Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-12/2024 29.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevnanın sədrliyi və məruzəsi ilə, X3 və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaş ayış evinə həmin ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh yaşayış və istifadə hüququna 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən: Q.N.Məmmədov) İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 10800 (on min səkkiz yüz) manat kompensasiya ödənilməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan Cavabdeh apellyasi ya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliklə nəzərdə tutulduğu qaydada ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzildə yaşayış və istifadə hüququnun mövcud olduğunu, lakin anası İddiaçı ilə yola getmədiklərini, birgə yaşayış qaydalarına riayət etmədiyini, artıq münasibətlərinin pozulduğunu, bu səbəblərdən də birgə yaşaya bilmədiklərini əsas gətirərək mənzildə yaşayış və istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etdiyini, anasının əsl məqsədinin yola gedilməz lik deyil, mənzilin satılmasından ibarət olduğunu və onun buna razılıq vermədiyini, onun yaşamağa başqa bir mülkünün olmadığını, anasının kompensasiya olaraq nəzərdə tutduğu 10800 (on min səkkiz yüz) manat pul məbləğinin isə hal-hazırki bazar münasibətlərinə uyğun olmadığını, onun bu məbləğlə mənzil əldə edə bilməyəcəyini və yaşamağı üçün normal şəraitli ev tapa bilməyəcəyini, həmçinin mənzili dəfələrlə təmir etdirdiyini və 20000 (iyirmi min) manat və əlavə olaraq 10000 (on min) manat da evin əşyalarına xərc çəkdiyini, ümumiyyətlə, 10800 (on min səkkiz yüz) manat pul məbləğinin bu xərcləri qarşılamadığını, onun həmin evdə yaşamaq və istifadə hüququna son qoyulması üçün 10800 (on min səkkiz yüz) manat verilməsi və evin təmirinə xərclədiyi 20000 (iyirmi min) manat pulun müqabilində ona ödə nilməsi nəzərdə tutulan 10800 (on min səkkiz yüz) manat pulun qanunvericiliklə öz əksini tapdığının əksinə olaraq, ona ödənməli olan kompensasiya ədalətli əvəz kimi çıxış etmədiyini, məhkəmənin onun həmin evdə mülkiyyət hüququnun olmasını nəzərə almalı olduğunu, məhkəmənin isə ödənilməsi nəzərdə tutulan 10800 (on min səkkiz yüz) manat pul məbləğinin adekvat bazar qiyməti kimi qəbul edilə biləcəyini qətnamədə qeyd etdiyini, həmçinin anası məhkəmədə evin dəyərinin 70000 (yetmiş min manat) olduğunu qeyd etsə də, hazırki bazar münasibətlərinə uyğun olaraq evin dəyərinin 100 000 (yüz min) manatdan aşağı olmadığını, əgər ki, həmin ona veriləcək kompensasiya 10800 (on min səkkiz yüz) manat təşkil edirsə, o zaman qalan 59200 (əlli doqquz min iki yüz) manat pul məbləğini də anasına ödəyib həmin evd ə yaşamağa davam etmək istədiyini, çünki bu evin onun uşaqlıq xatirələrinin olduğu və atasından yadigar qaldığını, bütün bunlar məhkəmənin birtərəfli olmasını, sadəcə anlaşa bilmədiklərini əsas gətirərək onun yaşayış və istifadə hüququna xitam verilməsi ilə bağlı əsassız qərar qəbul etdiyini, qeyd olunan halları nəzərə almadan, iddianı əsaslı hesab etməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işə düzgün hüquqi qiymət verilməməsi nəticəsində verilmiş bir qərar olduğunu hesab edərək, Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 152.5, 226.1, 226.2, 228.1, 228.2 və 228.5-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88-ci maddələrinə istinad olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə edərək, izahatında 1989-cu ildən-anadan olduğu gündən sözügedən evdə yaşadığını, atası avtomobil qəzası keçirdikdən sonra birlikdə pul düzəldib yeni avtomobil aldıqlarını, atası vəfat edəndə avtomobili satmaq və evdən də imtina etmək məqsədilə notariusda imza atdığını, indi bu barədə aldadıldığını düşündüyünü, arvadı, uşaqları və anası ilə həmin evdə yaşadıqlarını, anasının evdə dava olması ilə bağlı dediyi fikirlərin yalan olduğunu, onun fikrinin evi satmaq olduğunu, evin satılmasını istəmədiyini, evin dəyəri 70000 manatdırsa ona veriləcək kompensasiya məbləği çıxılaraq yerdə qalan evin dəyərini ödəyib evi almağa da razı olduğunu, yetkinlik yaşına çatdıqdan sonra evin təmirinə, əşyalarının yenilənməsinə xərc qoyduğunu, halallıq olsun, ata evində qalacaq deyə özünün dostları ilə birgə köməkləşib qardaşlarının evlərində də işlədiyini, sonunun belə olacağını biləcəyi halda, bunun yerinə özü üçün ev tikəcəyini, qazancının ailəsinə, evə xərcləndiyini, evin satılması ilə, kompensasiya məbləği kimi nəzərdə tutulan pulun ona verilməsi ilə razı olmadığını, müxtəlif işlərdə işlədiyini, əmək fəaliyyəti ilə bağlı qeydlərin əmək kitabçasında olduğunu, 1989-cu ildə təmir edilmiş mənzili onun sonralar yenidən təmir etdirdiyini, ape llyasiya şikayətində evin dəyərini 100000 (yüz min) manat göstərməyinə səbəbin qonşuluqda evlərin həmin qiymətə satılması olduğunu, anasının evi satıb-satmaması barədə ona heç nə demədiyini, evi almaq üçün insanlar gəlib baxanda, zəng vurub ev barədə soruşanda anasının evi satmaq niyyətində olduğunu yəqin etdiyini, qardaşları ilə münasibətlərinin normal olduğunu, anası ilə danışıb problemi həll etsələr də, kimsə onlara qonaq gələndə, onlar kiməsə qonaq gedəndən sonra normallaşmış münasibətlərinin bir daha korlandığını, istəyinin digər qardaşlarına göstərilən münasibətin ona da göstərilməsini, anası ilə danışmağın mənasının olmadığını düşündüyünü, anasının məqsədinin onu evdən çıxartmaq olduğunu, buna görə də bəhanələr dediyini, kirayə qiymətlərinin 450-500 manatdan aşağı olmadığını, özünün aldığı maaşın 500 manat olduğunu, 350-380 manata evlərin isə istilik sisteminin olmadığını, uşaqları Əliabadda bağçaya getdiklərindən orada ev tutmaq istədiyini, yoldaşının da təzəlikcə işə girdiyini, işləyib qazanıb anasını da saxlamaq istədiyini, belə problemi onun böyük qardaşı ilə yaşadığını, indi anasının həmin gəlinin də, qardaşının da başına dolandığını, onun qardaşlarının etdiyini etmədiyini, anası xəstə olanda ən birinci onun yanına gəldiyini, yoldaşı haqqında dediyi sözlərin düzgün olmadığını, anasının kənar müdaxilələrin təsirinə düşdüyünü, anasının uşaqlarını da incitdiyini, özünün məqsədinin ata evinin satılmamasının olduğunu, iddiaçı tərəfindən təklif edilən 16000 (on altı min) manatla razı olmadığını bildirib, Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli, 2(07 8)-1206/2023 nömrəli qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə baxışı iclasında apellyasiya şikayətini qəbul etməyərək, izahatında heç bir ananın övladdan və nəvədən imtina etməyəcəyini, 2020-ci ildə sözügedən evin də, ərinin avtomobilinin də onun adına keçirildiyini, 2017-ci ilə qədər çox gözəl yaşadıqlarını, övladı Nurlan ailə qurduqdan sonra problemlər yaşadıqlarını, nəvəsinə divanı çirkləndirdiyinə görə irad bildirəndə gəlininin onu təhqir etdiyini, hətta oğlunun yanında da onu təhqir edib, itələdiyini, polisə də müraciət etdiyini, 2020-ci ildən öncə də evə saxlamaq üçün it gətirəndə evdə böyük problemlərin yaşandığını, onun ruhi xəstə də olsa da, oğlu və gəlininin onu yola verməli olduqlarını, ayrı yaşamağı təklif etsə də, onunla da razılaşmadıqlarını, evin dəyəri olan 70000 manat məbləğin 50%-i özünə, 50%-i 3 uşaq arasında bölünərək kompensasiya məbləğinin 10800 manat olmasının müəyyənləşdirildiyini, evi ayırmaq da istədiklərini, lakin giriş çıxışın ayrı edilməsinin bunun mümkün olmadığını, 10800 manat kompensasiya məbləğini artırmağa gücünün çatmadığını, həmin məbləği də bankdan kreditlə götürdüyünü, evi əvvəl satmaq istədiyini, hal-hazırda satmaq niyyətinin olmadığını, barışıq üçün vaxt verilsə də, oğlunun ondan üzr istəmədiyini, ona görə də heç bir razılığa gəlmədiklərini, onun öz əcəli ilə ölmək istədiyini, kiminsə onu xəstə edib öldürməsinə razı olmadığını, onun 35 il işləyərək ev tikdiyini, indi onun qədrini bilməyənlərə vermək istəmədiyini, razılıq üçün ən çoxu 16000 manat pul verə biləcəyini, on dan artıq məbləğ verə bilməyəcəyini bildirib, Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə baxışı iclasına mütəxəssis qismində dəvət olunan şəxs X1 hakimlərin suallarını cavablandıraraq evin şəkillərinə baxdığını, evin ünvanını bildiyini, evə verilən satış və kirayə qiymətlərinin onun yerləşdiyi yerə, otaqlarının sayına və təmirinə görə verildiyini, həmin evin ortalama qiymətinin 95000-105000 manat arası olduğunu, onunla eyni otaqlı, eyni şəraitli, eyni mərtəbədə və eyni təmirdə olan evlərin kirayə qiymətinin isə 400-450 manat olduğunu, onunla hər cəhətdən eyni olub otaq sayı 3 olan evlərin kirayə qiyməti isə 350-400 manat olduğunu bildirdi. İş materiallarında olan Naxçıvan Muxtar Respubli kası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və 24 noyabr 2020-ci il tarixli, 7969 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun təsdiqlənmiş surətinə əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4925 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********33-05101-093036, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2020). İş materiallarında olan AZ-İ seriyalı, 749730 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X6 06 iyul 2020-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 284 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 1375 nömrəli, 16 iyun 2023-cü il tarixli arayışa əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildə aşağıdakı şəxslər qeydiyyatdadır: 1. 1988-ci il təvəllüdlü Cavabdeh; 2. 1977-ci il təvəllüdlü X5. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 2(108)12/2024 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspetizası təyin edilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 214 nömrəli rəyinə əsasən belə nəticəyə gəlinmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torp aq Məsələləri üzrə Dövlət Xidmətinin əmlakın qiymətləndirilməsi və qiymətləndirilmə fəaliyyətinə nəzarət sektorunun müdiri T.Quliyevin şəxsi imzası ilə təsdiq edilmiş 13 mart 2023-cü il tarixli mütəxəssis rəyini, baxış zamanı və mülki iş materiallarında olan zəruri məlumatları nəzərə alaraq ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzilin real orta bazar qiyməti 103000,0 (bir yüz üç min) manat məbləğində olduğu, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əmlakın qiymətləndirilməsi və qiymətləndirmə fəaliyyətinə nəzarət sektorunun müdiri T.Quliyevin şəxsi imzası ilə təsdiq edilmiş mütəxəssis rəyinə əsasən Xidmətin informasiya bazasında mənzillərin kirayə qiymətləri ilə bağlı məlumatların olmadığı müəyyən edilmişdir. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin t ələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Kollegiya iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləy ərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakıları qeyd edir. İşin araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı nümayəndə vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən Cavabdeh və onun ailəsininin yaşayış hüququna kompensasiya verilməklə xitam verilməsi xahiş olunmuşdur. İddiaçı bunun səbəbini cavabdehin və onun ailəsinin ona qarşı kobud rəftar etməsində görmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə 10800 manat kompensasiya öd ənilməsi müəyyən edilsə də, cavabdeh bununla razılaşmayaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinnin dəlillərinə qiymət verilməzdən əvvəl ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Belə ki, “İ.Şabanovun şikayəti ilə əlaqədar Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhk əməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/25 nömrəli reyestr kitabının 4925 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi İddiaçı mənzilin mülkiyyətçisi olaraq həmin iddianın qaldırılmasında subyektiv hüquqa malik olan şəxsdir. Cavabdeh mübahisəli mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququna gəldikdə, kollegiya qeyd edir ki, işin araşdırılması zamanı mü lki işdə olan hüquqi sənədlərlə, istər cavabdehin istərsə də iddiaçının özünün verdikləri izahatlarla Cavabdeh həmin mənzildə doğulması, boya başa çatması, qeydiyyatda olmaqla bugünədək həmin mənzildə ailəsi ilə birgə yaşamasının və istifadə etməsinin mövcudluğu öz təsdiqini tapmışdır. Kompensasiya ifadəsi latın dilindəki “compesatio” sözündən götürülüb, hərfi mənası “əvəz” kimi başa düşülür. Hüquqi mənası da hərfi mənasına uyğundur: kompensasiya hüququn əvəzi kimi verilə bilər. İstifadə hüququ subyektiv hüquq olaraq bir davranış imkanıdır, ona görə də hüququn kompensasiyası deyiləndə “imkanın əvəzləşdirilməsi” başa düşülür. Əvvəlcə “imkan” müəyyənləşdirilməlidir. “İmkan” müxtəlif amillərlə müəyyənləşdirilir: mənzildə istifadəçiyə xas olmuş şərait və s. Bundan sonra “imkana” uyğun olan “əv əz” müəyyənləşdirilməlidir. “Əvəz” də müxtəlif amillərlə müəyyənləşdirilir: mənzil bazarındakı kirayə qiymətləri, istifadəçinin maddi vəziyyəti, sosial vəziyyəti, istifadəçinin özünə yaşayış sahəsi əldə edə bilməsi üçün zəruri olan müddət və s. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən edilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya yolu ilə xitam verilə bilər. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. X12 əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddə sində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim y aradır. Eyni zamanda mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığı da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi b arədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. X12 əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. X12 əsasən birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Kollegiya belə hesab edir ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Cavabdehin “qanunvericiliklə nəzərdə tutulduğu qaydada ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 93.78 kv.m olan mənzildə yaşayış və istifadə hüququnun mövcud olduğunu, lakin anası İddiaçı yola getmədiklərini, birgə yaşayış qaydalarına riayət etmədiyini, artıq münasibətinizin pozulduğunu, bu səbəblərdən də birgə yaşaya bilmədiklərini əsas gətirərək mənzildə yaşayış və istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etdiyini, anasının əsl məqsədinin yola gedilməzlik deyil, mənzilin satılmasından ibarət olduğunu və onun buna razılıq vermədiyini, onun yaşamağa başqa bir mülkünün olmadığını, anasının kompensasiya olaraq nəzərdə tutduğu 10800 (on min səkkiz yüz) manat pul məbləğinin isə hal-hazırki bazar münasibətlərinə uyğun ol madığını, onun bu məbləğlə mənzil əldə edə bilməyəcəyini və yaşamağı üçün normal şəraitli ev tapa bilməyəcəyini, həmçinin mənzili dəfələrlə təmir etdirdiyini və 20000 (iyirmi min) manat və əlavə olaraq 10000 (on min) manat da evin əşyalarına xərc çəkdiyini, ümumiyyətlə, 10800 (on min səkkiz yüz) manat pul məbləğinin bu xərcləri qarşılamadığını, onun həmin evdə yaşamaq və istifadə hüququna son qoyulması üçün 10800 (on min səkkiz yüz) manat verilməsi və evin təmirinə xərclədiyi 20000 (iyirmi min) manat pulun müqabilində ona ödənilməsi nəzərdə tutulan 10800 (on min səkkiz yüz) manat pulun qanunvericiliklə öz əksini tapdığının əksinə olaraq, ona ödənməli olan kompensasiya ədalətli əvəz kimi çıxış etmədiyini, məhkəmənin onun həmin evdə mülkiyyət hüququnun olmasını nəzərə almalı olduğunu, məhkəm ənin isə ödənilməsi nəzərdə tutulan 10800 (on min səkkiz yüz) manat pul məbləğinin adekvat bazar qiyməti kimi qəbul edilə biləcəyini qətnamədə qeyd etdiyini, həmçinin anası məhkəmədə evin dəyərinin 70000 (yetmiş min manat) olduğunu qeyd etsə də, hazırki bazar münasibətlərinə uyğun olaraq evin dəyərinin 100000 (yüz min) manatdan aşağı olmadığını” dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Cavabdeh atası öldükdən sonra özünə məxsus olan payından anasının xeyrinə imtina edib. Evin ona qalacağını düşünərək ona zəruri xərclər çəkib və bu xərclərin qarşılığında ona 10800 manat kompensasiya təklif edilməsi ilə razı deyil. Bu qiymət evin orta bazar qiymətinə əsasən təyin olunsa da, məhkəmə bunun üçün ekspertiza təyin edərək evin orta bazar qiymətini 103000 (bir yüz üç min) manat mə bləğində olduğunu müəyyən etmişdir. Həmçinin, mütəxəssis dəvət olunaraq həmin şəraitli evlərin 400-450 manata kirayə qiyməti olduğu müəyyən olunmuşdur. Bütün bunlar cavabdehin şikayətində haqlı olduğuna dəlalət edir. Kollegiya belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş kompensasiya məbləği ağlabatan deyil. Cavabdehin “...əgər ki, həmin ona veriləcək kompensasiya 10800 (on min səkkiz yüz) manat təşkil edirsə, o zaman qalan 59200 (əlli doqquz min iki yüz) manat pul məbləğini də anasına ödəyib həmin evdə yaşamağa davam etmək istədiyini, çünki bu evin onun uşaqlıq xatirələrinin olduğu və atasından yadigar qaldığını, bütün bunlar məhkəmənin birtərəfli olmasını, sadəcə anlaşa bilmədiklərini əsas gətirərək onun yaşayış və istifadə hüququna xitam verilməsi ilə bağl ı əsassız qərar qəbul etdiyini, qeyd olunan halları nəzərə almadan, iddianı əsaslı hesab etməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işə düzgün hüquqi qiymət verilməməsi nəticəsində verilmiş bir qərar olduğunu hesab etməsi” dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının oğlu ilə problemləri olduğu üçün ona qarşı aqressiv olması və bu səbəbə görə kompensasiya ödəmək üçün evin satışının həyata keçirilməsi zamanı nəzərdə tutulmuş kompensasiya məbləği çıxıldıqdan sonra həmin evin cavabdeh tərəfindən alınmasına etiraz etməsi onun məqsədinin oğlunu həmin evdən çıxartmaq olduğunu göstərir. Həmçinin onun cavabdeh ilə kompensasiya məbləğinin ödənilməsində razılığa gəlməməsi kollegiyanın bununla bağlı qətnaməni ləğv etməsinə, yeni qanuni və ədalətli qərar qəbul etməsinə səbə b hesab olunur. İşin kollegiyada araşdırılması zamanı müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı ev 5 mərtəbəli binanın 3-cü mərtəbəsi olmaqla təmir və dördotaqlıdır. Mənzilin satış qiyməti ekspert rəyinə əsasən 103000 (bir yüz üç min) manat, kirayə qiyməti mütəxəssis rəyinə əsasən aylıq 400-450 manat müəyyən edilmişdir. İddiaçı 16000 manatdan artıq pul ödəyəməcəyini, buna maddi imkanının olmadığını bildirmiş, cavabdeh isə ata evindən çıxmaq istəmədiyini, həmin evə 15000 manatdan çox xərc qoyduğunu, əgər belə olacağını bilsəydi, ona qoyduğu xərcin yerinə özünə ev alacağını, təklif edilən məbləğlə də razı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçının təklif etdiyi məbləğ ağlabatan deyil və təklif edilən məbləğ ilə cavabdehin bazar qiymətinə əsasən eyni şəraitli evdə kirayə yaşayaraq özünə müəyyən səviyyədə həyat qurmağa başlaması qeyri-mümkündür. Kollegiya tərəflərin izahatlarını, ekspert və mütəxəssis rəyini bu sahədə formalaşmış məhkəmə təcrübəsi və qanunvericilik aktları ilə əlaqəli şəkildə təhlil edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işlə bağlı düzgün nəticəyə gəlməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hal lara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası m əhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi rədd olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393, 403, 405.0.1 və 406.1-ci maddələrini rəhbər tutaraq kollegiya qətetdi: İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(078)-1206/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iddia tələbi rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 20 manat dövlət rüsumu iddiaçıya aid edilərək X8 MR İdarəsinin AZ88NABZ********************4 nömrəli müxbir hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(108)-12/2024
Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-12/2024
29.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver