Məhkəmə qərarları › İş №2(108)-119/2024

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-119/2024

05.07.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-119/2024 05.07.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə etməyə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 23 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyi nə şərait yaradılaraq maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, paylı mülkiyyət hüququ əsasında İddiaçı və Cavabdeh məxsus ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evindən istifadəyə Cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması, iddia təmin edildiyindən 50 (əlli) manat miqdarında dövlət rüsumunun əvəzinin iş üzrə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin sözügedən qətnaməsi ilə razılaşmayan iş üzrə Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməs inin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuzdur (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı ona qarşı paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyinə görə maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. O, İddiaçı ilə 1990-cı il tarixdə ailə qurmuş, lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 1989-cu il tarixdə, yəni nikahdan əvvəl ti kmişdir. Bu fərdi yaşayış evinin tikilməsi ilə bağlı texniki pasportdakı evin tikilmə tarixində öz təsdiqini tapır. İddiaçı ilə nikahları 2010-cu ildə pozulmuşdur. Birgə nikah dövründə əldə olunmadığından, qanunsuz olaraq həmin fərdi yaşayış evinin üzərində ½ pay iddiaçının və ½ pay onun mülkiyyət hüququ müəyyən olunub. Bu hüquq 01 avqust 2014-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır. İddiaçı oğlu ilə birlikdə Türkiyə Respublikasına getmiş, 8 il orada yaşadıqdan sonra Naxçıvana qayıtmışlar. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-876/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının payın naturada ayrılmasına dair iddia tələbi rədd olunmuşdur. Cavabdeh iddia ərizəsində daşınmaz əmlak üzərində payın müəyyən olunmasına baxmayaraq, onların bi rgə yaşamaqlarının mümkün olmadığını, ondan fərdi yaşayış evində yaşamaq üçün maneənin aradan qaldırılmasını, onun da buna razı olmadığını, onun da buna səbəb olaraq maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etmək zərurəti yarandığı bildirmişdir. O, iddiaçının irəli sürdüyü iddia tələbini məhkəmədə qəbul etmədiyini və iddiaya qanunla müəyyən olunmuş müddətdə etiraz verməklə ərizəsində etirazının səbəblərini açıqlamışdır. Əlavə olaraq İddiaçı ona fərdi yaşayış evindən maneənin aradan qaldırılmadığı halda müəyyən şəxslərin adını çəkərək hədə-qorxu gəldiyini bildirmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi qanunsuz olaraq paylı mülkiyyət hesab olunmasına baxmayaraq paylar ayrılmayıb və bununla bağlı məhkəmənin qətnaməsi var. Övladları 2 ay yataq xəstəsi olarkən onunla m araqlanmayıb və yanına gəlməyiblər. Həmin fərdi yaşayış evinin paylı mülkiyyət olması belə qanunsuzdur və onların həmin fərdi yaşayış evində birgə yaşamaqları mümkün deyil. Bununla əlaqədar o, 1-ci instansiya məhkəməsində ifadə versə də, məhkəmə tərəfindən buna heç bir məhəl qoyulmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qanunsuz və ədalətsiz sayır. İddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı ona qarşı paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyinə görə maneənin aradan qaldırılması tələbi ilə onun iddiasının təmin olunmasını qət etməklə məhkəmənin işin hallarını araşdırmaq vəzifəsi olduğu halda tam sübuta yetirməmişdir. Apellyator sonda Naxçıvan şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)369/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə, “İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi haqqında” 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 154, 157, 213-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasına daxil olmuşdur. Kollegiyaya apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən İddiaçı şikayəti qəbul etmədiyini bildirərək Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)369/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həm in Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəm əsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edə rək, aşağıdakıları müəyyən etmişdir. İddia ərizəsinə əlavə olunmuş (səh.17) Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evinin ½ hissədə mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınması məlum olur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 may 2010-cu il tarixli, 14382 invertar nömrəli daşınmaz əmlakın texniki pasportundan (səh.38-41) görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2014-cü il tarixli, 2(078)-261/2014 saylı qətnaməsi əsasında ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2010-cu il tarixli, 2(078)-82/2010 saylı qətnaməsin surətindən (səh.35-37) İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Naxçıvan şəhər VVAQ şöbəsində 06 noyabr 1990-cı il tarixdə 352 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah qeydinin pozulmasının qət edilməsi aydın olur. - Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş 23 sentyabr 2013-cü il tarixli, AZ-İ seriyalı, 151363 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən (səh.42) görünür ki, tərəflər arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 64 nömrə ilə qeyd aparılmışdır. - Naxçıvan Şəhər Məhkə məsinin 21 noyabr 2022-ci il tarixli, 2(078)-876/2022 saylı qətnaməsinin surətindən (səh.09-11) aydın olur ki, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş (səh.05-06) 10 iyul 2023-cü il tarixli, 860 və 861 nömrəli arayışlardan görünür ki, İddiaçı Naxçıvan şəhəri, 6-cı küçə, döngə 4, ev 2 ünvanında, Cavabdeh isə ünvan 4eydiyyatdadır. Beləliklə mülki işin yuxarıda sadalanan təqdim edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 16 iyun 2010-cu il tarixli, 2(078)-82/2010 nömrəli qətnaməsinin surətinə əsasən tərəflər arasında 06 noyabr 1990-cu il tarixdə nikah bağlanmış, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli əmlak-yəni ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi yaşayış evinin ½ hissəsi mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissəsi isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflərin nikahı 23 sentyabr 2013-cü il tarixdə pozulmuş, bundan sonra İddiaçı Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən və torpaq sahəsindən 1/2 payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, lakin Naxçıvan Şəhər Məhkəməs inin xx.xx.2022-ci il tarixli, 2(078)-876/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı 23 yanvar 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməyinə şərait yaradılaraq maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsi ilə hazırda cavabdeh tərəfindən mübahisələndirilən qətnamə qəbul olunmuşdur. Mülki işin cavabdeh tərəfindən mübahisələndirilən halı isə cavabdehin apellyasiya şikayətində göstərdiyi “...İddiaçı ilə 1990-cı il tarixdə ailə qurduğuna, lakin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1989-cu il tarixdə-yəni nikahdan əvvəl tikildiyinə, bu fərdi yaşayış evinin tikilməsi ilə bağlı texniki pasportdakı evin tikilmə tarixində öz təsdiqini tapdığına, İddiaçı ilə nikahlarının 2010-cu ildə pozulduğuna, birgə nikah dövründə əldə olunmadığından, qanunsuz olaraq həmin fərdi yaşayış evinin üzərində ½ pay iddiaçının və ½ pay onun mülkiyyət hüququnun müəyyən olunduğuna, həmin fərdi yaşayış evinin paylı mülkiyyət olmasının belə qanunsuz olduğuna və onların həmin fərdi yaşayış evində birgə yaşamaqlarının mümkün olmadığına” dair dəlilləri olmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin göstərdiyi bu hallar birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu səbəbdən də gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-139.3-cü maddələrinin tələbnə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinin tələbinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə öz növbəsində iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üz rə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düz gün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Kollegiya mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı yuxarıda qeyd olunan norma və tələblərinə uyğun olaraq qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da təsdiq olunur ki, ünvan 1 ünvanında 0.0088 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 69.4 m2 olan fərdi ya şayış evinin ½ hissəsi mülkiyyət hüququ üzrə İddiaçı, ½ hissəsi isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/4 nömrəli reyestr kitabının 746 nömrəli vərəqində qeydiyyata alınmış və beləliklə də iddiaçının mübahisəli əmlaka ½ hissədə qanunvericilikə qorunan mülkiyyət hüquqları yaranmaqla onun haqlı olaraq həmin əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını tələb etmək hüququ yaranmışdır. Çünki yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi, həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrinə (Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məslələri üzrə Dövlət Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iş səh 12) əsasən iş üzrə İddia çı da mübahisəli daşınmaz əmlakın mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq əmlakına istənilən qəsdə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin müddəalarına əsasən hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülkiyyətin tохunulmаzlığı prinsipidir. Həmin Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 213.3-cü maddəsinin tələbinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da göründü yü kimi, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Əgər bu hüququn subyekti birdən artıq olduqda əmlak üzərində ümumi mülkiyyət hüququ yaranır ki, bunun da növləri birgə və paylı mülkiyyətdən ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habel ə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmə dən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1-nömrəli protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz ist ifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması qənaətinə gələrkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf onlara məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bu nunla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan daşınmaz əmlakdan istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və işin faktiki hallarına və yuxarıda istinad olunan normaların tələblərinə əsaslanaraq belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində İddiaçı sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə həyata keçirməsinə cavabdeh tərəfindən qanunsuz müdaxilə mövcuddur və düzgün olaraq bu maneə aradan qaldırılmalıdır. İş üzrə Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsinin ləğvinə digər əsas kimi ”... məhkəmənin qətnaməsinin qanunsuz, maddi və prosessual hüquq normalarına zidd və əsassız olmasını, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və birtərəfli baxılmasını, işin faktiki hallarının araşdırılmadığını və düzgün hüquqi qiymət verilmədiyini, iddianın təmin edilməsi barədə qətnamənin qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu, məhkəmənin qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəldiyini” göstərmişdir ki, kollegiya həmin dəlillərə münasibətdə qeyd edir ki, göstərilən bu dəlillər mülahizə xarakterlidir, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya şikayətində qeyd olunan digər fak tlar isə mübəhisənin hallarını özündə əks etdirən ümumi məlumatlardan ibarət olduğundan kollegiya həmin faktlara apellyasiya şikayətinin dəlili kimi qiymət verməyə zərurət görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.3 və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya mülki işin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilmiş hallarına əsaslanmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, iş üzrə mövcud olan sübutların tədqiqi nəticəsində qəbul edilmiş qətnamə kifayət qədər düzgün və qanuni əsaslarla əsaslandırılmışdır. Mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi və prosessual hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki işin kollegiyada baxılması zamanı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək yeni hallar müəyyən edilməmişdir. Bütün sadalananları nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə etməyə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilm iş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0-384.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0, 384.0.1, 392, 393, 402, 403.1, 405 və 406-cı maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə etməyə maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(078)-369/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar