülki işə cəlb edilmişdir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X3 Hüquqi Şəxsinə və X1 Dövlət Agentliyinin Cavabdeh5nə qarşı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan KAMAZ-5511 yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtom obilin cavabdehlərin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsi, həmin nəqliyyat vasitəsini 2008-2025-ci illər ərzində qanunsuz sahibliklərində saxladıqlarına görə əldən çıxmış fayda kimi 94.750 (doxsan dörd min yeddi yüz əlli) manat məbləğində zərərin, bu müddət ərzində nəqliyyat vasitəsinin istifadəsi nəticəsində dəyər itirməsinə görə 6.000 (altı min) manatın və ödənilmiş 390,75 (üç yüz doxsan manat yetmiş beş qəpik) manat dövlət rüsumunun, cəmi 101.140,75 (bir yüz bir min yüz qırx manat yetmiş beş qəpik) manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi həddində baxılmışdır.
5. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, X1 X3 Hüquqi Şəxsinə və X1 Dövlət Agentliyinin Cavabdeh5nə qarşı əmlak tələbinə dair mülki iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş, İddiaçı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmiş, İddiaçı tərəfindən X4 vasitəsilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 390.75 (üç yüz doxsan manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmışdır.
6. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 25 iyun 2025ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək şikayətin təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-483/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
7. Şik ayətin əsası kimi məhkəmənin iddiaçının tələb etdiyi KAMAZ-5511 yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası X2 Şirkətinin balansına verilməsi, bu səbəbdən də inzibati akt olan həmin sərəncam mübahisələndirilməli olduğundan, yəni hazırkı tələbin inzibati hüquq münasibətindən yaranan mübahisə olmasına dair mövqeyinin tamamilə qanunsuz olduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamında iddiaçıya məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı hər hansı bir müddəanın nəzərdə tutulmadığını, qeyd olunan sərəncamda 2 ədəd KAMAZ-5511 markalı hansısa avtomaşının Naxçıvan Muxt ar Respublikası X2 Şirkətinin balansına verilməsinin göstərildiyini, Azərbaycanda isə KAMAZ-5511 markalı avtomobilin yalnız iddiaçıda olmadığı üçün həmin sərəncamın məhz iddiaçıya məxsus avtomobillə bağlı verilməsi qənaətinə məhkəmənin hansı əsaslarla gəldiyinin məlum olmadığını, “X5” AR Qanununun 27-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alındığını və onlara müəyyən edilmiş qaydada dövlət qeydiyyat nişanı verilməklə nəqliyyat vasitələrinin fərdiləşdirildiyini göstərmişdir.
8. İddiaçının vəkili və nümayəndəsi həmçinin sərəncamda avtomobilin dövlət qeydiyyat nişanı göstərilmədiyindən həmin sərəncamın hansı avtomobillə bağlı verildiyin i müəyyən etməyin mümkün olmadığını, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olduğu kimi KAMAZ-5511 yük markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2007-ci il tarixindən bugünədək iddiaçının xüsusi mülkiyyətində olduğunu, belə olan halda isə qeyd olunan avtomobillə bağlı ümumiyyətlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hər hansı bir sərəncam vermək səlahiyyətinin olmadığını və hər hansı bir sərəncam da verilmədiyini, cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya etirazda qeyd olunan avtomobilin onlarda olduğunu etiraf etdiyini, lakin avtomobilin onların qanunsuz sahibliyində olmadığını əsaslandırmaq üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Ka binetinin konkret olaraq hansı avtomobilə aid olduğu məlum olmayan 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamına istinad etdiyini, hətta məhkəmənin hazırda qeyd etdiyi kimi sözügedən sərəncamını inzibati qaydada mübahisələndirsələr belə həmin iddianın mümkünlük şərtlərinə cavab vermədiyini, sərəncamda avtomobilin dövlət qeydiyyat nişanı göstərilmədiyi üçün həmin sərəncamın məhz iddiaçıya məxsus **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğunu müəyyən etməyin mümkün olmadığını, belə olan halda isə iddiaçının həmin sərəncamı mübahisələndirməklə bağlı subyektiv hüququnun yaranmadığı, məhkəmənin “Naxçıvan MR Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli Sərəncamının inzibati qaydada mübahisələndirilməsi” ilə bağlı mövqeyinin qanunsuz olduğunu, onun hazırkı mübahisənin qanunvericiliyin tələbləri baxımından həlli yolu olmadığını, əksinə məhkəmənin hazırkı mövqeyinin lüzumsuz və əsassız məhkəmə mübahisələrinin yaranmasına və məhkəmələrin iş yükünün əsassız iddialarla artmasına xidmət etdiyini qeyd etmişdir.
9. İddiaçının vəkili və nümayəndəsi şikayətində qanunvericilikdə inzibati orqanın faktiki xarakterli hərəkətlərinə konkret anlayış verilməsə də bununla bağlı formalaşmış məhkəmə təcrübəsi və hüquq ədəbiyyatına əsasən inzibati orqanın faktiki xarakterli hərəkətləri dedikdə inzibati orqanın fundamental (əsas) hüquqlara aid olmayan daha az əhəmiyyətli hüquqların həyata keçirilməsi ilə bağlı fəaliyyəti, inzibati orqanın inzibati akt olmayan bütün digər hakimiyyət hərəkətlərin (tədbirlərin) başa düşüldüyünü, inzibati orqanların təkcə inzibati akt lar qəbul etmədiyini, onların həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər də edə bildiklərini, inzibati orqanın faktiki xarakterli hərəkətləri də onun ümumi (publik) hüquq münasibətlərində ictimai idarəetmə və hakimiyyət səlahiyyətlərindən irəli gəldiyini, qeyd olunan qanunvericilik normalarının, xüsusilə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının yuxarıda istinad edilən bəndlərinin tələblərindən də məlum olduğu kimi inzibati məhkəmələr tərəfindən inzibati orqanın ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən irəli gələn mübahisələrə baxıldığını, lakin haz ırkı halda iddiaçı ilə cavabdehlər arasında olan mübahisənin ümumi (publik) hüquq münasibətlərindən yox, xüsusi (mülki) hüquq münasibətlərindən, yəni cavabdehlərin iddiaçının mülkiyyətində olan əmlakı qanunsuz istifadələrinə götürməsi və mülki hüquq pozuntusundan (delikt) yaranan mübahisə olduğunu, tərəflər arasındakı münasibətlərdə inzibati orqanın qanunla ona həvalə edilmiş hər hansı bir inzibati funksiyasını yerinə yetirmədiyi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmədiyini, cavabdeh orqanların hazırkı mübahisə ilə bağlı iddiaçıya münasibətdə hər hansı bir inzibati icraat aparmadığını, hazırkı halda Ali Məhkəmənin qeyd olunan plenum qərarının 5.2-ci bəndində göstərildiyi kimi dövlət hakimiyyəti orqanı xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyini, bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 7.2-ci və 14-cü bəndlərində təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının, həmçinin də təbii inhisar subyektlərinin qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının göstərildiyini, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlərin inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmadığını, belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyarın güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmalı olduğunu, maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara həmin ziyanın məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olması halında inzibati məhkəmə icraatı qaydasında baxıla bildiyini, Ali Məhkəmənin göstərilən qərarda (xüsusilə də qərarın 7.2 və 14-cü bəndlərində) formalaşdırdığı hüquqi mövqeni analogiya üzrə hazırkı mübahisəyə də tətbiq etdikdə iddia tələbinə ümumi məhkəmə tərəfindən baxılmalı olduğunu, iddiaçı və cavabdehlər arasındakı münasibətlərin xüsusi (mülki) hüquq sahəsinə aid olduğunu, tərəflər arasında yaranmış münasibətlərin mülki xarakterli olduğunu və bu səbəbdən də qeyd olunan iddia tələbi üzrə mübahisəyə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğunu göstərmişdir.
10. Naxçıvan Şəhər Məhkəməsinin 25 iyun 2025-ci i l tarixli, e-2(078)-483/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. İİ. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır.
14. Maddə 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyi
19. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqan ın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. (10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərar) İİİ. Məhkəmə kollegiyasının mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları və şikayətin dəlillərini hərtərəfli araşdıraraq qeyd edir ki, mübahisənin hansı məhkəmə tərəfindən həll olunmalı olduğunu müəyyən etmək üçün tərəflərin hüquqi statusu və onların arasındakı hüquq münasibətlərinin xüsusi (mülki) və ya ümumi (publik, inzibati) xarakterli olub-olmaması aydınlaşdırılmalıdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndində ə ks olunmuş əsas hüquqi meyardır.
21. Cari işdə iddiaçı fiziki şəxsdir və avtomobilin mülkiyyət sənədlərini təqdim etmişdir. Cavabdehlər isə dövlət orqanları və dövlətə məxsus publik hüquqi şəxslərdir, lakin bu mübahisəni avtomatik olaraq inzibati hüquq münasibətinə çevirmir.
22. Kollegiya qeyd edir ki, inzibati mübahisənin əsas göstəricisi, dövlət orqanının tərəf olduğu münasibətdə özünün hakimiyyət səlahiyyətlərindən çıxış edərək qarşı tərəfə qarşı inzibati akt qəbul etməsi, faktiki xarakterli hərəkət etməsi, yaxud inzibati icraat aparmasıdır.
23. Naxçıvan MR Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli, 179 nömrəli sərəncamında konkret olaraq iddiaçının avtomobilinin dövlət qeydiyyat nişanı və ya şassi nömrəsi qeyd olunmamış, ümumi ifadələrlə “2 ədəd KAMAZ-5511” tipli avtomobildən b əhs edilmişdir. Bu isə həmin sərəncamın konkret olaraq iddiaçının avtomobilinə aid edilməsi üçün hüquqi və sübut əsası olmadığını göstərir.
24. Bundan başqa cavabdeh tərəflər avtomobilin onların sahibliyində olduğunu inkar etməmiş, lakin onun qanunsuz sahibliyində olmadığını qeyd etmişlər. Bu isə iddiaçının mülki hüququnun pozulmasına dair dəlil olaraq qiymətləndirilməli və mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının tələbi bu maddənin predmetinə uyğun olaraq vindikasiya iddiası xarakteri daşıyır.
26. Məhkəmə kollegiyası, eyni zamanda, Ali Məhkəmə Plenumunun göstərilən Qərarının 5.2 və 14-cü bəndlərini rəhbər tutaraq qeyd edir ki, inzibati orqanın ümumi hüquq sahəsində deyil, xüsusi hüquq münasibətində iştirakı halında mübahisə mülki məhkəmə tərəfindən həll olunmalıdır. Belə hallarda hakimiyyət səlahiyyətlərinin tətbiqi deyil, mülki hüquq pozuntusu (delikt və ya mülki məsuliyyət doğuran hallar) baş vermiş hesab olunur.
27. Bundan başqa nəqliyyat vasitəsi faktiki olaraq inzibati orqan olmayan X1 Dövlət Agentliyi PHŞ-nin Cavabdeh5 hüquqi varisi "xxxx" MMC-nin sahibliyindədir. Cavabdeh qismində hüquqi varisin tanınması barədə X1 Dövlət Agentliyi PHŞ-nin nümayəndəsi vəsatət versə də məhkəmə həmin vəsatətə heç bir hüquqi qiymət verməmişdir. (bax cild 2, səh 13-14).
28. Nəticə olaraq kollegiya qeyd edir ki, iddiaçının tələbi inzibati hüquq münasibətindən deyil, mülki hüquq pozuntusundan (qanunsuz sah iblik və ziyanın əvəzinin ödənilməsi) irəli gəlir. Həmçinin mübahisə tərəfləri bərabər hüquqlu subyektlər kimi çıxış edir, tərəflər arasında publik hüquq münasibəti yoxdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
30. Məhkəmə kollegiyası iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, şikayətin dəlilləri əsaslı olduğundan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli iş ü zrə icraata xitam verilməsi barədə qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılmalı, Naxçıvan Şəhər Məhkəməsi mübahisənin mülki hüquq münasibətindən irəli gəldiyini nəzərə alaraq, işə mülki məhkəmə icraatı qaydasında baxmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, e-2(078)-483/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abb