Məhkəmə qərarları › İş №2(108)-120/2023

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-120/2023

10.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-120/2023 10.10.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Ali Məhkəmənin hakimi Allahverdiyev Əli Kərim oğlunun sədrliyi (məruzəsi) ilə, hakimlər Kuimova Vera Gennadiyevna və Quliyev Vüqar Kərim oğlunun heyətində, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İlk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsindən ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə və ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı tərəfindən verilən apellyasiya şikayətlərinə baxaraq müəyyənetdi: Na xçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim G.X.Səfərəliyeva) 09 iyun 2023cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə əmlakın ipoteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pay hüququ müəyyən edilmiş, iddia tələbi qalan hissədə rədd edilməklə Cavabdeh tərəfindən "xxxx" ASC Naxçıvan filia lına xx.xx.2022-ci il tarixdə 23528 nömrəli qəbzlə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı alınaraq ona qaytarılması qət edilmişdir. İşin halları: İş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1-da yerləşən mənzildən Cavabdeh məcburi qaydada çıxarılması, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək ünvan 1-da yerləşən daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəmə sinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2(110)-112/2023 nömrəli mülki iş Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-128/2023 nömrəli işlə birləşdirilməsi üçün göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair e-2(078)-128/2023 nömrəli mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair 2(110)-112/2023 nömrəli mülki işlə birləşdirilərək eyni icraat daxilində baxılması qərara alınmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı iddiası əsassız olduğundan rədd edilmiş, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı iddiası isə qismən təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qətnaməsindən narazı qalan ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə 26 iyul 2023-cu il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv edilməklə ikinci iddia üzrə tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı 27 iyul 2023-cu il tarixdə apellyasiya şikayət i ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək məhkəmənin qətnaməsinin ləğv olunmaqla iddia tələbinin təmin edilməsi və ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh iddiasının rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə və ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı apellyasiya şikayətlərinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına daxil olmuşdur. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Hüseyn oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsi ilə razılaşmır, ona görə ki, məhkəmə h azırki işdə hər iki tələb üzrə aydınlaşdırılmalı yeganə halın ünvan 2 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilib-edilməməsi olduğunu göstərmişdir. Lakin bununla bağlı düzgün araşdırma aparılmadan nəticəyə gəlmişdir. Belə ki, 06 mart 2017-ci il tarixli alqı-satqı və İpoteka Müqaviləsindən aydın olur ki, həmin tarixdə Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı "xxxx" MMC arasında 0603/01/İPK nömrəli müqavilə bağlanmış və ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət tərəfindən 17 mart 2014-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışa əsasən ona məxsus daşınmaz əmlak Alıcı-İpoteka qoyan İddiaçı adına verilmişdir. Məhkəmə qətnaməsində göstərir ki, daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manatdır, mənzilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən 06 mart 2017-ci il tarixli, 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. xx.xx.2017-ci il tarixli, 2066 nömrəli qəbzdən aydın görsənir ki, 11400 manat ödəniş artıq tərəflər nikaha girdikdən sonra ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022cİ il tarixli 04/696 nömrəli məktubunda daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci i tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınmışdır. Mənzil "xxxx" ASC-in 06 mart 2017-ci il tarixli, 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi bina 13 (D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. Ümumilikdə əmlakın birgə nikah dövründə əldə olunması bütün sübutlarla öz təsdiqini tapmaqdadır. Həmçinin iş üzrə məhkəmə araşdırması zamanı şahid ifadəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə izahatlara, şahid ifadəsinə düzgün hüquqi qiymət verməsi üçün qarşı tərəfin şəxsən iştirakını təmin edərək, onun dinlənilməsini təmin etməli idi. Lakin bunun üçün heç bir addım atılmamışdır. Ümumilikdə 2-ci qrup övladlarının olmasını və azyaşlı uşaqların anasının himayəsində yaşamasını, uşaqların və ananın qalacaq yerinin olmamasına nəzər salmadan ədalətsiz bir qərar qəbul edilmişdir. Qeyd olunan halları nəzərə almadan iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab edirlər. Hesab edirlər ki, məhkəmə qeyd olunan halları (sübutları) tam, hərtərəfli araşdırmadan bu nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-ci il tarixli, e2(078)-128/2023 nömrəli qətnaməsini ləğv edərək, ilk iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçının tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdeh X4 ilə xx.xx.2017-ci il tarixində Naxçıvan Şəhər Nikah Evində (əvvəlki adı ilə) rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. xx.xx.2017-ci il tarixində el adət-ənənəsinə uyğun olaraq toy etməklə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından iki övladı olmuşdur: xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2020ci il təvəllüdlü X5. Onlar artıq rəsmi qaydada boşanmış və faktiki olaraq ayrı yaşay ırlar. Şərur Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə onların nikahı rəsmi qaydada pozulmuşdur. Eyni zamanda Şərur Rayon Məhkəməsinin 2(110)-413/2022 saylı qətnaməsi ilə alimentin tutulması qərar alınmış və ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay iki uşağa görə iddiaçının qazancın (başqa o gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdeh ünvan 7 ünvanında yaşayan Cavabdeh xeyrinə ödənilməsi və uşaqların ananın yanında saxlanılması müəyyən olunmuşdur. Təxminən 3 ay əvvəl, yəni bu ilin iyul ayında hazırki iş üzrə cavabdeh "Gənclər Şəhərciyi" yaşayış kompleksi, D bloku, 9-cu mərtəbədə yerləşən və tam mülkiyyət hüququ üzrə hazırki iş üzrə İddiaçı məxsus mənzilin qapısını sındırmış və mülkiyyətçinin razılığı olmadan həmin mənzilə daxil olaraq orada məskunlaşmış və hal-hazırki günədək də orada yaşamaqda davam etməkdədir. Bundan əlavə qeyd edir ki, o ailəsinin bərpası üçün əlindən gələni etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Belə ki, 2020-ci ilin 23 dekabr tarixində övladının problemi ilə əlaqədar olaraq Bakı şəhərinə 3 aylıq gedib qayıtdıqdan sonra hazırki iş üzrə cavabdeh-iddiaçı "Gənclər Şəhərciyi" yaşayış kompleksində yerləşən mənzilə yox, öz atasıgilin evinə getmiş və övladlarını da özü ilə aparmışdır. Sonradan onun tərəfindən cavabdeh-iddiaçıya evinə qayıtması üçün təkidlə müraciətlər edilsə də, bunun bir nəticəsi olmamışdır. Bundan əlavə hazırki iş üzrə cavabdeh-iddiaçı dəfələrlə ailədaxilində problemlər yar atmış, özbaşına evdən çıxıb getmiş, həmçinin onun anası da bu ailəyə kənardan müdaxilələr etmişdir. O, bir neçə vaxtdır ki, övladlarını da görə bilmir. Nəinki o, onun valideynləri də öz nəvələrini görməkdən məhrum olmuşdurlar. Nəzərə çatdırmaq istəyir ki, o həmin mənzili birgə nikah dövründə əldə etməmişdir. Belə ki, onlar rəsmi nikaha 06 mart 2017-ci il tarixində daxil olmuşlar. O isə həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etmişdir. Belə ki, o, "xxxx" MMC ilə mənzil tikinti müqaviləsi bağlamış və həmin mənzili əldə etmişdir. O, mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etmiş və həmin sənədlər içərisində "subaylıq haqqında arayış" da təqdim olunmuşdur. Yəni o, nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərmiş, ilkin ödəniş həyata ke çirmişdir. Yəni o, rəsmi nikaha daxil olmamışdan və hətta faktiki nikah münasibətlərində olmamışdan bir neçə vaxt əvvəl həmin mənzili əldə etmək istəmiş, bunun üçün aşkar niyyətini nümayiş etdirmiş (müvafiq MMC-yə müraciət etməklə), nəticədə isə həmin MMC ilə mənzilin alınmasına dair müqavilə bağlamış və iradə ifadəsi göstərmişdir. Daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alqısatqı və Kredit müqaviləsi bağlanılmışdır. Yəni daşınmaz əmlak ipoteka müqaviləsi ilə əldə edilmiş və hal-hazırda da əmlakın yüklülüyü davam etməkdədir. İlkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alqı-satqı müqaviləsi bağlana bilməzdi. Nəticə etibarı ilə həmin mənzil onun özü tərəfindən əldə edilmiş və bu əmlak birgə nikah dövründə qazanıl an əmlak deyildir. Lakin cavabdeh-iddiaçı hal-hazırda həmin mənzildə məskunlaşaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, həmin mənzilə qanunsuz sahiblik etməkdə davam edir. O, isə həmin mənzilin qanunsuz sahiblikdən azad olunmasını və mənzilin ona qaytarılmasını istəyir. Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsinə müvafiq iddia tələbi ilə bağlı müraciət etmiş (vəkil və nümayəndəm vasitəsilə iddia qaldırmış), lakin Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qətnaməsi ilə (hal-hazırda apellyasiya qaydasında mübahisələdirilən) onun iddiası rədd olunmuşdur. Eyni zamanda o, Naxçıvan Şəhər Məhkəməsində müvafiq iddianı qaldırdıqdan bir müddət sonra Cavabdeh isə ilk olaraq Şərur Rayon Məhkəməsində mənə qarşı ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakda paylarda mülkiyyət hüququnun tanınması" tələbinə d air iddia qaldırmışdır. Belə olan halda ona Şərur Rayon Məhkəməsindən məhkəmənin ilk hazırlıq iclası ilə bağlı məhkəmə bildirişi rəsmi qaydada gəldikdən sonra ərizə ilə həmin məhkəməyə müraciət edərək mülki işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini (ilk olaraq mən iddia qaldırdığım üçün) xahiş etmişdir. Bundan əlavə onu qeyd etmək istəyir ki, cavabdehiddiaçı dəfələrlə məhkəmə proseslərinə gəlməmiş, əsaslar olmadan məhkəmə prosesləri təxirə salınmış, hakimə etiraz verilmiş, sonradan məhkəmədə vəkil və nümayəndə ilə təmsil olunmuş, işlə tanışlıq üçün məhkəmə prosesi təxirə salınmış və nəticədə 2023-cü ilin yanvar ayında Naxçıvan Şəhər Məhkəməsinin icraatına daxil olan sözügedən mülki iş 6 ay müddətində yekunlaşmışdır. Bunları qeyd etməkdə məqsədi odur ki, yuxarıda (işin faktiki halları hissəsində) qeyd etdiyi kimi ipoteka müqaviləsi onunla bağlanılmış və o, həmin ipoteka müqaviləsi üzrə daşınmaz əmlakın ödənişini həyata keçirir. Lakin ona mülkiyyət hüququ ilə məxsus olan mənzildə yaşaya bilmir. Məhz buna görə də neçə aylardır ki, kirayədə qalır. Hesab edir ki, bu tamamilə ədalətsizlikdir. Bundan əlavə AR Mülki Məcəlləsinə görə alqı-satqı müqaviləsinə görə (daşınmaz əmlakların alqı-satqısı) daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məlum olduğu kimi müvafiq MMC satıcı qismində qeyd edilən müqavilə ilə daşınmaz əmlakı (mənzili) mənim mülkiyyətimə verməyi öhdəsinə götürmüş və bu öhdəliyi qeyd edilən müqavilənin davamı kimi alqı-satqı və i poteka müqaviləsi ilə rəsmiləşdirmişdir. Yəni ikinci müqavilə ilə birinci müqavilə üzrə öhdəliyini məhz ona qarşı yerinə yetirmişdir. Yəni bu öhdəlikdə hazırki iş üzrə cavabdeh-iddiaçıya aid heç bir hüquqi bağlılıq yoxdur və ola da bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi məhz işə çox səthi yanaşmış, aydınlaşdırlmalı olan yeganə hal kimi mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə olunub-olunmaması məsələsi ilə məhdudlaşdırmışdır. Yəni əmlaka ödənilən, verilmiş ipoteka kreditinə münasibətdə qeyd edilən əmlakda pay müəyyən etmişdir. Halbuki əmlakın nə vaxt əldə olunması, mənim tərəfimdən ilkin müqavilənin imzalanması, iradə ifadəsinin və niyyətin nümayiş etirilməsi, mənzilin ilkin müqaviləsi bağlanılan zaman rəsmi nikahın olmaması, buna dair sübutların təqdim olunması kimi hallara ümumiyyətlə fikir verməmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normasına istinad edərək payların bərabər bölünə bilməməsini qeyd etmişdir. Ümumiyyətlə bu maddi hüquq normasına istinad olunmasını mən hüquqi baxımdan düzgün hesab etmirəm. Yuxarıda qeyd etdiyi kimi qeyd edilən əmlak onların birgə nikah dövründə deyil, nikahdan əvvəl onun əldə etdiyi daşınmaz əmlakdır, ilkin müqavilə tərəfi olan "xxxx" MMC də onunla məhz "subay" olan vaxtı müqavilə imzalamış, o həmin şirkətə tələb olunan sənədlərdən "subaylıq haqqında" arayış təqdim etmiş və ilkin müqaviləni məhz nikahda olmayan vaxtı imzalamış, qeyd edilən daşınmaz əmlakı almışdır. Yəni ilkin müqavilə tərəfi olaraq o həmin müqaviləni əmlakı əldə edən tərəf qismində təsdiqləmişdir. Hansı ki, məhz həmin müqavilənin davamı olaraq da alqı-satqı və ipoteka müqaviləsi bağlanılmışdır. Həmçinin o da qeyd edilməlidir ki, alqı-satqı və ipoteka müqaviləsinin imzalanması (təsdiqlənməsi) tarixi ilə onların rəsmi nikah tarixiləri də eyni tarixə, eyni günə təsadüf edir. Bu da bir daha onu sübut edir ki, məhz bu əmlak onların birgə nikah dövründə qazanılmış əmlak deyildir. Yəni mövcud ipoteka krediti üzrə də müqavilə tərəfi məhz o, olmuş, banka təqdim edilən sənədlərdə də məhz onun müraciəti olmuşdur. Həmin sənədlər içərisində də rəsmi nikahla bağlı heç bir sənəd olmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə nikah vaxtı əldə edilən ipoteka krediti üçün nikahda olan şəxslərdən digərinin (ər və ya arvadın) yazılı razılığı tələb olunur. Belə razılıq ola da bilməzdi. Məhz bu qeyd edilən müqavilə məhz ilkin müqavilənin davamı k imi məhz onunla bağlanılmışdır. Buradan da tam sübuta yetirilir ki, bu əmlak birgə nikah dövründə qazanılan əmlak deyildir. Qeyd edir ki, müvafiq qətnamənin 10-cu səhifəsinin ilk abzasında "gələcəkdə qazanacaqları vəsait" anlayışından istifadə edilir ki, o bununla qəti şəkildə razı deyil. Məhkəmə bütün bu halları araşdırmamışdır. Eyni zamanda qətnamədə qeyd edilsə də, nikah tarixi ilə ipoteka müqaviləsinin eyni gündə bağlanılması halını məhkəmə kifayət qədər araşdırmamış, qeyd edilən sənədlərin olub-olmaması hallarına qiymət verməmişdir. Həmçinin onun iddia tələbi ilə bağlı məhkəmə ümumiyyətlə araşdırma aparmamış, yalnız əmlakın əldə edilmə tarixi ilə hüquqi mübahisəni həll etməyə çalışmış, həmçinin təqdim etdiyi dəlillərə, sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-128/2023 saylı qətnaməsinin tamamilə ləğv olunması (ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh qarşı "mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması və ikinci tələb üzrə iddiaçı, ilk tələb üzrə cavabdeh, Cavabdeh ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı qarşı "daşınmaz əmlakda % payın müəyyən olunması" hissələrinə münasibətdə), ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh qarşı "mənzildən məc buri çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair iddiasının təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı qarşı "daşınmaz əmlakda payın müəyyən olunması" tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşmadığını, birinci instansiya məhkəməsinin hazırki işdə hər iki tələb üzrə aydınlaşdırılmalı yeganə halın ünvan 9 ünvanda inşa edilən 11 mərtəbəli y aşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin İddiaçı ilə onun birgə nikah dövründə əldə edib-etmədikləri mənzil olmasının müəyyən etməli olduğunu, Naxçıvan Şəhər Məhkəməsinin bununla bağlı düzgün araşdırma aparmadan nəticəyə gəldiyini, mənzilin onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğunu, onun alınması üçün ilkin ödəniş məbləği kimi ödədikləri vəsaitin nikah bağladıqdan sonra, yəni 06 mart 2017-ci il tarixdə həyata keçirdiyini, mənzilin alınması üçün ilkin ödəniş kimi ödənilmiş 33000 manata qədər vəsaitin onun valdeynlərinin verməsinə baxmayaraq, bununla bağlı əlində heç bir sənədin olmadığını, onun bunu sübut edə bilmədiyini, onların nikaha daxil olan zaman iddiaçının 31 yaşının olduğunu, həmin vaxta qədər iddiaçının mənzil almadığını, onunla ailə quranda b elə onun bunu problem etmədiyini, özlərinin işləyərək mənzil alacaqlarını düşündüyünü, onların nikaha qədər, yəni nişanlı olduqları dövrdə almaq üçün bir çox evlərə, hətta "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikilmiş evlərin onların xoşuna gəldiyindən əvvəlcə oradan təmirli mənzil almaq istədiklərini, lakin sonradan təmirin öz istədikləri kimi olsun deyə təmirsiz mənzil aldıqlarını, mənzili öz istədikləri kimi təmir etdirdiklərini, uşaqlarının həmin mənzildə dünyaya gəldiyini, bütün bunların hamısını onların birgə nikah dövründə həyata keçirdiklərini, nəticə etibarilə mənzilin birgə mülkiyyət sayıldığını, ər-arvadın birgə nikah dövründə əldə etdiyi əmlakın onların birgə mülkiyyəti hesab edilməsinin Azərbaycan Respublikasının Qanunvericiliyində də qeyd olunduğunu, hazı rda onun mübahisələndirilən mənzilə çox ehtiyacının olduğunu, onun qalacaq başqa bir mənzilinin olmadığını, uşaqlarla birlikdə həmin mənzildə yaşadığını, həmin mənzildə haqqının olduğunu düşündüyü üçün iddia qaldırdığını, övladının birində qan azlığı, digərində isə otizm xəstəliyi olmaqla hər ikisinin də səhhətində problem olduğunu, aldığı əmək haqqını uşaqların müalicəsinə xərclədiyini, hazırki vəziyyətdə evdən çıxıb başqa yaşayış evi əldə etməyə maddi imkanının olmadığını, iddiaçının isə hazırda onun uşaqlarla birlikdə yaşadıqları mənzilə ehtiyacının olmadığını, iddiaçının yaşayış üçün ayrıca mənzilinin olduğunu, onun hazırda başqa bir qadınla ailə quraraq həmin mənzildə birlikdə yaşadığını, iddiaçının öz övladlarını düşünmədən onları mənzildən çıxarmaq istədiyini, hazırda mübahisələnd irilən mənzilin onların birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan həmin əmlaka onun ikidə bir pay hüququnun müəyyən edilməli olduğunu hesab etdiyini, həmçinin qiymətləndirmə aktından daşınmaz əmlakın satış qiymətinin 68400 manat olduğunun müəyyən edildiyini, mənzilin dəyərinin 11400 manat məbləğində olan hissəsinin alıcı tərəfindən, 57000 manat məbləğində olan hissəsinin isə ipoteka fondu tərəfindən ödənildiyini, 06 mart 2017-ci il tarixli qəbzdən 11400 manat ödənişin artıq onların nikaha daxil olduqdan sonra ödənildiyinin aydın olduğunu, ilkin ödənişi valdeynlərinin verdiklərini, həmin vaxt anasının “pulu biz veririk, müqaviləyə qolu qızım çəksin” dediyini, ancaq qarşı tərəfin buna razı olmadığını, əvvəl müqaviləyə İddiaçı qol çəkəcəyini dediklərini, ancaq sonradan ipoteka kred iti müqaviləsinə Nüsrət həkimin qol çəkdiyini bildiklərini, onların isə bunu mübahisələndirə bilmədiklərini, çünki onun ailə qurduğunu, iddiaçının onun əri olduğunu düşündüklərini, onların evin alqı-satqısını bilərəkdən nikah vaxtına saxladıqlarını, çünki həmin mənzilin onların birgə nikah dövründə əldə etdikləri əmlak olmasını istədiklərini, onların hüquqşünas olan qohumlarının və tanıdıqları vəkillərin olduğunu, onlardan bu barədə soruşanda ona qanunvericiliyə əsasən həmin mənzilin onların birgə nikah dövründə əldə etdikləri əmlak sayıldığını və həmin əmlakda onun ikidə bir payının olmasını ona bildirdiklərini, onların alqı-satqı günü, yəni nikah bağladıqdan sonra mənzilin alınması üçün ilkin olaraq 11400 manat pul ödədiklərini, evin ümumi qiymətini bilmədiyini, ailə dəyərlərində qadının və kişinin öz yerinin olduğunu, onun heç vaxt sabiq ərindən nə qədər əmək haqqı alması və ya evi neçəyə almasını soruşmadığını, onların fikir bildirmədiklərini, məsələni böyüklərin həll etdiyini qeyd edərək göstərdiklərinin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunmaqla Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-ci il tarixli, e2(078)-128/2023 nömrəli qətnaməsinin həmin yaşayış evində 32.56% pay hüququ olmasına dair hissəsinin ləğv olunaraq mənzilin ½ hissədə pay hüququnun müəyyən olunması, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə kollegiyadakı izahatında qızının hazırki iş üzrə lazım olan hər şeyi bildirdiyini, onun izahatına əlavəsinin olmadığı nı bildirərək, kollegiyadan apellyasiya şikayətlərinin təmin edilməklə qanuni qərar qəbul edilməsini xahiş etdi. İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh vəkili Vəkil2 kollegiyadakı izahatında tərəflərin 06 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olduqlarını, tərəflərin mübahisəli mənzili daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmasını, həmçinin kredit və ipoteka alqı-satqı müqaviləsini məhz nikah bağladıqdan sonra həyata keçirdiklərini, belə olan halda qanunvericiliyinin tələbinə əsasən ünvan 9 ünvanda inşa edilən 11 mərtəbəli yaşayış binasının D blokunun, 9-cu mərtəbəsində olan 6 nömrəli mənzilin tərəflərin birgə nikah dövründə əldə etdiyi əmlak olduğunu və həmin mənzilin mülkiyyətçisi kimi cavabdeh-iddiaçının ikidə bir pay hüququnun müəyyən olunmal ı olduğunu bildirərək, göstərdiklərinin kollegiya tərəfindən nəzərə alınmasını xahiş etdi. İlk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək kollegiyadakı izahatında əvvəllər onun heç vaxt ev almaq barədə düşünmədiyini, kirayə mənzildə yaşamağa üstünlük verdiyini, bir müddət sonra atasının ona 31 yaşının olduğunu, işlədiyini, özünə aid ayrıca evinin olmasını ona bildirdiyini, onun da bu barədə araşdırma apardığını, işi ilə əlaqədar ona 4% ipoteka kreditinin verilə biləcəyini müəyyən etdiyini, onun cavabdehlə nikaha 06 mart 2017-ci il tarixində daxil olduğunu, mübahisə predmeti olan və ünvan 9 ünvanda inşa edilən 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzili isə 26 yanvar 2017-ci ildə əldə etdiyini, belə ki, onun "x xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mənzil tikinti müqaviləsi bağlayaraq həmin mənzili əldə etdiyini, onun mənzili əldə etmək üçün lazım olan sənədləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim etdiyini, həmin vaxt sənədlər içərisində onun "subaylıq haqqında arayış"ın da olduğunu, onun nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradəsini ifadə edərək, ilkin ödənişi həyata keçirdiyini hesab etdiyini, onun rəsmi nikaha daxil olmadan bir neçə vaxt əvvəl həmin mənzili əldə etməklə aşkar niyyətini nümayiş etdirdiyini, 06 mart 2017-ci il tarixində isə ilkin müqavilənin davamı kimi ipoteka alqı-satqı və kredit müqaviləsinin bağlandığını, daşınmaz əmlakın ipoteka müqaviləsi ilə əldə edildiyini, hazırda da əmlakın yüklülüyünün davam etdiyini, ilkin müqaviləni bağlanmasaydı ilk in müqavilənin davamı kimi kredit və ipoteka alqı-satqı müqaviləsinin bağlana bilməyəcəyini, həmin mənzilin onun tərəfindən əldə edildiyindən bu əmlakın birgə nikah dövründə qazanılan əmlak hesab edilə bilməyəcəyini, lakin cavabdeh-iddiaçının hazırda həmin mənzildə məskunlaşaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla həmin mənzilə qanunsuz sahiblik etməkdə davam etdiyini, cavabdeh-iddiaçının mənzilə ikidə bir pay hüququ əldə etmək istədiyini, onun buna da razı olmadığını, həmçinin cavabdeh tərəfin Bakı və Naxçıvan şəhərlərində evlərinin olduğunu, cavabdeh-iddiaçının evdən çıxacağı təqdirdə başqa yerdə yaşamaq üçün evlərinin mövcud olduğunu, onun mənzilin ipotekasını qarşı tərəfin ödəməsini və evə sahiblik etməsini təklif etməsinə baxmayaraq qarşı tərəfin onun təklifini qəbul etmədiyi ni, hazırda mənzilin ipoteka kreditini özünün həyata keçirdiyini, onun mənzilin qanunsuz sahiblikdən azad olunmasını və özünə qaytarılmasını istədiyini, 2017-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Gənclər şəhərciyi” adlanan ərazidə evlər tikdiyini, onun gedib evlərə baxıb sənədlərini təqdim etdiyini, mənzil tikinti müqaviləsi bağlayıb nikahdan öncə ilkin ödəniş kimi 15000 manat keçirdiyini, ipoteka müqaviləsi bağlanan zaman 11400 manat ilkin ödənişin onun adından banka ödənməsinin 26 yanvar 2017-ci il tarixdə mənzil tikinti müqaviləsi əsasında ilkin ödəniş kimi ödədiyi 15000 manatdan ödənildiyini, yəni onun mənzilin alınması üçün cəmi bircə dəfə ilkin ödəniş etdiyini, onun mənzili almağının alqı-satqı və ipoteka müqaviləsi ilə rəsmiləşdirilməsinin isə nikah bağladığı dövrə tamami lə təsadüf nəticəsində gəlib çıxdığını göstərərək, apellyasiya şikayətinin təmin olunaraq Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(078)128/2023 nömrəli qətnaməsinin tamamilə ləğv olunması, onun ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh qarşı "mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair iddiasının təmin olunması, ilk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh isə ona qarşı "daşınmaz əmlakda payın müəyyən olunması" tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Kollegiyada şahid qismində dindirilmiş Şahid ifadəsində hazırda mübahisələndirilən mənzilin satışını təxminən 6 il bundan öncə həyata keçirdiklərini, mənzil tikintisi haqqında müqaviləni İddiaçıla bağladıqlarını, ancaq evin satışı üçün onlara pulu İddiaçı adından iddiaçının atası Nüsrət həkimin ödədiyini, ümumiyyətlə müştərinin onlara müraciət edib ev almaq istədiyini bildirəndə onların müştərini ilkin olaraq ipoteka fonduna yönəltdiklərini, əgər onların satışda olan evlərinin dəyəri 90000 manatdırsa və ipoteka fondu müştəriyə 60000 manat ipoteka krediti verirsə, evin ümumi dəyərinin 30000 manatının müştəri tərəfindən mənzil tikinti müqaviləsi əsasında ilkin olaraq onlara ödənildiyini, iddiaçının onlardan aldığı evin dəyərinin 101771 manat olduğunu, həmin dövrdə mənzilin kampaniyaya düşdüyündən müqavilə bağlan zaman evin iddiaçıya 89985 manata satıldığını, ipoteka fondunun iddiaçıya 57000 manat ipoteka krediti veriləcəyini bildirdiyini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən Daşınmaz Əmlakın Qiymətləndirmə Hesabatı əsasında isə Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, bina 13 (D bloku), 9-cu mərtəbədə yerləşən 6 nömrəli mənzilin yekun bazar dəyərinin 68400 manat olmasının müəyyən edildiyini, İddiaçı tərəfindən 26 yanvar 2017-ci il tarixdə evin alqı-satqısı üçün onlara ilkin olaraq 15000 manat ödənildiyini, qalan məbləği isə iddiaçının atası Nüsrət həkimin imkanları olmadığından onlardan hissə-hissə ödəməyi xahiş etdiyini, onların da həkimin xahişini nəzərə alıb hissə-hissə ödənməsinə razılaşdıqlarını, 06 mart 2017-ci il tarixdə İddiaçıla yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlandığ ını, bundan sonra İddiaçı iştirakı ilə evin alqı-satqısı üçün onlara ilkin olaraq depozitə qoyulmuş 15000 manat vəsaitdən banka 11400 manat keçirildiyini, qalan 3600 manat vəsaitin isə iddiaçı tərəfindən onlara hissə-hissə veriləcək ümumi borcun ödənilməsində nəzərə alındığını, ancaq mənzilin qalan pulunun 2017-ci ilin aprel ayından ödəniləcəyinə baxmayaraq həmin ödənişlərin təxminən 6 ay gecikdirildiyini, onların müraciətindən sonra həmin ilin sentyabr ayından ödənişlərin aparılmağa başlandığını və 2018-ci ilin avqust ayında onlara olan ödəmələrin tamamlandığını, evin alqı-satqısı üçün ilkin ödənişin 26 yanvar 2017-ci ildə ödənildiyini, daha sonra mart ayının 6-da ipoteka müqaviləsini bağladıqlarını, ipoteka müqaviləsi bağlanan zaman iddiaçı tərəfin onlara olan borcu da ödəməli olduqlar ını, ilkin ödənişin mənzilin ümumi dəyərində göstərildiyini, müqavilədə də mütləq nəzərə alındığını, ilkin ödənişin onların hazırladığı mənzil tikinti müqaviləsi əsasında aparıldığını, mənzilin dəyərinin 68400 manat olmasının qiymətləndirmə aktı əsasında müəyyən edildiyini, çünki həmin dövrdə Naxçıvan şəhərində məzillərin hər kvadratmetri üçün qiymətin 800 manat təşkil etdiyini, qiymətləndirmənin bütün mənzillərdə eyni deyil, fərqli olduğunu, onların hazırda mübahisə olunan mənzili İddiaçı 89985 manata satdıqlarını, onların müştəri ilə danışığına əsasən müştərinin onlara ilkin ödəniş etdiyini, ilkin ödənişin edilməyəcəyi təqdirdə onların müştəriyə ipoteka verməyəcəklərini bildirdiklərini, iddiaçı tərəfin də mübahisə olunan mənzilin alınması üçün ilkin olaraq onlara 15000 manat ödədiyini, i poteka müqaviləsi bağlanan zaman qiymətləndirmə aktında mənzilin qiyməti nə qədər göstərilibsə ilkin ödənişin də ona uyğun aparıldığını, hazırki mənzilin qiymətləndirmə aktı əsasında dəyərinin 68400 manat təşkil etdiyindən onlara depozitə qoyulmuş 15000 manatdan ilkin ödəniş kimi 11400 manatın İddiaçı iştirakı ilə onun adından banka ödəndiyini, mənzilin ilkin olaraq onların tərəfindən daxili qiymətləndirilməsinin həyata keçirildiyini, ancaq ipoteka fondunun bunu qəbul etmədiyindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinə müraciət etdiklərini, 28 fevral 2017-ci il tarixdə onlara idarə tərəfindən təqdim edilmiş qiymətləndirmə aktında mənzilin dəyərinin 68400 manat olmasının göstərildiyini, onların mənzilin alqı-satqısı üçün müəyyən etdiyi qiymətlərlə dövlətin müəyyən etdiyi qiymətlərin tamam fərqli olduğunu, mənzilin iddiaçının adına rəsmiləşənə kimi onlara yalnız 1 dəfə ödəniş edildiyini, onların isə mənzilin alqı-satqısı üçün 15000 manat ilkin ödənişi 89985 manata münasibətdə aldıqlarını, 11400 manatı isə 68400 manata münasibətdə banka ödədiklərini, onların balansında olan mənzilləri baha qiymətə satdıqlarını, ancaq evlərin alqı-satqısı zamanı qiymətləndirmə aktı əsasında mənzillərə daha aşağı qiymət müəyyən edildiyini, normalda isə iddiaçı tərəfdən ilkin ödəniş kimi 30000 manat almalı olduqlarını, hazırda mənzilin alınması üçün iddiaçı tərəfin onlara heç bir borcunun olmadığını, mənzilin ümumi dəyəri olan 89985 manat vəsaitin tam olaraq onların hesabına ödənildiyini bildirdi. Hüquqi məsələlər: Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Kollegiya iddiaçı-cavabdeh İddiaçı həmin mənzili birgə nikah dövründə əldə etməməsi, həmin mənzili 26 yanvar 2017-ci ildə əldə etməsi, onun "xxxx" MMC i lə mənzil tikinti müqaviləsi bağlaması və həmin mənzili əldə etməsi, onun mənzili əldə etmək üçün lazım olan sənədləri müvafiq MMC-yə təqdim etməsi və həmin sənədlər içərisində "subaylıq haqqında arayış"da təqdim olunması, yəni o nikahdan bir neçə ay öncə həmin mənzili əldə etmək üçün iradə ifadəsi göstərməsi, ilkin ödənişi həyata keçirməsi, onun rəsmi nikaha daxil olmamışdan və hətta faktiki nikah münasibətlərində olmamışdan bir neçə vaxt əvvəl həmin mənzili əldə etmək istəməsi, bunun üçün aşkar niyyətini nümayiş etdirib (müvafiq MMC-yə müraciət etməklə), nəticədə isə həmin MMC ilə mənzilin alınmasına dair müqavilə bağlayıb iradə ifadəsi göstərməsi, daha sonra isə 06 mart 2017-ci il tarixində ilkin müqavilənin davamı kimi isə İpoteka-Alğı-satqı və Kredit müqaviləsi bağlanıldığı, yəni daşı nmaz əmlakın ipoteka müqaviləsi ilə əldə edildiyi və hal-hazırda da əmlakın yüklülüyünün davam etməsi, ilkin müqaviləsi olmasa idi ilkin müqavilənin davamı kimi kredit və İpoteka-Alğı-satqı müqaviləsinin bağlana bilməməsi, nəticə etibarı ilə həmin mənzilin onun özü tərəfindən əldə edilməsi və bu əmlak birgə nikah dövründə qazanılan əmlak olmaması, məhkəmənin bütün bu halları araşdırmaması, eyni zamanda qətnamədə qeyd edilsə də, nikah tarixi ilə ipoteka müqaviləsinin eyni gündə bağlanılması halını məhkəmənin kifayət qədər araşdırmaması, qeyd edilən sənədlərin olub-olmaması hallarına qiymət verməməsi, həmçinin onun iddia tələbi ilə bağlı məhkəmənin ümumiyyətlə araşdırma aparmaması yalnız əmlakın əldə edilmə tarixi ilə hüquqi mübahisəni həll etməyə çalışması həmçinin təqdim etdiyi dəlillərə, sənədlərə düzgün hüquqi qiymət verməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərdiyi dəlillərinə və iş üzrə cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə Hüseyn oğlunun İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci i tarixli 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil qeydiyyata alınması, Mənzilin "xxxx" ASC-in 06 mart 2017-ci il tarixli 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilməsİ, Daşınmaz Əmlakın Texniki Pasportu ilə həmin mənzilin İddiaçı adına xx.xx.2017-ci ildə qeydiyyata alınması. Ümumilikdə əmlakın birgə nikah dövründə əldə olunmasının bütün sübutlarla öz təsdiqini tapması. Həmçinin iş üzrə məhkəmə a raşdırması zamanı şahid ifadəsinə düzgün hüquqi qiymət verilməməsi, məhkəmənin 2-ci qrup övladlarının olmasını və azyaşlı uşaqların anasının himayəsində yaşamasını, uşaqların və ananın qalacaq yerinin olmamasına nəzər salmadan ədalətsiz bir qərar qəbul etməsi və qeyd olunan halları nəzərə almadan iddianın tam təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmaması nəticəsində verilmiş bir qərar olduğunu hesab etmələri ilə əlaqədar dəlillərinə məcmu halında qiymət verərək aşağıdakı nəticəyə gəlir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1-da yerləşən mənzildən Cavabdeh məcburi qaydada çıxarılması, qanunsuz s ahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək ünvan 1-da yerləşən daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə sözügedən 2(110)-112/2023 nömrəli mülki iş Naxçıvan şəhər Məhkəməsinin icraatında olan 2(078)128/2023 nömrəli işlə birləşdirilməsi üçün göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılması tələbinə dair e-2(078)-128/2023 nömrəli mülki işə iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakda ½ paylarda mülkiyyət hüququnun tanınması tələbinə dair 2(110)-112/2023 nömrəli mülki iş birləşdirilərək eyni icraat daxilində baxılması qərara alınmışdır İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 06 mart 2017-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə evlənmiş, tərəflərin nikahlarından xx.xx.2017-ci ildə X6 və xx.xx.2020-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(110)-413/2022 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı Naxçıvan şəhər Nikah evində bağlan mış xx.xx.2017-ci il tarixli 53 nömrəli nikah pozulmuş, boşanmadan sonra xx.xx.2017-ci il tarixdə doğulmuş X6 və xx.xx.2020-ci il tarixdə doğulmuş X5 anası Cavabdeh yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması və dərhal icraya yönəldilməsi, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(110)-413/2022 saylı qərardadının ləğv edilməsi, alimentin tutulmasının icrası zamanı həmin qərardad əsasında aparılmış aliment ödənişləri nəzərə alınması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 26 yanvar 2017-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin surətindən aydın olur ki, "xxxx" MMC il ə Naxçıvan Muxtar Respublikası ünvan 11 ünvanında yaşayan İddiaçı arasında bağlanmış həmin müqaviləyə əsasən "xxxx" MMC ünvan 9 ünvanda inşa etdiyi 11 mərtəbəli yaşayış binasının D blok, 9-cu mərtəbəsində 6 nömrəli mənzilin ümumi sahəsi 104.42 kv.m, 3 otaqlı mənzili “PAYÇİ”-ya yəni iş üzrə İddiaçı verməyi, İddiaçı isə mənzilin pay haqqını müəyyənləşdirilən aylar üzrə ödəməyi və son nəticədə yuxarıda göstərilən mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin və qeyri-yaşayış sahəsinin ümumi dəyəri 89985 manat təşkil edən qeyd olunan ünvanda yerləşən mənzili müqavilənin 3.1-ci bəndində görə ilk pay haqqının mənzilin ümumi dəyərinin 17.44% həcmində müqavilə bağlanan zaman, qalan ödəmələrin isə payçı tərəfindən ipoteka krediti ilə aparılmasına razı laşmışlar. xx.xx.2017-ci il tarixli 41 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydə qiymətləndirmədə yalnız satışların müqayisəsi metodu istifadə edilməklə ünvan 12 ünvanında yerləşən mənzilin 28 fevral 2017-ci il tarixinə bazar dəyəri 72000.00 (yetmiş iki min) manat məbləğində müəyyən edilmişdir. Alınmış bu məbləğə 5% likvidlik tətbiq olunmaqla onun yekun bazar dəyəri 68400.00 (altmış səkkiz min dörd yüz) manat müəyyən olunmuşdur. İşin 27-36-cı (cild 1) vərəqində olan Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda 06 mart 2017-ci ildə 4Ə-70 nömrə reyestrdə qeyd edilmiş 06 mart 2017-ci il tarixli 0603/01/İPK nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.1-cü bəndində müəyyən olunmuş qaydada satıcı "xxxx" MMC ünvan 1-da yerləşən ümumi sahəsi 86.54 kv.m; yaşayış sahəsi 52.16 k v.m olan 3 otaqlı mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 dekabr 2014-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən daşınmaz əmlakın satış qiyməti 68400 (altmış səkkiz min dörd yüz) manat müəyyən edilmiş mənzilin dəyərinin 11400 (on bir min dörd yüz) manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyan yəni İddiaçı özü tərəfindən, 57000 (əlli yeddi min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan "xxxx" ASC tərəfindən 06 mart 2017-ci il tarixli 0603/01/İPK saylı Kredit müqaviləsinə əsasən Alıcıİpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilməsi göstərilmişdir Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan mənzil xüsusi mülkiyyət hüququ üzrə 17 mart 2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3743 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci ildə tərtib olunmuş 17964 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi bina 13(D Bloku), 9-cu mərtəbə, 6-cı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daşınma z Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 04/696 nömrəli məktubu ilə müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 17 mart 2017-ci il tarixdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 06 mart 2017-ci il tarixli, 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” əsasında ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 86,54 m2 olan qeydiyyata alınmış həmin mənzil "xxxx" ASC-in 06 mart 2017-ci il tarixli, 02/118 nömrəli məktubuna əsasən 17 mart 2017-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Kollegiya işin qeyd olunan hallarına əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamaqla tərəflərin mübahisələndirdiyi qeyd olunan, İddiaçı satılmış mənzilin qiymətinin 68400 manat olması v ə ilkin olaraq 11400 manat məbləğində ödəniş edilməsi, həmçinin ilk pay haqqı olaraq mənzilin dəyərinin 17.44 faiz ödənilməsi əsasına görə həmin əmlakdakı paylarının faiz nisbətinin müəyyən edilməsi ilə əlaqədar səhv nəticəyə gəlmişdir. Belə ki, işin kollegiyada araşdırılmış halları, Mənzil tikintisi haqqında müqavilənin məzmunu, cari hesab kartındakı məlumatlar və şahid qismində dindirilmiş "xxxx" MMC-in Mənzil Tikinti İdarəsinin rəisi Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, dəyəri 101771.00 manat olan kampaniya endirimi 11776.00 manat nəzərə alınmaqla Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi bina 13 (D Bloku), 9-cu mərtəbədə yerləşən, 3 otaqlı 6 nömrəli mənzilin 26 yanvar 2017-ci ildə bağlanılmış Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən "xxxx" MMCin İddiaçı 89985 manata satmağa razılaşdıqlar ı, müqavilə bağlanan zaman İddiaçı 15000 manat məbləğində ilkin ödəniş etdiyi, mənzilin qalan məbləğini ipoteka krediti vasitəsilə ödəməyə razılaşdıqları, ipoteka fondu tərəfindən Naxçıvan şəhərində mənzilin hər kvadratmetrinə görə 800 manatdan artıq məbləğ nəzərdə tutulmadığından satılmış həmin mənzilin qiymətləndirilməli olması tələb edildiyindən mənzilə qiymətləndirici tərəfindən 68400 manat müəyyən edilmiş, bundan sonra həmin məbləğə münasibətdə ipoteka fondu tərəfindən 57000 manat kredit vəsaiti ayrılmışdır. Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunda 06 mart 2017-ci il tarixli, 4Ə-70 nömrəli “Alqı-satqı və ipoteka müqaviləsi” rəsmiləşdirilərkən isə İddiaçı 26 yanvar 2017-ci ildə "xxxx" MMC-in Mənzil Tikinti İdarəsinə mənzilin ilkin ödənişi kimi ödədiyi 15000 manatdan 11400 mana t məbləğində pul satıcı tərəfindən İddiaçı adına həmin tarixdə notariat kontorunun depozit hesabına keçirilmiş, qalan ilkin ödənişə daxil olan 3600 manatın isə satıcı "xxxx" MMC-in hesabında qalmışdır. Yəni işin mübahisə edilməyən hallarından da göründüyü kimi, qeyd olunan mənzil real olaraq Mənzil Tikintisi Haqqında Müqavilədə göstərildiyi kimi 89985 manata İddiaçı satılmış və mənzilin ilkin ödəniş dəyəri olan 15000 manat (16.66%) müqavilə rəsmiləşdirilən 26 yanvar 2017-ci il tarixində mənzilin pay haqqı olaraq İddiaçı tərəfindən, 57000 manat isə xx.xx.2017-ci ildə "xxxx" ASC tərəfindən ipoteka krediti ilə satıcı "xxxx" MMC-in hesabına ödənilməklə, İddiaçı 15000 manat ilkin ödənişin qəbul edilməsinə dair kassa nömrəsi 00000783 olan xx.xx.2017-ci il tarixli kassa mədaxil qəbzi verilmiş, qa lan 17985 manat isə şahidin ifadəsində göstərdiyi və cari hesab kartda qeyd olunduğu kimi xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək hissə-hissə ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlə r üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əs asən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ərarvadın ailə münasibətlə rinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylar bərabər hesab edilir. İşin yuxarıda şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlir ki, tərəflərin mübahisələndirdiyi qeyd olunan ünvanda yerləşən ümumi dəyəri 89985 manat olan mənzilin Cəmiyyətin və payçının razılıqlarına əsasən dəyərinin 16.66% həcmində ilkin ödəniş olaraq 15000 manatı müqavilə rəsmiləşdirilən 26 yanvar 2017-ci il tarixində yəni nikah dövründən qabaq mənzilin pay haqqı olaraq İddiaçı tərəfindən onun vəsaiti ilə ödənilmiş, mənzilin dəyərinin digər hissəsi 57000 manat xx.xx.2017-ci ildə ipoteka krediti ilə, qalan 17985 manat isə xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək olan müddətlərdə nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıcavabdeh İddiaçı vəsaiti hesabına nikah dövründən əvvəl ödənilmiş ilkin ödəniş məbləği nəzərə alınmaqla mənzilin ümumi dəyərindən çıxılmalı (89985-15000=74985) və beləliklə İddiaçı həmin mənzilə münasibətdə payı 74985: 2 + 15000=58,33% (52492.5 manat), cavabdeh - iddiaçı Cavabdeh həmin mənzilə münasibətdə isə payı 74985: 2 = 41.67% (37492.5 manat) həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ya ondan pay ayrılarkən mülkiyyətçilərin payları əgər onların razılaşmasında başqa qayda nəzərdə tutulmayıbsa bərabər sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqla rı və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin kollegiyada araşdırılmış hallarından da göründüyü kimi qeyd olunan ünvanda yerləşən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan Cavabdeh mənzildən çıxarılması, qanunsuz sahibliyə və istifadəyə son qoyulması və mülkiyyətdə olan daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılmaqla qanuni sahibinə qaytarılmasını tələb etdiyi mənzil üzərində 41.67 faiz nisbətində mülkiyyət hüququ üzrə payı var. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı həmin tələbə münasibətdə iddiasını rədd etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayətinin dəlilləri məhkəmənin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. İkinci tələb üzrə iddiaçı-Cavabdeh mənzil üzərində ½ hissədə mülkiyyət hüququ üzrə payının müəyyən edilməsini tələb etdiyi ünvan 1 ünvanında yer ləşən mənzilin 16.66% nikaha daxil olanadək iddiaçı-cavabdeh İddiaçı məxsus olan əmlak olduğundan onun ayrıca mülkiyyətindədir. Ona görə də Cavabdeh həmin əmlak üzərində payı ½ hissədə müəyyən oluna bilməz. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən belə hesab edir ki, ilk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti isə işə baxan birinci instansiya məhkəməsi tərəfindən payların faiz nisbətində həcmi düzgün müəyyən olunmadığından qismən təmin edilməlidir. İşin yuxarıda şərh olunmuş hallarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qət etdi hissəsinin 4-cü abzasında olan “mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mən zildə əmlakın ipoteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pay hüququ müəyyən edilsin” hissəsi dəyişdirilməli, qətnamənin qalan hissəsi isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 384.0.3, 392, 393, 402, 403, 404 və 405.0.1-ci mаddələrini rəhbər tutaraq kollegiya qətetdi: İlk tələb üzrə iddiaçı, ikinci tələb üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İlk tələb üzrə cavabdeh, ikinci tələb üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2(078)-128/2023 nömrəli qətnaməsinin qət etdi hissəsinin 4-cü abzasında olan “mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə əmlakın ipoteka ilə yüklü olması nəzərə alınmaqla İddiaçı 67.44%, Cavabdeh 32.56% pay hüququ müəyyən edilsin” hissəsi dəyişdirilsin və həmin abzas aşağıdakı redaksiyada verilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı adına Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi 13 (D Bloku), 9-cu mərtəbə, mənzil 6-da yerləşən, ümumi sahəsi 86,54 m2 olan xüsusi mülkiyyət hüququ üzrə 17 mart 2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12/19 nömrəli reyestr kitabının 3743 nömrəli vərəqində qeydiyyata alınmış mənzilin 58.33 faizi hissəsi üzərində İddiaçı və 41.67 faizi hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ üzrə payı müəyyən edilsi n. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar