Məhkəmə qərarları › İş №2(108)-122/2022

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(108)-122/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-122/2022 25.10.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Suleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı cəmi 2330 (iki min üç yüz otuz) manat pulun və 43 (qırx üç) manat dövlət rüsumunun, ümumilikdə 2373 (iki min üç yüz yetmiş üç) manat pulun alınıb ona v erilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə razılaşmayan İddiaçı 29 avqust 2022-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-537/2022 nömrəli iş üzrə qəbul olunmuş 04 iyul 2022-ci il tarixli məhkəmənin qətnaməs i ilə Cavabdeh pul tələbinə görə iddianın rədd olunması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz (maddi və prosessual hüquq normalarına ziddir) və əsassızdır (iş materialları ilə təkzib edilir). Belə ki, birinci instansiya məhkəməsində işə qeyri-obyektiv və bir tərəfli baxılmış, işin faktiki halları araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Naxçıvan şəhərində Gənclər şəhərciyində mağaza işlədən Cavabdeh 17 ədəd stol və 2 ədəd jurnalnı satılması üçün vermişdir. Tahirə icazəsi olmadan malları və malların pullarını kimsəyə verməməsini tapşırmışdır. Lakin o bilavasitə icazəsi və tapşırığı olmadan malları Raufa vermiş, ondan malların geri qaytarılmasını tələb etsə də o bu tapşırığa əməl etməmişdir. Məhkəmə baxışı iclasında izahat verən Cavabdeh həq iqətən də mübahisləndirilən malları aldığını iddiaçının həmin vaxt ona göndərəcəyi malların pulunu və malın götürülməsinə onun icazəsi olmadan stolları və pulu heç kimə verməməsini tapşırdığını bildirmişdir. Məhkəmə qətnaməsində iddiaçının Cavabdeh borcu olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddianın təmin edilməməsi qərarlaşdırılmışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul etməsini məhkəmə tərəfindən işin dəqiq araşdırılmadığının nəticəsi kimi verilmiş bir qərar olduğunu hesab edir. Hesab edir ki, məhkəmə qeyd etdiyi halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Cavabdeh şikayətinin hüquqi əsası kimi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Konstitusiyasın ın 16-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MM-nin 600.1-ci və 427-ci maddəsinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasına dair dəlillərində məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən əvvəlcədən stol və stulları cavabdehə göstərərək onunla razılaşdığını məhkəmə qətnaməsinə daxil edilmədiyini iş üzrə əhəmiyyət kəsb edən bu halın məhkəmə tərəfindən aydınlaşdırılmadığını, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərində isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhk əmə yalnız Avropa İnsan Hüquqları məhkəməsinin qərarına istinad etdiyini, həmin qərarın mövcud mübahisənin məzmununa aidiyyatı olmadığını göstərərək iddianın qəbul edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı kollegiyadakı izahatında аpеllyаsiyа şikаyətini müdаfiə еdərək, Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh kollegiyadakı izahatında аpеllyаsiyа şikаyətini rədd etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Məhkəmə kollegiyası apellyasiya şi kayətində göstərilən iddiaçının əvvəlcədən cavabdehlə razılaşmalarının məhkəmə qətnaməsinə daxil edilməməsi, maddi və prosessual normaların pozulması ilə bağlı və digər dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalar çərçivəsində sübutlara düzgün qiymət verilmiş və qətnamə üzrə göstərilən hallar və mübahisənin həlli ilə bağlı qət edilən nəticə iş materiallarına uyğunluq təşkil edir. Belə ki, İddiaçı mübahisələndirdiyi əşyaları cavabdehə verməsi ilə bağlı istinad etdiyi halları təsdiq edən sübutları və iddia tələbinin əsası kimi iş üçün əhəmiyyəti olan digər sübutları istər birinci instansiya məhkəməsində, istərsə də kollegiyada məhkəmə baxışı zamanı təqdim etməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər iş materi alları ilə öz təsdiqini tapmır. İş üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamənin iş materialları ilə təkzib olunması və sair qeyd olunan dəlillər mülahizə xarakterlidir Eləcə də maddi və prosessual pozuntuların nədə ifadə olunması müəyyən edilmir. Qətnamənin məzmununa və əsaslandırılmasına dair dəlillər isə əsassızdır. Belə ki, mübahisələndirilən qətnamə forma və məzmuna dair şərtlərə əməl olunmaqla maddi və prosessual normalara uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə tərəfindən iş üzrə əhəmiyyət kəsb edən əvvəlcədən stol və stulları cavabdehə göstərərək onunla razılaşmasının məhkəmə qətnaməsinə daxil edilməməsi dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlili təkzib edən cavabdehin izahatı birinci instansiya məhkəməsinin qətnaməsində göst ərilmişdir. Qətnamədən göründüyü kimi Cavabdeh izahatında stol və stulların əvvəlcədən ona göstərilməsini qeyd etməmiş, həmçinin izahatda iddiaçı ilə aralarında razılaşma olan vaxt nə stolların sayı, nə də qiyməti barədə söhbət olmadığını, sadəcə iddiaçının ondan mallarını satmağa kömək etməyi xahiş etdiyini, özünün də buna razı olduğunu, həmçinin iddiaçının aralarında söhbət olanda stolları Raufla göndərəcəyini demədiyini, bu barədə iddiaçının qeyd etdiklərinin yalan olduğunu göstərmişdir. Cavabdeh kollegiyada məhkəmə baxışı zamanı da birinci imstansiya məhkəməsində verdiyi izahatla eyni məzmunlu izahat verərək, iddiaçının əvvəlcədən stolları ona göstərməsini və iddia tələbi ilə bağlı digər halları təkzib etmişdir. Həmin təkzib edilən hallarla bağlı və ümumiyyətlə iddia tələbi üzrə istina d etdiyi halları təsdiq edən sübutları İddiaçı mülki iş üzrə birinci instansiya və kollegiyada məhkəmə baxışı zamanı təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qan unvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda ba xılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Kollegiya qeyd olunan nəticəyə gələrkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı Cavab deh qarşı pul tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(078)-537/2022 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar