Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(108)-121/2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar söz: pul tələbi, aidiyyət) 12.08.2025 Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. İddiaçı Cavabdeh “Kapital Bank”dan götürdüyü 5588 manat, 300 manat “Bir Bank” -da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxardığı pul, 417 manat, “lombard”-dan qızılı götürdüyü üçün ödədiyi pulu və cavabdehin oğlu Azada verdiyi 2000 manat pulu, nəticədə 9505 (doqquz min beş yüz beş manat ) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödənilmiş olduğu 120 manat dövlət rüsumu ümumilikdə, 9625 manat tələb edir. 2. 26 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Suraxanı RPİ-in qərarından görünür ki Cavabdeh əməlində cinayət hadisəsi olmadığından və mülki mübahisə olduğundan müvafiq məhkəmə orqanına müraciət etmək hüquqlarının olduğunu bildirilmişdir. 3. 10.08.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, “KapitalBank” 12 ay müddətinə, 21% olmaqla 5000 manat İddiaçı pul vermişdir. İİ. Birinci instansiya məhkəm əsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh “Kapital Bank”dan götürdüyü 5588 manat, 300 manat “Bir Bank”-da olan pul, 1200 manat 3 ay ərzində təqaüd kartından çıxardığı pul, 417 manat, “lombard”-dan qızılı götürdüyü üçün ödədiyi pul, 2000 manat pulun Cavabdeh oğlu Azada verdiyi pul və 120 manat ödədiyim dövlət rüsumu, cəmi 9625 (doqquz min altı yüz iyirmi beş) manat pul tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Q.Qarayev metrosu yaxınlığında Cavabdeh ilə görüşmüş, söhbət əsnasında Məmmədovanın da Naxçıvan MR yaşadığı aydın olmuşdur. İddiaçı Cavabdeh müharibə əlili olduğunu, hal-hazırda təqüddə olduğunu, işləmədiyini bildirmişdir. C avabdeh isə İddiaçı birlikdə iş qurmalarını təklif etmiş, İddiaçı isə onun maddi imkanı məhdud olduğunu, bankdan isə ona kredit verilmədiyini bildirmişdir. Çünki əvvəllər aldığı krediti vaxtında ödəmədiyindən ona “STOP” siqnalı tərtib edilmişdir. Cavabdeh ona narahat olmamamasını, məsələni həll edəcəyini bildirmişdir. Onu Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən “Kapital Bank”-ın yanına çağıraraq gözləməyini təklif etmiş, Cavabdeh əvvəllər tanıdığı bank əməkdaşı ilə təkbətək söhbət edərək ona bildirmiş ki, artıq “STOP” siqnalını götürdülər, 5000 manat bankdan pul götürə biləcəyini bildirmişdir. İddiaçı həmin məbləği bankdan götürmüş, əlavə isə ona 300 manatlıq “Bir Kart” vermişlər. Götürdüyü puldan qızı Zeynəbin yanında, işlətdiyi obyektin binasında 1600 manat nağd pul və 300 mana tlıq “Bir Kart” ı Şəfaya vermiş, sonra isə 3400 manat əlavə vermişdir. Cəmi 5000 manat nağd pul və 300 manat dəyərində olan “Bir Kart”ı Cavabdeh vermişdir. Hazırda hər ay “Kapital Bank”-a 465 manat 77 qəpik pul ödəyir. 2023-cü ildə iyun ayından sentyabrın 7-dək obyekt çox yaxşı gəlir vermişdir. Lakin Cavabdeh ona pul verməmişdir. Hər gün obyektin fəaliyyətini genişləndirməklə məşğul olduğunu bildirmişdir. Əlavə olaraq 3000 manatlıq dəyərində şirniyyat aparatları almış, bundan əlavə işlətdikləri kafenin üstünü örtmək üçün Cavabdeh ondan yenidən pul istədikdə o, Cavabdeh daha pulunun olmadığını bildirmişdir. Yalnız bir bahalı üzük var dedikdə ondan üzüyü istəmişdir. Cavabdeh İddiaçı razılığı olmadan həmin üzüyü “lombarda” qoyaraq 380 manat pul götürmüşdür. Polis tərəfindən təhqiqat aparıla n zaman Şəfa üzüyü hansı “lombarda” qoyduğunu bildirdikdən sonra o, həmin “lambard”-a gedərək, 417 manat ödəyərək həmin üzüyü götürmüşdür. Bu fakt ərizəyə əlavə edilmiş sənədlərlə təsdiqini tapmışdır. Bundan əlavə onun pensiya kartından Cavabdeh Bakı şəhərində, Yeni Günəşli qəsəbəsində evlərinin yanında yerləşən “Ballı” ticarət mərkəzində yerləşən bankomatdan 3 ay ərzində 1200 manat çıxararaq, öz tələblərinə xərcləmişdir. Suraxanı rayonu 33-cü Polis Bölməsi tərəfindən bu fakt üzrə təhqiqat aparılan zaman Cavabdeh dəfələrlə ondan ərizəsinin geri götürməyini xahiş etmişdir. Hətta öz telefon nömrəsi ilə ona “sms” göndərərək “qardaşı Eldəniz gəlib bankın pulunu ödəyəcəyini” yazmışdır. Cavabdeh bu dələduz hərəkətləri barədə həyat yoldaşı Məmmədov Vüqara +7 99964505, qardaşı Eldənizə + 7 ******* *** və əmisi Novruza 055 ***-**-** zəng vuraraq məlumat vermiş, Şəfanın qardaşı Eldəniz əvvəl bankın 5000 manat borcunu ödəyəcəyini, sonra Şəfadan imtina etdiklərini, Şəfa adlı bacısı olmadığını bildirmişdir. Bundan əlavə on gün ağır xəstəlikdən sonra 16 sentyabr 2023-cü il tarixdə, işlədikləri obyektə gəldiyini, lakin obyektin tamamilə boş olduğunu görmüş, obyektin sahibi Zaur adlı oğlan 070 ***-**-** nömrəli mobil telefonu ilə Şəfanın yük maşını ilə iki dəfəyə obyektdə olan avadanlıqları, ona məlum olmayan istiqamətə apardığını bildirmişdir. Hətda Cavabdeh obyektdə işlətdiyi 180 manat işıq pulunu ödəməmişdir. 2023cü il tarixdə iyul ayının 28-də saat 12 radələrində əvvəllər tanıdığı taksi sürücüsü ilə işlətdiyi obyektin qarşısına gələrək, Şəfanın xahişinə əsasən sürücünün yanında onun oğl u Azada 2000 manat pul vermişdir. Oğlu Azad bu faktı etiraf edir.
6. Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, İddiaçı Cavabdeh 9505 (doqquz min beş yüz beş manat) manat məbləğində pul və iddia ərizəsi verilərkən ödəmiş olduğu 120 manat dövlət rüsumunun, ümumilikdə 9625 manat məbləğində pul tələbinə dair iddiasının rədd edilməsi, iddia rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumunun, 115 manatının özünə aid edilməsi, İddiaçı tərəfindən iddia ərizəsi verilərkən artıq ödənilmiş 5 (beş) manat dövlət rüsumunun özünə qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, süb uta əsaslanmayan mülahizəsindən ibarətdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh 9505 (doqquz min beş yüz beş manat ) borcun və dövlət rüsumu olaraq ödədiyi 120 (bir yüz iyirmi manat) manat pul vəsaitinin alınıb ona verilməsi tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
8. Məhkəmə həmçinin gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına istinad etmişdir. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2023-cü ilin iyun ayında o, Bakı şəhəri, Qara Qarayev metrosunun yaxınlığında olarkən Şəfa adlı şəxs onun oturduğu skamyada yaşlı bir qadınla oturaraq peraşki yeyirdi. Həmin vaxt yanındakı qadına ehtiyacı olduğunu və evə getməyə heç bir maliyyə vəsaiti olmadığını bildirmişdir. Vəziyyətin belə olduğunu görüb ona yazığı gəlmiş və kömək etmək məqsədi ilə ona köməklik edəcəyini bildirmişdir. Söhbət zamanı X6 Respublikanın Ordubad rayonundan olduğunu bildirdikdə ona Şərur rayonundan olmasını bildirmiş və ona qarşı mərhəmət hissi daha da artmışdır. Söhbət zamanı Şəfa ona professional şiriniyyat bişirən olduğunu, sadəcə maddi cəhətdən imkanı olmadığından bu işi qura bilmədiyini, ona bu istiqamətdə də dəstək olacağını bildirmişdir. Beləliklə o, Şəfaya iddia ərizəsində qeyd etdiyi kimi ümumilikdə 9505 manat vəsait vermışdir. Bütün bu ödənişlər Bakı şəhəri Suraxanı rayonu ərazisində baş vermişdir. Belə ki, Cavabdeh qeydiyyatsız olaraq Bakı şəhəri Suraxanı rayonu ərazisində yaşayır. Onlar birlikdə iş görüb pul qazanmalı idi. Bu məqsədlə o, cavabdehə dəstək göstərmişdir. İndi hansı dövrdür ki, o, tanımadığı bir adama biznes qursun və çəkilsin kənara ki, sən qazan mən isə heç nə qazanmayım. Müharibə əlili olduğu üçün, onun iş qabiliyyyəti o qədər də yox idi. Bu səbəbdən də Şəfa da yerlisi olduğuna və iş bacarığı olduğuna görə onunla birgə iş görmək qərarına gəlmişdir. Lakin o, bütün bu məsələlərin başına gətiriləcəyini bilsəydi təbii ki, onunla iş görməzdi. Cavabdeh onun başına gətirdiyi bu məsələdən sonra onun haqqında araşdırma aparmış və məlum olmuşdur ki, o, əvvəllər də bu işlərlə məşğul olub və çox adamlara pul atmaqla, avadanlıqlarını götürməklə qaçmışdır. Lakin məhkəmə tərəfindən heç bir fakt, sübut araşdırılmayaraq sadəcə çıxışlar üzrə məsələlərə qiymət vermişdir. Bu səbəbdən də ədalətli məhkəmə qərarı çıxarılmamışdır. Belə ki, dələduzluq və ya adını nə qoyursa fəaliyyəti ilə məşğul olan adam pul vəsaitlərini birbaşa əlbəəl və ya hansısa yerlərə köçürmə ilə alırlar. O da vəsaitin bir çoxunu əlbəəl formada vermişdir. Amma xoşbəxtlikdən onun yanında dostları olub. Daxili İşlər Nazirliyinə bu məsələ ilə bağlı müraciət etmiş və bildirilmişdir ki, bu iş mülki qaydada həll olunmalıdır. Məhkəməyə də müraciət edərək əlindəki faktları maksimum çatdırmağa çalışmış, lakin məhkəmə tərəfindən araşdırma aparılmayaraq və sübutlar qiymətləndirilməyər ək iddiası təmin olunmamışdır. Sual olunur ki, bəs hansı formada ona vurulmuş ziyan ödənilməlidir?. Ordubad Rayon Məhkəməsinə dəfələrlə bildirsə də ki, hadisə Bakı şəhərində olub və mühüm faktların araşdırılması, habelə pul köçürülmə məsələlərinin araşdırılması üçün Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə tapşırıq verin, lakin heç bir nəticəsi olmamışdır. Şahid ifadələri, Cavabdeh kartına köçürdüyü ödənişlər, Şəfanın ona yazdığı ödənişin ödənilməsi barədə SMS, lombarda qoyularaq götürülən qızıl və həmin qızılın Lombarddan götürülməsi kimi faktların hamısı Bakı şəhəri Suraxanı rayonu ərazisində olub və bütün bu faktların araşdırılması aparılmayıb. Eyni zamanda, şahidlər tərəfindən də Azərpoçt tərəfindən imzalı telegramlar vurularaq hadisə barədə məlumatlar verilmişdir. Lakin məhkəmə tərəfində n bu faktlar da sübut kimi qiymətləndirilərək araşdırılmamışdır. İndiki dövrdə o, 5-6 nəfəri bu qədər ziyanın içərisində X2 gətirib-aparmaq xeyli xərcdir. Təqribən 1000 manata yaxın səfər xərci çıxır. Lakin məhkəmə tərəfindən videokonfrans da təmin edilməmişdir ki, sübutlar qiymətləndirilsin. Ordubad Rayon Məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi Cavabdeh da bildirir ki, ona məxsus avadanlıqları götürüb aparıb Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti deyilən yerə və sonra da ona qaytarıb. Məhkəmə burda yenə də faktı araşdırmayaraq və qətnaməsində 2 zidd fikiri qeyd edir. Belə ki, Cavabdeh izahatında bildirir ki, ona dəstək üçün İddiaçı avadanlıqları verib. Bəs sonra niyə o, həmin avadanlıqları geri qaytarıb. Deməli Cavabdeh pul və digər avadanlıqlar verilmiş və onunla bir likdə iş qurmuşdur. Şəfanın onunla iş qurana qədər heç nəyi demək olar ki, olmayıb. 100 manatlıq icarəyə götürdüyü bir yerdə peraşki bişirib. Suraxanı rayonunda o, İcra hakimiyyəti ilə danışmış və ona əlilliyinə görə kafe yeri veriblər. Kafe yerini açmaq üçün təbii ki, vəsait lazımdır. Üstəlik kafenin yanında çörək bişirmə yeri, dönər satışı da həyata keçirilib. O, bütün bu işləri və avadanlıqları almış, üstəlik müvafiq yerlərdən icazə alınması üçün pul vəsaitini birbaşa Şəfaya vermişdir. Kafenin ətrafında olan yerlərdə işləyən digər şəxslər də onu və Şəfanı tanıyırlar. Onlar birlikdə işləyiblər və o, mütəmadi olaraq işə gedib nəzarət edibdir. Sonra o, 10 gün xəstə olmuş və kafeye gedə bilməmiş, Şəfa bundan istifadə edərək ona məxsus avadanlıqları, stol və stulları götürərək Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığına bir yerə aparmışdır. O, daha sonra polisə müraciət etmiş və polis tərəfindən Şəfa çağrılmış, müvafiq izahatı alınmış və bundan sonra Şəfa onun aldığı avadanlıqların bir hissəsini qaytarmış qalan hissəsini isə qaytarmaqdan boyun qaçırmışdır. Lakin Ordubad Rayon Məhkəməsi qeyd edilən faktların heç birini araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətlə oxşar məzmunda ifadə vermiş və Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsinin ləğv olunaraq mahiyyəti üzrə işə yenidən baxılması, ona vurulmuş ziyanın ödən ilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinə baxılması zamanı izahat verən iş üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək Ordubad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Həmin maddəni n qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir;
14. Maddə 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
15. Maddə 26.1. fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
16. Maddə 26.2. kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərin də nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
17. Maddə 32.4. aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. b) “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndi
18. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
19. Həmin Qərarın 12-ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
20. Həmin Qərarın 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüqu qi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. V. Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələblər i baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüqu q normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Vİ. Məhkəmə kollegiyasının mövqeyi
24. Məhkəmə kollegiyası şikayətin dəlillərini, tərəflərin izahatlarını iş materialları ilə qarşılıqlı olaraq hərtərəfli, tam və obyektiv araşdırıb toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti t əmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsi ləğv edilərək, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinə göndərilməlidir.
25. Belə ki, apellyasiya şikayəti ilə əlaqədar tədqiq olunan iş materiallarından aydın olmuşdur ki, hazırki mübahisəyə birinci instansiya məhkəməsində iddia icraatı qaydasında baxılmış və iddia sübuta yetirilmədiyindən rədd edilmişdir.
26. Mülki iş kollegiyanın ünvanına daxil olduqdan sonra “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş və iş materiallarına əlavə olunmuş vergi məlumatlarını araşdıran zaman, eyni zamanda izahatlardan iş üzrə tərəflər - İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) hüquqi şəxs olmaqla sahibkarlıq fəali yyəti ilə məşğul olmaları, iddiaçının fəaliyyət istiqamətinin tamet istehsalı olması, cavabdehin sahibkarlıq fəaliyyətinin fəaliyyət istiqamətinin isə iddianın əsasını təşkil edən “İxtisaslaşdırmış mağazalarda çörək-bulka məmulatlarının, un məmulatlarının pərakəndə satışı” ilə bağlı olması aydın olmuşdur.
27. Apellyasiya baxışı zamanı izahat verən hər iki tərəf hüquqi şəxs olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir.
28. Beləliklə, yuxarıda da qeyd olunan işə tətbiq olunan hüquq normalarının tələblərindən göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər b irinin qarşılıqlı bağlılığı tələb olunur.
29. İş materiallarının kollegiyada əlaqəli təhlili zamanı aydın olmuşdur ki, mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri, yəni icraatda olan mübahisənin kommersiya məhkəməsinə aidiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş hər üç şərt mübahisə üzrə mövcuddur. Buna görə də məhkəmə kollegiyası belə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan tələbə məhkəmə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Komme rsiya Məhkəməsində baxılmalıdır.
30. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.
31. Apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri adlanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
32. Həmçinin sözügedən Məcəllənin 387-ci maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instans iya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Eyni zamanda 387.3-cü maddəsinə əsasən isə müvafiq hal yəni, işə məhkəmə aidiyyət qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
33. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlara əsaslanan kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 263-264, 384.0.4, 402.2.5-ci maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ordubad Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(080)-227/2024 nömrəli qətnaməsi tamamilə ləğv olunsun. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.