Məhkəmə qərarları › İş №2(108)-12/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-12/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-12/2023 15.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Allahverdiyev Əli Kərim oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının iştirakları ilə, İddiaçı cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 saylı qətnaməsindən cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızına qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən: G.X.Səfərəliyeva) 30 avqsut 2022-ci il tarixli, 2(078)-551/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ünvan 2 ünvanına yaşayış sahəsinə istifadə hüququ itirilmiş hesab edilmiş, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 21 aprel 2022-ci il tarixli, 12529 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızından alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətn amədən narazı qalan cavabdeh Mirzəyeva (Həsənova) Məmməd Adilə qızı 01 dekabr 2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(078)-551/2022 saylı qərardadı ilə məhkəmənin 30 avqust 2022-ci il tarixli 2(078)-551/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı tərəfindən verilmiş vəsatət təmin edilərək qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızına münasibətdə bərpa olunmuş və apellyasiya şikayəti mülki işlə birlikd ə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilmişdir. Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(078)-551/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o həmin evdən qardaşının zoru ilə qeydiyyatdan çıxarılmış, qardaşı Fərman anası Sonanın onun oğlu X10 adına vəsiyyətnamə verdiyini bilmiş, bu səbəbdən də o, oğlunun tez-tez önünü kəsərək, onun iş yerinə gedərək onun Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzildən qeydiyyatdan çıxmasını tələb etmiş, oğlu da ona çox uta ndığını, gəlib onu iş yerində biabır etdiyini, gedib qeydiyyatdan çıxmağını demişdir. Fərman onları qeydiyyatdan çıxartsa da onun həmin evdə yaşamaq və istifadə hüququ vardır. Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzil 05 iyun 1978-ci ildə evləri söküldükdən sonra order əsasında X18, X5, X7, İddiaçı və X11 verilmişdir. Orderdən də aydın olur ki, o və digər ailə üzvləri bərabər həmin mənzil sahəsini tutmaq (istifadə) hüququ var və hər biri həmin mənzilə münasibətdə bərabər hüquqlara malikdirlər. Belə olduğu halda hansı əsasla onun Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzildən istifadə hüququna, onunla bərabər hüquqa malik olan şəxs tərəfindən son qoyulması əsaslı olmalıdır. Hazırda həmin mülkiyyət Naxçıvan şəhər İcra Hakimiyyətinə mə xsusdur və heç kəsin xüsusi mülkiyyəti deyildir. Bu səbəbdən də iddiaçının onu Naxçıvan şəhəri, H. Əliyev 3, mənzil 7-dəki mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı tələbi və onun bu tələbini təmin edən Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsi işin hallarına və sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1, 228.3.228.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad edilmişdir Apеllyаsiyа şikаyətinə qаrşı еtirаz dахil оlmamışdır. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Naxçıvan şəhər İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İ ddiaçı məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)551/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etmişdir. Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızı məhkəmə baxışı iclasındakı izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə b axır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığını və qаnuniliyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq tam yoxlayaraq iş üzrə gəldiyi nəticələrlə bağlı aşağıdakıları qeyd edir: Kollegiya cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının apellyasiya şikayətində göstərdiyi, həmin evdən qardaşının zoru ilə qeydiyyatdan çıxarılması, qardaşı Fərmanın anası Sonanın oğlu X10 adına vəsiyyətnamə verdiyini bilməsi, bu səbəbdən də Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzildən qeydiyyatdan çıxmasını tələb etməsi, qardaşı Fərmanın onları qeydiyyatdan çıxartması dəlillərinə qiymət verərək onları əsassız hesab edir. İş materiallarından aydın olur ki, Naxçıvan şə hər 3-cü Dövlət Notariat Kontorunda xx.xx.2013-cü il tarixdə 7/E-01-99 nömrə ilə təsdiq olunmuş ərizə ilə X2 Adilə Məmməd qızının Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzilə pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli 2-1(087)-37/2013 nömrəli qərarından aydın olur ki, iddiaçı X14 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X9rşı X8, X10 və X4 Naxçıvan şəhəri Heydər Əliyev prospekti ev 3, 7 saylı mənzilin qeydiyyatından çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin Qeydiyyat və X13 üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə işə baxılarkən X19 və X1 surətdə həmin mənzilin pasport qeydiyyatından çıxdıqlarına g örə iddiaçı həmin hissədə iddiasından imtina etmiş, müvafiq qərardadla həmin hissədə işin icraata xitam verilmişdir. İş materiallarında olan; Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil İstismar İdarəsinin 03 avqust 2022ci il tarixli, 799 nömrəli arayışından aydın olur ki, X19 xx.xx.2013-cü ildə ünvan 3 ünvanından qeydiyyatdan çıxmışdır. Naxçıvan şəhər Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,7/1492 nömrəli arayışdan aydın olur ki,Cavabdeh Naxçıvan şəhəri 56-cı məhəllə,döngə 8,ev 13 A ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər İcra Hakimiyyətinin 06 aprel 2022-ci il tarixli.464 nömrəli arayışından aydın olur ki,Həsənov X12 şəhəri H.Əliyev prospekti ev 3,mənzil 7-də yaşayır.Ev Naxçıvan şəhər İcra Hakimiyyətinə məxsusdur. Naxçıvan şəhər İcra Hakimiyyətinin 5 saylı Mənzil İs tismar İdarəsinin 19 aprel 2022ci il tarixli,521 nömrəli arayışından aydın olur ki, Həsənov X12 şəhəri H.Əliyev prospekti ev 3,mənzil 7 ünvanında qeydiyyatdadır. Naxçıvan şəhər ZDS İK-nin 05 iyun 1978-ci il tarixli,209 nömrəli orderinin surətindən aydın olur ki,X18 beş nəfər ailə üzvü ilə Naxçıvan şəhəri,keçmiş Lenin prospekti 3,mənzil 7 ünvanında yerləşən 3 otaqlı mənzili tutmaq hüququ verilmişdir. Orderdə ailə tərkibi kimi Sona Həsənovanın övladları Qurban,Nəriman,İddiaçıların və Adilə Həsənovanın adları qeyd edilmişdir. Nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki,X15 ilə X8 arasında 23 avqust 1984-cü ildə nikah bağlanmış,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 271 nömrə ilə qeydiyyat aparılmış,qadına Mirzəyeva soyadı verilmişdi r. Ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki,X23 18 iyun 2016-cı il tarixdə Naxçıvan şəhərində vəfat etmiş,bu barədə ölüm akt qeydləri kitabında 05 iyul 2016-cı il tarixdə 208 nömrə ilə qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətinin əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 226.1-ci, 228.3-cü, 228.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad etmişdir. Kollegiya qeyd edir ki, qeyd olunan maddi hüquq normaları hazırki mübahisəyə münasibətdə tətbiq edilə bilm əz, belə ki, həmin normalar yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnu, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasından istifadə hüququnu və s.tənzimləyir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyi də yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə onunla birgə yaşayan ailə üzvləri arasında yaranmış hüquq münasibətlərinə aiddir. Cavabdehin istifadə hüququnun olmasını mübahisələndirdiyi yaşayış evi isə xüsusi mülkiyyətdə deyil. Kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə hüquq münasibətlərinin yarandığı zaman xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respu blikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab ed ilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış s ahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci addəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 1 1 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarının tələblərinə əməl edilməklə cavabdehin mənzildə yaşamamasının səbəbləri araşdırılmış, araşdırma zamanı tərəflərin izahatları, şahid qismində dindirilmiş X4, X6 ifadələri və işdə olan digər sübutlarla cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının ailə qurduğu vaxtdan, yəni 1984-cü ildən yaşadığı mübahisəli mənzildən çıxaraq daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməklə orada yaşaması müəyyən edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsinin daha uzun müddət saxlanmasının əs asları 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində dəqiq göstərilmişdir. Həmin maddədə qeyd olunmuş, yaşayış sahəsinin daha uzun müddət saxlanmasının əsaslarından hər hansı biri cavabdehə münasibətdə mövcud olmamışdır. Cavabdeh daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçdüyündən həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi üçün əsaslar olmuşdur, belə ki, göstərilən maddənin tələbinə görə cavabdeh digər yaşayış sahəsinə köçdüyü gündən yaşayış sahəsinin icarə müqaviləsi pozulmuş hesab edilmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının 1984-cü ildə ailə qurduqdan sonra yaşadığı Naxçıvan şəhəri, H.Əliyev prospekti bina 3-də yerləşən 7 saylı mənzildən çıxaraq digər yaşayış sahəsinə köçməsini həmin mənzildən daimi olaraq getməsi kimi qiymətləndirmiş və mübahisəyə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87-ci maddələrini tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda sadalanan normaların tələbinə əsasən, kollegiya cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının apellyasiya şikayətində göstərdiyi, Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzilin 05 iyun 1978-ci il tarixli order əsasın da X18, X5, X7, İddiaçı və özünə verilmiş mübahisəli mənzildə yaşamaq və istifadə hüququnun olması barədə dəlillərini əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi, Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzilə verilmiş orderə əsasən onun və digər ailə üzvlərinin bərabər həmin mənzil sahəsini tutmaq (istifadə) hüququnun olması və hər birinin həmin mənzilə münasibətdə bərabər hüquqlara malik olması və belə olduğu halda hansı əsasla onun Naxçıvan şəhəri, H. Əliyev prospekti, bina 3-də yerləşən 7 saylı mənzildən istifadə hüququna, onunla bərabər hüquqa malik olan şəxs tərəfindən son qoyulması dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlil də əsassızdır,belə ki, hüquq münasibətinin yarandığı vaxt, yəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilirdi ki, şəxsin müəyyən edildiyindən artıq müddətdə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Kollegiya qeyd edir ki, iş materiallarına əsasən İddiaçı həmin ünvanda yaşamaqla mənzildən istifadə etməsi müəyyən edildiyindən cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının mübahisəli yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsini tələb etməkdə subyektiv hüquqa malik olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, qətnamənin ləğvi üçün gətirilmiş dəlillər əsaslı hesab edilmədiyindən cavabdeh Mir zəyeva (Həsənova) Adilə Məmməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 382, 384.0.1, 393, 402, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qətetdi: Cavabdeh Mirzəyeva (Həsənova) Adilə Məmməd qızının apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(078)-551/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikas ı Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar