Məhkəmə qərarları › İş №2(108)-119/2022

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(108)-119/2022

23.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-119/2022 23.09.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Əli Kərim oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı mənzildən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpasından imtina edilməsi barədə Naxçıvan şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət üzrə işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək onlara mərhum X1 adına olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 22, 4 nömrəli mənzildən yaşayış və istifadə hüququnun verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsi ilə iddia əsassız hesab edilərək rədd edilmişdir. Naxçıvan şəhər Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı ilə həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət iddiaçılardan X4 münasibətdə bərpa edilərək mülki iş apellyasiya qaydasında baxılması üçün xx.xx.2022-ci ildə Naxçıvan MR Ali məhkəməsinə göndər ilmiş, apellyasiya şikayətinə baxılması zamanı digər İddiaçı2 apellyasiya şikayəti ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət etməsi müəyyən edildiyindən Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Naxçıvan MR Ali məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(108)-70/2022 nömrəli qərardadı ləğv edilmiş və mülki iş apellyasiya baxışından çıxarılmaqla İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Naxçıvan şəhər Məhkəməsin ə qaytarılmışdır. İş materiallarından aydın olur ki, İddiaçı2 19 iyul 2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət verərək həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, göstərilən prosessual sənədlər xx.xx.2022-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin elektron ünvanına daxil olmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı ilə İddiaçı2 Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti veril məsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti təmin edilməmişdir. İddiaçı 02 sentyabr 2022-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks halda şikayətin apellyasiya qaydasında baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verdiyi ərizəyə baxılmış və ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Qərardadla onun şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Anası İddiaçı1 sözügedən qətn amədən apellyasiya şikayəti vermişdir. O zaman anasının qətnamədən verdiyi şikayəti elektron qaydada vəkili Vəkil elektron kabinetinə yerləşdirilmədiyindən müddət buraxılmış, həmin müddət məhkəmənin qərarı ilə bərpa olunmuşdur. Onun da şikayət vermək hüququnun olmasını bilmiş, lakin həmin şikayəti elektron qaydada göndərməyə köməklik edən tapmamışdır. Ona görə də qətnamədən vaxtında şikayət verə bilməmişdir. Haliyədə anasının verdiyi apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatındadır. Onun da şikayəti qəbul olunarsa hüquqlarını anası ilə birlikdə həyata kecirəcəkdir. İddiaçı şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1,269.2 və 269.3-cü maddələrinə istinad edərək Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il t arixli 2(078)-1179/2021 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsi tərəfindən 07 sentyabr 2022-ci il tarixdə baxılmış və verilmiş şikayət təmin olunmadığından şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmiş və 14 sentyabr 2022-ci il tarixli, 2(108)-119/2022 nömrəli qərardadla mülki işə 23 sentyabr 2022-ci il tarixində, saat 11:00 da yazılı icraat qaydasında baxılması qərara alınmışdır Şikayətə qarşı etiraz daxil olmamışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, y əni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 139.4-cü maddəsinə əsasən İddiaçı2, iddiaçı X4, cavabdeh X3 şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün izahat və sübutların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübut və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsa sında mahiyyəti üzrə baxır. Kollegiya İddiaçı2 şikayətində göstərdiyi dəlilləri mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı2 tərəfindən verilmiş şikayət aşağıda qeyd olunan əsaslara görə təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnaməsinin sürətini İddiaçı2 10 dekabr 2021-ci tarixdə bu barədə bildirişə imza etməklə qəbul etmiş, həmin qətnamənin nəticə hissəsində qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya ş ikayəti vermək hüququ izah edilmişdir. Kollegiya iddiacının anasının həmin qətnamədən şikayət verəndən sonra onun da şikayət vermək hüququnun olmasını bilməsi, lakin həmin şikayəti elektron qaydada göndərməyə köməklik edəni tapmaması və bu səbəbdən qətnamədən vaxtında şikayət verə bilməməsi barədə dəlillərini müzakirə edərək hesab edir ki, göstərilən dəlillər əsassız olmaqla qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qəbul oluna bilməz. İddiaçının şikayətini elektron qaydada göndərməyə köməklik edəni tapmaması və bu səbəbdən qətnamədən vaxtında şikayət verə bilməməsi ilə əlaqədar kollegiya mülki işin materiallarına əsasən qeyd edir ki, iddiaçı iş üzrə digər iddiaçı olan anası ilə birlikdə yaşayır və anasın ın apellyasiya şikayətini elektron qaydada verməsindən məlumatlı olmaqla anasının həmin qətnamədən verdiyi apellyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında da iştirak etmişdir. Beləliklə kollegiya hesab edir ki, iddiaçının qətnaməni rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində şikayət vermək imkanı olmuş və bu hüququndan heç bir üzrlü səbəb olmadan istifadə etməmişdir. Eyni zamanda iddiaçı prosessual müddətin üzrlü səbəbdən buraxılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müdd ətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusil ə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tədbiq edilməsini nəzərə almalıdırlar”. “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kollegiya qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə iddiaçının vəsatətinin təmin edilməməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Kollegiya bu nəticəyə gələrkən mülki prosessual qanunvericiliyin norma və prinsiplərini, Konstitusiya Məhkəməsinin qərarlarını, həmçinin presedent hüququ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyini nəzərə almışdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq kollegiya Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı mənzildən yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qətnamə sindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpasından İddiaçı2 münasibətdə imtina edilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(078)-1179/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar